Məhkəmə qərarları › İş №2-1(112)-807/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-807/2020

18.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-807/2020 18.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ünvanında qeydiyyatda olan) Cavabdehin nümayəndəsi və vəkili X5 ( Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. DSMF Xüsusi Şərtlərlə Təyinat idarəsinə ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından ötrü ərizə ilə müraciət etmişdir. Lakin həmin idarədən ona 15 noyabr 2019-cu il tarixli məktubda güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Qeyd edir ki, ümumi iş stajı 25 ildən çox olmaqla o cümlədən, 12 il 06 ay güzəştli iş stajı yaranmışdır. İşlədiyi peşə "Güzəştli şərtlərlə yaşa görə əmək rensivası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının" təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 nömrəli Qərarında öz əksini tapmışdır. Lakin DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina edir. Belə olan halda onun konstitusion hüquqları pozulur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququm məhdudlaşdırılır. Qeyd olunanlara əsasən İddiaçı hüququnun yarandığı vaxtdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin və həmin tarixdən əmək pensiyasının hesablaraq ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə iddiaçının iddiasında göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçasını və "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli arayış təqdim etmişdir. Lakin, həmin əmək kitabçasının çox hissələri xarici dildə tərtib edildiyi üçün həmin əmək kitabçasında iddiaçının hansı peşələrdə işlədiyini müəyyən etmək mümkün deyil. iddiaçının təqdim etdiyi qeyd edilən arayışda iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 24-cü fəslinə əsasən Elektrik stansiyalarında, buxar və güc təsərufatında avadanlıqların təmiri (odadavamlı materiallarla işləyən hörgüçülər), yanacaqötürmə avadanlığına və onların işini təmin edən 330 K V-luq gərginlik bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri bilavasitə zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyindən, güzəştli şərtləlrə yaşa görə əmək pensiya hüququ verilir. Hal-hazırda qüvvədə olan “X6” Qanunun 9.1 -ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda (qeyd edilən dəyişiklik 10 mart 2017-ci il tarixli 543- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvəyə minməmişdən əvvəl yaş 57), azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə göründüyü kimi, hal-hazırda qüvvədə olan qanunvericiliyə görə iddiaçının güzəştli şərtləlrə pensiya hüququ onun ümumi stajnın 25 il, güzəştli pensiya hüququ verək peşələrdə azı 12 il 6 ay işləməsi və 60 yaşı olduqda təyin edilə bilər. İddiaçı xx xxxxxx 1962-ci il təvəllüdlü olmaqla hal-hazırda 58 yaşı olduğundan ona güzəştli pensiya təyin edilə bilməz. “X6” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının "b" yarımbəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlordə çalışan işçılər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Lakin, iddiaçının təqdim etdiyi əmək kitabçasından göründüyü kimi 2006-cı il yanvarın 1dək ümumi stajı olmadığından ona “Vətəndaşlara pensiya təminatı haqqında” Qanunun tədbiq edilə bilməz. Belə ki, “X6” Qanun güvvəyə minənədək iddiaçının 44 yaşı olmuşdur. Həmçinin onuda qeyd edirlər ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında onun xx.xx.1983-cü ildən bugünədək "xxxx" Dövlət Şirkətinin “Azərenerjisazlama" müəssisəsinin Əli-Bayramlı sahəsinin Yüksək Gərginlikli bölüşdümsə qurğuların təmiri sexində, Əli- Baramlı sahəsinin Yüksək Gərginlikli bölüşdürücü qurğuların təmiri sexində Elektrik avadanlıqlarının Quraşdırılması İdarəsinin Qəbələ sahəsində və X7 sahəsində elektrik çilingəri vəzifəsində işlədiyi qeyd edildiyindən həmin sahələr sözügedən Qərarda qeyd edilən sahələrə aid olmadığından onun işlədiyi peşələr ilə arayışda qeyd edilən peşələrin eyniləşdirilməsi düzgün deyil. Qeyd edirlər ki, güzəştli şərtlərlə pensiya təyini zamanı suiistifadə hallarına yol verməmək üçün ərizəçinin çalışdığı peşələrin Siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) ilə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. Bu barədə Ali Məhkəmənin bir çox gərarlarında da qeyd edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilsin. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-cu il tarixdə Salyan rayonunun Qaraçala qəsəbəsində doğulmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus İT-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək Azərbaycan SSR Baş Energetika və Elektrikləşdirmə İstehsalat-təmir idarəsinin Hörgüçü sexində birinci dərəcəli nəqliyyatçı işləmiş, xx.xx.1980-ci il tarixdən həmin yerdə ikinci dərəcəli hörgüçü vəzifəsinə köçürülmüş, xx.xx.1980-ci ildə həqiqi hərbi xidmətə çağırışla bağlı işdən azad edilmiş, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək İliç adına Əli-Bayramlı DRES-in əsas kimyəvi su təmizləmə avadanlığının təmiri üzrə kimyəvi sexdə 2-ci dərəcəli çilingər, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək “Azenerjisazlama” müəssisəsinin Əli- Bayramlı sahəsi yüksəkvoltlu elektrik açarlarının təmiri və sazlanması üzrə sexdə paylayıcı qurğuların təmiri üzrə 2-ci dərəcəli elektrik çilingəri, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək həmin sex və sahədə paylayıcı qurğuların təmiri üzrə 4-cü dərəcəli elektrik çilingəri, xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilədək istehsalatın təşkilinin təkmilləşdirilməsi və yeni tarif dərəcələrinin və peşələrinin tətbiqi ilə bağlı Əli-Bayramlı sahəsində yüksəkvoltlu elektrik amarlarının təmiri və sazlanması üzrə sexə paylayıcı qurğuların təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri, xx.xx.1994-cu ildə həmin yerdə paylayıcı qurğuların təmiri üzrə 4-cü dərəcəli elektrik çilingəri,xx.xx.1999-cu ildən xx.xx.2001-ci ilədək həmin vəzifə ilə EANÖC və İAQTS sexinə keçirilmiş, həmin tarixdən xx.xx.2002-ci il tarixədək eyni vəzifədə çalışmışdır. İşdə olan Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş 01-7p/774 saylı, 18 oktyabr 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1979-cu ildə ( əmr №-83ok, xx.xx.1979-cu il )”Azbaşenerji”nin İstehsalat-Təmir Müəssisəsinin Hörgü sexində yükləyici və odadavamlı materiallarla işləyən hörgüçü işləmiş və xx.xx.1980-cı ildə ( əmr №- 34-ok, xx.xx.1980-cı il ) Azərbaycan SSR Əmək Qanunlar Məcəlləsinin 36-cı maddəsinin 3-cü bəndinə ( Həqiqi hərbi xidmətə çağırışla bağlı) əsasən işdən azad edilmiş, xx.xx.1983-cü ildə (əmr № 184-ok, xx.xx.1983-cü il) “Azenerjisazlama” müəssisəsinin Yüksək Gərginlikli açarlarını Əli-Bayramlı təmiri sahəsində gərginlik bölüşdürücülərinin təmiri üzrə 2-ci dərəcəli elektrik çilingəri kimi işə qəbul edilmiş, xx.xx.1984-cü ildə (əmr №-179-ok , xx.xx.1984-cü il) həmin sahədə elektrik çilingəri kimi 3cü dərəcə verilmişdir. xx.xx.1985-ci ildə (əmr №-61- ji, xx.xx.1985-ci il) həmin sahədə elektrik çilingəri kimi 4-cti dərəcə verilmiş, xx.xx.1987-ci ildə (əmr № 206, xx.xx.1987-ci il) həmin müəssisənin Əli-Bayramlı sahədə gərginlik bölüşdürücü avadanlığın təmiri üzrə elektrik çilingəri kimi 3-cü dərəcə verilmiş, xx.xx.1994-cii ildə (əmr №-40-ji, xx.xx.1994-cü ildə) həmin sahədə elektrik çilingəri kimi 4-ci dərəcə verilmiş, xx.xx.2001-ci ildə (əmr №-l 18, xx.xx.2001-ci il) X4, Ölçü cihazlarına və İstilik Avtomatikasının quraşdırılması Təmiri və Sazlanması sexində Avadanlığın təmiri üzrə 4-cü dərəcəli elektrik çilingəri işləmiş və xx.xx.2002-ci ilədə (əmr № 17-ş, xx.xx.2002-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə ( öz xahişi ilə ) əsasən işdən azad edilmişdir. xx.xx.2002-ci ildə ( əmr №-10-kş. xx.xx.2002-ci il) "xxxx" MMC-nin Elektrik Avadanlıqlarının təmiri və sazlanması sexinin Əli-Bayramlı sahəsində Paylayıçı Qapalı avadanlığın təmiri üzrə 4-cii dərəcəli elektrik çilingəri vəzifəsinə qəbul edilmiş, xx.xx.2004cü ildə ( əmr №-49, xx.xx.2004-cii il) Həmin sahədə elektrik çilingəri kimi 5-ci dərəcə verilmiş, xx.xx.2006-cı ildən (əmr №-197-kş, xx.xx.2006-ci il) həmin sahədə 6-cı dərəcəli elektrik çilingəri peşəsinə keçirilmiş, xx.xx.2007-ci ildə ( əmr № 208/1 a-kş, xx.xx.2007-ci il ) Elektrik Avadanlıqlarının Təmiri və Sazlanması İdarəsinin Yüksək Gərginlikli Açarların Təmiri sexinin 7 Saylı Əli-Bayramlı sahəsində Paylayıcı Qapalı avadanlığın təmiri üzrə elektrik çilingəri peşəsinə keçirilib və hal-hazırkı dövrədək X2 sahəsində, X3 İdarəsinin Qəbələ sahəsində, “Cənub” Elektrik Quraşdırma sahəsində elektrik çilingəri işləmişdir. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü fəslinə əsasən elektrik stansiyalarında buxar və güc təsərrüfatında avadanlıqların təmiri (odadavamlı materiallarla işləyən hörgüçülər), yanacaqötürmə avadanlığına və onların işini təmin edən 330 kV-luq və yüksəkgərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri bilavasitə zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün iddiaçının stajı 36 il 8 ay 9 gündür. İşdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş 15 noyabr 2019-cu il tarixli, **********4 saylı imtina məktubundan görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) gərginlik altında olan 330 kv və yüksək gərginlik bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri vəzifəsi nəzərdə tutulmuşdur. İdarəyə təqdim olunmuş əmək kitabçasında isə xx.xx.1983-cü il tarixdən bugünədək "xxxx" Dövlət şirkətinin «Azerenerjisazlama» müəssisəsinin Əli-Bayramlı sahəsinin Yüksək Gərginlikli bölüşdürücü qurğuların təmiri sexində, X1 İdarəsinin Qəbələ sahəsində və X7 sahəsində elektrik çilingəri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahələr sözügedən Qərarda qeyd olunan sahəyə aid deyil. Qeyd olunanlara əsasən iddiaçının müraciətinin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmalıdır. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “X6” Azərbaycan Respublikası Qanunu: 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “X6” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 25 il 3 ay 7 gün ümumi və 22 il 6 ay 12 gün güzəştli iş stajı mövcuddur. Məhkəmə iddiaçının işlədiyi “elektrik çilingəri” vəzifəsinin zərərli peşə olmasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Nazirlər Kabinetinin 12 №-li xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” adlanan 24-cü Bölməsinin “A” yarımbölməsində “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri» və “gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan)» peşələri mövcuddur. İddiaçının işlədiyi “elektrik çilingəri” peşəsinin güzəştli iş stajı olmasına dair işəgötürən müəssisə tərəfindən müvafiq arayış tərtib olunmuşdur. İşəgötürən müəssisə tərəfindən tərtib olunmuş arayışda yuxarıda qeyd olunan hər iki peşənin iddiaçının vəzifəsinin peşə xarakterinə aid olduğu qeyd olunmuşdur. Cavabdeh inzibati orqan isə iddiaçının “elektrik çilingəri” işlədiyi sahənin yuxarıda qeyd olunan Siyahıda qeyd olunmadığını əsas gətirmişdir. Halbuki, həmin Siyahının 24-cü Bölməsinin “A” yarımbölməsində “bütün adlardan olan elektrik çilingərləri” peşəsi qeyd olunmuşdur. İddiaçıya məxsus əmək kitabçasından və işəgötürən müəssisə tərəfindən verilmiş Arayışdan da göründüyü kimi, iddiaçının işlədiyi “elektrik çilingəri” peşəsi həmin Siyahıda qeyd olunan “bütün adlardan olan elektrik çilingərləri” peşəsinə bərabər tutulmalıdır. Göründüyü kimi, cavabdehin imtinası əsaslı olmamışdır. Bu əsasdan məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiya hüququ pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALİR: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar