Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8084/2023 17.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X26 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı “İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı valideynlərini itirmiş nəvəsi, xx.xx.2009-cu il təvəllüdlü X13 baxdığına və işləmədiyinə görə ona ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi, nəvəsini 8 yaşınadək tərbiyə etdiyinə görə 2010-cu ildən 2018ci ilədək olan dövrlər üzrə pensiya məbləğinin hesablanıb ona ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, valideynlərini itirmiş nəvəsinə baxdığına və işləmədiyinə görə ona nəvəsinin 8 yaşınadək, yəni 2010-cu ildən 2018-ci ilədək olan dövrlərin pensiya və sosial müavinət məbləğini hesablayaraq birdəfəlik ödənilməsinə dair xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh onun müraciətini xx.xx.2023-cü il tarixdə xəbərnaməyə imza atmaqla qəbul etsə də, bu günə kimi heç bir cavab verməmişdir. Bu da, onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, hazırki tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdən öncə xx.xx.2023cü il tarixdə müvafiq ərizə ilə cavabdehə ərizə ilə müraciət etsə də, həmin müddətdən 35 gün keçməsinə baxmayaraq müraciətinə heç bir cavab verilməmişdir. O, X14 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan olan övladları, X15 və onun həyat yoldaşı X7 vəfat etmişdir. Nəvələri, X13 həyat yoldaşı qəyyum təyin edilmişdir. Həmin vaxtdan pensiya təyin edilmişdir, lakin nəvəsinin 8 yaşına kimi ona ödənilməli olan pensiya hələ də, verilmir. Həmin dövrlər əri ilə birlikdə sənədləri DSMF-nin Yasamal rayon Şöbəsinə təqdim edəndə, uşağın 8 yaşına kimi ona da pensiya təyin edəcəklərini bildirmişlər. Lakin, ərinə pensiya təyin etsələr də, ona pensiya verməmişlər. Bu barədə DSMF-nin Yasamal rayon Şöbəsinə yaxınlaşıb müraciət edəndə, bildirmişlər ki, ərinin pensiyasının üzərinə əlavə ediləcək, lakin ona ödənilməli olan pensiya bu günə kimi verilmir. Bu səbəbədn də, hazırki tələblə məhkəməyə müraciət etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı X14 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan olan oğlu X15 və onun həyat yoldaşı X7 xx.xx.2010-cu il tarixdə vəfat etmişlər. X2 və onun həyat yoldaşı X3 birgə nikahdan doğulan X17 iddiaçının və həyat yoldaşı X5 himayəsinə verilmişdir. İddiaçının həyat yoldaşı X1 Ləman Həsən qızına qəyyum təyin edilmişdir. İddiaçı daha əvvəl xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh 3-17-1 /2-Ə- 51836/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının X8 ödənildiyinə görə iddiaçıya ödənilməsi mümkün olmamışdır. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 14.1.1.1 -ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış və 14.1.3-cü maddəsinə əsasən yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər.Qanunun 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Eyni zamanda Qanunun 32.1 -1 ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən bildirirlərki, X13 xx.xx.2010-cu il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, kart hesabı qəyyum kimi X5 adına sifariş verilmişdir. xx.xx.2019-cu il tarixində (müraciət etdiyi tarixdən əvvəlki 3 il nəzərə alınmaqla) İddiaçı 8 yaşından böyük olduğundan və X2nun vəfatı ilə əlaqədar hesablanmış əmək pensiyası İddiaçı tam məbləğdə ödənildiyindən iddiaçının ərizəsində qeyd etdiyi dövrlər üzrə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. İddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət edilmişdir.
8. Bakı şəhəri Yasamal rayonu İcra hakimiyyəti başçısının 171 nömrəli xx.xx.2010-cu il tarixli sərəncamına əsasən azyaşlı xx.xx.2009-cu il təvəlüdlü X13 yetkinlik yaşına çatana kii, mülkiyyətinə hüququ olmadan babası X10 qəyyum təyin edilmişdir.
9. 157 saylı MKİS tərəfindən verilmiş 410 nömrəli xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı həqiqətən ünvan 2 ünvanında qeydiyyatdadır. 171 nömrəli xx.xx.2010-cu il tarixli Bakı şəhəri Yasamal rayonu İcra hakimiyyəti başçısının sərəncamına əsasən 2009-cu il təvəllüdlü nəvəsi X13 babası X14 qəyyum təyin edilmişdir. X11 və onun arvadı İddiaçı nəvəsinə tərbiyə verirlər.
10. Cavabdeh tərəfindən pensiya işinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının əri X8 xx.xx.2010-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və ödənilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/1-Ə-35596/2023 nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən X8 təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği yenidən hesablanmışdır. Həmin Qərarın qeyd hissəsində göstərilmişdir ki, X13 xx.xx.2010-cu il tarixdən tam pay ödənilmişdir və qəyyuma ödəniləcək 8 yaşa qulluğa görə məbləğ ümumi ödənişə daxil edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
12. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
15. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
16. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir.
17. Belə ki, hazırki işin hallarından göründüyü kimi, iddiaçı hazırda onun da, valideylərini itirmiş xx.xx.2009-cu il təvəllüdlü X13 baxmasına və işləmədiyinə görə ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun olmasını bildirərək ona da, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini və 2010-cu ildən 2018-ci ilədək olan dövrlər üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsini xahiş etmişdir.
18. Məhkəmə iddiaçının tələbi ilə bağlı qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir:
19. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; ... 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır.
21. Beləliklə yuxarıda sadalanan qanunvericiliyin normalarınının hazırki işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2009-cu il təvəllüdlü X13 xx.xx.2010-cu il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği tam payda ödənilmiş və onun qəyyumu, hazırki halda iddiaçının əri X8 8 yaşına çatmamış uşağı tərbiyə etməsinə görə ödənilməli olan məbləğ ümumi ödənişə daxil edilərək X12 qəyyumu X5 adına açılmış kart hesabına ödənilmişdir.
22. Belə olan təqdirdə məhkəmə hesab edir ki, xx.xx.2009-cu il təvəllüdlü X13 müvafiq icra hakimiyyəti orqanının sərəncamına əsasən iddiaçının əri X14 qəyyum təyin edildiyindən və qəyyum kimi 8 yaşına çatmamış uşağı tərbiyə etməsinə görə ona ödənilməli olan pensiya məbləği ödənildiyindən iddiaçının tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva