Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8080/2024 10.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 10 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək fəaliyyəti ilə məşğul olduğu xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi və pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, ərizə təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə 1974-cü ilin 09 sentyabr tarixində başlamış, 01 sentyabr 1975-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1980-cı ildə ali təhsil müəssisəsini bitirmiş, xx.xx.1980-cı il tarixdə 282№-li əmrlə Əli-Bayramlı (indiki Şirvan) şəhər 3№-li orta məktəbə müəllim təyin edilmiş, xx.xx.1984-cü ildə öz ərizəsinə əsasən işdən azad olunmuş, həmin ilin 28 fevral tarixində Bakı Dövlət Universitetinin elektronika kafedrasına laborant (daha sonra baş laborant) vəzifəsinə qəbul edilmiş, xx.xx.1996-cı ildə öz ərizəsi ilə işdən azad olunmuşdur. 1992-ci ilin aprel ayında dissertasiya müdafiə edərək, fizikariyaziyyat elmləri namizədi alimlik elmi dərəcəsi almışdır. 1996-cı ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsinə daxil olub 2000ci ildə fərqlənmə diplomu ilə təhsil müəssisəsini bitirmişdir. xx.xx.1997-ci ildə Hacıqabul rayon telekommunikasiya qovşağında hüquqşünas ixtisası üzrə üzrə işə qəbul edilmiş, xx.xx.1998-ci ildə işdən azad olunmuşdur. xx.xx.1998-ci ildə “Mahir” hüquq servis firmasına hüquq məsləhətçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1999-cu ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1999-cu il tarixdə “Real” servis hüquq firmasına hüquq məsləhətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2000-ci il tarixdə öz xahişi ilə bu vəzifədən azad edilmişdir. xx.xx.2000-ci il tarixdə “ASR" hüquq firmasına hüquq məsləhətçisi qismində işə qəbul edilmiş, xx.xx.2001-ci il tarixdə bu vəzifədən azad olunmuşdur. xx.xx.2005-ci il tarixdən AR Vəkillər Kollegiyası üzvlüyünə qəbul edilmiş, fəliyyət göstərmək üçün Bakı şəhəri 6 saylı hüquq məsləhətxanasının Əzizbəyov rayon filialına göndərilmişdir. xx.xx.2005-ci il tarixdə Bakı şəhəri 8 saylı hüquq məsləhətxanasının təsis edilməsi ilə əlaqədar olaraq Bakı şəhəri 6 saylı hüquq məsləhətxanasının Əzizbəyov rayon filialında fəaliyyətinə xx.xx.2005-ci il tarixdən xitam verilmiş, fəaliyyətinin Bakı şəhəri 8 saylı hüquq məsləhətxanasında davam etdirilməsi qərara alınmışdır. xx.xx.2001-ci ildən xx.xx.2005-ci illər ərzində vergi orqanlarında fiziki şəxs kimi AR Ədliyyə Nazirliyinin lisenziyası əsasında qeydiyyata alınmış və hüquqi xidmət göstərməklə məşğul olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 22-1.1-ci maddəsinə əsasən ona xx.xx.2022-ci il tarixdən 340.35 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə pensiya təyin edilmişdir. Pensiya təyin edilərkən fiziki şəxs kimi hüquqi xidmətlə bağlı işlədiyi 4il 8ay 8 gün sığorta stajına daxil edilməmişdir. Cavabdehin imtinaya dair məktubunda isə sığorta stajı səhvən 25 il 9 gün göstərilmişdir, əslində isə bu rəqəm 25 il 7ay təşkil edir. Beləliklə, əmək fəaliyyəti ilə bağlı müddət 30 il 3 ay 8 gün təşkil etdiyi halda bu rəqəm əsassız olaraq az göstərilmiş, yekunda pensiya məbləği düzgün hesablanmamışdır. Cavabdeh təşkilatın 15 fevral 2024-cü il tarixli imtinaya dair məktubunda göstərilmişdir ki, mübahisələndirilən dövrün aktiv vergi fəaliyyətinin hansı ayları üzrə məcburi dövlət sığorta haqları ödəməyi haqqında məlumat əks olunmadığı üçün sözügedən dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə guya mümkün hesab edilmir. Qeyd edir ki, həmin sənədlər ciddi maliyyə sənədi hesab edildiyi üçün vergi orqanlarına bəyənnamə şəklində təqdim edilmişdir və onda saxlanıla bilməzdi. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, onun əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Ərizəyə cavabdeh tərəfindən baxılmışdır. Mərkəzi filial tərəfindən bu əsaslarla onun əmək pensiyasının yenidən hesablanmasından imitina edilmişdir. Belə ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən 340,45 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçının əmək pensiyası Qanunun 22-1.3-cü maddəsi nəzərə alınmaqla pensiya işində olan sənədlərin surətinə əsasən əmək fəaliyyəti dövrü və xx.xx.1975-ci il tarixdən xx.xx.1980-cı tarixədək təhsil aldığı illər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 25 il 9 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 29214,72 manat pensiya kapitalı əsasında yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 344,22 manat müəyyən edilmişdir. İddiaçının əmək pensiyası Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilərək xx.xx.2023-cü il tarixdən 394,82 manata, 01.1.2024cü il tarixdən 438,98 manata çatdırılmışdır. Daha sonra iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli arayışının surətində xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixədək onun aktiv vergi fəaliyyətinin hansı ayları üzrə məcburi dövlət sosial sığorta haqları ödəməsi haqqında məlumat əks olunmadığı üçün sözügedən dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilməmişdir. Həmçinin iddiaçı qeyd olunan dövrlərdə fiziki şəxs kimi fəaliyyət göstərdiyini iddia etsə də, Mərkəzi Filiala həmin dövrdə məcburi dövlət sosial sığorta haqlarını ödəməsi ilə əlaqədar hər hansı sübut təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının surətindən görünür ki, iddiaçının pensiyası yenidən hesablanaraq 339,62 manatdan 340,35 manat məbləğə qaldırılmışdır. Fərdi hesab üzrə pensiya sığorta kapitalının məbləği 28655,68 mant qeyd edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/1-Ə-22334/2024 nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının surətindən görünür ki, iddiaçının pensiyası yenidən hesablanaraq 431,11 manatdan 439,04 manat məbləğə qaldırılmışdır. Fərdi hesab üzrə pensiya sığorta kapitalının məbləği 36203,09 mant qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: Dövlət Sosial Müdafiə X3 şəxsin Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü məktubunda qeyd edilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili 01.01,2006-cı il tarixdən başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixədək olan dövr üzrə sığorta stajının hesablanması məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş 8 nömrəli Əlavəyə əsasən aparılır. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Əmək pensiyası hüququ olan şəxslər Qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan aşağıdakı şəxslərin əmək pensiyası almaq hüququ vardır: ... b) fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə; ... Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-ci il tarixədək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.5. 2006-cı il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış hüquqi şəxslərdə çalışanların, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçilərinin və kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən ailə üzvlərinin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi barədə məlumat (11 nömrəli Əlavə) Şöbə və ya İdarə tərəfindən PAS-a daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: ...
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən; ...
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. Yuxarıda sadalanan qanunvericiliyin tələbindən göründüyü kimi, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajına daxil edilir. Lakin iddiaçı qeyd edilən dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarını ödəməsi ilə əlaqədar sübutları nə inzibait icraat zmanı cavabdehə, nə də məhkəməyə təqdim etməmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “pensiyanın yenidən hesablanması” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov