Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8080/2022 18.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı 10 fevral 2022-ci ildən dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, mərhum X8 onun həyat yoldaşı idi. Həyat yoldaşına 19 sentyabr 2005-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək əmək pensiyası təyin edilmiş, sonuncu 10 fevral 2022-ci ildə vəfat etmişdir. Onun ərinin vəfatından sonra ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, mərhum əri 19 sentyabr 2005-ci il tarixindən vəfatına qədər dövlət qulluqçusu kimi yaşa görə əmək əmək pensiyası almışdır. 2017-ci ildə hətta mərhum əri dövlət qulluqçusu kimi pensiyasının yenidən hesablanması barədə 2 saylı Bakı İnzibati- İqtisad Məhkəməsinə müraciət etmiş, həmin müraciət məhkəmə tərəfindən təmin edilmiş və ərinin pensiyası yenidən hesablanmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin vəkili X2 izahatında bildirdi ki, iddiaçının mərhum həyat yoldaşı X5 qanunvericiliyə zidd olaraq 19 sentyabr 2005-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 5 il və ya daha çox qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı’’nda mərhum Əli Əliyevin Ermənistan Sovet Sosialist Respublikasında işlədiyi vəzifələr nəzərdə tutulmamışdır. Həmin Qanunun 20.1.8-ci maddəsinə əsasən dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi sözügedən Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, mərhum Əli Əliyevin dövlət qulluqçusu kimi əmək pensiyası almaq hüququ olmadığından iddiaçıya sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından tətbiq edilə bilməz. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 29 mart 2022-ci il tarixli məktubda qeyd edlir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 2 mart 2022-ci il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, mərhum həyat yoldaşınız X6 qanunvericiliyə zidd olaraq 19 sentyabr 2005-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 5 il və ya daha çox qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən isə dövlət qulluqçusu “bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında mərhum Əli Əliyevin Ermənistan Sovet Sosialist Respublikasında işlədiyi vəzifələr nəzərdə tutulmayıb. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.8-ci maddəsinə əsasən dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi sözügedən Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, mərhum Əli Əliyevin dövlət qulluqçusu kimi əmək pensiyası almaq hüququ olmadığından Sizə sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Ermənistan SSR Kalinin rayon VVAQ bürosu tərəfindən verilmiş xx.xx.1970-ci il tarixli İ-ZJ seriyalı 275420 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 ilə X1 xx.xx.1970-ci ildə nikaha daxil olmuşlar. Nikah balğlandıqdan sonra kişiyə Əliyev, qadına Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 fevral 2022-ci il tarixli, AZ-İİ seriyalı 220559 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ölüm səbəbi: COVİD-19. Həmin akt qeydinin təsdiq edilmiş surəti Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1957-ci ildə Qara-qala kənd klubunun müdiri təyin edilmişdir, xx.xx.1960-cı ildə işdən azad edilmiş, xx.xx.1960-cı ildə Qaraqala kəndi 37 nömrəli mağazanın müdiri təyin edilmiş, xx.xx.1964-cü ildə təhsil üçün getməsi ilə əlaqədar məzuniyyət təqdim edilmişdir, xx.xx.1964-cü ildə Müvəqqəti evlu kənd mağazasının müdiri təyin edilmişdir, xx.xx.1964-cü ildə işdən azad edilmiş, xx.xx.1964-cü ildə müvəqqəti kənd dəmirçilər mağazasının müdiri təyin edilmiş, xx.xx.1964-cü ildə işdən azad edilmiş, xx.xx.1965-ci ildə Kalinin adına Kalinin Sovxozu 2 nömrəli sahə briqadasına briqadir müavini təyin edilmiş, xx.xx.1965-ci ildə sahə mühasibi keçirilmiş, xx.xx.1967-ci ildə işdəən azad edilmiş, xx.xx.1967-ci ildə Kalinin rayon dövlət gəlirləri idarəsinə böyük iqtisadçı təyin edilmiş, xx.xx.1970-ci ildə Rayon MŞ dövlət gəlirləri müfəttişliyinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə işdən azad edilmiş, xx.xx.1983-cü ildə “maliyyə işi əlaçısı” nişanı ilə təltif olunmuş, xx.xx.1989-cu ildə Lenin rayon Maliyyə şöbəsi iqtisadçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı ildə dövlət gəlirləri müfəttişliyinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı ildə işdən azad edilmiş, xx.xx.1990-cı ildə Lenin rayonu üzrə dövlət vergi müfəttişliyi Dövlət müəssisə və təşkilatlarının mənfəətinin vergiyə cəlb edilməsi şöbəsinə rəis təyin edilmiş, xx.xx.1991-ci ildə işdən azad edilmiş, xx.xx.1991-ci ildə Lenin rayonu üzrə dövlət vergi müfəttişliyi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.1991-ci il tarixli K-264 nömrəli əmrinə əsasən Dövlət müəssisələri, təşkilatları və birliklərinin mənfəətinin (gəlirinin) vergiyə cəlb edilməsi şöbəsinə dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmiş, xx.xx.1992-ci ildə işdən azad edilmiş, xx.xx.1992-ci ildə “Turan” EİKŞ iqtisadiyyat üzrə prezidentin köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1992-ci ildə işdən azad edilmiş, xx.xx.1992-ci ildə “Aqşin” firmasına iqtisad məsələləri üzrə direktor müavini təyin edilmiş, xx.xx.1995-ci ildə işdən azad edilmiş, xx.xx.1996-cı ildə “MMM” firmasına baş mühasib qismində işə qəbul edilmiş, xx.xx.2001-ci ildə işdən azad edilmişdir. İş materiallarında olan X5 məxsus pensiya işində olan sənədlərdən görünür ki, X5 19 sentyabr 2005-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-4341/2017 saylı qərarının surətindən görünür ki, iddiaçı X5 pensiyanın hesablanması üçün əsas götürülən vəzifə maaşına uyğun üç vəzifə maaşı mislində mükafat və bir vəzifə maaşı həcmində müavinətin hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15% məbləğində təyin edilən və ödənilən əlavə haqq və dövlət qulluğundakı ixtisas dərəcəsinin pensiya hesablanarkən nəzərə alınaraq dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin pensiya işində olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(103)-2688/2017 saylı qərardadının surətindən görünür ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilmiş, cavabdeh tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-4341/2017 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət geri götürülmüş hesab edilmiş və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə; 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur; 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla). Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının əri X5 19 sentyabr 2005-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir, xx.xx.2022-ci ildə iddiaçının əri vəfat etmişdir. İddiaçı ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. İş materiallarından görünür ki, iddiaçının əri X5 xx.xx.2005-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-4341/2017 saylı qərarına əsasən iddiaçı X5 pensiyanın hesablanması üçün əsas götürülən vəzifə maaşına uyğun üç vəzifə maaşı mislində mükafat və bir vəzifə maaşı həcmində müavinətin hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15% məbləğində təyin edilən və ödənilən əlavə haqq və dövlət qulluğundakı ixtisas dərəcəsinin pensiya hesablanarkən nəzərə alınaraq dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Göründüyü kimi, artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının əri X3 dövlət qulluqçusu kimi tələb olunan iş stajının olması faktı öz təsdiqini tapmış, ona dövlət qulluqçusu kimi təyin edilmiş pensiya məbləği yenidən hesablanmışdır. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı, onun əri X3 vəfat etdiyi xx.xx.2022-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-8080/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8080/2022
18.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver