Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8074/2022 26.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi (qardaşı) X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X30, X31, X5, X9, X12, X8, X32, X33, X10, X25) qarşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək X19, X20, X2, X4, X6 və X3 Bakı şəhəri ,ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli fərdi yaşayış evi mərhum atası X21 tərəfindən 6 sot torpaq sahəsinin üzərində tikili kimi alınmış və fərdi evin yerləşdiyi 0,06 ha torpaq sahəsi 2002-ci ildən şəxsi mülkiyyət hüququ ilə adına sənədləşdirilməsinə baxmayaraq, sözügedən 2 mərtəbəli həmin yaşayış evi indiyədək adına rəsmiləşdirilməmişdir. ASAN 4 Xidmətindən xx.xx.2022-ci ildə verilmiş DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından göründüyü kimi, o və 11 nəfərdən ibarət ailə üzvləri Qəniyev M.R., Qəniyev R.M., Qəniyev M.M., Qəniyeva K.V.,Qəniyev K.İ.,Qəniyev P.İ., Qəni S.İ., Qəni M.R., Qəniyev S.R., Qəni T.M., Qəni A.M.-dən başqa yaşadıqları və qeydiyyatda olduqları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi ev 3 ünvanda, ailə üzvləri olmayan, bizim ailə ilə heç bir qohumluq əlaqələri olmayan, Zabrat qəsəbəsində özlərinə məxsus fərdi yaşayış evində yaşayan X47 oğlu, X31, X5, X9, X12, Allahverdiyev Orxan İsmayıl oğlu qanunsuz olaraq pasport qeydiyyatına alınmışlar. Bir neçə dəfə həmin şəxslərə ünvandan qeydiyyatdan çıxmaları və yaşadıqları fərdi evə qeydiyyata düşmələri tələb olunsa da, indiyədək qanuni tələblərinə əməl olunmamışdır. Onların qeydiyyatda qalmaları isə, yaşadıqları və qeydiyyatda olduqları Zabrat qəsəbəsi, Oktyabr küçəsi ev 3 ünvanda yerləşən fərdi yaşayış evi üzərində sahiblik, istifadə və sərəncam hüquqlarımızı pozur, həmçinin əlavə kommunal xidmət haqqı ödəmək məcburiyyətində qalırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə müvafiq olaraq, bizim ünvanda qeydiyyatda olan yuxarıda adlarını qeyd etdiyim vətəndaşlar bizim ünvandan qeydiyyatdan çıxaraq, özlərinin faktiki yaşadıqları fərdi yaşayış evinə qeydiyyata düşməlidirlər. Qanunsuz qeydiyyata alınmış yuxarıda göstərilən şəxslərin onlara məxsus olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasının təmin olunması üçün rəsmi ərizə ilə Sabunçu rayon Polis İdarəsinə müraciət ediblər. Həmin imtina cavabında göstərilib ki, adları çəkilən vətəndaşların onlara məxsus Sabunçu rayonu Zabrat qəsəbəsi Oktyabr (indi Nəsibə Zeynalova) küçəsi ev 3-dən passport qeydiyyatından çıxarılmaları Sabunçu RPİ-nin səlahiyyətləri daxilində deyildir. Halbuki, adları qeyd olunan vətəndaşlar Sabunçu RPİ-nin QMB (Qeydiyyat məsələləri bölməsi) tərəfindən ailə üzvlərinin razılığı olmadan qanunsuz olaraq qeydiyyata alınmışlar.
3. Sabunçu rayon polis idarəsi tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilərək bildirilmişdir ki, X2, X19, X4, X6 və X20 ona məxsus olan Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr (indi Nəsibə Zeynalova) küçəsi, ev 3-dən pasport qeydiyyatından çıxarılmaları Sabunçu RPİ QMB-nin səlahiyyətləri daxilində deyil. Qeyd olunan faktla əlaqədar olaraq Bakı İnzibati məhkəməsinə müraciət etmək məqsədəmüvafiq hesab edilmişdir.
4. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X5, X8, X9, X12, X30, X31 İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı qarşı “qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər.
5. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, yaşadığı və qeydiyyatda olduğu Zabrat qəs., Oktyabr küç., ev 3 ünvana dair torpağın mülkiyyət şəhadətnaməsi, bütün kommunal xidmət sahələrindən alınmış arayışlardan başqa, Sabunçu rayon məhkəməsinin qüvvədə olan xx.xx.2009-cu il tarixli qətnaməsi vardır. Amma həmin evdə qanunsuz qeydiyyata alınmış vətəndaşların həmin ünvana qeydiyyat hüququ verən heç bir hüquqmüəyyənedici (və ya məhkəmə qətnaməsi) sənədləri yoxdur. Bununla əlaqədar ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr (indi Nəsibə Zeynalova) küçəsi ev 3-də qeydiyyata alınmış X32, X33, X10, X14 da qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulmasını tələb etmiş və iddia tələbini dəqiqləşdirmişdir.
6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən zəruri cəlbetmə qaydasında üçüncü şəxs X5 izahat verərək bildirdi ki, həmin Bakı şəhəri, Zabrat-1 qəs., Oktyabr küçəsi 3 saylı evə X7 ailə üzvü kimi qeydiyyata alınmışdır. Həmin evlə iddiaçının yaşadığı ev ayrıayrı evlərdir.
7. Məhkəmənin sorğusu əsasında Sabunçu rayon məhkəməsi tərəfindən həmin məhkəmənin 2-2393/2004 nömrəli iş üzrə xx.xx.2004-cü il tarixli qətnaməsi təqdim edilmişdir. Həmin qətnaməyə əsasən X10 Bakı şəhəri, Zabrat-1 qəs., Oktyabr küç., 3 saylı evə pasport qeydiyyatına alınmışdır.
8. İddiaçının ərizəsi əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X32, X33, X10, X25 İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı qarşı “qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər.
9. İddiaçı adına verilmiş torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnaməyə əsasən, İ Zabrat qəs., Oktyabr küçəsində yerləşən 0,06 ha torpaq sahəsi onun mülkiyyətindədir.
10. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, ünvan 5 fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
11. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-2046/09 nömrəli iş üzrə xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən, iddiaçılar X28, X17, X34, İddiaçı, X22 və X21 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəs., Oktyabr küç., 3 saylı evə yaşayış yeri üzrə qeydiyyata alınmışdır.
12. X15 verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışa əsasən, X32, xx.xx.1985; X9, xx.xx.2015; X5, xx.xx.1990; X41, xx.xx.2012; X42, xx.xx.2012; X17, xx.xx.1977; X28, xx.xx.1978; X29, xx.xx.1998; X10, xx.xx.1973; X35, xx.xx.2005; X31, xx.xx.1981; X33, xx.xx.2021; X25, xx.xx.2016; X36, xx.xx.2002; X37, xx.xx.1995; İddiaçı, xx.xx.1968; X8, xx.xx.1993; X43, xx.xx.2013; X30, xx.xx.1956 Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi ev 3 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar.
13. Şifahi dinləmələr (məhkəmənin baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, iddianın təmin olunmasını xahiş etdi.
14. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubunda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən hazırki iş üzrə məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.
II. İddianın növü və mümkünlüyü
15. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
16. Məhkəmə qeyd edir ki, iddiaçı fərdi yaşayış evinin mülkiyyətçisi deyil, qeyd edilən daşınmaz əmlak qeydə alınmamışdır.
17. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi xx.xx.2021-ci il tarixli cavabında (bundan sonra - cavabdehin imtinası) “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə istinadən həmin ünvan üzrə qeydiyyatdan çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin mülki qaydada məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında mümkünlüyü qeyd edilmişdir.
III. Məhkəmənin mövqeyi
18. Məhkəmə tərəfindən müəyyən olunur ki, fərdi yaşayış evinə dair iddiaçının hüquqları qeydiyyatına alınmayıb, Sabunçu rayon məhkəməsinin 2(008)-2046/09 nömrəli iş üzrə xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən ailəsi ilə birlikdə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi ev 3 saylı fərdi yaşayış evinə qeydiyyata alınıblar. Mülkiyyətində olan torpaq sahəsinin ünvanı isə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi kimi müəyyən edilmişdir.
19. Üçüncü şəxslərdən X1 rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi ev 3 saylı fərdi yaşayış evinə Sabunçu rayon məhkəməsinin 2-2393/2004 nömrəli iş üzrə xx.xx.2004-cü il tarixli qətnaməsi əsasında qeydiyyata alınıb. X9, X5, X8 onun qohumlarıdır.
20. Məhkəmə müəyyən etmişdir ki, qeyd edilən evlərin ünvanı eyni göstərilmiş olsa da, ayrı evlərdir və ünvan 5 fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamışdır.
21. Üçüncü şəxslərdən olan X30, X31, X32, X33, X25 məhkəmədə iştirak etmir.
22. Məhkəmə qeyd edir ki, iddiaçının Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsində (indiki Nəsibə Zeynalova küçəsi) ona məxsus olan torpaq sahəsindəki fərdi yaşayış evinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından və ailə üzvləri ilə qeyd edilən evə qeydiyyatı məhkəmə qərarı əsasında həyata keçirildiyindən ünvan 5 ünvan üzrə qeydiyyatda olan digər şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair polisin imtinası qanunsuz hesab oluna bilməz.
23. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
26. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ...Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur...
27. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarından: ...hazırkı iş üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli Qərarında məhkəmə aktlarının preyudisiallığı ilə bağlı mövcud prosessual qanunvericiliyə və əvvəlki qərarlarda formalaşdırılmış hüquqi mövqeyə istinad edilərək vurğulanmışdır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Bunun üçün məhkəmə qərardadı aşağıdakı vacib şərtlərə cavab verməlidir: - qərardad müstəqil məhkəmə icraatı çərçivəsində çıxarılmalı; - həmin qərardad ilə hüquqi faktlar və hüquq münasibətləri müəyyən edilməli; - tərəflərin məhkəmə baxışında iştirakı təmin edilməli; - baxış çəkişmə prinsipinə əməl edilməklə aparılmalı; - belə qərardadın yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi imkanı olmalıdır. Həmçinin Qərarda qeyd edilmişdir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir.
28. İddiaçı mümkünlük şərtlərinə cavab verən iddia predmeti üzrə inzibati məhkəməyə müraciət etdiyindən arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsini seçmədiyini və konkret halda hüquqi müdafiəyə ehtiyacı olmadığını iddia etmək olmaz. Məhkəmə iddiaçının subyektiv hüququ olmadığı qənaəinə də gəlmir. Belə ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətindədir. Lakin məhkəmə hesab edir ki, iddiaçının qeyd etdiyi tikiliyə hüquqları qeydə alınmadığından, qeyd edilən ünvan üzrə qeydiyyatı məhkəmə aktı əsasında həyata keçirildiyindən, məhkəmə araşdırması zamanı həmin ünvan üzrə digər tikilinin şərti olaraq mövcud olduğu müəyyən edildiyindən (belə ki, digər tikiliyə də eyni ünvan üzrə üçüncü şəxslərin bir qismi yaşayış yeri üzrə qeydiyyata alınıblar) cavabdeh qurumun hazırki imtinası qanunsuz deyil.
29. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı özünə məxsus olan torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə hüquqlarının qeydə alınması üçün aidiyyəti quruma müraciət edə və bu zaman həmin evə hüquqlar qeydə alındığı təqdirdə (fərqli) ünvan verilə bilər.
30. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydalarına əsasən: 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda.
31. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva