Məhkəmə qərarları › İş №2-1(112)-8065/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8065/2023

24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8065/2023 24.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Məhəmməd oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “tutulmuş müavinətin geri ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “tutulmuş müavinətin geri ödənilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, məhkəmə aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sosial müavinətin artıq ödənilmiş məbləğin geri alınması barədə qərarın ləğv edilməsi və əsassız olaraq xərclədiyi 800 AZN məbləğin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) X1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini və İddiaçı 2023-cü ilin yanvar ayından yaşa görə sosial müavinətindən artıq hesablamaya görə tutulmuş pulun geri qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı qanunvericiliklə müəyyən olunmuş qaydada 2022-ci ilin aprel ayından müavinət alır. Müəyyən bir müddət həmin müavinəti aldıqdan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu əsas tutaraq həmin müavinət dayandırılmış və artıq ödənilmiş məbləğ geri alınmağa başlanılmışdır. Sonradan müavinət ödənilməyə başlanılmış, lakin artıq ödənilmiş məbləğin tutulması davam etdirilir. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını bildirsə və buna aid sübutlar təqdim etsə də, iddiaçıya artıq ödənilmiş məbləgin ondan tutularaq qaytarılacağı bildirilmişdir. "xxxx" MMC yaradaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, lakin fəaliyyəti səmərəli olmadığından müvafiq orqanlara müraciət edərək cəmiyyətin fəaliyyətini dayandırmışdır. Hesab edir ki, qanunvericiliyə uyğun olaraq barəsində verilmiş bu əsassız qərar ləgv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uygun izahat verərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Cavabdehin etirazında göstərmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Lakin sonradan iddiaçının xx.xx.2019-cu il tarixli aktiv əmək müqaviləsinin mövcud olduğu aşkar edilmiş və bu səbəbdən xx.xx.2022-ci il tarixdən iddiaçıya müvafiq müavinət ödənişi dayandırılmışdır. İddiaçının müavinətin bərpası ilə bağlı xx.xx.2022-ci il tarixli ərizəsinə baxılmış və xx.xx.2022-ci il tarixdə sözügedən əmək müqaviləsinə xitam verildiyindən yaşa görə sosial müavinətin ödənişi xx.xx.2022-ci il tarixdən bərpa edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv əmək müqaviləsi olduğu halda yaşa görə sosial müavinət aldığı üçün 1074,00 (bir min yetmiş dörd) manat artıq alınmış məbləğ aşkar edilmişdir. Bununla bağlı Mərkəzi Filial tərəfindən xx.xx.2022-ci il tarixli **********3 nömrəli Qərar qəbul edilmişdir. Həmin qərara uyğun olaraq artıq alınmış məbləğ iddiaçının yaşa görə sosial müavinət işi üzrə 2023-cü ilin yanvar ayından hər ay 20% olmaqla 44,00 (qırx dörd) manat məbləğində qanunamüvafiq qaydada tutularaq Mərkəzi Filialın hesabına bərpa edilir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək aldığı yaşa görə müavinətdən aparılan tutulmanın səbəbi və məbləği, həmçinin artıq ödənilmiş vəsaitin həcmi barədə məlumat verilməsini xahiş etmiş və tutulmaya etiraz etdiyini bildirmişdir. İddiaçının müraciətinə Fondun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-C-23871/2023 nömrəli məktubu ilə cavab verilmiş, tutulmanın səbəbi və məbləği, həmçinin artıq ödənilmiş vəsaitin həcmi barədə məlumat təqdim edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə sosial müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Göründüyü kimi, Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə sosial müavinətin təyin edilməsi şərti kimi əmək qabiliyyəti olmayan və əmək pensiyası hüququnun olmayan şəxsin işləməməsi faktı çıxış edir. Həmçinin həmin Qanunun 11.1.2-ci maddəsində qeyd edilir ki, yaşa görə sosial müavinət şəxs əmək fəaliyyətinə başladıqda dayandırılır. Göründüyü kimi, iddiaçının xx.xx.2019-cu il tarixli əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə xitam edilənə qədər qüvvədə olmuş və deməli, buna uyğun olaraq müvafiq hüquq və vəzifələr yaratmışdır. Cavabdeh inzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Belə ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Buna görə iddia tələbi təmin edilməməlidir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materiallarına əlavə edilmiş: - Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-C-23871/2023 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin (bundan sonra Fond) Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialında xx.xx.2023-cü il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Məlumat üçün bildiririk ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə sosial müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Fondun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra Filial) tərəfindən sosial ödənişlər Alt sisteminə daxil edilmiş xx.xx.2022-ci il tarixli 1614 nömrəli sorğuda Filial tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********3 nömrəli Qərara əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək aktiv əmək müqaviləniz olduğu halda yaşa görə sosial müavinət aldığınız üçün 1074,00 (bir min yetmiş dörd) manat artıq alınmış məbləğ aşkar edilmişdir. Artıq alınmış məbləğ yaşa görə sosial müavinət işiniz üzrə 2023-cü ilin yanvar ayından hər ay 20% olmaqla 44,00 (qırx dörd) manat məbləğində qanunamüvafiq qaydada tutularaq Mərkəzi Filialın hesabına bərpa edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq sizə bildiririk ki, artıq alınmış vəsaitin bərpası qanunamüvafiq qaydada davam etdiriləcəkdir.” - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********219100 saylı məktubu ilə bildirilmişdir ki, uçot baza məlumatlarına əsasən "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixdə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********63 nömrəli “Sosial müavinət təyinatı üzrə” qərarının qeyd hissəsindən görünür ki, iddiaçının aktiv əmək müqaviləsi olduğu dövrdə (xx.xx.2022-xx.xx.2022) yaşa görə müavinət üzrə ödəniş oldugu üçün artıq ödənildiyi müəyyən edilmişdir. Qərarla iddiaçıya xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində müavinət təyin edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirilmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə sosial müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Həmin Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə sosial müavinətin təyin edilməsi şərti kimi əmək qabiliyyəti olmayan və əmək pensiyası hüququnun olmayan şəxsin işləməməsi faktı çıxış edir. Həmçinin həmin Qanunun 11.1.2-ci maddəsinə əsasən yaşa görə sosial müavinət şəxs əmək fəaliyyətinə başladıqda dayandırılır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. İşin hallarına görə iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Lakin sonradan iddiaçının xx.xx.2019-cu il tarixli aktiv əmək müqaviləsinin mövcud olduğu aşkar edildiyindən cavabdeh xx.xx.2022-ci il tarixdən müavinət ödənişini dayandırmışdır. İddiaçının müavinətin bərpası ilə bağlı xx.xx.2022-ci il tarixli ərizəsinə baxılmış və xx.xx.2022-ci il tarixdə sözügedən əmək müqaviləsinə xitam verildiyindən yaşa görə sosial müavinətin ödənişi xx.xx.2022-ci il tarixdən bərpa edilmişdir. Cavabdehin dəlillərinə görə iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv əmək müqaviləsi olduğu halda yaşa görə sosial müavinət aldığı üçün 1074,00 (bir min yetmiş dörd) manat artıq alınmış məbləğ aşkar edilmişdir. Bununla bağlı Mərkəzi Filial tərəfindən xx.xx.2022-ci il tarixli **********3 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara uyğun olaraq artıq alınmış məbləğ iddiaçının yaşa görə sosial müavinət işi üzrə 2023-cü ilin yanvar ayından hər ay 20% olmaqla 44,00 (qırx dörd) manat məbləğində qanunamüvafiq qaydada tutularaq Mərkəzi Filialın hesabına bərpa edilir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək aldığı yaşa görə müavinətdən aparılan tutulmanın səbəbi və məbləği, həmçinin artıq ödənilmiş vəsaitin həcmi barədə məlumat verilməsini xahiş etmiş və tutulmaya etiraz etdiyini bildirmişdir. İddiaçının müraciətinə Fondun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-C-23871/2023 nömrəli məktubu ilə ona bu barədə məlumat verilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin artıq ödənilmiş vəsaitin tutulması ilə baglı hərəkəti qanunsuz olmuşdur. Belə ki, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya sosial müavinətin təyin edilməsi barədə xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan məhkəməyə müraciət etmək əvəzinə öz təşəbbüsü ilə araşdırma apararaq “artıq ödəmə müəyyən edildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən və ən əsası müvafiq məhkəmə qərarı olmadan müavinətdən qanunsuz tutulmasını həyata keçirmişdir. Bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh artıq ödənilmiş müavinət məbləğinin geri qaytarılması məsələsini həll edərkən həm “Sosial müavinətlər haqqında” Qanunun normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində müavinətdən tutulmanı apara bilməz. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan başqa, nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin müavinətin təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində müavinətin artıq ödənilibödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Bu baxımdan iddiaçının müraciətindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı 2023-cü ilin yanvar ayından yaşa görə sosial müavinətindən artıq hesablamaya görə tutulmuş pulun geri ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

NƏTİCƏVİ HİSSƏ:

İddia təmin edilsin. İddiaçı 2023-cü ilin yanvar ayından yaşa görə sosial müavinətindən artıq hesablamaya görə tutulmuş pulun geri ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3akim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar