Məhkəmə qərarları › İş №2-1(112)-8042/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8042/2024

17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8042/2024 17.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyasının xx.xx.2023-cü il tarixli qərarının “tam reabiltasiya olması” hissəsində ləğv edilməsi və əlilliyinin ləğv edildiyi tarixdən etibarən bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının ərizəsi əsasında məhkəmənin qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X6-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3- 487/2024 nömrəli qərarının İddiaçı “tam reabilitasiya olması” hissəsində ləğv edilməsi və onun əlilliyinin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Müharibə zamanı gedən döyüşlərdə ağır yaralanmış və ayaqlarında hələ də çoxsaylı qəlpələr var. Aldığı xəsarətlərin nəticəsi olaraq ona 3-cü qrup əlillik təyin edilmişdir (Diaqnoz: “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş. Odlu silah yaralanmasından sonrakı vəziyyət. İncik sinirinin baldır səviyyəsində travması, sol incik sümüyünün miopatiyası, pəncənin sallanması. Budun açıq yarası, sağ budun orta 1/3-nin, sol diz oynağının ön, tış, sol baldırın yuxarı 1/3-nin tış, iç səthlərində kobud dartıcı, çapıq toxumaları, sağ budun orta 1/3-nin iç, sol budun aşağı 1/3-də baldırın yuxarı 1/3-nin yumşaq toxunmasında metal qəlpələr). Göstərilən diaqnoza əsasən xx.xx.2021-ci il tarixli qərarla əlillik iddiaçıya müddətsiz təyin edildi. Daha sonra müddətsiz əlillik 5 illik müddətli əliliklə əvəz edilmiş və həmin müddət 30 iyun 2026-cı ilə qədər müəyyən edilmişdir. Daha sonra 25 dekabr 2023-ci il tarixdə agentliyə əyani müayinəyə dəvət edilmişdir. Müayinənin nəticəsi olaraq 04 mart 2024-cü il tarixli bildiriş daxil olmuş, həmin bildirişə əsasən bəlli olmuşdur ki, xx.xx.2021-ci il tarixli qərarla göstərilən diaqnoza əsasən təyin edilmiş üçücü qrup əlilliyinin ləğvi barədə qərar qəbul edilmişdir. İddiaçıya ünvanlanmış sözügedən bildirişdə xx.xx.2021-ci il tarixdə təyin edilmiş üçüncü dərəcə əlilliyin ləğvi ilə bağlı heç bir əsas göstərilməmişdir. Bundan sonra e-sosial.az portalında şəxsi kabinet vasitəsilə xx.xx.2023-cü il tarixli qərarla tanış olmuş və çıxarışını əldə etmişdir. Sözügedən qərarın qəbul edilməsinin əsası kimi “Tam reabiltasiya olunmağı” göstərilmişdir. Halbuki, belə bir vəziyyət fakitiki olaraq mövcud deyil və əlillik təyin edilən gündən sağlamlıq vəziyyətində heç bir müsbət dəyişiklik qeydə alınmamışdır. Məhz ilk dəfə əlilliyin müddətsiz olaraq təyin edilməsi, habelə xx.xx.2023-cü il tarixli qərarda əlilliyinə əsasən verən diaqnozun təkrar olaraq öz əksini tapması birmənalı olaraq rebiltasiya olunmaq imkanının mövcud olmadığını təsdiq edir. Bu hallar onu deməyə əsas verir ki, cavabdeh orqanın xx.xx.2023cü il tarixli qərarı tamamilə formal xarakterli olmaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, qeyd olunanlara əsasən hesab edir ki, tibbi sosial ekspertiza komissiyasının xx.xx.2023-cü il tarixli qanunsuz və əsassız qərarı “tam reabiltasiya olması” hissəsində ləğv edilməli, eyni zamanda əlilliyinin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

4. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir: Bakı şəhər sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) xx.xx.2021-ci il tarixli göndəriş əsasında DTSERA-da müayinə olunmuş və ona “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3. bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir (ESDAS: **********8). Vətəndaş 3-17-4/2- M-31485/2023 nömrəli məktub əsasında əyani komissiyaya dəvət olunmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 1507 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol baldırın kor qəlpə yaraları. Sol incik sümüyünün yuxarı 1/3nin açıq qəlpəli sınığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baldırda boylama çapıq, əzələ atrofiyası, hərəki məhdudluq aşkar edilmişdir” kimi qeyd olunmuş, xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif eşitmə, aşağı ətraflarında olan ağrılardan şikayətlənmişdir. Anamnestik məlumatlarında insulin tələbatı olmayan şəkərli diabet, hepatit xəstəliklərindən əziyyət çəkdiyini, öd kisəsindən cərrahi əməliyyat keçirdiyini bildirmişdir. Müayinə gedişatında sol qulağında eşitmə cihazı olduğu müşahidə edilmiş, lakin eşitməsi ilə bağlı yalnız bir ədəd sənəd təqdim etmişdir (2014-cü il). Müayinə zamanı hər iki baldır nahiyələrində çoxsaylı qəlpə yaralanmalarına uyğun çapıqlar izlənilmişdir. Nevroloji baxış zamanı aşağı ətraflarda əzələ gücü və tonus tam, reflekslər canlı alınmış D=S, hərəkətlər sərbəst və ağrısız olmuş, nevroloji xəstəlik ilə bağlı heç bir müayinə və müalicə sənədi təqdim etməmişdir. X7 və Ortopediya İnstutunun xx.xx.2021-ci il tarixli ********** nömrəli Arayışında diaqnoz "Odlu silahla yaralanmadan sonra sağ budun orta 1/3-nin iç, sol diz oynağının ön, tış, sol baldırın yuxarı-orta 1/3-nin iç, sol diz oynağının ön, tış, iç səthlərində kobud dartıcı çapıq toxumaları, sağ budun orta 1/3- nin iç, sol budun aşağı 1/3-də, baldırın yuxarı 1/3-nin yumşaq toxumalarında çoxsaylı metal qəlpələri, sol diz oynağının artrozu, açıcı-bükücü kontrakturası (açma 170 dərəcə, bükmə 160 dərəcə), sol incik sümüyünün yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, sol incik sinirinin neyropatiyası, pəncənin sallanması, parezi, sol baldır və pəncə əzələlərinin kəskin atrofiyası, daimi ağrı sindromu yə dayaq-hərəkət funksiyasının pozulması" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Mərkəzi Klinikanın xx.xx.2014-cü il tarixli Auidometriya müayinəsinin nəticəsi "Sağ tərəfdə orta dərəcədə, sol tərəfdə xəfif dərəcədə sensonevral tipdə eşitmə azlığı mövcüddur” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Bakı Respublika Endokrinoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli Tibbi rəyində diaqnoz "Şəkərli diabet, tip 2. Subkompensasiya” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X3 xx.xx.2023-cü il tarixli Baldır sümüyünün rentgenoqrafiya müayinəsinin nəticəsi "Baldır sümükləri pr-da yumşaq toxumalarda çoxsaylı metallik qəlpələr kölgəlikləri qeyd olunur. İncik sümüyünün proksimal 1/3-nin köhnə bitişmiş sınığa bağlı kobud deformasiyası qeyd olunur. Diz oynağında, oynaq yarığı mediladan nisbətən daralmışdır, sümük konturları düzgündür” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. X3 xx.xx.2023-cü il tarixli Bel fəqərələrinin rentgenoqrafiya müayinəsinin nəticəsi "L5-S1 fəqərəarası məsafənin nisbətən azalması, fəqərə cisimlərinin ön və yan kənarlarında osteofitik sümük çıxıntıları ilə osteoxondroz əlamətləri qeyd olunub” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. X3 xx.xx.2023-cü il tarixli Qalxanabənzər vəzinin USM müayinəsinin nəticəsi "Sol payda 0-6,5 mm ölçüsü olan hipoexoqen düyün aşkar edilir. Tərkibində kalsinatla. İstmus: D-2,4 mm. Sağ pay: D-19,4*15,2*40,4 mm. Sol pay: D~17,8*16,0*38,8 mm" kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. X3 xx.xx.2023-cü il tarixli Bud sümüyünün rentgenoqrafiya müayinəsinin nəticəsi "Budun orta 1/3-nin arxa medialında, yumşaq toxumalarda dörd ədəd millimetrik metal qəlpələr izlənilir'' kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli X11 müayinəsinin nəticəsi “Pankreas ölçüləri: Normaldır. Exoqenliyi artıb. Exostrukturu homoqendir. Konturları hamardır. Virsunq axarı genişlənməyib (N<2 m m). Törəmə izlənmir. Dalaq ölçüsü 98*52 mm-dir (N=120*40 mm), exoqenliyi adi, exostrukturu homoqendir. Saq böyrəyin ölçüləri 100*38 mm (Normal uzunluq ölçüsü 9-14 sm, en ölçüsü 5-7 sm-dir), Parenximanın qalınlığı 14 mm-dir (normal parenxim ölçüsü 14- 18 mm). Parenximanın exostrukturası homoqendir, duz kristalları izlənilir. Sol böyrəyin ölçüləri 99*52 mm (Normal uzunluq ölçüsü 9-14 sm, en ölçüsü 5-7 sm-dir). Parenximanın qalınlığı 15 mm-dir (normal parenxim ölçüsü 14-18 mm). Parenximanın exostrukturası homoqendir duz kristalları izlənilir. Sidik kisəsi-orta dolğundur” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.

5. TSEK-in müayinələrə dair məlumatlarına əsasən: xx.xx.2010-cu il tarixdə aparılmış ilkin qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2014-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2016-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, tam reabilitasiya olması – Səbəb: Tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.

6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının 3-17-4/3-3-487/2024 saylı 24 yanvar 2024-cü il tarixli qərarına əsasən Tibbi-Sosial Ekspert Komissiyası 6 nəfər vətəndaşın tibbi-ekspert sənədlərini araşdırmış və aşağıdakıları müəyyən etmişdir: Bakı şəhər sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) xx.xx.2021-ci il tarixli göndəriş əsasında DTSERA-da müayinə olunmuş və ona “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3. bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir (ESDAS: **********8). Vətəndaş 3-17-4/2-M-31485/2023 nömrəli məktub əsasında əyani komissiyaya dəvət olunmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 1507 nömrəli Qərar verilmişdir. Həmin qərarda Sol baldırın kor qəlpə yaraları. Sol incik sümüyünün yuxarı 1/3-nin açıq qəlpəli sınığı” diaqnozİu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, ‘‘Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baldırda boylama çapıq, əzələ atrofiyası, hərəki məhdudluq aşkar edilmişdir” kimi qeyd olunmuş, xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif eşitmə, aşağı ətraflarında olan ağrılardan şikayətlənmişdir. Anamnestik məlumatlarında insulin tələbatı olmayan şəkərli diabet, hepatit xəstəliklərindən əziyyət çəkdiyini, öd kisəsindən cərrahi əməliyyat keçirdiyini bildirmişdir. Müayinə gedişatında sol qulağında eşitmə cihazı olduğu müşahidə edilmiş, lakin eşitməsi ilə bağlı yalnız bir ədəd sənəd təqdim etmişdir (2014-cü il). Müayinə zamanı hər iki baldır nahiyələrində çoxsaylı qəlpə yaralanmalarına uyğun çapıqlar izlənilmişdir. Nevroloji baxış zamanı aşağı ətraflarda əzələ gücü və tonus tam, reflekslər canlı alınmış D=S, hərəkətlər sərbəst və ağrısız olmuş, nevroloji xəstəlik ilə bağlı heç bir müayinə və müalicə sənədi təqdim etməmişdir. X7 və Ortopediya İnstutunun xx.xx.2021-ci il tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra sağ budun orta 1/3-nin iç, so/ diz oynağının ön, tış, sol baldırın yuxarı-orta 1/3-nin iç, sol diz oynağının ön, tış, iç səthlərində kobud dartıcı çapıq toxumaları, sağ budun orta 1/3-nin iç, sol budun aşağı 1/3-də, baldırın yuxarı 1/3-nin yumşaq toxumalarında çoxsaylı metal qəlpələri, sol diz oynağının artrozu, açıcı-bükücü kontrakturası (açma 170 dərəcə, bükmə 160 dərəcə), sol incik sümüyünün yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, sol incik sinirinin neyropatiyası, pəncənin sallanması, parezi, sol baldır və pəncə əzələlərinin kəskin atrofiyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Mərkəzi Klinikanın xx.xx.2014-cü il tarixli Auidometriya müayinəsinin nəticəsi “Sağ tərəfdə orta dərəcədə, sol tərəfdə xəfif dərəcədə sensonevral tipdə eşitmə azlığı mövcüddur” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Bakı Respublika Endokrinoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli Tibbi rəyində diaqnoz “Şəkərli diabet, tip 2. Subkompensasiya" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X3 xx.xx.2023-cü il tarixli Baldır sümüyünün rentgenoqrafiya müayinəsinin nəticəsi “Baldır sümükləri pr-da yumşaq toxumalarda çoxsaylı metallik qəlpələr kölgəlikləri qeyd olunur. İncik sümüyünün proksimal 1/3-nin köhnə bitişmiş sınığa bağlı kobud deformasiyası qeyd olunur. Diz oynağında, oynaq yarığı mediladan nisbətən daralmışdır, sümük konturları düzgündür” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. X3 xx.xx.2023-cü il tarixli Bel fəqərələrinin rentgenoqrafiya müayinəsinin nəticəsi “L5- S1 fəgərəarası məsafənin nisbətən azalması, fəqərə cisimlərinin ön və yan kənarlarında osteofitik sümük çıxıntıları ilə osteoxondroz əlamətləri qeyd olunur” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. X3 xx.xx.2023-cü il tarixli Qalxanabənzər vəzinin USM müayinəsinin nəticəsi “Sol payda D~6,5 mm ölçüsü olan hipoexogen düyün aşkar edilir. Tərkibində kalsinatla. İstmus: D~2,4 mm. Sağ pay: D~19,4*15,2*40,4 mm. Sol pay: D-17,8*16.0*38.8 mm" kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. X3 xx.xx.2023-cü il tarixli Bud sümüyünün rentgenoqrafiya müayinəsinin nəticəsi “Budun orta 1/3-nin arxa medialında, yumşağ toxumalarda dörd ədəd millimetrik metal gəlpələr izlənilir” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli X11 müayinəsinin nəticəsi “Pankreas ölçüləri: Normaldır. Exogenliyi artıb. Exostrukturu homogendir. Konturları hamardır. Virsung axarı genişlənməyib (N<2 mm). Törəmə izlənmir. Dalaq ölçüsü 98*52 mm-dir (N=120*40 mm), exogenliyi adi, exostrukturu homogendir. Sağ böyrəyin ölçüləri 100*38 mm (Normal uzunluğ ölçüsü 9-14 sm, en ölçüsü 5-7 sm-dir). Parenximanın qalınlığı 14 mm-dir (normal parenxim ölçüsü 14-18 mm), Parenximanın exostrukturası homoqendir, duz kristalları izlənilir. Sol böyrəyin ölçüləri 99*52 mm (Normal uzunluq ölçüsü 9-14 sm, en ölçüsü 5-7 sm-dir). Parenximanın qalınlığı 15 mm-dir (normal parenxim ölçüsü 14-18 mm). Parenximanın exostrukturası homoqendir, duz kristalları izlənilir. Sidik kisəsi-orta dolğundur” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Heyətinin xx.xx.2024-cü il tarixli qərarına əsasən xx.xx.2023-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş 2 nəfər barəsində qüvvədə olan qərarlar ləğv edilsin və “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilsin.

8. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək ekspert qarşısında aşağıdakı sual qoyularaq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə edilmişdir: xx.xx.1971-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda halhazırda hansı xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodları qeyd etməklə və həmin kodlara uyğun göstərilməklə) aşkar olunur? İddiaçı müayinəsi zamanı xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü?

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” publik hüquqi şəxsi tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2024-cü il tarixli məhkəmə qərardadı əsasında İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T404/2024 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir:

1. Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” phş müalicə müəssisəsi olmadığından vətəndaş S.A.Zeynalovun konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, onun adına Bakı Lökbatan Tibb Mərkəzində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0042003AACHY nömrəli Forma 88-də göndərişində qeyd edilmiş diaqnoz: W33- Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş. Odlu silah yaralanmasından sonrakı vəıziyyət. incik sinirinin baldır səviyyəsində travması, sol incik sümüyünün miopatiyası, pəncənin sallanması. Ağırlaşmalar: S71.1- Budun açıq yarası, sağ budun orta l\3-nin, sol diz oynağının ön, tış, sol baldırın yuxarı orta l\3-nin tış, iç, səthlərində kobud dartıcı çapıq toxumaları, sağ budun orta 1\3- nin iç, sol budun aşağı l\3-də baldırın yuxarı l\3-nin yumşaq toxumasında metal qəlpələr. M62.5- Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası, üzülməsi, sol baldır və pəncə əzələlərinin atrofiyası; Ml7.5- Digər ikincili qonartrozlar, sol diz oynağının artrozu; S84.1incik sinirinin baldır səviyyəsində travması, sol incik sümüyünün miopatiyası, pəncənin sallanması. R26.8- Hərəkətin və yerişin digər və dəqiqiləşdirilməmiş pozulmaları, dayaq hərəkət funksiyasının pozulması. M24.5- Oynaqların kontrakturası. Açıcı-bükücü kontrakturası (açıcı- 170dər., bükücü- 160dər.)” diaqnoz şəxsin xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinəsi zamanı diaqnoz öz təsdiqini tapmamış, əlillik təyinatına əsas verə biləcək patoloji, nevroloji pozuntular aşkar edilməmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında LOR həkim tərəfindən xx.xx.2024-cü il tarixdə R.İddiaçı müayinə olunmuş və Bera testi audiometriya müayinəsindən sonra ona “İkitərəfli koxlear nevrit, neyrosensor ağıreşitmə İV dərəcə”, xx.xx.2024-cü il tarixdə “X8 və Ortopediya İnstitutu” phş-də müayinəsi zamanı isə həkim komissiyası tərəfindən “Odlu silah yaralanmasından sonra sağ budun orta aşağı l\3-nin iç, sol diz oynağının ön, sol baldırın yuxarı orta l\3-nin tış, iç, orta aşağı l\3-nin ön, iç, tış səthlərində kobud dartıcı çapıq toxumaları, hər iki bud-çanaq oynağının ikinci dərəcəli koksartrozu, yaxınlaşdırıcı kontrakturası (solda uzaqlaşma - 10dər., sağda - 25dər.), hər iki budun orta 1\3 səviyyəsində yumşaq toxumada bir neçə metal qəlpə, sol diz oynağının İİ dərəcəli osteoartrozu açıcı kontrakturası; (bükmə- 90 dər.), sol incik sinirinin baldır səviyyəsində travması, sol incik sümüyünün miopatiyası, pəncənin sallanması” diaqnozları qoyulsa da, məhkəmə-tibbi müayinədə hər iki bud-çanaq oynağında zəif kontrakura olsa da, sol pəncənin sallanması, aşkar edilməmişdir. Onun aşağı ətraf sinirlərinin müayinəsi zamanı ol bud qamış və peronial sinirin xroniki dövr neyropatiyalarıda aşkar edilmişdir.

2. Əlilliyin təyini ilə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nm 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.

10. Şifahi məhkəmə dinləməsi (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

13. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.

14. Əlillik altsistemindən görünür ki, xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

16. Hazırki iddia məcburetməyə dair iddiadır. Məhkəmə həmin əlilliyin növbəti müddətə təyin edilməsindən imtinanı inzibati aktın qəbulundan imtina kimi qiymətləndirir.

17. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

İV. Məhkəmənin mövqeyi

18. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

21. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya: - xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, Odlu silah yaralanmasından sonrakı vəziyyət. İncik sinirinin baldır səviyyəsində travması, sol incik sümüyünün miopatiyası. pəncənini sallanması. Budun açıq yarası, sağ budun orta 1/3-nin, sol diz oynağının ön, tış, sol baldırın yuxarı orta 1/3-nin, tış, iç səthlərində kobud dartıcı, çapıq toxumaları, sağ budun orta 1/3-nin iç, sol budun aşağı 1/3-də baldırın yuxarı 1/3-nini yumşaq toxumasında metal qəlpər.” diaqnozu ilə “2.3 Üçüncü dərəcə əlillik => 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0,G83.2);” meyar əsasında xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirilmə tarixi xx.xx.2026 olaraq qeyd edilmişdir. - xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, Odlu silah yaralanmasından sonrakı vəziyyət. İncik sinirinin baldır səviyyəsində travması, sol incik sümüyünün miopatiyası, pəncənin sallanması. Budun açıq yarası, sağ budun orta 1/3-nin, sol diz oynağının ön, tış, sol baldırın yuxarı orta 1/3-nin ,tış, iç, səthlərində kobud dartıcı, çapıq toxumaları, sağ budun orta 1/3- nin iç, sol budun aşağı 1/3-də baldırın yuxarı 1/3-nin yumşaq toxumasında metal qəlpələr.” diaqnozu ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, tam reabilitasiya olması – Səbəb: Tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.

22. Göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinə olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.3. bəndinə uyğun olaraq 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı aparılmışdır.

23. Daha sonra cavabdeh tərəfindən mütəmadi olaraq risk qrupuna daxil edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurətinin yaranması əsas gətirilərək iddiaçının əlilliyinin təyin olunmasına əsas olan diaqnozun klinik olaraq öz təsdiqini tapmaması, X3 müayinə nəticələrinin əlillik təyinatına əsas verməməsi səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.

24. Qərardan narazı qalan iddiaçı Komissiyanın qərarının “tam reabiltasiya olması” hissəsində ləğv edilməsi və əlilliyinin ləğv edildiyi tarixdən etibarən bərpa edilməsini xahiş edir.

25. Qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının əyani müayinəsi nəticəsinə onda mövcud olmuş xəstəliklərin hazırda aşkar olunmaması, üçüncü dərəcə əlillik təyinatına əsas olan diaqnozun klinik olaraq öz təsdiqini tapmaması səbəbindən Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Göründüyü kimi həmin diaqnozun əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmaması əsas gətirilməmişdir.

26. Həmin xəstəliklərin isə hazırda onda olub-olmamasının müəyyən edilməsi zərurəti ilə əlaqədar qəbul edilmiş qərardad nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” publik hüquqi şəxsi tərəfindən iddiaçı Ağakişiyev Haqverdi Tapdıq oğlunun sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 404/2024 saylı ekspert rəyində öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnozlara əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər ilə yanaşı “hər iki bud-çanaq oynağında zəif kontraktura, aşağı ətraf sinirlərinin müayinəsi zamanı ol bud qamış və peronial sinirin xroniki dövr neyropatiyaları da” mövcuddur.

27. Beləliklə, iddiaçıya dair tərtib olunan Forma 88-də əks olunmuş və əvvəllər əlillik təyinatına əsas olan xəstəliklər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 6-ci bənd - Sinir sistemi xəstəlikləri – 6.10-ci yarımbənd –“Baldır səviyyəsində sinirlərin travması S84”, həmin meyarlarda 13-cü bənd - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri – 13.4-ci yarımbəndi – “Qonartroz (diz oynağının artrozu) M17” və “Oynağın ankilozu M24.6” ağırlaşmaları ilə əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur.

28. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh xx.xx.2021-ci il tarixli göndəriş əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəməyə dəlil təqdim etməmişdir.

29. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli inzibati akt qüvvədə olmuşdur. İş materiallarına əlavə olunmuş əlillik altsistemindən çıxarışa əsasən görünür ki, əlilliyin təyinat tarixi xx.xx.2021-ci ildən olmaqla 5 il müddətinə göstərilmişdir.

30. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda;

31. Cavabdeh isə “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada xx.xx.2021-ci il tarixli inzibati aktın qanunsuz sayılması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir.

32. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-487/2024 nömrəli qərarı İddiaçı “tam reabilitasiya olması” hissəsində ləğv edilməli və onun əlilliyinin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

33. İPM-in 52-ci maddəsinə görə Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

34. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-487/2024 nömrəli qərarı İddiaçı “tam reabilitasiya olması” hissəsində ləğv edilsin. İddiaçı əlilliyinin ləğv edildiyi tarixdən (xx.xx.2023-cü ildən) bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar