Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8055/2025 18.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına qarşı "kreditin qaytarılması" iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına qarşı “Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq qeyd olunan borcun restrukturizasiyasma köməklik göstərmək və kreditin qaytarılmasına kömək etmək Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Pirailahı Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(094)-2/2020 saylı qərarı ilə ləğv prosesində olan "xxxx" ASC-nin ona və X1rşı iddiası borcun ödənilməsi təmin edildi. Məhkəmə "Dəmirbank” ASC-nin xeyrinə ondan və X2 15 446.45 manat əsas borcun və 5705,91 manat faiz borcunun o cümlədən 110,55 manat məbləğində cərimə borcu, ümumilikdə 21262,91 (iyirmi bir min iki yüz altmış iki manat doxsan bir qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu məbləğində borc alınması barədə qərar çıxarıb. “DəmirBank" ASC-nin “İçəri şəhəri" filialı ilə X3 arasında bağlanmış 25 yanvar 2017-ci il tarixli 1 saylı əlavə sazişindən görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin şərtləri dəyişdirilmiş, müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalığı konversiya edilməklə 17442.88 manat təşkil edir. Kreditin müddəti xx.xx.2021-ci il tarixədək illik faiz dərəcəsi 20% olmalqa uzadılmışdır. “DəmirBank" ASC-nin “içəri şəhəri" filialı ilə İddiaçı arasında bağlanmış 25 yanvar 2017-ci il tarixli 1 saylı əlavə sazişindən görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin şərtləri dəyişdirilmiş, müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalığı konversiya edilməklə 17442,88 manat təşkil edir. Kreditin müddəti xx.xx.2021-ci il tarixədək illik faiz dərəcəsi 20% olmaqla uzadılmışdır. Maliyə arayışından görünür ki, X5 20 iyun 2018-ci il tarixə 15446.45 manat məbləğində əsas borc, 5705.9 manat məbləğində faiz borcu, 110,55 manat cərimə, cəmi 21262,91 manat məbləğində banka ödənilməmiş borcu qalmışdır. 03 fevral 2015-ci il tarixli materiallara görə, əri ilə "xxxx" ASC arasında bağlanmış ********* saylı kredit müqaviləsi əsasında ona 17900 ABŞ dolları (on yeddi min doqquz yüz ABŞ dolları) məbləğində kredit verilib. X6 bu əməliyyatın təminatçısı kimi çıxış etdi. Lakin sonradan əri dünyasını dəyişib. Bank ərinin borcunu restrukturizasiya etmək üçün onunla əməkdaşlıq etməkdən imtina etdi. Bundan başqa, Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tarixli məlum Fərmanına da məhəl qoyulmur, ona görə Azərbaycan Respublikası Konstitusiyasının 109-ctı maddəsinin 32-ci bəndini rəhbər tutaraq, maddi itkilərin ödənilməsi məqsədi ilə Dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar baş verən devalvasiya nəticəsində xarici valyutada kreditləri ilə üzləşən şəxslər əhalinin kredit problemlərinin həllinə yardım etmək qərarına gəliblər. Fiziki şəxslərin xarici valyutada banklara əsas kredit borclarının devalvasiya ilə əlaqədar artmış manat hissəsi aşağıda göstərilən tarixlərə 10000 (on min) ABŞ dollarınadək olan hissəsi aşağıdakı qaydada hesablansın və ödənilsin, bu Fərmanın qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq üç aydan gec olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına manatla: Bundan əlavə, onun adı çəkilən kreditlə heç bir əlaqəsi yoxdur, son vaxtlar ərinin ona qarşı davranışı və mənfi münasibəti səbəbindən faktiki nikah münasibətini dayandırılmışdır. O, özü də bu əməliyyata razı olmamışdır. Əmlakını girov qoymamışdır. Ona görə də mülki prosesdə tərəflərdən biri kimi iddiaçının onunla birgə iştirakını əsassız hesab edir. Məhkəmələrdən keçmək onu ağır xəstə oğluna qulluq etməkdən yayındırır. “DəmirBank" ASC-nin “Yasamal" filialı ilə X3 arasında bağlanmış 25 yanvar 2017-ci il tarixli 1 saylı əlavə sazişindən görünür ki, müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalığı konversiya edilməklə 17442.88 manat təşkil edir. Kreditin müddəti xx.xx.2021-ci il tarixədək illik faiz dərəcəsi 20% olmaqla uzadılmışdır. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavədən görünür ki, 20 faizlə 48 ay müddətinə aylıq 544.75 USD olmaqla 17900 USD ödənilməlidir. “DəmirBank" ASC-nin “İçəri şəhəri" filialı ilə X3 arasında bağlanmış kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 1 nömrəli əlavə sazişdən görünür ki, müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalığı 16084.08 USD təşkil edir. Kreditin müddəti 60 ay təyin edilmişir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək müvafiq tələblə cavabdehə müraciətini təsdiq edən sənədi və imtina məktubunun məhkəməyə təqdim edilməsi təklif edilmiş, eləcə də, çatmaq istədiyi məqsədə uyğun səmərəli hüquqi müdafiə vasitəsinin cavabdeh qismində Azırbaycan Respublikası Mərkəzi Bankı göstərilməklə “kompensasiya ödənilməli şəxslərin siyahısına daxil edilmə” barədə iddia tələbi ilə, sözügedən iddianı qaldırmaq üçün subyektiv hüququnu və müvafiq tələblə cavabdeh quruma müraciətini (və ya cavabdeh qurumun imtinasını) təsdiq edən sənədlərlə birgə məhkəməyə müraciət edilməsi hüququ izah edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə ilk növbədə qeyd edir ki, müvafiq tələblə cavabdehə müraciəti təsdiq edən sənəd və ya imtina məktubu məhkəməyə təqdim edilməmişdir. Bu barədə iddiaçıya hüquqi yardım məktubu göndərilərək müvafiq tələblə cavabdehə müraciətini təsdiq edən sənədin və imtina məktubunun məhkəməyə təqdim edilməsi üçün müddət müəyyən edilmiş, lakin müəyyən edilmiş müddətdə iddiaçı tərəfindən qeyd edilən çatışmazlıq aradan qaldırılmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən düzgün hüquqi müdafiə vasitəsi seçilməmişdir. Bu barədə məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilərək çatmaq istədiyi məqsədə uyğun səmərəli hüquqi müdafiə vasitəsinin cavabdeh qismində Azırbaycan Respublikası Mərkəzi Bankı göstərilməklə “kompensasiya ödənilməli şəxslərin siyahısına daxil edilmə” barədə iddia tələbi ilə, sözügedən iddianı qaldırmaq üçün subyektiv hüququnu və müvafiq tələblə cavabdeh quruma müraciətini (və ya cavabdeh qurumun imtinasını) təsdiq edən sənədlərlə birgə məhkəməyə müraciət edilməsi hüququ izah edilmişdir. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-8055/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8055/2025
18.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver