Məhkəmə qərarları › İş №2-1(112)-808/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-808/2020

27.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-808/2020 27.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X16 X9 İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdehAzərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X16 X1rşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə“pensiyanın yenidən hesablanması” barədə iddia tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakışəhəri, N.Vəzirovküçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X16 X1rşıiddia ərizəsiiləməhkəməyəmüraciətedərək,İddiaçı Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət X12 Xüsusi X5 göndərilmiş məlumat vərəqəsinə müvafiq olaraq (vəzifə maaşı 1000 manat, rütbə maaşı 138 manat, xidmət illərinə görə 30% faiz-341 manat, 1-ci məharət dərəcəsinə görə 25% faiz əlavə-250 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64 manat) təyin edilmiş pensiyanın 82 faiz miqdarında olmaqla yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 808/2020 saylı qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ildən 2009-cü ilin sentyabr ayına qədər Silahlı Qüvvələrdə hərbi xidmət keçmiş və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2009-cu il tarixli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X12 Hərbi Qulluqçular və X10 İş İdarəsinə göndərilmiş məlumat vərəqinə əsasən, ona xx.xx.2010-cu il tarixdən əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası işlədiyi sonuncu vəzifənin (Azərbaycan Respublikası Hərbi Komissarlığının Çağırış şöbəsinin “Baş zabiti”) vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə və ərzaq payı əvəzinə verilən pul kompensiyası nəzərə alınmaqla yaşa görə təyin edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 2013-cü ilin dekabr ayının 18-də Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmri əsasında təcrübəli hərbi mütəxəssis kimi ehtiyatdan hərbi xidmətə çağırılmış və Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Məktublarla İş bölməsinin zabiti vəzifəsinə təyin edilmişdır. 2014-cü ilin dekabr ayından xx xxxx 2017-ci il tarixədək müxtəlif vəzifələrdə hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Şəxsi Heyət Baş İdarəsinin şöbə rəisi - İdarə rəisinin müavini vəzifəsindən xx xxxxxxxx 2017-ci il tarixdə yenidən ehtiyata buraxılmışdır. X4. Ehtiyata buraxıldıqdan sonra pensiyasının yenidən hesablanması üçün tutduğu sonuncu vəzifənin vəzifə maaşı əsas götürülməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X12 Xüsusi X5 x xxxx 2019-cu il tarixdə yeni məlumat vərəqəsi göndərilmişdir. 2013-cü ildən 2017-ci ilədək sosial sığorta ödəyicisi olmuşdur. Odur ki, pensiyanın yenidən hesablanması haqqında qərar qəbul edilməsi üçün Əmək və X8 Nazirliyi yanında Dövlət Sosial .X13 X5 xx xxxxxx 2019-cu il tarixdə ərizə ilə müraciət etmiş, cavabdeh Əmək və X8 Nazirliyi yanında Dövlət X12 X9 İdarəsinin xx xxxxxx 2019-cu il tarixdə rəsmi olaraq ona təqdim edilmiş **********3 nömrəli cavab məktubu ilə pensiyanın yenidən hesablanmasından imtina edilmişdir.İddiaçı hərbi xidmətdən təxris olunduqdan sonra 2013-2017-ci illərdə hərbi qulluğunu davam etdirmiş və 2017-ci ilin sentyabr ayında yenidən hərbi xidmətdən təxris olunmuşdur və iddiaçının işlədiyi orqan da qanuni olaraq cavabdehə yeni məlumat vərəqəsini təqdim etmişdir. Belə olan halda, iddiaçıya təxris olunduğu gündən yeni məlumat vərəqəsinə əsasən əmək pensiyasının yenidən hesablanmasına qanunla hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Həmin məlumat vərəqəsinə əsasən iddiaçının pensiyasının yenidən hesablanması cavabdehin qanuni vəzifəsi olsa da, cavabdeh bundan imtina etmiş, bununla da qüvvədə olan maddi hüquq normalarını, iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozmuşdur.İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X16 X9 İdarəsinin nümayəndəsi X11 tərəfindən məhkəməyə iddia ərizəsinə dair etirazı təqdim edilmişdir. İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən “məlumat vərəqinə əsasən xx.xx.2009-cu il tarixdə sonuncu tutduğu vəzifəyə uyğun olaraq yaşa görə əmək pensiyası pensiya təyin edilmişdir. İddiaçının adına yenidən Müdafiə Nazirliyi tərəfindən yenidən məlumat vərəqi İdarəyə daxil olmuş və iddiaçı tərəfindən ərizə verilərək pensiyasının yenidən sonuncu məlumat vərəqinə əsasən hesablanıb ödənilməsi xahiş edilmişdir. İddiaçının ərizəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5 maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda(sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət X15 göndərilir.Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X12 X9 İdarəsinin nümayəndəsi X11 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən verilmiş M/V-002880 nömrəli xx xxxxxxxx 1999-cu il tarixli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır və Azərbaycan Respubikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə hüququna malikdir. MN-60532 məlumat vərəqindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının adına təminat xərcliyi 651,50 manat göstərilməklə məlumat vərəqi tərtib edilərək DSMF-yə göndərilmişdir. Həmin məlumat vərəqi əsasında Azərbaycan Respublikası Dövlət X12 Nizami rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx xxxxxx 2010-cu il tarixli qərarı ilə İddiaçı xx.xx.2009-cu il tarixdən 443,02 manat məbləğində yaşa görə ömürlük pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət X16 Hərbi qulluqçular və X10 iş departamentinin pensiyanın yenidən hesablanması vərəqindən görünür ki, İddiaçı oğluna xx.xx.2013-cü ildən ömürlük 820 manat 42 qəpik pensiya təyin edilmişdir. MN-10826 məlumat vərəqindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının adına təminat xərcliyi 1793,40 manat göstərilməklə məlumat vərəqi tərtib edilərək DSMF-yə göndərilmişdir (pensiya işinin materialları). Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X16 X9 İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş xx xxxx 2019-cu il tarixli MN-10826 nömrəli yeni məlumat vərəqəsi əsasında ona əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, iş materiallarında olan sənədlərdən Məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, ona xx xxxxxxx 2010-cu ildə yaşa görə pensiya təyin edilmişdir. İddiaçı tərxis olunduqdan sonra hərbi qulluğunu davam etdirmiş və xx xxxxxxxx 2017-ci ildə yenidən təxris edilmiş və onun işlədiyi orqan da qanuni olaraq yenidən MN-10826 məlumat vərəqəsi təqdim etmiş, iddiaçı isə özü tələbində həmin məlumat vərəqəsi üzrə pensiyanın yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Nazirlər Kabinetinin 631 nömrəli, xx.xx.1992-ci il tarixli “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsubşəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Qərarın 1-ci bəndinə əsasən, silahlı qüvvələrin ehtiyatda olan yüksək ixtisaslı pensiyaçı zabit kadrlarının Azərbaycan Ordusunda, Daxili işlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti,Səfərbərli və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Sərhəd Xidməti orqanlarında xidməti pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aiddir. Bu müddət qurtardıqdan sonra pensiya qüvvədə olan qanunvericiliyə əsasən yenidən hesablanır. Göründüyü kimi, pensiyanın yenidən hesablanmasının qüvvədə olan qanunvericiliyə əsasən aparılması nəzərdə tutulmuşdur. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur.Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Göründüyü kimi, Qanunun 9.6-cı maddəsində iddiaçının hərbi xidmətini davam etdirməsi onu sonuncu təminat xərcliyi əsasında pensiya təyin edilməsini tələb etmək hüququ vermir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqları pozulmamışdır. Məhkəmə bununla yanaşı qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Məhkəmə izah edir ki, iddiaçı Qanunun bu müddəasına uyğun olaraq ona pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanmanı tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X16 X1rşı İddiaçı Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət X12 Xüsusi X5 göndərilmiş məlumat vərəqəsinə müvafiq olaraq (vəzifə maaşı 1000 manat, rütbə maaşı 137 manat, xidmət illərinə görə 30% faiz-341 manat, 1-ci məharət dərəcəsinə görə 25% faiz əlavə-250 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64 manat) təyin edilmiş pensiyanın 82 faiz miqdarında olmaqla yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33-cü, 68-ci, 69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X16 X1rşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “pensiyanın yenidən hesablanmasına” dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar