Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8073/2024 12.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1960-cı ildə Cəbrayıl rayonunda anadan olmuşdur və xx.xx.1978-ci ildən əmək fəaliyyətinə başlamışdır. Əmək kitabçamdan görünür ki, iddiaçının əmək stajı 25 ildən artıq dövrü əhatə edir. Buna görə də o, cavabdeh orqana yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciət etmişdir və ona xx.xx.2024-cü il tarixli məktubla yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Buna əsas kimi xx.xx.1978-cı il tarixdən xx.xx.1993-cü il tarixə kimi əmək kitabçamın doldurulması qaydasının pozulmasını əsas gətirmişlər. Bildirir ki, cavabdehin qeyd etdiyi əsas tamamilə qanunsuz və əsassızdır. Çünki əmək kitabçasının doldurulma qaydasında problemin olması iddiaçının sığorta stajının olmaması anlamına gəlmir. Belə ki, “Əmək Pensiyaları haqqında” qanunda 25 il sığorta stajının olması əmək pensiyasının təyin edilməsinə əsas verdiyi qeyd edilmişdir. Əmək kitabçası sığorta stajının olmasını müəyyən edir və həmin sənəd işəgötürən tərəfindən doldurulur. İndiki halda onun doldurulma qaydasında işəgötürən tərəfindən səhvin edilməsi (əgər həqiqətən pozulmuşdursa) onun həmin dövrlərdə sığorta stajının olmaması anlamına gəlməsi hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Əmək kitabçasının doldurulma qaydasında yol verilmiş qüsurlara görə məsuliyyət işəgötürən məsuliyyət daşıyır və həmin məsuliyyətə görə iddiaçının sığorta stajının nəzərə alınmaması hüququn bütün prinsiplərinə ziddir. Ümumiyyətlə qanunvericilikdə əmək kitabçasının doldurulma qaydasında qüsurun olması sığorta stajının nəzərə alınmaması üçün əsas olması barədə heç bir müddəa mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iş materiallarına əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı DOST Mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Cavabdehin xx.xx.2024-cü tarixli 3- 17-1/2-S-55785/2024 nömrəli məktubu ilə İddiaçıya müraciətinin müsbət həlli mümkün olmadığı bildirilmişdir.Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin, 01.07 2023cü il tarixdən xx.xx.2024-cü il tarixədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 06 ay müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni pensiyanın təyin olunması üçün kifayət edəcək sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir." İşçilərin əmək kitabçasının forması və onun tərtib edilməsi Qaydalarının təsdiq edilməsi barədə 26 dekabr 1996-cı il Nazirlər kabinetinin 186 nömrəli Qərarının 3.1-ci maddəsinə əsasən əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) apanlır. Həmin Qərarın 3.11ci maddəsinə əsasən əmək kitabçası işəgötürən ve ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir.Hamin Qərarın 4.1-ci maddəsinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir İşəgötürənin ve ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, İdarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.Maddənin məzmunundan göründüyü kimi, əmək pensiyası həmin pensiya tayin olunmazdan öncə alınan əmək haqlarının kompensasiyası hesabına təyin edili "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları'na əsasən iddiaçının taqdim etdiyi MT-1 № ******* nömrəli amak kitabçasının surətində qeyd edilmiş xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Belə ki, sözügedən qeydlərdə: 1.işə daxil olma və işdən azad olma qeydləri səlahiyyətli şəxsin imzası ilə təsdiq edilməmişdir (imza mövcud deyil);
2. işdən azad olma barədə qeyd müvafiq möhürlə təsdiq edilsə də, işə daxil olma barədə qeyd möhürsüzdür. Həmçinin, sözügedən əmək kitabçasının titul səhifəsində kitabçanın doldurulma tarixində qaralamalar mövcuddur. Belə ki, "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"nın 3.10-cu maddəsinə əsasən əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. Qaydaların 7.1-ci maddəsinə əsasən, əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının ışçı haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə "Dublikat" sözü yazılır. 7.2-ci maddəsinə əsasən, əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur 7.3.-cu maddesine esasen, əmək kitabçasının ve onun əlavə içliyinin dublikatiı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq amra (sərəncama) əsasən müəyyənləşdirılır və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında amak kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir İddiaçının eyni nömrəli 23.05 1992-ci il və xx.xx.1996-cı il il tarixli iki əmək kitabçası mövcuddur. İkinci əmək kitabçasının isə dublikat olması barədə heç bir qeyd mövcud deyildir. Bu isə bir daha sözügedən əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr yaratmaqdadır. Mərkəzləşdirilmış elektron informasiya sisteminin "Pensiya altsistemində olan məlumatlara əsasən iddiaçının sığorta stajının müddəti 15 il 07 ay 25 gün təşkil etmişdir Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək: 3 il 9 ay 25 gün sığorta stajına uyğun olaraq 3848,70 manat. xx.xx.2006-cı il tarixdən-xx.xx.2017-ci il tarixədək: 11 il 10 ay sığorta stajına uyğun 7571,53 manat olmaqla, ümumilikdə 11420,23 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə talab olunan 40320 manat pensiya kapitalından azdır va amak pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətların bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Bildiririk ki, iddiaçıya "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddesina asasan xx.xx.2017-ci il tarixindən 3 va daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmış 57 yaşına çatmış qadın kimi yaşa görə sosial müavinət təyin edildiyi üçün (hazırda 220 manat məbləğində olmaqla ödənışı davam etdirilir) Qanunun 22-1.2-0 maddəsi tətbiq edilməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajının müddəti qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bu səbəbdən, qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. İddiaçı X1 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair 2- 1(112)-8073/2024 nömrəli inzibati iş üzrə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1960-cı il təvəllüdlü Səfərova X2 rayonu, Quycaq kəndi ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1996-cı il tarixli İT-1 ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı ildə Ə.Ç.Əmirov adına Neft və Qazların idarəsi 89 saylı körpələr evi uşaq bağçasında tərbiyəçi-köməkçi vəzifəsinə qəbul edilmişdir, xx.xx.1998-ci ildə işdən azad edilmişdir. xx.xx.2003-cü ildə 15 saylı Birləşmiş Şəhər Xəstəxanasında xadimə vəzifəsinə qəbul edilmiş, xx.xx.2017-ci ildə işdən azad edilmişdir. xx.xx.1992-ci il tarixli İT-1 ******* nömrəli əmək kitabçasının (İİ hissə) surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə D.Xankişiyev adına kolxoza kolxozçu təyin edilmişdir. xx.xx.1979-cu ildə C.Əhmədov adına sovxoza fəhlə təyin edilmişdir. xx.xx.1990-cı ildə kolxoz üzvlüyünə təyin edilmiş, xx.xx.1993-cü il tarixdə erməni təcavüzü nəticəsinə görə kolxoz üzvlüyündən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Cəbrayıl Rayon İcra Hakimiyyəti Cəbrayıl Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 11/30 nömrəli məktubunda bildirilir ki, Cəbrayıl rayon xx.xx.1993 cü il tarixdə işğal olunan zaman arxiv sənədləri işğal zonasında qaldığı üçün D.Xankişiyev adına kolxoz haqqında heç bir məlumat yoxdur odur ki, Vətəndaş İddiaçı haqqında Cəbrayıl rayon Dövlət arxivində məlumat yoxdur. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının X4 ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-S-55785/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim hesablanır. ili üçün bir il azaldılmaqla Təqdim etdiyiniz əmək kitabçanızın surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən sığorta stajınız 15 il 7 ay 25 gün təşkil edir. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 3 il 9 ay 25 gün sığorta stajınıza uyğun olaraq 3848,70 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək (11 il 10 ay sığorta stajınıza uyğun) 7571,53 manat olmaqla, ümumilikdə 11420,23 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1978-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxil olma və işdən azad olma qeydləri səlahiyyətli şəxsin imzası ilə təsdiq edilmədiyindən) sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Bildiririk ki, xx.xx.1978-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək əmək haqqı almağınızı təsdiq edən sənədləri (əmək haqqı arayışları və əmrlərdən çıxarışları) təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajınıza daxil edilməsinə baxıla bilər. Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Bildiririk ki, sizə "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixindən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın kimi yaşa görə sosial müavinət təyin edildiyi üçün (hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir) Qanunun 22-1.2-ci maddəsi tətbiq edilməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilrnəyib. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2023-cü il tarixdən qadınlar üçün pensiya yaşı həddi 63 yaş 06 aydır. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla 63 yaş 06 ayını xx.xx.2024-cü il tarixdə tamamlamışdır. İddiaçının pensiya təminatı üçün tələb olunan 25 il ümumi stajı toplanmır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Lakin “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın -1.1-ci bəndinə görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. -7.1-ci bəndinə görə bu əsasnamənin 3.10 bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. -7.3-cü bəndinə əsasən əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. Qeyd edilən qanunvericiliyin tələblərindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi ilk növbədə əmək kitabçası əsas götürülür. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arxiv arayışları, əmrlərdən çıxarışlar, əmək haqqı cədvəlləri və s. qəbul edilir. Eyni zamanda qanunvericilik əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə əmək kitabçasının dublikatının tərtib edilməsini də mümkün sayır, bir halda ki, işəgötürəndə işçinin əmək stajı barədə əmrlər, sərəncamlar və s. mövcud olsun. Başqa sözlə, əmək kitabçasındakı qeydlər yalnız işçinin əmək fəaliyyəti barədə hüquqmüəyyənedici sənədlər əsasında tərtib edilir. Hazırkı iş üzrə məhkəmə yaşa görə əmək pensiyasının təyini üçün mübahisələndirilən iddiaçının xx.xx.1978-ci ildən xx.xx.1993-cü il tarixədək olan dövrün onun ümumi stajına daxil edilməməsi əsası ilə razılaşır. Belə ki, məhkəməyə təqdim edilmiş ******* nömrəli əmək kitabçası 2 hissədən ibarətdir. Əmək kitabçasının birinci hissəsi xx.xx.1996-cı il tarixdə doldurulmuş, həmin hissə iddiaçının xx.xx.1996-xx.xx.1998, xx.xx.2003-xx.xx.2017-ci il tarixədək olan 15 il 06 ay 28 gün mübahisələndirilməyən əmək fəaliyyəti dövrlərini əks etdirir. İddiaçının xx.xx.1978-ci il, yəni daha əvvəl başlanan əmək fəaliyyəti qeydləri isə eyni əmək kitabçasının birinci hissəsində deyil, xx.xx.2017-ci il tarixli işdən azad olmadan sonra ikinci hissəsində qeyd edilməklə həmin hissənin xx.xx.1992-ci ildə doldurulduğu qeyd edilmişdir. Əmək kitabçasının xx.xx.1978-xx.xx.1993-cü ilədək kolxoz və sovxozda işlədiyi dövr qeydlərində əmrlərin tarixləri göstərilməmiş, qeydlər səlahiyyətli şəxslərin imza və möhürləri ilə təsdiq edilməmişdir. Yalnız sonuncu qeyd imzalanaraq kolxoza aid möhürlə təsdiq edilsə də, 1978-ci ildən etibarən 1993-cü il tarix də daxil olmaqla qeydlərin eyni şəxs və eyni qələmlə icra olunduğu adi gözlə müşahidə olunur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, kolxozlarda işləyən şəxslər üçün sosial sığorta stajı kişilər və qadınlar üçün həmin kolxozda il ərzində tam il kimi nəzərə alınması üçün tələb olunan minimum iş günü norması ilə şəxsin il ərzində işləmiş olduğu iş günlərinin müqayisəsi əsasında müəyyən olunur. Belə ki, şəxsin kolxozda işləməsini təsdiq edən kolxozçunun kitabçası və ya əmək kitabçasında kolxozçunun işlədiyi kolxozda qəbul edilən minimum adam günü (əmək günü) norması, həmçinin il ərzində kolxozçunun faktiki işləmiş olduğu adam günü (əmək günü) qeyd olunur. Eyni zamanda, kolxozların arxivlərdə saxlanılan şəxsi hesab kitablarında kolxozda işləyən kişi və qadınlar üçün il ərzində işləməsi tələb olunan minimum iş günləri və işləmiş olduqları faktiki iş günləri də qeyd olunur. Bu zaman kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınır. Belə ki, kolxozda işləmiş kişi və qadınlar üçün il ərzində işləməsi müəyyən olunmuş minimum adam günü (əmək günü) və ondan çox olduqda - tam il, minimum adam günü (əmək günü) iş günlərindən az olan olduqda isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılır. Beləliklə, qanunla kolxozçunun ümumi iş stajı kolxoza işə qəbul və işdən çıxma barədə tarixlər əsas götürülməklə deyil, kolxozdakı minimum iştirak norması əsasında müəyyən edilir. Hazırkı iş üzrə iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1978-xx.xx.1993-cü illərdə Xankişiyev adına kolxozda işə qəbul edilməsi, işdən azad edilməsi barədə qeydlər edilsə də kitabçada iddiaçının kolxozda işlədiyi dövr üzrə kolxozda minimum adam günü və iddiaçının işlədiyi faktiki müddət göstərilməmişdir. Eyni zamanda iddiaçının adıçəkilən kolxozda işləməsi arxiv sənədləri ilə də təsdiq olunmur. Beləliklə, iddiaçının xx.xx.1978-ci ildən xx.xx.1993-cü il tarixədək D.Xankişiyev adına kolxozda işləməsinə dair əmək kitabçasında, həmin illərə dair minimum adam günü (əmək günü) iş günü norması və faktiki iş günü qeyd olunmadığından, eləcə də qeyd edilən dövrdə işləməsi barədə kolxoza dair arxiv arayışı təqdim edilmədiyindən və bununla da həmin dövrün neçə il sosial sığorta stajı olmasını müəyyən etmək mümkün olmadığından qeyd edilən dövrün bütövlükdə sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbinə uyğun deyildir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajı yetərli deyildir. Cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosı̇ al Ödənı̇ şlərı̇ n Təyı̇ natı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova