Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8042/2022 07.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı 3-cü şəxslər X19, X5, X26 və X8 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı X19, X5, X26 və X27 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “yaşadığı yer üzrə qeydiyyata alınma vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz sayılması, iddiaçının ünvan 2 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı daimi olaraq ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. O, rəsmi olaraq əvvəllər həmin ünvanda qeydiyyatda idi. Daha sonra övladının səhhətində olan problemlərə görə qeydiyyatını dəyişərək ünvan 4 ünvanına qeydiyyata düşmüşdür. Hazırda isə faktiki olaraq yenidən ünvan 3 ünvanında qaynatasına məxsus olan mənzildə yaşayır. O, faktiki olaraq həmin ünvanda yaşadığından qaynatasının razılığı ilə həmin ünvana yenidən qeydiyyata düşmək üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh müraciətinin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, qanuni əsas olmadan onun daimi olaraq yaşadığı evə pasport qeydiyyatına alınmağından imtina edilməsi nəticəsində, yaşayış yeri üzrə uçota alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasına dair hüquqları pozulmuşdur. Qeyd edir ki, o, və ailə üzvləri daimi olaraq həmin fərdi yaşayış evində yaşayırlar. Bundan əlavə əvvəllər də o, həmin ünvanda qeydiyyatda olmuşdur. Həyat yoldaşı, xx.xx.1986-cı il təvəllüdlü X28, qızı xx.xx.2007-ci il təvəllüdlü X20 və oğlu xx.xx.2011-ci il təvəllüdlü X21 da həmin ünvanda qeydiyyatdadırlar. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, o, faktiki olaraq yaşadığı ünvana pasport qeydiyyatına alınmalıdır. Belə ki qanunun tələbi də budur ki, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bu səbəbdən də cavabdehin imtinasının əsassız hesab edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8042/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə X19, X5, X26 və X27 məhkəmə icraatına 3-cü şəxs qismində zəruri olaraq cəlb edilmişlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi təklif olunsa da, etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxslər iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş məhkəmə iclasında iştirak etməməsi səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh məhkəməyə xx.xx.2022-ci il tarixli 078-34792 saylı məktubla müraciət edərək, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 078-4982C- 3222 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, onun və ailə üzvlərinin ünvan 5 ünvanına qeydiyyata alınmaları üçün Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanununun 5-ci maddəsinin tələblərinə əsasən müvafiq sənədlərlə (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) birlikdə RPİ-nin QMB-nə müraciət etməlidir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə onun qeyd olunan ünvana tərəflərindən qeydiyyata alınması qanuna müvafiq deyildir. Odur ki, bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi məqsədə müvafiqdir. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 018-10081-1222 nömrəli məktubu ilə bildirilmişdir ki, ünvan 6 ünvanında xx.xx.1986-cı il təvəllüdlü X27, xx.xx.1984-cü il təvəllüdlü X17, xx.xx.1978-ci il təvəllüdlü X9, xx.xx.1956-cı il təvəllüdlü X1, xx.xx.1977-ci il təvəllüdlü X22, xx.xx.2006-cı il təvəllüdlü X34, xx.xx.2006-cı il təvəllüdlü X29, xx.xx.2007-ci il təvəllüdlü X20, xx.xx.2008-ci il təvəllüdlü X30, xx.xx.2010-cu il təvəllüdlü X38, xx.xx.2011-ci il təvəllüdlü X21, xx.xx.2013-cü il təvəllüdlü X39, xx.xx.1984-cü il təvəllüdlü X27, xx.xx.2004cü il təvəllüdlü X18, xx.xx.1953-cü il təvəllüdlü X31, xx.xx.1977-ci il təvəllüdlü X10, xx.xx.1959-cu il təvəllüdlü X19, xx.xx.1959-cu il təvəllüdlü X5 yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli, **********00 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, H. Mirzəzadə küçəsi, 32 A saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İddiaçı adına Bakı şəhəri ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 1/1228 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, ünvan 7 ünvanında fərdi yaşayış evinin tikintisi üçün Nərimanov Rayon İcra Hakimiyyəti başçısının sərəncamı olmamışdır. Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən təqdim olunmuş arayışa əsasən, 1985-ci ildə tikilən yaşayış evində vətəndaş X19 ailə üzvləri ilə birgə qeydiyyatdadırlar və birgə yaşayırlar. Həmin məktuba qoşma olaraq göndərilmiş Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi Mənzil-Kommunal Təsərrüfatı Birliyi 30 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən X11 verilmiş xx.xx.2022-ci il tarixli, 30/0800 nömrəli arayışa əsasən o, həqiqətən Bakı şəhəri, Nərimanov rayonu, H. Mirzəzadə küçəsi, 32 A saylı fərdi yaşayış evində qeydiyyatdadır. 1985-ci ildə tikdiyi evdə ağağıdakı ailə üzvləri ilə birlikdə qeydiyyatdadırlar və yaşayırlar: X6, X26, X34, gəlini X17, X23, X30, X27, X20 və nəvəsi X21, X39, X38 və qeydiyyatsız olaraq həmin ünvanda İddiaçı yaşayır. - AZ-İ seriyalı, 334748 nömrəli, xx.xx.2007-ci il tarixli nikah haqqında şəhadətnamənin surətinə əsasən, X27 ilə X3 nikahları 24 iyul 2007-ci il tarixdə bağlanmışdır. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi E. H. Əliyev adına 93 nömrəli tam orta məktəb tərəfindən X12 verilmiş 272 nömrəli, xx.xx.2022ci il tarixli arayışa əsasən o, həqiqətən Bakı şəhəri Nərimanov rayonu E.Əliyev adına 93 nömrəli tam orta məktəbin 9 A sinfində oxuyur. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi tərəfindən X13 verilmiş 52 nömrəli, xx.xx.2022-ci il tarixli arayışa əsasən o, həqiqətən 2022/2023-cü tədris ilində Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbin İV sinfinə qəbul olmuşdur. Hal – hazırda İV sinif şagirdidir. - X7 xx.xx.2022-ci il tarixli notarial razılıq ərizəsinə əsasən o, İddiaçı ünvan 9 ünvanına qeydiyyata alınmasına razıdır, heç bir etirazı yoxdur. - X14 xx.xx.2022-ci il tarixli notarial razılıq ərizəsinə əsasən o, İddiaçı ünvan 9 ünvanına qeydiyyata alınmasına razıdır, heç bir etirazı yoxdur. - X4 xx.xx.2022-ci il tarixli notarial razılıq ərizəsinə əsasən o, İddiaçı ünvan 9 ünvanına qeydiyyata alınmasına razıdır, heç bir etirazı yoxdur. -X8 xx.xx.2022-ci il tarixli notarial razılıq ərizəsinə əsasən o, İddiaçı ünvan 9 ünvanına qeydiyyata alınmasına razıdır, heç bir etirazı yoxdur. -X2 xx.xx.2022-ci il tarixli notarial razılıq ərizəsinə əsasən o, İddiaçı ünvan 9 ünvanına qeydiyyata alınmasına razıdır, heç bir etirazı yoxdur İşin faktiki hallarından və tədqiq edilən sənədlərdən məlum olur ki, iddiaçı faktiki olaraq yaşadığı ünvana qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən yuxarıda qeyd edilən əsaslara görə ona imtina edilmişdir. Avropa Məhkəməsinin presedent hüququnda “mənzil” anlayışı təkcə qanunla şəxsin adına rəsmiləşdirilən mənzillərlə məhdudlaşmır (X24rşı, 54-cü bənd), belə ki, mənzildə yaşayan, amma kirayə müqaviləsi onun adına olmayan şəxs də mənzillə bağlı hüquqlara malik olduğunu iddia edə bilər (Prokopoviç Rusiyaya qarşı, 36-cı bənd). Bu anlayış həm də ərizəçinin kirayəçi qismində məskunlaşdığı və kirayə hüququnun müddətinin başa çatdığı bələdiyyə şurasının mənzilinə (X15rşı, 46-cı bənd), yaxud bir neçə il ərzində kirayə hüququ əsasında yaşadığı mənzilə (Brejets Xorvatiyaya qarşı, 36-cı bənd) şamil oluna bilər. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qanunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. İkinci hissədə isə müəyyən olunur ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Özünə yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıra biləcək hallar qanunda göstərilənlərdən artıq olmamalı və geniş şəkildə şərh edilməməlidır. Məhkəmə hesab edir ki, iddiaçının faktiki olaraq yaşadığı yerdə deyil, başqa yerdə qeydiyyatda olması dövlət və cəmiyyətdə maraqlarının gəcələkdə pozulmasına səbəb ola bilər. Belə ki, gələcəkdə həmin şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrasına cəlb edilməsi məqsədilə ilə axtarıldıqda qeydiyyatda olduqları yerdə yaşamadıqları üçün müəyyən çətinliklər yarana bilər. Məhz bu halların yaranmaması üçün iddiaçının təkcə öz maraq və mənafeləri üçün deyil, həm də dövlət və cəmiyyətin maraqları üçün faktiki yaşadıgı yerdə qeydiyyatda olması məqsədə və qanunamüvafiqdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması vətəndaşın həm hüququ, həm də vəzifəsidir. Həmin Qanunun 2-ci maddəsində göstərilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Bundan əlavə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda göstərilmiş qeydiyyatın məhdudlaşdırılması hallarından başqa bütün digər hallarda qeydiyyat orqanları vətəndaşın iradəsinə uyğun olaraq onun yaşayış yerinin azad seçilməsi aktını təsdiq etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı, İddiaçı ünvan 2 ünvanına qeydiyyata alınma öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı ünvan 2 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 12akim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-8042/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8042/2022
07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver