Məhkəmə qərarları › İş №2-1(112)-807/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-807/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-807/2024 15.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X9 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının xx.xx.2017-ci il tarixdən, 57 (əlli yeddi) yaşdan təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il tarixində Bakı şəhərində doğulmuşdur. 1981-ci ildə əmək fəaliyyətinə başlamışdır və müxtəlif peşələrdə çalışmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaşa çatdığından cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müraciət etmişdir. Lakin cavabdeh orqan 3-17-/2D-15258/2023 saylı xx.xx.2023-cü il tarixli imtina haqqında cavabla müraciətini müsbət cavablandırmamışdır. İmtinan qanunsuz və əsassızdır. Belə ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri yaşa və iş stajına malikdir. Belə ki, 1981-ci ildən başlayaraq indiyədək 42 (qırx iki) il əmək stajına malikdir. 2001-ci ildən başlayaraq iddiaçı quyuların əsaslı təmiri və yeraltı təmiri sexinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində çalışmışdır. Qeyd edilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına haqq verən islahatların, peşələrin, vəzifələrin və göstərişlərin Siyahısının 10.2-cü maddəsində nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi müəssisədə onunla eyni peşədə çalışmış və pensiya yaşı çatmış şəxslərə artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir və həmin şəxslər artıq bir neçə ildir pensiya alırlar. Güzəştli şərtlərlə yaşa görə iddiaçıya əmək pensiyası təyin edilməsi üçün kifayət qədər staja və yaşa malik olduğunu və bu hal nəzərə alınmaqla ona güşəştli şətrlərlə yaşa görə (57 yaşdan) əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2022-ci il tarixdə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş cavab məktubunda müvafiq qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələbərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların Pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin b bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 N°li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 24 il 2 ay 1 gün (xx.xx.1981-xx.xx.1983cü il, xx.xx.1983-xx.xx.1988-ci il, xx.xx.1988-21.01,1991-ci il, xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonrakı dövrlər üçün isə sığorta stajının 16 il 4 ay olduğu müəyyən edilmişdir. Həmçinin 1 yanvar 2006-cı il tarixədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 22384,41 manat, həmin tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 37723,67 manat olmaqla cəmi pensiya kapitalı 60108,08 manat təşkil edir. Eyni zamanda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X14 qərarlarını, X14 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı “X10 Company S.A.” şirkətinin Azərbaycan Respublikası nümayəndəliyinin ona dair 1 iyun 2022-ci il tarixli 517/AS nömrəli arayışında xx.xx.2001-ci il tarixdən bugünədək quyuların əsaslı və yeraltı təmiri sexinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində çalışdığı sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’’nda nəzərdə tutulmadığı bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçı X5 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, iddiaçı X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul etməyi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək İddiaçı 60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1960-cı il təvəllüdlü X9 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən X9 xx.xx.1979-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1981-ci ildə hərbi xidmətdən tərxis edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 25 avqust 1981-ci il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən X9 xx.xx.1981-ci ildə F.Dzerjinski adına maşınqayırma zavoduna 2-ci dərəcəli köməkçi işçi kimi işə qəbul edilib, xx.xx.1983-cü ildə işdən azad edilib, xx.xx.1983-ci ildə Lenin rayon Yeyinti Ticarət İdarəsində ambarda yükdaşıyan kimi işə qəbul olub, xx.xx.1988-ci ildə işdən azad edilib, xx.xx.1988-ci ildə “Zelenstroy” tikinti idarəsində 2-ci dərəcəli bağ işçisi kimi işə qəbul edilib, xx.xx.1991-ci ildə işdən azad edilib, xx.xx.1991-ci ildə “Azizbekovneft” Neft və Qazçıxarma İdarəsinə işə qəbul edilib, xx.xx.1984-cü ildə həmin sahəyə quyuların kimyəvi işlənməsi (emalı) üzrə 3cü dərəcəli operator kimi işə qəbul edilib, xx.xx.1991-ci ildə işdən azad edilib, xx.xx.1991ci ildə “Suraxanıneft” Neft və Qazçıxarma İdarəsinə işə qəbul edilib, xx.xx.2001-ci ildə quyuların əsaslı təmiri sexinə 5-ci dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı ildə idarənin ləvğ edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilib və işdən azad edilib, xx.xx.2006-cı ildə X17 Kompani S.A. şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində quyuların əsaslı təmiri sexinə 5-ci dərəcəli elektrik avadanlarının təmiri və xidmət üzrə elektrik montyoru peşəsinə qəbul edilib, xx.xx.2008-ci ildə işdən azad edilib, hal-hazırda işləyir. Məhkəmənin sorğusuna cavab olaraq “X17 Kompani S.A.” Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 260/9A nömrəli məktubunda qeyd edilmişdir ki, “X17 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranan işçilərinə, onların müraciətləri əsasında, pensiya təyin olunmaq üçün sənədlər hazırlanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ndakı“ 10.2. Neft, qaz və qaz kondensatının hasilatı” və həmin “Siyahı"nin“ 35.Ümumi peşələr” bölmələrindəki peşə və vəzifələrə istinad olunur. Nümayəndəliyin Elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektrik montyoru, ünvan 2 ünvanda yaşayan, xx xxxxxx 1960-cı il təvəllüdlü İddiaçı çalışdığı sahə güzəştli pensiya hüququ vermir. Məhkəmənin sorğusuna cavab olaraq “X17 Kompani S.A.” Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 757/CLS nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı “X17 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işlədiyi elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik mantyoru vəzifəsinin peşə təlimatını, məzuniyyət əmrindən çıxarışı və maliyyə arayışını təqdim etmişdir. Həmin məktubla göndərilmiş sənədlərin surətindən görünür ki: - “X17 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair xx.xx.2023cü il tarixli 37 nömrəli arayışında qeyd edilmişdir ki, arayış verilir Verilir İddiaçı ondan ötəri ki, O, 02 İyun 2006-cı il tarixdən etibarən “X17 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işləyir. Hal hazırda O, İdarənin Energetika xidmətində elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektrik montyoru vəzifəsində çalışır və işlədiyi müddət ərzində ona aylıq vəzifə maaşının 4%-i məbləğində zərərli işə görə əlavə ödəniş edilir. Arayış Azərbaycan Respublikası Əmək Məcəlləsinin 88-ci maddəsinə müvafiq olaraq Tələb olunan yerə təqdim etmək üçün tərtib edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq “X17 Kompani S.A.” Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 1062/CLS nömrəli məktubunda qeyd edilmişdir ki, Elektrik Təchizatı və X2 5- ci dərəcəli Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru X8 QƏYTS sahəsində əsaslı yeraltı təmir briqadalarının neftqaz çıxarma quyularında elektrik avadanlıqlarının işə buraxılması və tənzimlənməsində bilavasitə iştirak edir. Həmçinin quyularda perefarasiya avadanlıqlrına gərginliyin verilməsi, təmir işlərinin görülməsi, habelə yeraltı təmir briqadalarının təmir işlərinin aparılması üçün yağ açarlarının qoşulmasında və işə buraxılmasında da iştirak edir.Mədənin təmir briqadalarının mədəni məişət köşklərində işıqlanmanın təmir edilməsi, quyularda təmir aparan separatorun, elektrik quraşdırıcılarının elektrik avadanlıqlarına gərginliyin verilməsində və sökülməsində iştirak edir. Məhkəmənin sorğusuna cavab olaraq “X17 Kompani S.A.” Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 36/CLS nömrəli məktubunda qeyd edilmişdir ki, Elektrik Təchizatı və X2 5-ci dərəcəli Elektrik avadanlıqları-nın təmiri və xidməti üzrə elektrik montyoru X1 işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda, “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şiştin emalı” bölməsinin, “10.2 Neft, qaz və qaz kondensatının hasilatı” bəndinin, “a) fəhlələr” yarımbəndinin iyirmi beşinci abzasında nəzərdə tutulan “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları, texnoloji qurğuların təmiri üzrə çilingərlər” peşəsinə aiddir. Bu barədə İddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilməsi üçün arayış verilmişdir. Sığortaolunanın hesabına dair məlumatlardan görünür ki, “X17 Kompani S.A.” Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən iyun 2006-mart 2024-cü il tarixədək iddiaçının hesabına məcburi sığorta ödənişləri edilmişdir. Dövlət Neft şirkəti “Azneft” İstehsalat Birliyi tərəfindən iddiaçının hesabına 2015- 2023-cü illər uçun sığorta ödənişləri edilmişdir. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, iddiaçı Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin olunmasına sərəncam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən X7 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-A-15258/2023 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz “X13 Company S.A.” şirkətinin Azərbaycan Respublikası nümayəndəliyinin sizə dair 1 iyun 2022-ci il tarixli 517/AS nömrəli arayışında xx.xx.2001-ci il tarixindən bugünədək quyuların əsaslı və yeraltı təmiri sexinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində çalışdığınız sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıs”nda nəzərdə tutulmadığı bildirilib. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi 29 iyun 2022-ci il tarixindən qüvvədə olan Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş 60 yaşın tamam olması (Qanunun 7-ci maddəsi ilə nəzərdə tutulmuş 1 iyul 2020-ci il tarixdən kişilər üçün 65 yaş həddi 5 il azaldılmaqla), 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli iş stajı toplaması tələb olunur. Eyni zamanda xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı ona xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etdiyindən məhkəmə həmin vaxtda qüvvədə olmuş ƏPQ-nun 9.1-ci maddəsinin tələbləri əsasında iddiaçının pensiya hüququnun mövcudluğuna qiymət verir. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı xx.xx.2020-ci il tarixə 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin tələb olunan azı 60 yaş həddinə çatmalı və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla xx.xx.2020-ci il tarixdə 60 yaşını tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, yuxarıda qeyd olunan hərbi bilet və əmək kitabçasına əsasən iddiaçının xx.xx.1979-xx.xx.1981-ci ilədək hərbi xidmət dövrü, xx.xx.1981- xx.xx.1983, xx.xx.1983-ci xx.xx.1988, xx.xx.1988- xx.xx.1991, xx.xx.1991-xx.xx.2006-cı il tarixədək 26 il 02 ay 06 gün, xx.xx.2006-cı il tarixdən sonra xx.xx.2020-ci ilədək (60 yaşınadək) 14 il 10 ay 14 gün olmaqla işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənildiyi əmək fəaliyyəti dövrləri də nəzərə alınmaqla ümumilikdə 40 ildən çox ümumi iş stajı toplamışdır. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 25 il ümumi iş stajı mövcuddur. Cavabdeh inzibati orqan da pensiya təyinatı apararkən iddiaçının ümumi iş stajını mübahisələndirməmişdir. İddiaçının güzəştli iş stajına gəlincə cavabdehin etirazının əsas dəlilini iddiaçının güzəştli pensiya təyinatına əsas verən zərərli peşə hesab olunmasına dair arayışın olmamasıdır. Halbuki, məhkəmə sorğuları ilə əldə edilmiş iş yerindən güzəştli arayış, işlədiyi vəzifənin peşə təlimatı, əmək funksiyalarının təsviri ilə bağlı işəgötürəndən tələb edilmiş arayış, eləcə də işlədiyi peşə üzrə iddiaçıya tətbiq edilmiş əlavə və güzəştlər barədə məlumatlardan müəyyən olunmuşdur ki, iddiaçı 02 iyun 2006-cı il tarixdən etibarən “X17 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işləyir, Elektrik Təchizatı və X2 5-ci dərəcəli Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində iddiaçı əsaslı yeraltı təmir briqadalarının neftqaz çıxarma quyularında elektrik avadanlıqlarının işə buraxılması və tənzimlənməsii, quyularda perefarasiya avadanlıqlrına gərginliyin verilməsi, təmir işlərinin görülməsi, habelə yeraltı təmir briqadalarının təmir işlərinin aparılması üçün yağ açarlarının qoşulmasında və işə buraxılmasında, quyularda təmir aparan separatorun, elektrik quraşdırıcılarının elektrik avadanlıqlarına gərginliyin verilməsində və sökülməsində bilavasitə iştirak edir. Bundan əlavə işəgötürən tərəfindən iddiaçının işlədiyi müddət ərzində ona aylıq vəzifə maaşının 4%-i məbləğində zərərli işə görə əlavə ödəniş edildiyi qeyd edilməklə, işlədiyi Elektrik Təchizatı və X2 5-ci dərəcəli Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda, “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şiştin emalı” bölməsinin, “10.2 Neft, qaz və qaz kondensatının hasilatı” bəndinin, “a) fəhlələr” yarımbəndinin iyirmi beşinci abzasında nəzərdə tutulan “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları, texnoloji qurğuların təmiri üzrə çilingərlər” peşəsinə aid olduğu barədə güzəştli arayış təqdim etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın: -10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi a) fəhlələr: neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları, texnoloji qurğuların təmiri üzrə çilingərlər vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının əmək fəaliyyətinə dair sənədlər və məhkəmənin sorğusu əsasında təqdim edilmiş güzəştli iş arayışları onun zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixdən sonra xx.xx.2020-ci ilədək (60 yaşınadək) güzəştli iş stajı 14 il 05 ay 13 gün təşkil edir. İddiaçının mübahisələndirilən dövr qanunvericiliyinə uyğun olaraq tələb olunan pensiya kapitalına gəlincə məhkəmə qeyd edir ki, ƏPQ-nun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırıldığıdan, iddiaçı üçün pensiya ödənişi müddəti aylarının sayı 205-ə (65 yaş (Qanunun 7-ci maddəsi ilə həmin dövrə (01 iyul 2020-ci ildən pensiya yaşı) çıxılsın 60 yaş (iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxma yaşı) =60 ay (05 il x12 ay)+144 ay = 204 ay) bərabərdir. xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixədək yaşa görə minimum pensiya məbləği 200 manat olduğundan pensiya təyinatı üçün tələb olunan minimum pensiya kapitalı 40800 (200 man x 204 ay) təşkil edir. İddiaçının 60 yaşdan pensiya təyinatı üçün tələb olunan kapital 40800 olduğu halda iddiaçının xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı və həmin tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 22384,41manat olmaqla, cəmi pensiya kapitalı 60108,08 manat (cavabdeh etirazında qeyd etmişdir) təşkil edir. Beləliklə, iddiaçı xx.xx.2020-ci il tarixədək tələb olunan 25 il ümumi sığorta stajı, 12 il 06 ay güzəştli iş stajını toplamışdır, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı X7 60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı X7 60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar