Məhkəmə qərarları › İş №2-1(112)-809/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-809/2020

22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-809/2020 22.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Xüsusi X1rşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Xüsusi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx xxxxxx 2018-ci il tarixindən, 52 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx xxxxxx 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq ona ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx xxxxxx 2018-ci il tarixindən, 52 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx xxxxxx 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri (1-ci siyahı üzrə - 52 yaş) nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsi məsələsində mübahisə yaranmışdır. xx xxxxxx 2006-cı il tarixinə kimi 20 il 22 gün ümumi, 13 il 1 ay 15 gün güzəştli pensiya hüququ verən iş stajı olduğu və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin ona məhz həmin yaşda pensiyaya çıxmaq hüququ verdiyi üçün, hüququnun yarandığı tarixdən, xx xxxxxx 2018-ci ildən, 52 yaşdan ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və hal-hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh xx xxxxxx 2019-cu il tarixli **********7 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, guya onun xx xxxxxx 2006-cı il tarixinə qədər 20 il ümumi əmək stajı toplanmadığı üçün güzəştli əmək pensiyası hüququ yaranmır. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, xx xxxxxx 1966-cı ildə Bakı şəhərində doğulmuşdr, hal-hazırda ünvan 1 mənzil 37 ünvanında yaşayır. Orta təhsilini başa vurduqdan sonra 1984-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş (sonradan Azərbaycan Dövlət Neft Akademiyası adlandırılmışdır) və xx xxxx 1992-ci ildə oradan məzun olmuşdur. Təhsil müddətində xx xxxxxx 1984-1986-cı illərdə həqiqi hərbi xidmət keçmişdir. Əmək fəaliyyətinə Nəriman Nərimanov adma NQÇİ-də başlamışdır. xx xxxxxxxx 1992 - xx xxxx 1995-ci illərdə həmin idarədə neft-qaz hasilatı üzrə operator, xx xxxx 1995 - xx xxxxxxx 1995-ci il tarixində neft-qaz hasilatı ustası, xx xxxxxxx 1995 - xx xxxx 2000-ci illərdə neft-qaz hasilatı operatoru, xx xxxx 2000 - xx xxxxx 2001-ci il tarixində neft-qaz hasilatı ustası, xx xxxxx 2001 - xx xxxxxx 2004-cü illərdə növbə rəisi, xx xxxxxx 2004 - xx xxxxxx 2007-cı illərdə neft-qaz çıxarma sahəsi rəisinin müavini vəzifəsində çalışmışdır. xx xxxxxx 2007-ci ildən hal-hazıra qədər həmin idarədə neft-qaz hasilatı ustası vəzifəsində çalışır. Əmək fəaliyyəti dövründə qazandığı stajın xx xxxxxx 2006-cı ilə qədər olan dövründə 20 ildən çox ümumi, 13 il 3 ay 13 gün güzəştli pensiya hüququ verən iş stajıdır. Güzəştli əmək stajı, Nəriman Nərimanov adına NQÇİ-də xx xxxxxxxx 1992 - xx xxxx 1995-ci illərdə həmin idarədə neft-qaz hasilatı üzrə operator - 1 Saylı Siyahıda - neft və qaz hasilatı üzrə operatorlar (1 saylı Siyahı üzrə şifrəsi - 1100000a-15824) - 2 il 9 ay 18 gün, xx xxxx 1995 - xx xxxxxxx 1995-ci il tarixində neft-qaz hasilatı ustası - neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar - (1 saylı Siyahı üzrə şifrəsi - 1l00000a-23187) - 3 ay 07 gün, xx xxxxxxx 1995 - xx xxxx 2000-ci illərdə neft-qaz hasilatı operatoru - neft və qaz hasilatı üzrə operatorlar (1 saylı Siyahı üzrə şifrəsi - 1l00000a-15824) - 4 il 7 ay 20 gün, xx xxxx 2000 - xx xxxxx 2001-ci il tarixində neft-qaz hasilatı ustası - neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar (1 saylı Siyahı üzrə şifrəsi - 1l00000a-23187) - 10 ay 01 gün, xx xxxxx 2001 - xx xxxxxx 2004-cü illərdə növbə rəisi - neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri (1 saylı Siyahı üzrə şifrəsi - 1100000b-24125) - 3 il 7 ay, xx xxxxxx 2004 - xx xxxxxx 2007-cı illərdə neft-qaz çıxarma sahəsi rəisinin müavini - neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri (1 saylı Siyahı üzrə şifrəsi - 1l00000a-24125) - 1 il 1 ay 27 gün, vəzifəsində çalışdığı dövrə təsadüf edir. Üst-üstə güzəştli iş stajı 13 il 3 ay 13 gün təşkil edir. Cavabdeh isə onun güzəştli iş stajını mübahisələndirməmiş, onun 1 saylı siyahıya uyğun olmasını qəbul etmişdir, çünki o, xx xxxxxx 2006-cı ilə qədər məhz ümumi stajının 20 ildən az olmasını bildirmişdir, halbuki ümumi və güzəştli stajını 2 saylı siyahıya uyğun hesablasaydı, ona ümumi iş stajının 25 ildən, güzəştli iş stajının isə 12 il 6 aydan az olmasını əsas gətirməliydi. Bu, belə olmayıb və cavabdehin onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün məhz 20 illik ümumi stajının olmamasını bildirmişdir. Onun güzəştli iş stajı 12 il 7 ay 23 gün təşkil edir. Əlavə olaraq, o, xx xxxxxx 1984 - xx xxxxxx 1986-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur ki, bu da 1 il 11 ay 15 gün əmək stajına bərabərdir. Bundan başqa, o, xx xxxxxxxx 1984-cü il tarixindən hərbi xidmətə getdiyi xx xxxxxx 1984-cü il tarixinə qədər əvvəlki M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır ki, bu da 3 ay 13 gün təşkil edir. xx xxxxxx 1986-cı ildə hərbi xidmətdən qayıtdıqdan sonra dərs ilinin ortası olduğuna görə təhsilini xx xxxxxxxx 1987-ci il tarixindən davam etdirmişdir və xx xxxx 1992-ci ildə həmin ali məktəbdən məzun olmuşdur. xx xxxxxxxx 1987 - xx xxxx 1992-ci il tarixləri arasındakı dövr isə 4 il 9 ay 06 gün təşkil edir. Həqiqi hərbi xidmət və ali təhsil aldığım dövrdə topladığı staj ümumilikdə 7 il 03 gün təşkil edir. Həqiqi hərbi xidmət, ali təhsil və güzəştli iş stajı cəm halda 20 il 03 ay 16 gün təşkil edir ki, bu da cavabdehin onun ümumi iş stajının toplanmadığı barədə iddiasını təkzib edir. Cavabdeh hansı səbəblə onun ümumi iş stajının toplanmadığını izah etmədiyi üçün, o, belə hesab edir ki, cavabdeh onun xx xxxxxxxx 1984 - xx xxxx 1992-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almasını ümumi iş stajına daxil etməyə bilər. Əgər belədirsə, cavabdeh onun güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün lazım olan üç şərtdən ikisinin - ümumi və güzəştli əmək stajının yaranma əsaslarını, həmin dövrdə qüvvədə olan qanunvericilik tələblərinə uyğun hesablamamışdır, başqa sözlə, təhsil müddətini ümumi əmək stajına daxil etməmişdir. Əmək və X4 Nazirliyi yanında Dövlət X10 tərəfindən təsdiq olunaraq xx xxxxxxx 2010-cu il 4027 saylı şəhadətnamə ilə normativ hüquqi akt kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.1.8-ci bəndində göstərilmiş «misalda» da pensiya hüququnun yaranması üçün tələb olunan üç hüquqi faktdan ikisinin - ümumi və güzəştli əmək stajının «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunu və bu Qanuna xx.xx.1997-ci il tarixli, 321-İGD saylı Qanunla edilmiş dəyişikliyin qüvvədə olduğu dövrdə yaranması, 3-cü hüquqi faktın - yaşın isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi vaxtdan sonra yaranması halında da güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını bir daha təsdiqləmişdir. Lakin görünür ki, cavabdeh qeyd edilən bu qaydaların tələblərini pozaraq, sonradan qəbul edilmiş qanunvericilik aktlarına əsasən onun ziyanına qərar çıxarmışdır. Onun ərizəsinə baxılması ilə əlaqədar cavabdeh tərəfindən «X6» Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl olunmamışdır. Cavabdeh (inzibati orqan) icraat qaydalarına lazımınca riayət etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Həmçinin imtina kifayət qədər əsaslandırılmamış, mümkün hüquqi müdafiə məsələləri vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. Qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, onun güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən - xx xxxxxx 2018-ci ildən, 52 yaşından, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx xxxxxx 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx xxxxxx 2018-ci il tarixindən, 52 yaşdan, „Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx xxxxxx 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq ona ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsinin Azərbaycan Respublikası Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X7 X5 İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, “Əmək pensiyaların haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, x xxxxxx 2006-cı il tarixinədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olunmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan tarixdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1 bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 50 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yəni iddiaçiya 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin oluna bilməsi üçün iddiaçının xx.xx.2006-cı ilədək 1 nömrəli siyahı üzrə 10 il güzəştli iş stajı olmalı idi. Halbuki iddiaçının təqdim etdiyi arayışda onun güzəştli iş stajının 09 il 7 ay 23 gün olduğu göstərilmişdir. İddiaçı xx.xx.2001-xx.xx.2004-cü illərdə Neft və qazçıxarma sexində növbə rəisi işlədiyi vəzifənin güzəştli iş stajı verdiyini hesab etsə də, həmin vəzifə müvafiq siyahıda nəzərdə tutulmamışdır. İddiaçının istinad etdiyi 1100000b-24125 kodu altındakı vəzifə sexlərdə növbə rəislərini deyil, sexlərin operativ istehsalat xidmətlərinin rəislərini nəzərdə tutur. Buna görə də iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilə bilməz. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon idarəsinin xx.xx.2019-cu il tarixli 184 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək keçmiş Sovet Ordusu sıralarında «əsgər» qismində həqiqi hərbi xidmət keçmiş və tərxis olmuşdur. İş materiallarında olan diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1984-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1992-ci ildə Azərbaycan Dövlət X8 və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının xx xxxx 1992-ci il tarixli qərarı ilə ona dağ mədən mühəndisi ixtisası verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X5 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli **********7 saylı məktubdan görünür ki, iddiaçının təqdim etdiyi sənədlərdən onun x xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajının 20 ildən az təşkil etdiyi və qeyd olunanların nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azneft» İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu tarixli güzəştli arayışdan görünür ki, İddiaçı: - xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində neft və qaz hasilatı üzrə operator peşəsində işləyib (Əmr 742, xx.xx.1992-ci il) İxtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a-15824. Güzəştli staj ixtisasa əsasən 02 il 09 ay 18 gün. - xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində usta vəzifəsində işləyib (Əmr 312, xx.xx.1995-ci il) İxtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000b- 23187. Güzəştli staj ixtisasa əsasən 03 ay 07 gün. - xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində neft və qaz hasilatı üzrə operator peşəsində işləyib (Əmr 370, xx.xx.1995-ci il) İxtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a-15824. Güzəştli staj ixtisasa əsasən 04 il 07 ay 20 gün. - xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində usta vəzifəsində işləyib (Əmr 14/k, xx.xx.2000-ci il) İxtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000b- 23187. Güzəştli staj ixtisasa əsasən 10 ay 01 gün. - xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixinə qədər N.Nərimanov adına NQÇİnin 1 saylı Neft və qazçıxarma sexində növbə rəisi vəzifəsində işləmişdir. - xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixinə qədər N.Nərimanov adına NQÇİnin 1 saylı Neft və qazçıxarma sexində rəis müavini vəzifəsində işləmişdir. İxtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000b-24125. Güzəştli staj ixtisasa əsasən 01 il 01 ay 27 gün. Arayışa əsasən güzəştli xx.xx.2006-cı il tarixinə əmək stajı 09 il 07 ay 23 gün. İş materiallarında olan SOCAR «Azneft» İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci tarixli güzəştli arayışdan görünür ki, İddiaçı: - xx.xx.1992 - xx.xx.1995 - 1 saylı Neft qazçıxarma sahəsində neft və qaz hasilatı üzrə operator peşəsində işləyib (Əmr 742/k, xx.xx.1992-ci il), bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a-15824. - xx.xx.1995 - xx.xx.1995 - 1 saylı Neft qazçıxarma sahəsində neft və qazçıxarma üzrə usta vəzifəsində işləyib (Əmr 312/k, xx.xx.1995-ci il), bölmə 10 (bənd 2 hasilat), şifr 1100000b-23187. - xx.xx.1995 - xx.xx.2000 - 1 saylı Neft qazçıxarma sahəsində neft və qaz hasilatı üzrə operator peşəsində işləyib (Əmr 370/k, xx.xx.1995-ci il), bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a-15824. - xx.xx.2000 - xx.xx.2004 - 1 saylı Neft qazçıxarma sahəsində neft və qazçıxarma üzrə usta vəzifəsində işləyib (Əmr 14/k, xx.xx.2000-ci il), bölmə 10 (bənd 2 hasilat), şifr 1100000b-23187. - xx.xx.2004 - xx.xx.2007 - 1 saylı Neft qazçıxarma sahəsində rəis müavini vəzifəsində işləyib (Əmr 266/k, xx.xx.2004-cü il), bölmə 10 (bənd 2 hasilat), şifr 1100000b- 24125. - xx.xx.2007 – hal-hazıra kimi 1 saylı Neft və qazçıxarma sahəsində neft və qazçıxarma üzrə usta vəzifəsində işləyir (Əmr 281/k, xx.xx.2007-ci il), bölmə 10 (bənd 2 hasilat), şifr 1100000b-23187. Arayışa əsasən xx.xx.2006-cı il tarixinə güzəştli əmək stajı: 12 il 8 ay 15 gün (on iki il səkkiz ay on beş gün). Yuxarıda qeyd olunmuş ixtisas dəniz şəraitində neft və qazçıxarma stasionar özül obyektləri ilə əlaqədardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li qərarı ilə təsdiq edilmiş bu ixtisas 1 saylı siyahıya əsasən güzəştli sayılır. İş materiallarında olan İddiaçı məxsus İT-İ № ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə 1 saylı Neft və qazçıxarma sexində neft və qaz hasilatı üzrə operator peşəsinə qəbul edilmiş (əmr 742/k), xx.xx.1995ci il tarixdə 1 saylı NQÇİ-də 12-ci dərəcəli usta vəzifəsinə keçirilmiş (əmr 312), xx.xx.1995ci il tarixdə 1 saylı NQÇİ-də 4-cü dərəcəli operator vəzifəsinə keçirilmiş (əmr 370), xx.xx.2000-ci il tarixdə 1 saylı NQÇİ-nin 4 saylı briqadasına 12-ci dərəcəli neft qazçıxarma üzrə usta vəzifəsində keçirilmiş (əmr 14/k), xx.xx.2001-ci il tarixdə 1 saylı NQÇİ-nə 13-cü dərəcəli növbə rəisi vəzifəsinə keçirilmiş (əmr 27/k), xx.xx.2004-cü il tarixdə 1 saylı NQÇİnə rəis müavini vəzifəsinə keçirilmiş (266/k), xx.xx.2007-ci il tarixində 1 saylı NQÇİ-nə usta vəzifəsinə keçirilmiş (281/k), hal-hazıra kimi orada işləyir və xx.xx.2014-cü ildən 1 saylı Neft Qazçıxarma sexi 1 saylı Neft Qazçıxarma sahəsi adlandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1966-cı il tarixdə doğulmuşdur. O, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək həqiqi hərbi xidmət keçmiş, 1984-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1992-ci ildə Azərbaycan Dövlət X8 və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi ixtisası üzrə tam kursu bitirmişdir. xx.xx.1992-ci ildən «Azneft» İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 1 saylı Neft və qazçıxarma sexində (sahəsində) ayrı-ayrı vəzifələrdə işləmişdir. Hazırda iddiaçı onun çalışdığı iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»na daxil olduğu üçün ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azneft» İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu tarixli güzəştli arayışa və iddiaçıya məxsus əmək kitabçasına əsasən iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixinə qədər N.Nərimanov adına NQÇİnin 1 saylı Neft və qazçıxarma sexində neft və qaz hasilatı üzrə operator peşəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində usta vəzifəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində neft və qaz hasilatı üzrə operator peşəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində usta vəzifəsində, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində növbə rəisi vəzifəsində, xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində rəis müavini vəzifəsində işləmiş, xx.xx.2007-ci il tarixdən hal-hazıra kimi 1 saylı NQÇİ-nə usta vəzifəsində işləyir. İddiaçının güzəştli stajı xx.xx.2006-cı il tarixinə 09 il 07 ay 23 gün təşkil edir. Belə ki, iddiaçının işlədiyi xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində növbə rəisi vəzifəsi 1 saylı Siyahıda nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş SOCAR «Azneft» İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci tarixli güzəştli arayışda isə iddiaçının güzəştli stajı xx.xx.2006-cı il tarixinə 12 il 8 ay 15 gün göstərilmişdir. Həmin arayışda iddiaçının işlədiyi xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində növbə rəisi vəzifəsi göstərilməmiş (həmin vəzifə 1 saylı Siyahıda nəzərdə tutulmamışdır), iddiaçının xx.xx.2000-ci ildən xx.xx.2004-cü ilədək 1 saylı Neft qazçıxarma sahəsində neft və qazçıxarma üzrə usta vəzifəsində işləməsi qeyd olunmuşdur. Halbuki iş materiallarına əlavə edilmiş iddiaçının əmək kitabçasında, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azneft» İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu tarixli güzəştli arayışda, eləcə də iddiaçının özü tərəfindən iddia ərizəsində iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində usta vəzifəsində və xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixinə qədər isə N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində növbə rəisi vəzifəsində işləməsi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində növbə rəisi vəzifəsində işləmişdir və həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçının güzəştli stajı xx.xx.2006-cı il tarixinə 09 il 07 ay 23 gün təşkil edir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» bəndinə əsasən isə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, malikdirlər. İddiaçı 1 saylı Siyahıda qeyd olunan işlərdə 10 il staja malik deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Xüsusi X1rşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar