Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-806/2023 06.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ n tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu Sosı̇ al Ödənı̇ şlərı̇ n Təyı̇ nati üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Sovet Qazaxıstanı 1970-1973-cü illərdə kolxozunda işlədiyi dövrləri təsdiq edən xx.xx.2018-ci il tarixli 18 nömrəli arxiv arayışını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahiblarlıqla iş üzrə Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********551000 nömrəli arayışda göstərilmiş xx.xx.2000-ci ildən xx.xx.2014-cü ilədək olan dövrü əmək kitabçasında qeyd olunmuş xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək “Abadlıq” firmasında işlədiyi dövrü və xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixinədək 16 saylı TTQS-də işlədiyi dövrü ümumi iş stajına hesablanması və xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalını indeksləşdirərək pensiyasının yenidən hesablayıb xx.xx.2018-ci ildən hal-hazıradək yaranan fərqin hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən 416,96 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Həmçinin, iddiaçının yaşa görə pensiya təyinatı zamanı nəzərə alınmayan sığorta stajları nəzərə alınaraq pensiyası yenidən hesablanmışdır. Yaşa görə pensiya ödənişində yaranmış əksik vermə xx.xx.2023-cü il tarixdən ailə başçısını itirməyə görə təyin olunmuş pensiya ödənişində nəzərə alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə icraata xitam verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. İnziabti icraat materiallarından, pensiya işinə dair sənədlərdən müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xətai rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 1923 nömrəli qərarı ilə İddiaçı xx.xx.2006-cı il tarixədək 28 il 04 ay 25 gün staja uyğun olaraq yaşa görə xx.xx.2018-ci il tarixdən ömürlük 190,04 manat pensiya təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək arxiv arayışlarını nəzərə almaqla 1970-1973-cü illərdə kolxozunda işlədiyi dövr, xx.xx.2000-ci ildən xx.xx.2004-cü ilədək sahibkarlıq fəliyyəti ilə məşğul olduğu dövr, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək “Abadlıq” firmasında işlədiyi dövr və xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixinədək 16 saylı TTQS-də işlədiyi dövr ümumi iş stajına hesablanması və xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalını indeksləşdirərək yaranmış fərqin ödənilməsini xahiş etmişdir. Məhkəmə icraatı gedişində iddiaçıya xx.xx.2023-cü il tarixli 081128 nömrəli qərarla ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, həmin qərarla təyin edilmiş pensiya məbləği 416,96 manat təşkil etmiş, həmin qərarda bu zaman yaşa görə pensiya təyinatı zamanı nəzərə alınmayan sığorta stajları nəzərə alınaraq yenidən hesablandığı, yaşa görə pensiya ödənişində yaranmış əksik vermə məbləğinin xx.xx.2023-cü il tarixdən ailə başçısını itirməyə görə təyin olunmuş pensiya ödənişində nəzərə alındığı qeyd edilmişdir. Əksikvermə 2067,52 manat. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ n tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu Sosı̇ al Ödənı̇ şlərı̇ n Təyı̇ nati üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının 30 mart 2022-ci il tarixli, 3-17-1/2-65295/2023 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı iddiasının məhkəmədənkənar həlli üçün onun yaşa görə pensiya hüququna yenidən baxılmışdır. Məlumat üçün bildiririk ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2018ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi X2 xx.xx.2018-ci il tarixli 18 nömrəli arayışına əsasən xx.xx.1970-ci il tarixindən xx.xx.1973- cü il tarixinədək 3 il 4 ay 19 gün “Sovet Qazaxıstanı” kolxozunda işlədiyi dövr, hərbi biletin surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək 2 il 3 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən 06.01,1993cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixinədək “Abadlıq” firmasında, xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində, xx.xx.1996-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək “Təfəkkür” kiçik müəssisəsində, xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək, xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək 29 il 25 gün əmək fəaliyyəti dövrü daxil olmaqla ümumi 34 il 5 ay 17 gün mübahisələndirilməyən sığorta stajı və X1 Sisteminin Pensiya altsisteminə əsasən fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək qeydə alınmış 8147,52 manat pensiya kapitalı əsasında ona xx.xx.2018-ci il tarixindən 224,08 manat məbləğində yaşa görə pensiya təyin edilmişdir: > xx.xx.2006-cı il tarixinədək 34 il 5 ay 17 gün sığorta stajına əsasən 24120,00 manat (2018-ci il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı + 8147,52 manat (xx.xx.2006xx.xx.2018) = 32267,52 : 144 = 224,08 Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar iddiaçının yaşa görə əmək pensiyasının məbləği xx.xx.2019cu il tarixindən 230,81 manata, 01.01,2020-ci il tarixindən 269,12 manata, xx.xx.2021-ci il tarixindən 299,80 manata, xx.xx.2022-ci il tarixindən 310 manata manata çatdırılmışdır. Əlavə olaraq bildiririk ki, Qanunun 34.1 -ci maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Bu maddənin tələbinə əsasən adıçəkilən şəxsə xx.xx.2023-cü il tarixindən 497,36 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir və yaşa görə əmək pensiyası ödənişində ötən dövr üzrə (xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək) hesablanmış fərq məbləği (əskik vermə) Qanunun 32.1-1-ci maddəsinə əsasən cari pensiyasının üzərinə əlavə edilməklə ödəniləcəkdir. Sözügedən Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qeyd olunanlara əsasən bildiririk ki, adıçəkilən şəxsin yaşa görə əmək pensiyası hüququ xx.xx.2018-ci il tarixində yarandığından ona ilkin pensiya təyinatı zamanı nəzərə alınan pensiya kapitalı (fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək 9 il 2 ay üzrə qeydə alınmış 8147,52 manat pensiya kapitalı) həmin Qanununun 27.1-ci maddəsinə əsasən 80% artırılmaqla, yəni 90% hesablanmış məbləğdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ n tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu Sosı̇ al Ödənı̇ şlərı̇ n Təyı̇ nati üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının 07 iyun 2023-cü il tarixli, 3-17-1/3-1-55404/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, “Əmək Pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2018-ci il tarixində pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi X2 xx.xx.2018-ci il tarixli 18 nömrəli arayışına əsasən xx.xx.1970-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək “Sovet Qazaxıstanı” kolxozunda işlədiyi dövr, hərbi biletin surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1988ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixinədək “Abadlıq” firmasında, xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində, xx.xx.1996-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək “Təfəkkür” kiçik müəssisəsində, xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək, xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü daxil olmaqla ümumi 34 il 5 ay 17 gün mübahisələndirilməyən sığorta stajı və X1 Sisteminin Pensiya altsisteminə əsasən fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək qeydə alınmış 8147,52 manat pensiya kapitalı əsasında ona xx.xx.2018-ci il tarixindən 224,08 manat məbləğində yaşa görə pensiya təyin edilmişdir: >xx.xx.2006-cı il tarixinədək 34 il 5 ay 17 gün sığorta stajına əsasən 24120,00 manat (2018-ci il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı + 8147,52 manat (xx.xx.2006xx.xx.2018) = 32267,52 manat >32267,52 : 144 = 224,08 manat Məlumat üçün bildiririk ki, X1 sisteminin Pensiya altsisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək 9444,58 manat (2022-ci il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı qeydə alınmışdır. Həmin kapitalın 2018-ci il tarixinə indeksləşdirilmiş məbləği 8147,52 manat (9444,58:1,067:1,028:1,026:1,03=8147,52) təşkil edir. Eyni zamanda bildiririk ki, Qanunun 34.1 -ci maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Bu maddənin tələbinə əsasən adıçəkilən şəxsə yaşa görə əmək pensiyası ödənişində ötən dövr üzrə (xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək) hesablanmış fərq məbləğinin ((əksik vermə) hesablanması barədə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarı məhkəməyə təqdim olunur) Qanunun 32.1-1 -ci maddəsinə əsasən iddiaçının cari pensiyasının üzərinə əlavə edilməklə ödəniləcəkdir. Əlavə olaraq bildiririk ki, məktubun əksik vermənin hansı tarixədək ödənilib başa çatdırılacağı hissəsində işin icrası Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aid olduğundan məktub aidiyyəti üzrə göndərilir. Həmin məktubla göndərilmiş sənədin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə X3 pensiyasının təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, İddiaçı Ailə başçısını itirmyə görə pensiya təyin olunmuş, əmək pensiyası hüququnun yarandığı tarix: xx.xx.2018, əmək pensiyasının yenidən hesablandığı və ödəniş tarixi: xx.xx.2023, əmək pensiyasının hazırkı məbləği 416,96 manat. Ötən dövr üzrə təyinat tarixi: xx.xx.2018-ci il üzrə təyinatdan əvvəl 194,28 manat, təyinatdan sonra 224,08 manat, xx.xx.2019-cu il üzrə təyinatdan əvvəl 200,11 manat, təyinatdan sonra 230,81 manat, xx.xx.2020-ci il üzrə təyinatdan əvvəl 233,32 manat, təyinatdan sonra 269,12 manat, xx.xx.2021-ci il üzrə təyinatdan əvvəl 259,92 manat, təyinatdan sonra 299,80 manat, xx.xx.2022-ci il üzrə təyinatdan əvvəl 268,76 manat, təyinatdan sonra 310,00 manat. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 10 iyul 2023-cü il tarixli, 3-17-1/2-152894/2023 nömrəli məktubunda bildirilmişdir ki, “X4” Proqram Təminatından əldə olunan məlumata əsasən İddiaçı yaşa görə pensiya təyinatı zamanı nəzərə alınmayan sığorta stajının yenidən hesablanması zamanı xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yaranmış əksik vermə məbləği 2067.51 manat təşkil edir. Əlavə olaraq qeyd edirik ki, 2067.51 manat əksik vermə məbləğinin 1240.50 manatı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilmiş, qalan 827.01 manat vəsait isə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 413.50 manat olmaqla aylıq pensiya məbləğinin üzərinə əlavə edilməklə İddiaçı ödəniləcəkdir. İddiaçıya aid pensiya təyinatı alt sistemindən görünür ki, 2023-cü ilin aprel ayından cari pensiya 497.36 manat, keçmiş dövr üzrə 413,5 manat, cəmi pensiya məbləği 910,86 manat ödənilmişdir. Beləliklə, hazırkı işdən görünür ki, iddiaçının yaşa görə əmək pensiyası aldığı dövrdə nəzərə alınmamış və məhkəmə qaydasında mübahisələndirdiyi illər- xx.xx.1970-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək “Sovet Qazaxıstanı” kolxozunda işlədiyi dövr, xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixinədək “Abadlıq” firmasında, xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində, xx.xx.1996-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək “Təfəkkür” kiçik müəssisəsində, xx.xx.2000-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan fərdi sahibkar kimi fəaliyyət dövrləri daxil olmaqla 34 il 5 ay 17 gün sığorta stajına əsasən xx.xx.2006-cı il tarixinədək 24120,00 manat (2018-ci il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı və xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək qeydə alınmış 9444,58 manat (2022-ci il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı pensiya təyinatı tarixinə, yəni 2018-ci il tarixinə indeksləşdirilmiş məbləği 8147,52 manat hesablanmaqla yenidən hesablanmış, həmin dövr üzə fərq məbləği -2067.51 manat əksik vermə məbləği iddiaçının hazırkı halda aldığı ailə başçısını itirməyə görə pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin qənaətinə görə hazırkı halda inzibati iş üzrə iddiaçının arzuladığı hüquqi nəticə baş verdiyindən, yəni iddiaçıya yaşa görə əmək pensiyasında nəzərə alınmayan dövr onun sığorta stajına daxil edilməklə və illik indeksləşdirmə faizləri tətbiq etməklə yenidən hesablandığından və yaranmış fərqin iddiaçıya ödənilməsi təmin edildiyindən cavabdeh inzibati orqanla iddiaçı arasında artıq inzibati mübahisə mövcud deyildir, bu əsasdan iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ n tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu Sosı̇ al Ödənı̇ şlərı̇ n Təyı̇ nati üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi" tələbinə dair 2-1(112)-806/2023 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-806/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-806/2023
06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver