Məhkəmə qərarları › İş №2-1(112)-8060/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8060/2023

12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8060/2023 12.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (qardaşı) X2, Cavabdeh Qardağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yerləşmə sxeminin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qardağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 242 nömrəli Sərəncamı ilə Sahil qəsəbəsinin şimalqərbindən yeni ayrılmış yaşayış massivindən fərdi yaşayış evinin tikilməsi üçün iddiaçıya verilmiş 600.0 kv.m. torpaq sahəsinə çıxarışın alınması məqsədilə həmin torpaq sahəsinin planı və ölçüsünün əks olunduğu yerləşmə sxeminin iddiaçıya verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının xx.xx.2000-ci il tarixli, 242 nömrəli Sərəncamı ilə Sahil qəsəbəsinin şimal-qərbindən yeni ayrılmış yaşayış massivindən 600.0 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün iddiaçıya verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2009-cu il tarixli 807 nömrəli arxiv çıxarışı, eyni zamanda Milli Arxiv İdarəsinin X5 Sistemindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarış yuxarıda göstərilən sərəncamın həqiqiliyini təsdiq edir. Cavabdeh Aparatının memarı N.Səmədov tərəfindən tərtib edilmiş torpaq sahəsinin sxemində ayrılmış torpaq sahəsinin yerləşdiyi yer İV küçədə “4” rəqəmi ilə göstərilmişdir. Həmin torpaq sahəsinə çıxarış almaq üçün iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Əmlak Xidmətləri Məkanına müraciət etmişdir. Əmlal Xidmətləri Məkanından isə çıxarışın verilməsindən imtina edilmiş və əsas kimi təqdim edilməli olan sənədlərdən biri kimi “torpaq sahəsinin planı və ölçüsünün əks olunduğu yerləşmə sxeminin” Cavabdehndən almalı olduğu bildirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə əlavə olunan sənədlərdən biri də "torpaq sahəsinin planı və ölçüsü”dür (10.2.2.). Cavabdeh Başçısının xx.xx.2000-ci il tarixli, 242 nömrəli Sərəncamı ilə Sahil qəsəbəsinin şimal-qərbindən yeni ayrılmış yaşayış massivindən 600.0 kv m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün iddiaçıya verilmiş torpaq sahəsinə çıxarışın alınması üçün torpaq sahəsinin planı və ölçüsünün əks olunduğu yerləşmə sxeminin alınması üçün xx.xx.2023-cü il tarixdə Cavabdehnə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli, 5-13/1-V-4-091/2023 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “sizə torpaq sahəsi ayrılarkən həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən yerləşmə cizgisi yer quruluşu orqanları tərəfindən yerdə (naturada) sahənin hüdudları müəyyən edilməklə müvafiq sənədlər rəsmiləşdirilib verilmişdir. Bu həmin sərəncamın qüvvəyə minməsi üçün əsas olmuşdur”. İddiaçı hesab edir ki, Cavabdeh tərəfindən ona torpaq sahəsinin planı və ölçüsünün əks olunduğu yerləşmə sxeminin verilməməsi nəticəsində çıxarış ala bilmir və icra hakimiyyətinin vəzifəli şəxslərinin bu hərəkətləri iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş mülkiyyət hüququnu pozur.

3. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

4. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8060/2023 saylı qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbinə dair iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq üçüncü şəxs iddia tələbinin 1 saylı Bakı Ərazi İdarəsinə münasibətdə mümkün sayılmamasını xahiş edir.

5. Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçının nümayəndəsi (qardaşı) X3 ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, Cavabdeh başçısının xx.xx.2000-ci il tarixli, 242 nömrəli sərəncamına əsasən İddiaçı Sahil qəsəbəsinin şimal-qərb hissəsində 600 kv.m. ölçüdə torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri 26 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 7E/6689 reyestr nömrəli etibarnaməyə əsasən X3 həmin torpaq sahəsi ilə bağlı İddiaçı təmsil etməyi və onun adından müəyyən hərəkətlər etmək səlahiyyəti verilmişdir. Bildirilmişdir ki, İddiaçı torpaq sahəsi ayrılarkən həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən yerləşmə cizgisi yer quruluşu orqanları tərəfindən yerdə (naturada) sahənin hüdudları müəyyən edilməklə müvafiq sənədlər rəsmiləşdirilib verilmişdir. Bu həmin qərarın qüvvəyə minməsi üçün əsas olmuşdur.

6. Bakı şəhəri Cavabdeh Başçısının 29 mart 2000-ci il tarixli, 242 nömrəli “Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” Sərəncamında qeyd olunur ki, vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Sahil qəsəbəsinin şimal-qərbindən yeni ayrılmış yaşayış massivindən 600,0 kv.m. torpaq sahəsi ayrılmışdır.

7. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsi (qardaşı) X3 ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı) həmin torpaq sahəsinin ayrılmasına qərar qəbul etmiş təşkilat tərəfindən tərtib olunur. İlkin torpaqayırma sənədlərinin tərtib olunması və ya belə sənədlər təqdim olunmadan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir.

8. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 iddia tələbinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.

II. İddianın mümkünlüyü

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

10. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş torpaq sahəsinin planı və ölçüsünün təsvirinə əsasən, həmin sənəd ciddi hesabat sənədi olmaqla torpaq sahəsinə dair müfəssəl məlumatı özündə əks etdirir (torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı); torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri).

11. Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən: 1.Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

12. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

13. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsindən: 1.3. DƏDKR bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək;

14. İş materiallarının araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış Sahil qəsəbəsinin şimal-qərbində yerləşən torpaq sahəsinə dair eyniləşdirməyə imkan verən yerləşmə cizgisi mövcuddur, yəni cavabdeh qurum vaxtilə torpaq sahəsini naturada müəyyən edərək hüquq sahibinə təhvil verimişdir. Odur ki məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağına uyğun olan səmərəli hüquqi müdafiə vasitəsi müvafiq tələblə Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri publik hüquqi şəxsinə müraciətdir.

15. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar