Məhkəmə qərarları › İş №2-1(112)-806/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-806/2022

01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-806/2022 01.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə mənzil növbəsinin bərpa olunması və mənzil növbəsinə dair sənədlərin göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiasına ünvan N ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mənzil növbəsinin bərpa olunması və mənzil növbəsinə dair sənədləriin Nizami rayon İcra Hakimiyyətinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 3N.N2.N993-cü il tarixdən N8.09.N995-ci il tarixədək hərbi xidmətdə olaraq Azərbaycan Respublikasının suvernliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, N994-cü ildə yaralanmışdır. N999-cu ildə 2-ci dərəcə əlilik dərəcəsi verilmişdir. Cavabdeh başçısının 620 saylı, N2.06.2000-ci il tarixli sərəncamı ilə o, ailə tərkibi 4 nəfər olmaqla 2-ci qrup Qarabağ əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunmuşdur. Həmin dövrdə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi E.Xəlilov küçəsi 3 saylı yataqxanada yaşayırdılar. 2008-ci ildə yaşayış yerini dəyişərək ünvan 2 ünvanında məskunlaşmışlar. Hal-hazıradək mənzil ilə təmin olunmaması onu narahat etdiyinə görə Cavabdehnə müraciət edərkən, ona məlum olmuşdur ki, yaşayış yerini dəyişdiyinə görə o, mənzil növbəsindən çıxarılmışdır. Cavabdehnə ərizə ilə müraciət edərək, mənzil növbəsinin bərpa edilməsini və mənzil növbəsinə dair sənədlərinin Nizami rayon İcra Hakimiyyətinə göndərilməsini xahiş etmişdi, lakin Cavabdeh yuxarıda göstərilən əsaslarla müraciətindən imtina edilmişdir. İstər 0N oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş və istərsə, ona qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə əsasən cavabdehin hərəkətsizliyi qanunsuz hesab edilməli və onun mənzil növbəsi bərpa olunmalı və mənzil növbəsinə dair sənədlər Nizami rayon İcra Hakimiyətinə göndəriməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Məhkəmənin 2-N(NN2)-806/2022 saylı, 28.09.202N-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaya qarşı hər-hansı bir münasibət təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdehin və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.N964-cü il təvəllüdlü İddiaçı ünvan 5-dir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 282707 nömrəli, 29.0N.2009-cu il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı İİ (ikinci) qrup əlildir. İşdə olan Bakı şəhəri Cavabdeh Başçısının 620 nömrəli, N2.06.2000-ci il tarixli “2-ci qrup Qarabağ əlili S.R.Rhəimovun yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunması haqqında” sərəncamından görünür ki, İddiaçı ailə tərkibi 4 nəfər (özü, yoldaşı, 2 uşağı) olmaqla Bakıxanov qəsəbəsindəki E.Xəlilov küçəsi 3 saylı yataqxanada N989-cu il tarixindən daimi pasport qeydiyyatındadır və yaşayır. İddiaçı ərizə ilə müraciət edərək, 2-ci qrup Qarabağ əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunmasını xahiş etmişdir. Sabunçu RİH-nin MM üzrə İK-sı 25 may 2000-ci il tarixli, N6 №li protokolu ilə İddiaçı imtiyazlı qaydada yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunması təklif edilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ailə tərkibi 4 nəfər (özü, yoldaşı, 2 uşağı) olmaqla 2-ci qrup Qarabağ əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunmuşdur. İşdə olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış N2 mart 202N-ci il tarixli R-33- 068 saylı məktubundan görünür ki, iddiaçının mənzil növbəsinin yaşayış yeri üzrə Nizami rayon İcra Hakimiyyətinə köçürülməsi barədə 26.02.20N2N-ci il tarixli ərizəsi ilə əlaqədar bildirilmişdir ki, Sabunçu RİHB-nın 620 saylı N2.06.2000-ci il tarixli sərəncamı ilə ailə tərkibi 4 nəfər (özü, həyat yoldaşı və 2 uşağı) olmaqla mənzil növbəsinə qəbul edilmişdir. 2008-ci ildə yaşayış yerini dəyişdiyi üçün mənzil növbəlilik siyahısından çıxarılmışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən iddiaıya ünvanlanmış 27.02.20N5-ci il tarixli, 9/2-N323 nömrəli məktubdan görünür ki, xidməti barədə N saylı hərbi hissə komandirinin 3N dekabr N993-cü il tarixli, 356 nömərli əmrilə N70 saylı hərbi hissədən gəlməsi, şəxsi heyətin siyahısına daxil olması və N8 sentyabr N995-ci il tarixli, 260 nömrəli əmrilə yaşa görə ordu sıralarından azad edildiyi, hərbi hissənin şəxsi heyət siyahısından və bütün növ təminatlardan çıxarılması və qeydiyyata durmaq üçün çağrıldığı hərbi komissarlığın sərəncamına göndərilməsi barədə məlumat vardır. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş 02.06.202Nci il tarixli, BA-02323-202N nömrəli məktubdan görünür ki, “İİ qrup Qarabağ əlili İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunması haqqında” Sabunçu rayon İH-nin arxiv fondu üzrə N2.06.2000-ci il tarixli, 620 saylı sərəncamı İdarənin arxivində mövcuddur və bir nüsxəsi məhkəməyə təqdim edilmişdir. İşdə olan məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin N saylı Bakı Ərazi İdarəsindən daxil olmuş 25 oktyabr 202N-ci il tarixli **********00N saylı məktubundan müəyyən olunur ki, İddiaçı adına Bakı şəhəri ərazisində dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Bakı şəhəri, Nizami rayonu, E.Sülemanov küçəsi ev N54, 22 saylı mənzil N0.08.20N9-cu il tarixdə XN adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğu ilə əlaqədar müvafiq sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki: - Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 326 saylı, 0N.06.2005-ci il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçisi İddiaçı daimi yaşayış orderi verilməsi haqqında” Sərəncamın surətindən görünür ki, həmin sərəncama əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müdiriyyəti, həmkarlar ittifaqı komitəsi özünün N №-li, 03.NN.2003cü il tarixli və təkrarən N №-li, N5.02.2005-ci il tarixli protokollarında İddiaçı 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 oğlu) 2000-ci ildən yaşadıqları E.Süleymanov (keçmiş Şərifli) küçəsi N54 saylı evin 6-cı mərtəbə, 3 otaqlı, sahəsi 4N.83 kv.m olan 22 №-li mənzilinə daimi yaşayış orderi verilməsi haqqında qərar qəbul etmişdir və Nizami rayon İcra Hakimiyyətindən onların qərarını təsiq etməyi xahiş etmişlər. Nizami RİH-nin mənzil məsələləri üzrə ictimai komissiyası özününü 56 №-li, 20.05.2005-ci il tarixl protokolunda İddiaçı daimi yaşayış orderi verilməsini tövsiyyə etmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 oğlu) yaşadığı E.Süleymanov küçəsi, N54 saylı evin mərtəbə 6, 3 otaqlı, sahəsi 4N.83 kv.m olan 22 saylı mənzilə daimi yaşayış orderi verilmişdir. Orderə daxil edilmişdir: N964–cü il təvəllüdlü (özü) İddiaçı, N969-cu il təvəllüdlü (arvadı) X3, N990-cı il təvəllüdlü (oğlu) X4, N992-ci il təvəllüdlü (oğlu) X6. - Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 326 saylı, 0N.06.2005-ci il tarixli sərəncamı əsasında verilmiş 002788 nömrəli, 03.06.2005-ci il tarixli orderin surətindən görünür ki, X5 4 nəfər ailə tərkibi (N964-cü il təvəllüdlü özü, N969-cu il təvəllüdlü arvadı Rəhimova G.M, N990-cı il təvəllüdlü oğlu Rəhimov M.S, N992-ci il təvəllüdlü oğlu Rəhimli A.S) ilə ünvan 4 ünvanında yerləşən 22 nömrəli mənzilə dair order verilmişdir. - 2N.07.20N9-cu il tarixli notarial qaydada təsdiq edilmiş **********739 nömrəli ərizədən görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı, X4, X6 ünvan 5 ünvanında yerləşən mənzilin XN adına özəlləşdirilməsinə etiraz etməmişlər. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən N0.08.20N9-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-87-ci məhəllə, ev N54, mənzil 22 xüsusi mülkiyyət hüququ ilə XN adına daşınmaz əmlakın dövlət reyestrində **********93-05N0N-0930N2 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. İşdə olan məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Cavabdeh Başçısının N-ci müavini G.Məmmədov tərəfindən göndərilmiş N0 dekabr 202N-ci il tarixli N/N844; N/23N4 məktubundan müəyyən olunur ki, iddiaçı 2008-ci ildə məlumat vermədən öz yaşayış yerini dəyişdiyindən mənzil növbəlik sıyahısından çıxarılmışdır. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, N0 aprel 20N5-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (N.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (N.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.N-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən N2.03.202N-ci il tarixli, R-33-068 nömrəli nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə əsassızdır. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı qanunvericiliyin aşağıda göstərilən normalarının tətbiqini zəruri hesab edir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 3N.N-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 0N.N0.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların yaşayış yerində uçotu, 3N-ci maddəsi isə iş yeri üzrə uçotu ilə bağlı münasibətlər tənzimlənmiş, Məcəllənin 33-cü maddəsində birinci növbədə və növbdənkənar yaşıyş sahəsi almaq hüququ olan vətəndaşlar ayrıca üçota götürülməli olduğu qeyd edilmişdir. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 50-ci maddəsində vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları, 5N-ci maddəsində yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması qaydaları nəzərdə tutulmuşdur. İşdə olan sənədlərə əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri Cavabdeh Başçısının 620 nömrəli, N2.06.2000-ci il tarixli sərəncamı ilə İddiaçı ailə tərkibi 4 nəfər (özü, yoldaşı, 2 uşağı) olmaqla 2-ci qrup Qarabağ əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunmuşdur. Eləcə də, Bakı şəhəri Nizami rayonu İHB-nın 0N iyun 2005-ci il tarixli, 326 №-li sərəncamına əsasən İddiaçı işlədiyi "xxxx" ASC-nin müdiriyyəti, həmkarlar ittifaqı komitəsinin N №-li 03.NN.2003-cü il tarixli və təkrarən N №-li, N5.02.2005-ci il tarixli protokollarında İddiaçı 4 nəfər ailə tərkibi ilə 2000-ci ildən yaşadıqları E.Süleymanov küçəsi (keçmiş Şərifli) küçəsi N54 saylı evin 6-cı mərtəbə, 3 otaqlı, sahəsi 4N,83 kv.m. olan 22 №-li mənzilinə daimi yaşayış orderi verilməsi haqqında qərar qəbul edilməsini və Nizami rayon İcra hakimiyyətindən onların qərarının təsdiq edilməsi xahişini, Nizami RİH–nin mənzil məsələləri üzrə ictimai komissiyasının 56 №-li, 20.05.2005-ci il tarixli protokolunda İddiaçı daimi yaşayış orderi verilməsini tövsiyə etməsini nəzərə alaraq, Nizami RİH İddiaçı 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 oğlu) yaşadığı E.Süleymanov küçəsi N54 saylı evin mərtəbə 6, 3 otaqlı, sahəsi 4N,83 kv.m olan 22 saylı mənzilinə daimi yaşayış orderi verilməsi və mənzil növbəsindən çıxarılmasına dair sərəncam vermişdir. Həmin sərəncama əsasən 03 iyun 2005-ci il tarixdə İddiaçı 4 nəfər ailə tərkibi ilə E.Süleymanov küçəsi N54 saylı evin mərtəbə 6, 3 otaqlı, sahəsi 4N,83 kv.m. olan 22 saylı mənzilinə daimi yaşayış orderi verilmişdir. 2N.07.20N9-cu il tarixdə həmin evdə qeydiyyatda olan iddiaçının və onun oğullarının razılıq ərizəsi ilə həmin mənzil iddiaçının arvadı XN adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, buna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən N0.08.20N9-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Hazırda mübahisənin predmeti iddiaçının Bakı şəhəri Cavabdehndəki mənzil növbəsinin bərpa olunması və mənzil növbəsinə dair sənədlərinin Nizami rayon İcra Hakimiyyətinə göndərilməsi təşkil edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - maddə. 48.N. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - maddə. 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. - maddə. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. - maddə 50.N. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.N.N. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.N.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.N.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.N.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - maddə. 5N.N. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - maddə 5N.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. - maddə 5N.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - maddə 5N.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. - maddə 53.N. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.N.N. bu Məcəllənin 5N.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.N.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.N.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Maddə 54 vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi alanadək və ya bu Məcəllənin 55ci maddəsində nəzərdə tutulmuş üçotdan çıxarmaq üçün əsaslar aşkar edilənədək saxlanılır. - maddə 55.N. aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.N.2. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda; 55.N.3. vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda . Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün yaşayış sahələrinə ehtiyacı olan şəxslər dairəsinə aid olmalıdır. Bu kateqoriyaya aid olan və uçota alınan şəxs sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda, və ya digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda, o, uçotdan çıxarılır. Yəni həmin şəxs artıq yaşayış sahəsinə ehtiyacı olan hesab edilmir, buna görə də, uçotdan çıxarılır. Məhkəmə araşdırması zamanı toplanmış sübutlardan müəyyən olunur ki, Nizami rayon İHB-nın 0N.06.2005-ci il tarixli sərəncamı əsasında İddiaçı 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 oğlu) yaşadığı E.Süleymanov küçəsi N54 saylı evin mərtəbə 6, 3 otaqlı, sahəsi 4N,83 kv.m olan 22 saylı mənzilinə daimi yaşayış orderi verilmiş, hazırda iddiaçı Bakı şəhəri Sabunçu rayonu ərazisində yaşayış yerindən çıxaraq Nizami İH tərəfindən ona verilmiş yuxarıda qeyd olunan ünvandakı yaşayış yerinə köçmüş, həmin ünvanda daimi qeydiyyata alınaraq, ailəsi ilə orada yaşayır, hazırda həmin məzil iddiaçının razılığı ilə arvadı XN adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan qanunvericiliyin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacların ödənilməsi üçün köməklik göstərilməsidir. Başqa sözlə, sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərilməsinin meyarı onların həqiqətən də bu köməyə ehtiyacı olmasıdır. Hazırkı halda iddiaçıya münasibətdə isə artıq o, sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs deyil, belə ki, artıq onun mənzil ehtiyacı Nizami rayon İHB-nın 0N.06.2005-ci il tarixli sərəncamı ilə təmin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 2N may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin N0-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın N4-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar