Məhkəmə qərarları › İş №2-1(112)-8089/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8089/2021

11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8089/2021 11.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı - İddiaçı Məhdud Məsiliyyətli Cəmiyyətinin cavabdeh - Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “05.06.2020-ci il tarixli və 22.06.2020-ci il tarixli məktublara cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “05.06.2020-ci il tarixli və 22.06.2020-ci il tarixli məktublara cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə növbəti məhkəmə iclası 12.11.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Ə.Hüseynov Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin İddiaçı MMC-yə ünvanladığı 29.10.2021-ci il tarixli yazılı məktubunun surətini məhkəməyə təqdim edərək iddiaçının 05.06.2020-ci il və 22.06.2020-ci il tarixli məktublarına Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən baxıldığını, Azərbaycan Milli Konservatoriyasının inzibati tədris kompleksinin tikintisi ilə bağlı yaranmış borcun ödənilməsi barədə İddiaçı MMC-nin tələbinə münasibət bildirildiyini əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin İddiaçı MMC-yə ünvanladığı 29.10.2021-ci il tarixli yazılı məktubdan görünür ki, iddiaçının 05.06.2020-ci il və 22.06.2020ci il tarixli məktublarına Təhsil Nazirliyi tərəfindən baxılmış, Azərbaycan Milli Konservatoriyasının inzibati tədris kompleksinin tikintisi ilə bağlı yaranmış borcun ödənilməsi barədə İddiaçı MMC-nin tələbinə münasibət bildirilmişdir. İş materiallarına əlavə edilmiş özünü iddiaçı qismində təqdim edən X2 tərəfindən elektron qaydada məhkəməyə göndərilmiş 11.11.2021-ci il tarixli ərizədən göstərilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən cavab verilməsi tələb edilən 05.06.2020ci il tarixli CS-70 və 22.06.2020-ci il tarilxi CS-80 nömrəli məktublarına 29.10.2021-ci il tarixli 00-22-1669/10 məktubu ilə tam və dolğun olmayan cavab verilmişdir. İş materiallarından görünür ki, məhkəmə X2 tərəfindən elektron qaydada məhkəməyə göndərilmiş 11.11.2021-ci il tarixli ərizənin səlahiyyəti İddiaçı MMC tərəfindən müəyyən edilməyən şəxs tərəfindən verildiyindən həmin ərizəyə baxılmamışdır. Beləliklə, məhkəmə işin materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, İddiaçı MMC-nin iddia ərizəsində qeyd olunan 05.06.2020-ci il və 22.06.2020ci il tarixli məktublara Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən cavab verilmiş, nəticədə cavabdeh tərəfinin iddiası təmin edildiyindən və mübahisə qalmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü və 80-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “05.06.2020-ci il və 22.06.2020-ci il tarixli məktublara cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(112)-8089/2021 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar