Məhkəmə qərarları › İş №2-1(112)-8072/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8072/2025

01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8072/2025 01.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, cavabdehin nümayəndələri X3 və X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı (üçüncü şəxs: "xxxx" MMC) “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Ümumi gömrük auditinin aparılması haqqında” 2025-ci il tarixli, 3-33/002Q nömrəli qərarına əsasən "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, 36a ünvanda yerləşən ofisində apardığı yoxlamanın nəticəsi olaraq xx.xx.2025-ci il tarixli, 3-33/008Q saylı “Gömrük auditinin nəticəsində aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, 3-33/0080 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" MMC adi cəlbetmə qaydasında 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “ümumi gömrük auditinin aparılması haqqında" qərarına əsasən iddiaçının Bakı Şəhəri, Nərimanov rayonu, X15 prospekti, 36a ünvanda yerləşən ofisində yoxlama aparılmışdır və xx.xx.2025-ci il tarixli, 3-33/008Q saylı “Gömrük auditinin nəticəsində aşkar edilmiş qanun pozuntularının aradan qaldınlması haqqında” qərar qəbul edilmişdir. Həmin qərara əsasən 3 “pozuntu” aşkar edilmişdir: 1) Gömrük auditi nəticəsində 2112 reyestr nömrəli yoxlama sualı uzrə **********2022 və **********8790 gömrük bəyannamələrində imtiyaz düzgün tətbiq edilməmişdir. 2) Gömrük auditi nəticəsində 2113 reyestr nömrəli yoxlama sualı üzrə **********6608, **********9181, **********2395, **********7546 **********0645, 012210C0191586, **********2853, **********0032, **********9914, **********7293, **********8763, **********1084, **********1043, **********5928, **********0631, **********7553, **********45, **********4594, **********3835, **********0605, **********9482 və **********3379 sorğu nömrəli gömrük bəyannamələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli "Azərbaycan Respublikasının xancı iqtisadı fəaliyyətin mal nomenklaturası, idxal gomruk rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrinin təsdiq edilməsi haqqında qərara əsasən düzgün təsnifləşdirilmədiyi məlum olmuşdur. 3) Gömrük auditi nəticəsində 2109 reyestr nömrəli yoxlama sualı uzrə **********8790, **********6608, **********0032, **********2395, **********9914, **********7293, **********8768, **********084, **********7546, **********1043, **********5928, **********0631, **********7553, **********4510, **********4594, **********6835, **********0605, **********9482 və **********3379 sorğu nömrəli gömrük bəyannamələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş ‘'Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi” Qaydalarına əsasən qeyd olunan gömrük bəyannamələrinin doldurulması zamanı bəzi qrafaların düzgün doldurulmadığı müəyyən edilmişdir. Birinci pozuntu ilə bağlı qeyd edilir ki, xx.xx.2022-ci il tarixdə iddiaçı ilə Rusiyanın “PRESTİJ” OOO şirkəti arasında mal idxalı ilə bağlı müqavilə bağlanmışdır. 24 fevral 2024-cü il tarixdə Rusiya ilə Ukrayna arasında müharibə başlamış və Rusiyanın bank hesablarına saksiyalar tətbiq edilmiş, onların bankları beynalxalq ödəmə sistemi olan SWİFT-dən ayrılmış, ona görə də ödəmək mümkün olmamışdır. Müqavilənin digər iştirakçısı “PRESTİJ” OOO şirkətinin tələbi əsasında Çin Xalq Respublikasının “X9 X18” şirkətinə ödənilmişdir. İkinci və üçüncü pozuntu ilə bağlı isə qeyd edilir ki, yoxlamanın mübahisələndirdiyi mal idxal edən xarici dövlətin verdiyi sənədlərdə “Nitrocellulose Lacquer" "NC730” nişanlı kimyəvi modifikasiya olunmuş təbii polimer əsaslı susuz lak üçün 32089090, hesablayan maşınlar üçün yaddaş qurğuları üçün **********, ventilyator mühərrikləri üçün 850140 göstərilmişdir. Lakin Gömrük brokeri mallların beynəlxalq kodu tərəfindən başqa kodlar qeyd edilib, kömrük etdiyi düzəlişdə tamam başqa kodlar daxil edilmişdir. Yoxlamanın mübahisələndirdiyi mal idxal edən xarici dövlətin verdiyi “Chlorinated parafin” adlı xlorlaşdırılmış parafin, 20 sm-dən çox olmayan rulonlarda lentlərlə bağlı verilən beynəlxalq kodla kömrüyə verilmiş kodlar üst-üstə düşür. Yekun olaraq, iddiaçı ölkəmizin qoşulduğu “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya və göstərilən X1 uyğun olaraq malların beynəlxalq kodlarını gömrük brokeri vasitəsilə gömrük orqanına vermişdir. Gömrük Məcəlləsinin 50-ci maddəsinə əsasən Gömrük orqanları şəxsin həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından məcburi olan qərarlar qəbul etməli idi. Burada səhv olubsa bu cavabdehin məsuliyyətsizliyindən baş vermişdir. Hətta kodlar səhv verilibsə belə Gömrük Məcəlləsinin 321-ci maddəsinə əsasən gömrük orqanı bəyan edilən malların X7 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, gömrük auditi nəticəsində 2112 reyestr nömrəli yoxlama sualı üzrə **********2022 və **********8790 sorğu nömrəli gömrük bəyannamələrində imtiyaz düzgün tətbiq edilməmişdir. “X5 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 1046 nömrəli Sərəncamı ilə təsdiqlənmiş Sazişin 5.1-ci maddəsinin B bəndinə əsasən mal üzərində mülkiyyət hüququ Sazişin iştirakçısı olan dövlətin rezidenti olan şəxsə məxsus olduğu halda sərbəst ticarət rejimi tətbiq edilə bilər. Qeyd olunan gömrük bəyannamələri üzrə Rusiya Federasiyasından ölkə ərazisinə idxal edilən malların qarşılığında malların dəyəri Çin Xalq Respublikasının “X9 X18” şirkətinə ödənilmişdir. Ödəniş sənədlərinin yoxlanılması zamanı ödənişin həyata keçirildiyi xx.xx.2022-ci il tarixli 1 nömrəli və xx.xx.2022-ci il tarixli 1 nömrəli müqavilə əlavələrində Çin Xalq Respublikasının “X9 X18” şirkəti “satıcı 1 kimi qeyd edilmişdir. Qeyd olunan müqavilə əlavələrində mal üzərində mülkiyyət hüququnun Çin Xalq Respublikasının "X9 X18" şirkətinə məxsus olduğu nəzərə alınaraq **********2022 və **********8790 sorğu nömrəli gömrük bəyannamələrinə tətbiq edilmiş imtiyaz öz təsirini itirmişdir. 2112 reyestr nömrəli yoxlama sualı üzrə gömrük auditinin nəticəsində dövlət büdcəsinə ödənilməsi təmin edilməmiş 16 773,93 AZN məbləğində idxal rüsumu və 5765,6 AZN məbləğində artıq ödənilmiş ƏDV müəyyən edilmişdir. Ödənilməmiş gömrük borcları üzrə isə 6236,1 AZN məbləğində dəbbə pulu hesablanmışdır. Gömrük auditi nəticəsində 2113 reyestr nömrəli yoxlama sualı üzrə **********6608, **********9181, **********0645, **********1586, **********2853, **********0032. **********2395, **********9914, **********7293, **********8768,**********1084, **********7546, **********1043, **********5928, **********0631, **********7553, **********4510,**********4594, **********6835, **********0605, **********9482 və **********3379 sorğu nömrəli gömrük bəyannamələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli “Azərbaycan Respublikasının X7 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nin təsdiq edilməsi haqqında qərara əsasən düzgün təsnifləşdirilmədiyi məlum olmuşdur. Belə ki, **********9181, **********0645, **********1586, **********2853, **********0032, **********9914, **********8768, **********1084, **********7546, **********1043 və **********4510 sorğu nömrəli gömrük bəyannamələri üzrə idxal edilmiş “Nitrocellulose Lacquer” adlı, “NC730” nişanlı kimyəvi modifikasiya olunmuş təbii polimer əsaslı susuz lak yükləri 3208 90 990 0 kodu altında bəyan edilsə də, mal barəsində əldə edilmiş əlavə sənədlərə və X10 İdarəsinin rəyinə əsasən bu mallar 3208 90 190 0 kodu altında təsnifləşdirilməlidir. Eyni zamanda **********2395, **********7293, **********928, **********0631, **********0605, **********9482 və **********3379 sorğu nömrəli gömrük bəyannamələri üzrə idxal edilmiş Chiorinated parafin adlt xlorlaşdırılmış parafin yükləri 3824 99 960 9 kodu altında bəyan edilsə də, mal barəsində əldə edilmiş əlavə sənədlərə və X10 İdarəsinin rəyini əsasən bu mallar 3824 89 000 0 kodu altında təsnifləşdirilməlidir. Həmçinin **********6608 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal edilən hesablayıcı maşınlar üçün yaddaş qurğuları yükü, **********7553 və **********4594 sorğu nömrəli gömrük bəyannamələri ilə idxal edilmiş ventilyator mühərrikləri yükü və **********6835 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal edilmiş eni 20 sm-dən çox olmayan rulonlarda lentlər yükü üzrə malların X7 mal nomenklaturası üzrə mal kodunun dəqiqləşdirilməsi məqsədilə mal barəsində əlavə sənədlər tələb edilmiş, bu sənədlər yoxlayıcılara təqdim edilmədiyindən sərbəst təsnifatlandırma hüququndan istifadə edilərək **********6608 sorğu nömrəli gömrük bəyannaməsi üzrə bəyan edilmiş 8471 70 980 0 mal kodu 8534 00 190 0 mal kodunda, **********7553 və **********4594 sorğu nömrəli gömrük bəyannamələri üzrə bəyan edilmiş 8501 40 200 9 mal kodu 8501 10 930 0 mal kodunda və **********6835 sorğu nömrəli gömrük bəyannaməsi üzrə bəyan edilmiş 3919 10 800 0 mal kodu 3919 10 120 0 mal kodunda təsnifləşdirilmişdir. 2113 reyestr nömrəli yoxlama sualı üzrə gömrük auditinin nəticəsində dövlət büdcəsinə ödənilməsi təmin edilməmiş 44 811,3 AZN məbləğində idxal rüsumu və 8 055,2 AZN məbləğində ƏDV müəyyən edilmişdir. Ödənilməmiş gömrük borcları üzrə isə 19 243,9 AZN məbləğində dəbbə pulu hesablanmışdır. Gömrük auditi nəticəsində 2109 reyestr nömrəli yoxlama sualı üzrə **********8790, **********6608, **********9181,**********0645, **********2022, **********1586, **********2853, **********0032, **********2395, **********9914,**********7293, **********8768, **********1084, **********7546, **********1043,**********5928, **********0631,**********7553,**********4510, **********4594, **********6835, **********0605, **********9482 və **********3379 sorğu nömrəli gömrük bəyannamələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarına əsasən qeyd olunan gömrük bəyannamələrinin doldurulması zamanı bəzi qrafaların düzgün doldurulmadığı müəyyən edilmişdir. Belə ki, **********9181, **********0645, **********1586, **********2853, **********0032, **********9914, **********8768, **********1084,**********7546, **********1043 və **********4510 sorğu nömrəli gömrük bəyannamələrinin 33-cü qrafasında 3208 90 190 0 kodu əvəzinə səhv olaraq 3208 90 990 0 kodu, **********7553 və **********4594 sorğu nömrəli gömrük bəyannamələrinin 33-cü qrafasında 8501 10 930 0 kodu əvəzinə səhv olaraq 8501 40 200 9 kodu, **********6608 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında 8501 10 930 0 kodu əvəzinə səhv olaraq 8501 40 200 9 kodu və **********6835 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında 3919 10 120 0 kodu əvəzinə səhv olaraq 3919 10 800 0 kodu qeyd olunmuş və müvafiq olaraq 47 və 47B qrafalarında uyğunsuzluqlar olduğu müəyyən olunmuşdur. Eyni zamanda **********2395, **********7293, **********5928, **********0631, **********0605, **********9482 və **********3379 sorğu nömrəli gömrük bəyannamələrinin 33-cü qrafasında 3824 89 000 0 kodu əvəzinə səhv olaraq 3824 99 960 9 kodu qeyd olunmuş və müvafiq olaraq **********0605, **********9482 və **********3379 sorğu nömrəli gömrük bəyannamələrinin 36, 47 və 47B qrafalarında uyğunsuzluqlar aşkar edilmişdir. Həmçinin **********2022 və **********8790 sorğu nömrəli gömrük bəyannamələrin 36, 47 və 47B qrafalarında uyğunsuzluqlar olduğu aşkar edilmişdir. Nəticədə aparılmış gömrük auditi üzrə dövlət büdcəsinə ödənilməsi təmin edilməmiş 61 585,2 AZN məbləğində idxal rüsumu, 8 055,2 AZN məbləğində ƏDV, xx.xx.2025-ci il tarixinə 25 480,0 AZN məbləğində dəbbə pulu və 5 765,6 AZN məbləğində artıq ödənilmiş ƏDV müəyyən edilmişdir. İşin mübahisəsiz hallarından görünür ki, Komitə tərəfindən qanunvericiliyin tələbinə uyğun təşkil edilməklə aparılmış araşdırma zamanı yuxarıda qeyd olunan pozuntuların iddiaçı tərəfindən törədilməsi tam təsdiq olunmuşdur. İddia ərizəsinin məzmunundan və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də görünür ki, gömrük orqanının mübahisələndirilən qərarında qeyd olunan pozuntuları təkzib edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iddia ərizəsinin məzmunu ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, iddiaçı ilə müqavilə Rusiya şirkəti arasında bağlanmış və bu səbəbdən mallar bəyan edilərkən MDB ölkələri ilə bağlı güzəşt hüququndan istifadə edilmişdir. Sadəcə ödəniş Çin şirkətinə edilmişdir. Eyni zamanda mallar bəyan edilmiş və cavabdehin əməkdaşları bununla razılaşaraq mallar gömrük sərhəddindən buraxmışlar. Lakin, sonradan cavabdeh tərəfindən audit keçirilmiş və hesab etmişlər ki, mallların bəziləri düzgün kodlarla bəya edilməmişdir. Lakin, mallar düzgün bəyan edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 yazılı etirazın məzmunu ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, iddiaçı ilə Rusiya şirkəti arasında bağlanmış müqaviləyə nəzər yetridikdə müqavilənin məzmunu şübhə doğurur. Çünki burada bəndlərin ardıcılllğı pozulub. Bu səbəbdən cavabdeh tərəfindən araşdırma aparılıb və müəyyən edilib ki, əslində müqavilə Çin şirkəti ilə bağlanıb və Rusiya şirkəti burada vasitəçi rolunu oynayır. “Nitrocellulose Lacquer”məhsulunun tərkibində həlledicinin miqdarı 50 faizdən artıq olduğu üçün həmin məhsul 3208 90 190 0 kodu ilə bəyan edilməlidir. Lakin, iddiaçı malı 3208 90 990 0 kodu ilə bəyan etmişdir. Bu malın ixracatçısının rəsmi saytında dərc etdiyi sənədlər əsasında müəyyən edilir. Digər mala gəldikdə isə yeni ixracatçı şirkətin saytında olan formullar əsasında müəyyən edilir ki, xlorlaşdırılmış parafin malları 3824 89 000 0 kodu altında bəyan edilməlidir. Lakin, iddiaçı həmin malı 3824 99 960 9 kodu altında bəyan etmişdir. Buradan görünür ki, qəbul edilmiş qərar əsaslıdır. Qeyd edilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 yazılı etirazın məzmunu ilə oxşar məzmunlu izahat verərək, digər nümayəndənin bildirdiklərini təsdiq etdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi öz izahatında bildirmişdir ki, onun təmsil etdiyi şirkət vasitəçi olaraq sifarişçilərə məxsus malların gömrük sərhəddindən keçirilməsi zamanı malların bəyan edilməsini həyata keçirir. Bununla bağlı sifarişçi ilə aralarında müqavilə bağlanır. Sifariş elektron yollara onlara göndərilir, onlar sənədlərin uyğunluğunu yoxlayır və bəyan edirlər. Onlar malların gətirilməsində iştirak etmirlər və malı görmürlər. Gömrük orqanı bəyannamə ilə razılaşırsa ödənişə təqdim edilir və sifarişçi ödənişləri edir. Malın gömrük kodu uyğun gəlmirsə gömrük əməkdaşı bəyannaməni onlara qaytarır. Bundan sonra onlar sifarişçiyə müraciət edirlər və sifarişçi özü gömrük orqanı ilə məsələni aydınlaşdırır. Razılaşma əldə edilərsə bunun əsasında yenidən müraciət edilir və mal buraxılır. İnvoys sənədlərində və digər sənədlərdə olan kodlara uyğun kod yazılır. Yəni, malın gömrük kodunu onlar müəyyən etmirlər. Kodla bağlı mübahisə yaranarsa artıq bu gömrük orqanı ilə sifarişçi arasında həll edilməlidir. Bəzi hallarda gömrük orqanı tərəfindən də kodun yanlış müəyyən edilməsi hallarına rast gəlib. Qeyd edilənlərə əsasən üçüncü şəxsin nümayəndəsi mübahisəinin həlini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Gömrük Təmsilçilik Xidmətlərinin Göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli 122/2022 saylı müqavilədən müəyyən edilir ki, “Təmsilçi” ("xxxx" MMC) öz nizamnaməsinə uyğun olaraq “Sifarişçi”nin (İddiaçı MMC) tapşırığı ilə onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altıda olan mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında broker xidmətləri göstərir. Rusiya Federasiyasının “Prestij” şirkəti ilə iddiaçı arasında bağlanmış 3/1 saylı müqavilənin surəti iddia ərizəsinə əlavə edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş 3-33/002Q saylı, xx.xx.2025-ci il tarixli qərara əsasən iddiaçı barəsində gömrük auditinin keçirilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixində iddiaçı barəsində aparılmış gömrük auditinin nəticələrinə dair cavabdeh tərəfindən akt tərtib edilmişdir. Aktla müəyyən edilmişdir ki, yaranmış uyğunsuzluqlar iddiaçının ümumilikdə 93944,90 manat məbləğində gömrük öhdəliklərinin yaranmasına səbəb olur. İddiaçı barəsində keçirilmiş gömrül auditinin nəticəsi olaraq cavabdeh tərəfindən 3- 33/008Q saylı, xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Surəti cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş üçtərəfli müqavilədən görünür ki, İddiaçı MMC (alıcı), “Prestij LLC” (vasitəçi) və “X11 X18” (satıcı) olmaqla razılığa gəlirlər ki, müqavilənin əlavəsində göstərilir ki, malların dəyəri əlavədə göstərilən müvafiq detallara köçürülməlidir. İddiaçının adına olan xx.xx.2023-cü il tarixli, 006 nömrəli invoysun surətinə əsasən İddiaçı MMC şirkətinə “YİWU JİNGCHENG İMPORT AND EXPORT CO., LTD” vasitəsilə satılan malların (ventilyator mühərriki və ehtiyat hissələri) ümumi dəyəri 285515 USD təşkil edir. xx.xx.2024-cü il tarixli qablaşdırma siyahısına əsasən chlorınated paraffın (50 % - 52 %) məhsulu X17 tərəfindən iddiaçıya satılmış və oktyabr ayında çatdırılmışdır. 441796 saylı göndəriş nüsxəsinə əsasən “Nitrocellulose Lacquer” məhsulu “X16 CO” şirkəti tərəfindən iddiaçıya satılmışdır. İddiaçının xx.xx.2023-cü il tarixli, **********9181 sorğu nömrəli ixrac yük gömrük bəyannaməsinin surətindən görünür ki, iddiaçı ixracatçı olaraq qəbul edən ”X16 Co” şirkətindən idxal edilən malı “31. Malların təsviri” bölümündəki “nitrosellüloza, butil asetat, dibutil ftalar, dioktil ftalar, etil asetat əsaslı, “Nitrocellulose Lacquer” adlı X12 Lacque” adlı malların həmin bəyannamənin “33. Malın kodu” bölümündə olan X7 Mal Nomenklaturası (XİFMN) üzrə 320890 9900 saylı alt yarımmövqe kodu ilə bəyan etmişdir. xx.xx.2023-cü il tarixli, **********0645 sorğu nömrəli ixrac yük gömrük bəyannaməsinin surətindən görünür ki, iddiaçı ixracatçı olaraq qəbul edən ”X16 Co” şirkətindən idxal edilən malı “31. Malların təsviri” bölümündəki “nitrosellüloza, butil asetat, dibutil ftalar, dioktil ftalar, etil asetat əsaslı, “Nitrocellulose Lacquer” adlı X12 Lacque” adlı malların həmin bəyannamənin “33. Malın kodu” bölümündə olan X7 Mal Nomenklaturası (XİFMN) üzrə 320890 9900 saylı alt yarımmövqe kodu ilə bəyan etmişdir. xx.xx.2023-cü il tarixli, **********1586 sorğu nömrəli ixrac yük gömrük bəyannaməsinin surətindən görünür ki, iddiaçı ixracatçı olaraq qəbul edən ”X16 Co” şirkətindən idxal edilən malı “31. Malların təsviri” bölümündəki “nitrosellüloza, butil asetat, dibutil ftalar, dioktil ftalar, etil asetat əsaslı, “Nitrocellulose Lacquer” adlı X12 Lacque” adlı malların həmin bəyannamənin “33. Malın kodu” bölümündə olan X7 Mal Nomenklaturası (XİFMN) üzrə 320890 9900 saylı alt yarımmövqe kodu ilə bəyan etmişdir. xx.xx.2023-cü il tarixli, **********2853 sorğu nömrəli ixrac yük gömrük bəyannaməsinin surətindən görünür ki, iddiaçı ixracatçı olaraq qəbul edən ”X16 Co” şirkətindən idxal edilən malı “31. Malların təsviri” bölümündəki “nitrosellüloza, butil asetat, dibutil ftalar, dioktil ftalar, etil asetat əsaslı, “Nitrocellulose Lacquer” adlı X12 Lacque” adlı malların həmin bəyannamənin “33. Malın kodu” bölümündə olan X7 Mal Nomenklaturası (XİFMN) üzrə 320890 9900 saylı alt yarımmövqe kodu ilə bəyan etmişdir. xx.xx.2023-cü il tarixli, **********0645 sorğu nömrəli ixrac yük gömrük bəyannaməsinin surətindən görünür ki, iddiaçı ixracatçı olaraq qəbul edən ”X16 Co” şirkətindən idxal edilən malı “31. Malların təsviri” bölümündəki “nitrosellüloza, butil asetat, dibutil ftalar, dioktil ftalar, etil asetat əsaslı, “Nitrocellulose Lacquer” adlı X12 Lacque” adlı malların həmin bəyannamənin “33. Malın kodu” bölümündə olan X7 Mal Nomenklaturası (XİFMN) üzrə 320890 9900 saylı alt yarımmövqe kodu ilə bəyan etmişdir. xx.xx.2023-cü il tarixli, **********4510 sorğu nömrəli ixrac yük gömrük bəyannaməsinin surətindən görünür ki, iddiaçı ixracatçı olaraq qəbul edən ”X16 Co” şirkətindən idxal edilən malı “31. Malların təsviri” bölümündəki “nitrosellüloza, butil asetat, dibutil ftalar, dioktil ftalar, etil asetat əsaslı, “Nitrocellulose Lacquer” adlı X12 Lacque” adlı malların həmin bəyannamənin “33. Malın kodu” bölümündə olan X7 Mal Nomenklaturası (XİFMN) üzrə 320890 9900 saylı alt yarımmövqe kodu ilə bəyan etmişdir. xx.xx.2023-cü il tarixli, **********1043 sorğu nömrəli ixrac yük gömrük bəyannaməsinin surətindən görünür ki, iddiaçı ixracatçı olaraq qəbul edən ”X16 Co” şirkətindən idxal edilən malı “31. Malların təsviri” bölümündəki “nitrosellüloza, butil asetat, dibutil ftalar, dioktil ftalar, etil asetat əsaslı, “Nitrocellulose Lacquer” adlı X12 Lacque” adlı malların həmin bəyannamənin “33. Malın kodu” bölümündə olan X7 Mal Nomenklaturası (XİFMN) üzrə 320890 9900 saylı alt yarımmövqe kodu ilə bəyan etmişdir. xx.xx.2023-cü il tarixli, **********7546 sorğu nömrəli ixrac yük gömrük bəyannaməsinin surətindən görünür ki, iddiaçı ixracatçı olaraq qəbul edən ”X16 Co” şirkətindən idxal edilən malı “31. Malların təsviri” bölümündəki “nitrosellüloza, butil asetat, dibutil ftalar, dioktil ftalar, etil asetat əsaslı, “Nitrocellulose Lacquer” adlı X12 Lacque” adlı malların həmin bəyannamənin “33. Malın kodu” bölümündə olan X7 Mal Nomenklaturası (XİFMN) üzrə 320890 9900 saylı alt yarımmövqe kodu ilə bəyan etmişdir. xx.xx.2023-cü il tarixli, **********1084 sorğu nömrəli ixrac yük gömrük bəyannaməsinin surətindən görünür ki, iddiaçı ixracatçı olaraq qəbul edən ”X16 Co” şirkətindən idxal edilən malı “31. Malların təsviri” bölümündəki “nitrosellüloza, butil asetat, dibutil ftalar, dioktil ftalar, etil asetat əsaslı, “Nitrocellulose Lacquer” adlı X12 Lacque” adlı malların həmin bəyannamənin “33. Malın kodu” bölümündə olan X7 Mal Nomenklaturası (XİFMN) üzrə 320890 9900 saylı alt yarımmövqe kodu ilə bəyan etmişdir. xx.xx.2023-cü il tarixli, **********9914 sorğu nömrəli ixrac yük gömrük bəyannaməsinin surətindən görünür ki, iddiaçı ixracatçı olaraq qəbul edən ”X16 Co” şirkətindən idxal edilən malı “31. Malların təsviri” bölümündəki “nitrosellüloza, butil asetat, dibutil ftalar, dioktil ftalar, etil asetat əsaslı, “Nitrocellulose Lacquer” adlı X12 Lacque” adlı malların həmin bəyannamənin “33. Malın kodu” bölümündə olan X7 Mal Nomenklaturası (XİFMN) üzrə 320890 9900 saylı alt yarımmövqe kodu ilə bəyan etmişdir. xx.xx.2023-cü il tarixli, **********2395 sorğu nömrəli ixrac yük gömrük bəyannaməsinin surətindən görünür ki, iddiaçı ixracatçı olaraq qəbul edən ”X17” şirkətindən idxal edilən malı “31. Malların təsviri” bölümündəki “chlorinated parafinlər, chlorinated paraffın (50%-52%), 80*220LİTPE Drums” adlı malların həmin bəyannamənin “33. Malın kodu” bölümündə olan X7 Mal Nomenklaturası (XİFMN) üzrə 382499 9609 saylı alt yarımmövqe kodu ilə bəyan etmişdir. xx.xx.2024-cü il tarixli, **********9482 sorğu nömrəli ixrac yük gömrük bəyannaməsinin surətindən görünür ki, iddiaçı ixracatçı olaraq qəbul edən ”X17” şirkətindən idxal edilən malı “31. Malların təsviri” bölümündəki “chlorinated parafin (cpw) adlı xlorlaşdırılmış parafin (CAS 63449-39-8, chlorinated paraffın (50%-52%), 20*1000 LİT İBC” adlı malların həmin bəyannamənin “33. Malın kodu” bölümündə olan X7 Mal Nomenklaturası (XİFMN) üzrə 382499 9609 saylı alt yarımmövqe kodu ilə bəyan etmişdir. xx.xx.2024-cü il tarixli, **********3379 sorğu nömrəli ixrac yük gömrük bəyannaməsinin surətindən görünür ki, iddiaçı ixracatçı olaraq qəbul edən ”X17” şirkətindən idxal edilən malı “31. Malların təsviri” bölümündəki “chlorinated parafin (cpw) adlı xlorlaşdırılmış parafin (CAS 63449-39-8, chlorinated paraffın (50%-52%), 20*1000 LİT İBC” adlı malların həmin bəyannamənin “33. Malın kodu” bölümündə olan X7 Mal Nomenklaturası (XİFMN) üzrə 382499 9609 saylı alt yarımmövqe kodu ilə bəyan etmişdir. xx.xx.2024-cü il tarixli, **********0605 sorğu nömrəli ixrac yük gömrük bəyannaməsinin surətindən görünür ki, iddiaçı ixracatçı olaraq qəbul edən ”X17” şirkətindən idxal edilən malı “31. Malların təsviri” bölümündəki “chlorinated parafin (cpw) adlı xlorlaşdırılmış parafin (CAS 63449-39-8, chlorinated paraffın (50%-52%), 20*1000 LİT İBC” adlı malların həmin bəyannamənin “33. Malın kodu” bölümündə olan X7 Mal Nomenklaturası (XİFMN) üzrə 382499 9609 saylı alt yarımmövqe kodu ilə bəyan etmişdir. xx.xx.2023-cü il tarixli, **********7293 sorğu nömrəli ixrac yük gömrük bəyannaməsinin surətindən görünür ki, iddiaçı ixracatçı olaraq qəbul edən ”X17” şirkətindən idxal edilən malı “31. Malların təsviri” bölümündəki “chlorinated parafinlər, chlorinated paraffın (50%-52%), 80*220LİTPE Drums” adlı malların həmin bəyannamənin “33. Malın kodu” bölümündə olan X7 Mal Nomenklaturası (XİFMN) üzrə 382499 9609 saylı alt yarımmövqe kodu ilə bəyan etmişdir. xx.xx.2023-cü il tarixli, **********5928 sorğu nömrəli ixrac yük gömrük bəyannaməsinin surətindən görünür ki, iddiaçı ixracatçı olaraq qəbul edən ”X17” şirkətindən idxal edilən malı “31. Malların təsviri” bölümündəki “chlorinated parafinlər, chlorinated paraffın (50%-52%), 80*220LİTPE Drums” adlı malların həmin bəyannamənin “33. Malın kodu” bölümündə olan X7 Mal Nomenklaturası (XİFMN) üzrə 382499 9609 saylı alt yarımmövqe kodu ilə bəyan etmişdir. xx.xx.2023-cü il tarixli, **********0631 sorğu nömrəli ixrac yük gömrük bəyannaməsinin surətindən görünür ki, iddiaçı ixracatçı olaraq qəbul edən ”X17” şirkətindən idxal edilən malı “31. Malların təsviri” bölümündəki “chlorinated parafinlər, chlorinated paraffın (50%-52%), 80*220LİTPE Drums” adlı malların həmin bəyannamənin “33. Malın kodu” bölümündə olan X7 Mal Nomenklaturası (XİFMN) üzrə 382499 9609 saylı alt yarımmövqe kodu ilə bəyan etmişdir. Cavabdehin nümayəndələri tərəfindən müvafiq ixracatçı şirkətlərin iddiaçının bəyan etdiyi mallara dair rəsmi internet səhifələrindəolan mal tərkibinə dair sənədlər əlavə edilmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdeh tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli, 3-33/008Q saylı “Gömrük auditinin nəticəsində aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması haqqında” qərarın ləğv edilməsini xahiş edir. Bu səbəbdən iddia mahiyyətcə mübahisələndirmə barədə iddiadır. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmiş və qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (bundan sonra – Gömrük Məcəlləsi) göstərilmişdir ki, gömrük auditi – malların və nəqliyyat vasitələrinin buraxılışından sonra gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünün müəyyən edilməsi, eləcə də, şəxslərin mal və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət edilməsi haqqında öhdəliklərinin yerinə yetirilməsinin yoxlanılması məqsədi ilə gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlərdir (1.0.10.). Şəxslərin xarici ticarət əməliyyatlarının gömrük auditini aparmaq gömrük orqanlarının hüququdur (9.0.4.). Gömrük auditi gömrük orqanları tərəfindən, malların və nəqliyyat vasitələrinin buraxılışından, o cümlədən şərti buraxılışından sonra gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək məqsədi ilə aparılır. Bunun üçün gömrük orqanları idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin həmin mallar və nəqliyyat vasitələri ilə əlaqədar apardığı əməliyyatlara və beynəlxalq ticarət sövdələşmələrinə dair kommersiya sənədlərini və məlumatları yoxlayırlar (98.1.). Gömrük auditi gömrük bəyannaməsində qeyd olunan malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 (üç) il ərzində və yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barəsində həyata keçirilə bilər (98.2.). Gömrük auditi idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin müvafiq tikililərində, ərazilərində, binalarında və onların istifadəsində olan digər yerlərdə aparıla bilər (98.3.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı müvafiq bəyannamələr əsasında “Nitrocellulose Lacquer" "NC730” nişanlı kimyəvi modifikasiya olunmuş təbii polimer əsaslı susuz lak, “Chlorinated parafin” adlı xlorlaşdırılmış parafin və digər malları gömrük orqanına bəyan etmiş və mallar gömrük sərhəddindən buraxılmışdır. Bundan sonra gömrük porqanı tərəfindən iddiaçı barəsində gömrük auditi keçirilmiş və həmin malların X7 mal nomenklaturasına əsasən düzgün kodla bəyan edilmədiyi müəyyən edilərək iddiaçıya qəbul edilmiş qərar əsasında əlavə gömrük borcu hesablanmışdır. İddiaçı hazırda həmin qərarı mübahisələndirir. Qeyd edilməlidir ki, qərarın qəbulundan sonra “Nitrocellulose Lacquer" "NC730” nişanlı kimyəvi modifikasiya olunmuş təbii polimer əsaslı susuz lak, “Chlorinated parafin” adlı xlorlaşdırılmış parafin malları istisna olmaqla digər mallara dair tərəflər arasında razılaşma əldə edilmiş və cavabdeh məhkəməyə yazılı izahatında bunu təsdiq etmişdir. Bu səbəbdən həmin bəyannamələrin düzgünlüyünün yoxlanması hazırkı məhkəmə baxışının predmet deyildir. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar 3 pozuntunu özündə ehtiva edir: 1. İddiaçı maları Çin Xalq Respublikası şirkətindən idxal etdiyi halda satıcı kimi Rysiya şirkəti göstərilərək müvafiq güzəştlərdən istifadə edilmişdir. 2. “Nitrocellulose Lacquer" "NC730” nişanlı kimyəvi modifikasiya olunmuş təbii polimer 3208 90 190 0 kodu ilə bəyan edilməli olduğu halda 3208 90 990 0 kodu ilə, əsaslı susuz lak, “Chlorinated parafin” adlı xlorlaşdırılmış parafin malları 3824 89 000 0 kodu il bəyan edilməli olduğu halda 3824 99 960 9 kodu ilə bəyan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli, 1046 saylı Fərmanı ilə təsdiq edilmiş “X5 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” xx.xx.2009-cu il tarixli Sazişdə (bundan sonra - Saziş) göstərilmişdir ki, 5.1. Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazilərindəki sərbəst ticarət rejimi mala aşağıdakı hallarda tətbiq edilir: a) mal Sazişin bir iştirakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iştirakçısı olan dövlətin rezidenti arasındakı müqaviləyə / kontrakta əsasən, Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən ixrac edilir və Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə idxal olunursa. Bu Qaydaların 8.5-ci və 8.6-cı bəndlərində qeyd olunan hallarda, belə müqavilə malın ixracından sonra bağlanıla bilər; b) xarici ticarət müqaviləsinə/sövdələşməyə uyğun olaraq, habelə Sazişin iştirakçısı olan dövlətlərin milli qanunvericiliyində nəzərdə tutulan digər hallarda, mal üzərində mülkiyyət hüququ Sazişin iştirakçısı olan dövlətin rezidenti olan şəxsə məxsusdursa; c) mal Sazişin bir iştirakçısı olan dövlətin fiziki şəxsi sayılan rezidenti tərəfindən Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə ixrac (idxal) edilirsə; d) mal, ərazisi vasitəsilə göndərilməsinin həyata keçirildiyi ölkənin gömrük orqanları tərəfindən sənədlə təsdiq edilmiş gömrük nəzarəti altında üçüncü ölkənin ərazisində yerləşdiyi və ya yerini dəyişdiyi hallar istisna edilməklə, Sazişin iştirakçısı olan dövlətlərin ərazisini tərk etmirsə. Bu halda, malın qorunmasının təmin edilməsi və təkrar yüklənməsi üzrə əməliyyatlar istisna edilməklə, mal dəyişməz vəziyyətdə olmalı və onun üzərində hər hansı əməliyyat aparılmamalıdır; e) mal, bu Qaydalarla müƏyyən edilmiş malların mənşə ölkəsinin teyin edilməsi meyarlarına uyğun gəlirsə; ə) mal barəsində bu Qaydaların 6.1-ci və ya 6.2-ci bəndlərinə uyğun olaraq malın mənşəyi haqqında sənəd təqdim edilirsə. Sazişin qeyd edilən müddəalarından göründüyü kimi saziş iştirakçısı olan dövlətlər öz rezidentləri arasında bağlanmış müqaviləyə əsasən idxal-ixrac edilən mallarla bağlı sərbəst ticarət rejiminin tətbiq edilməsi barədə razılığa gəlmişlər. İddiaçı onunla Rusiyanın “PRESTİJ” OOO şirkəti arasında bağlanmış müqaviləyə əsaslanaraq mallara yuxarıda qeyd edilən sərbəst ticarət rejimi ilə bağlı imtiyazlardan istifadə etmişdir. İddia ərizəsinə surəti əlavə edilmiş müqavilədən də görünür ki, rus dilində olan həmin müqavilənin birinci səhifəsi 8-ci bənddə (tərəflərin rekvizitləri) bitsə də, növbəti səhifədə yenidən 2 bənd başlayır və sonda iddiaçının və “PRESTİJ” OOO şirkətinin rekvizitləri göstərilir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında məhz bu səbəbdən əlavə araşdırma aparılaraq müqavilənin kök sənədinin əldə etdiklərini bildirmişdir. Surəti cavabdeh tərəfindən təqdim edilmiş üçtərəfli müqavilədən görünür ki, həmin müqavilədə İddiaçı MMC (alıcı), “Prestij LLC” (vasitəçi) və “X11 X18” (satıcı) kimi göstərilmişdir. Buradan belə nəticə çıxır ki, iddiaçı malları Rusiyanın deyil, məhz Çin Xalq Respublikasının rezidenti olan şirkətdən almışdır. Belə olan halda həmin məsələyə “X5 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” xx.xx.2009-cu il tarixli Sazişin müddəaları tətbiq edilə bilməzdi. Gömrük Məcəlləsində həmçinin göstərilir ki, bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların X7 mal nomenklaturasına uyğun kodu əsas götürülür (224.5.). Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının X7in mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür (242.2.). X7 mal nomenklaturası - malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır (319.1.). Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların X7 mal nomenklaturasında kodu (kodları) müəyyən olunur (321.1.). Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər (321.2.). Bəyan edilən malların X7 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər (321.3.). Malların təsnifatını apararkən, gömrük orqanları X7 mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır (321.4.). Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər (321.5.). Göründüyü kimi X2 Nomenklaturası (bundan sonra - XİFMN) malların xüsusi əlamətlərinə görə müxtəlif kodlar altında qruplaşdırılması ilə bağlı bir təsnifatdır. Ayrı-ayrı mallara gömrük ödənişləri hesablanarkən həmin malların XİFMN-də göstərilmiş təsnifa kodu əsas götürülür. Bu səbəbdən mallar idxal və ixrac edilərkən verilərn gömrük bəyannamələrində onların XİFMN-də göstərilən təsnifat kodu dəqiq göstərilməli və mal həmin koda uyğun olmalıdır. İşdən göründüyü kimi iddiaçı tərəfindən idxal edilmiş “Nitrocellulose Lacquer” “NC730” nişanlı kimyəvi modifikasiya olunmuş təbii polimer əsaslı susuz lak 3208 90 990 0 kodu ilə bəyan edilmiş və gömrük auditi nəticəsində əslində 3208 90 190 0 kodu ilə bəyan edilməli olduğu müəyyən edilmişdir. XİFMN-in 32-ci qrupuna “aşılayıcı və boyayıcı ekstraktlar; tanninlər və onlarin törəmələri; boyaqlar, piqmentlər və digər boya maddələri; boyalar və laklar; şpaklovka və digər mastikalar; poliqrafiya boyalari, mürəkkəblər, tuş” aiddir. Həmin qrupun “Qeyd” hissəsində göstərilir ki, 3208 bölməsində mal mövqeyinə tərkibində 3901 - 3913 mal mövqelərinin istənilən məhsullarının uçucu üzvi həlledicilərdə məhlulları (kollodiumlardan başqa) olan məhsulları daxil edilir, lakin məhlulda həlledicinin miqdarı məhlulun 50 kütlə %-indən artıq olmalıdır. 3208 90 yarım bölməsində “bu qrupa dair 4-cü qeydində göstərilən məhlullar”: 3208 90 190 yarımbölməsində isə: “digərləri” qeyd edilmişdir. Buradan belə çıxır ki, 3208 90 190 yarımbölməsində tərkibində həlledicinin miqdarı məhlulun 50 kütlə %-indən artıq olmayan məhsullar daxildir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş ixracatçı şirkət olan “Caspian RO” şirkətinin rəsmi internet saytından çıxarışdan görünür ki, “Nitrocellulose” məhsulunun tərkibində alkoqol (həlledici) 43 faiz, digər tərkib hissələrinin cəmi isə 57 faizdir. Deməli həmin məhsul 3208 90 190 kodu ilə təsnif edilməlidir. İddiaçı isə malı 3208 90 990 kodu altında bəyan etmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş qərarda həmçinin göstərilir ki, “Chlorinated parafin” adlı xlorlaşdırılmış parafin malları 3824 89 000 0 kodu il bəyan edilməli olduğu halda 3824 99 960 9 kodu ilə bəyan edilmişdir. XİFMN-dən görünür ki, 3824-cü yarımqrupuna tökmə formaların və ya tökmə qəliblərin istehsalı üçün istifadə edilən hazır bağlayıcı maddələr; başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən kimyəvi məhsullar və preparatlar, kimya və ya əlaqədar sənaye sahələrinin kimyəvi məhsulları və preparatları (təbii məhsulların qarışıqlarından ibarət olan preparatlar da daxil olmaqla): Tökmə formaların və ya tökmə qəliblərin istehsalı üçün istifadə edilən hazır bağlayıcı maddələr; başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən kimyəvi məhsullar və preparatlar, kimya və ya əlaqədar sənaye sahələrinin kimyəvi məhsulları və preparatları (təbii məhsulların qarışıqlarından ibarət olan preparatlar da daxil olmaqla), 3824 89-cu bölməsinə tərkibində qısa zəncirli xlorlaşdırılmış parafin olan məhsullar aiddir. Həmin qrupa aid “Qeyd” hissəsində göstərilir ki, Qısa zəncirli xlorlaşdırılmış parafin” CxH(2x-y+2)Cly, harda x=10–13 və y=1–13 molekulyar formula malik, tərkibində xlorlaşmanın dərəcəsi 48 kütlə % olan qarışığı ifadə edir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş ixracatçı şirkət olan “X17” şirkətinin rəsmi internet saytından çıxarışdan görünür ki, “xlorlaşdırılmış parafin” məhsulunun tərkibi həmin kimyəvi formulla ifadə edilmişdir. İddiaçının həmin məhsulu bəyan etdiyi 3824 99 960 9 kodu isə tamamilə başqa məhsula aid olan bir koddur. Göründüyü kimi iddiaçı gömrük bəyannaməsində malları XİFMN-də nəzərdə tutulmuş alt yarımmövqeyə uyğun təsnif etməmiş və bəzi bəyannamələrin doldurulması zamanı yanlışlığa yol vermişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh audit yoxlaması zamanı hər hansı nöqsana yol verməmiş, iddiaçıya barəsində yoxlama aparkən müvafiq qanun pozuntularını haqlı olaraq müəyyən etmiş və bu barədə əsaslı qərar qəbul etmişdir. Odur ki, sözügedən qərarın ləğvi üçün əsaslar mövcud deyil. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “xx.xx.2025-ci il tarixli, 3-33/008Q saylı qərarın ləğv edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar