Məhkəmə qərarları › İş №2-1(112)-809/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-809/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-809/2024 14.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “yeni məlumat vərəqinin göndərilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Penitensiar Xidmətin İxtisaslaşmış müalicə müəssisəsində (vərəmli məhkumların cəzaçəkmə müəssisəsində) xx.xx.2007 - xx.xx.2009-cu il xidmət illəri müddətində təqaüdünün maddi təminatının tam təmin olunması, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin müddəalarını Ədliyə orqanları qulluqkeçmə haqqında qanunun 23-cü maddəsinin müddəalarını əmək pensiyaları, xüsusi şərtlərlə əlavə güzəştli şərtlərlə ödəmələr haqqında əmək pensiyası qanunun müddəalarını təmin edilməsi ilə bağlı barəsində təqaüdünə dair əlavələrin hesablanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1993-cü il tarixdən (əvvəli 1984-cü ildən başlayaraq) Ədliyyə orqanlarında qulluq haqqında müvvəqqəti təlimata əsasən qulluğa qəbul edilmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddiaçı xx.xx.2017-ci il tarixdə qulluqdan yaşa görə xidməti başa vurub təqaüdə buraxılmışdır. Xüsusi rütbəli orta rəis heyətinin ədliyyə orqanlarının əməkdaşı kimi xidmət müddətinin bir neçə ilini, yəni xx.xx.2007-ci ildə xx.xx.2009-cu il tarixinə qədər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayının 3-cü atıcı bölüyünün komandiri vəzifəsində qulluq etmişdir. Lakin qeyd olunan tarixlərdə xidməti qulluq etdiyi dövrlərdə məsul olduğu vəzifədə mühafizə etdiyi dövlət obyektinin eyni vəzifəli şəxslərinin əməkdaşlarının xidmətə görə aldığı əmək haqqıları iddiaçının əmək haqqından daim fərqli olmuşdur. İddiaçı bununla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyinə müraciət etsə də, xx.xx.2022-ci il tarixli məktubda təsdiq olunur ki, xx.xx.1994 - xx.xx.1996-cı illərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mühafizə alayının atıcı bölüyündə komandir müavini, xx.xx.2007-xx.xx.2009-cu illərdə sözü gedən alayın 3-cü bölüyündə komandir vəzifəsində xidmət etmişdir. Həmin məktubda qeyd edilir ki, xüsusi iş şəraitinə görə qeyd olunan tarixlərdə maddi təminatla bağlı əlavələr ödənilmirdi. İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmi müraciət edilərək xüsusi iş şəraitinə görə əlavələrin verilməsi xahiş edilmişdir. Sözügedən təşkilat ona 09 mart 2023-cü il tarixli, N-3-17-1/2-Q-49615/2023 nömrəli cavabla bildirilmişdir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən təqdim olunmuş 25 may 2017-ci il tarixli 3140 nömrəli məlumat vərəqinə əsasən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 10 may 2017-ci il tarixdən 41 il 8 ay 26 gün (təqvimi xidmət illəri 34 il 6 ay 17 gün, güzəştli xidmət illəri 7 il 2 ay) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin məlumat vərəqində xüsusi iş şəraitinə görə əlavə göstərilmədiyindən təminat xərcliyinin tərkibində xüsusi iş şəraitinə görə əlavə nəzərə alınmaqla əmək pensiyanın yenidən hesablanması mümkün deyil. Hazırda əmək pensiyasının məbləği 1383,17 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3cü bəndinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanması məqsədilə xidmət illərinin müddətindəki, təminat xərcliyinizin tərkibindəki və vəzifə uyğunlaşdırılınası ilə bağlı baş verən artımlar barədə məlumatlar da həmin orqan tərəfindən Fonda göndərilməlidir. Qeyd olunanlara əsasən əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablamanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılınası ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqandan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olduqdan sonra baxıla bilər. Cavabını alandan sonra ardıcıllıqla bu iddia ərizəsindəki olan cavabdehə təkrar ünvanladığı “3-cü bölükdə qulluq etdiyi xüsusi iş şəraitinə görə əlavənin verilməməsi” barədə müraciətə baxılmışdır. Müraciətlə bağlı araşdırma aparılmışdır. Arxiv şəxsi işindən göründüyü kimi xx.xx.1994-xx.xx.1996-cı illərdə Penitensiar Xidmətin Mühafizə Alayının 3-cü atıcı bölüyünün şəxsi heyət üzrə komandir müavini, xx.xx.2007-xx.xx.2009-cu illərdə Mühafizə Alayının 3-cü atıcı bölüyünün komandiri vəzifələrində qulluq etmişdir. Xidmət etdiyi illərdə “xüsusi iş şəraitinə görə” ödənilən faiz əlavəsi Mühafizə Alayının əməkdaşlarına verilmirdi. Cavabdehdən göstərilən imtina cavabını almışdır. Həmin imtina cavabında cavabdeh ona əsaslanır ki, onun tabeçiliyində işlədiyi dövrdə xüsusi iş şəraitində işləmiş, lakin imtinanı əsaslandırır ki, işlədiyi dövrdə müraciət etməmiş, bu səbəbdən də ona xüsusi iş şəraitinə görə əlavələr düşmür. Bundan başqa cavabdeh bildirmişdir ki, həmin zamanda xüsusi iş şəraitinə görə əlavələr verilmirdi. Konstitusiyanın 149-cu maddəsinin 7-ci bəndinə görə cavabdeh onun təqaüdünə xüsusi iş şəraitinə görə əlavələri etməsi vəzifəsi idi. Cavabdeh qanunun geriyə vətəndaşın xeyrinə olan qüvvəsini ona münasibətdə tətbiq etməmişdir. Cavabdehdən xüsusi iş şəraitinə görə istədiyi əlavə sübut edilmişdir və cavabdeh bunu özü etiraf etmişdir. Bu səbəbdən də iddiası təmin edilməlidir. İlkin olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Miidafıə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. 03 mart 2023cü il tarixli N-3-17-1/2-Q- 49615/2023 saylı məktub ilə qeyd olunanlara əsasən əmək pensiyanın məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqandan Fondun Xüsusi Şərtlərlə Təyinat iizrə Mərkəzi Filialına daxil olduqdan sonra baxıla bilər. Bundan sonra cavabdehdən imtina almış və sonuncu iş yeri xüsusi iş şəraitinə görə əlavələr təqdim edib göndərməsə bu mübahisə də olmazdı. İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmi müraciət edərək xüsusi iş şəraitinə görə əlavələrin verilməsini xahiş etmişdir. Sözügedən təşkilat ona 09 mart 2023-cü il tarixli, N-3-17- 1 /2-Q-49615/2023 nömrəli cavab verməklə bildirmişdir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən təqdim olunmuş ona dair 25 may 2017-ci il tarixli 3140 nömrəli məlumat vərəqinə əsasən ona Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 10 may 2017-ci il tarixindən 41 il 8 ay 26 gün (təqvimi xidmət illəri 34 il 6 ay 17 gün, güzəştli xidmət illəri 7 il 2 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Həmin məlumat vərəqində xüsusi iş şəraitinə görə əlavə göstərilmədiyindən təminat xərcliyinin tərkibində xüsusi iş şəraitinə görə əlavə nəzərə alınmaqla əmək pensiyanın yenidən hesablanması mümkün deyil. Hazırda əmək pensiyasının məbləği 1383,17 manat təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanması məqsədilə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı baş verən artımlar barədə məlumatlar da həmin orqan tərəfindən Fonda göndərilməlidir. Qeyd olunanlara əsasən əmək pensiyanın məbləğinə təsir göstərən hər hansı yenidən hesablamanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqandan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olduqdan sonra baxıla bilər. Cavabını alandan sonra ardıcıllıqla bu iddia ərizəsindəki olan cavabdehə qarşı, yəni Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə təkrar ünvanladığı “3-cü bölükdə qulluq etdiyi xüsusi iş şəraitinə görə əlavənin verilməməsi” barədə müraciətə baxılmışdır. Müraciətlə bağlı araşdırma aparılmışdır. Arxiv şəxsi işindən göründüyü kimi xx.xx.1994-xx.xx.1996-cı illərdə Penitensiar Xidmətin mühafizə alayının 3-cü atıcı bölüyünün şəxsi heyət üzrə komandir müavini, xx.xx.2007-xx.xx.2009-cu illərdə mühafizə alayının 3-cü atıcı bölüyünün komandiri vəzifələrində qulluq etmişdir. Xidmət etdiyi illərdə “xüsusi iş şəraitinə görə” ödənilən faiz əlavəsi mühafizə alayının əməkdaşlarına verilmirdi. Cavabdehdən göstərilən imtina cavabını almışdır. Həmin imtina cavabında cavabdeh ona əsaslanır ki, onun tabeçiliyində işlədiyi dövrdə xüsusi iş şəraitində işləmiş, lakin imtinanı əsaslandırır ki, işlədiyi dövrdə müraciət etməmiş, bu səbəbdən də ona xüsusi iş şəraitinə görə əlavələr düşmür. Bundan başqa cavabdeh bildirmişdir ki, həmin zamanda xüsusi iş şəraitinə görə əlavələr verilmirdi. Konstitusiyanın 149-cu maddəsinin 7-ci bəndinə görə cavabdeh onun təqaüdünə xüsusi iş şəraitinə görə əlavələri etməsi vəzifəsi idi. Cavabdeh qanunun geriyə vətəndaşın xeyrinə olan qüvvəsini ona münasibətdə tətbiq etməmişdir. Cavabdehdən xüsusi iş şəraitinə görə istədiyi əlavə sübut edilmişdir və cavabdeh bunu özü etiraf etmişdir. Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2991/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6749/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərardadı ləğv edilmiş və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək iddia tələbinin aydın olmadığı izah edilmiş və dəqiqləşdirilməsi barədə ərizənin təqdim edilməsi təklif edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “xx.xx.2007xx.xx.2009-cu illərdə işlədiyi xüsusi iş şəraiti nəzərə alınmaqla pensiyasına əlavələr edilməsi üçün yeni məlumat vərəqinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Penitensiar Xidmətin sabiq əməkdaşı İddiaçı 1981-1983-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuş, 1987-ci ildə RF DİN-nin Ufa xüsusi orta milis məktəbini bitirmişdir. xx.xx.1984-xx.xx.1992-ci il tarixlərində RF DİN-nin Kostroma İİİ-nin tərbiyə əmək müəssisəsində, xx.xx.1992-xx.xx.1993-cü tarixlərində AR DİN-nin Daxili Qoşunlarında, xx.xx.1993-xx.xx.2017-ci il tarixlərində Ədliyyə Nazirliyinin Penitensiar xidmətində qulluqda olmuşdur. Qulluq müddətində xx.xx.2007-xx.xx.2009-cu il tarixlərdə Mühafizə alayının 3-cü atıcı bölüyünün komandiri vəzifəsində xidmət etmişdir. xx.xx.2017-ci il tarixdə qulluqda olmanın yaş həddinə çatdığına görə pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Belə ki, iddia ərizəsində xx.xx.2007-xx.xx.2009-cu illər üçün Mühafizə alayının 3- cü atıcı bölüyünün komandiri vəzifəsində işlədiyi müddət ərzində xüsusi iş şəraitinə görə vəzifə maaşına əlavə pul məbləğinin iddiaçıya ödənilməsi qanunvericiliyə ziddir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən Penitensiar Xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Qanunun 33.4-cü maddəsinə uyğun olaraq hərbi qulluqçular penitensiar müəssisələrin mühafizəsi və penitensiar müəssisələrdə saxlanılan şəxslərin müşayiəti üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələrində xidmət keçirlər. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Penitensiar xidmətin əməkdaşlarının təminat xərclərinə tutduğu vəzifəyə görə vəzifə maaşı, xüsusi rütbəyə və qulluq illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə, ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyası, digər müavinət və ödənişlər daxildir. Həmin qanunun 37.4-cü maddəsinə əsasən Penitensiar Xidmət işçilərinin vəzifə maaşları penitensiar müəssisələrin növündən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş işlərin (vəzifələrin) xüsusiyyətindən və ağırlığından asılı olaraq artırılır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2006-cı il tarixli 430 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən qeyd olunan qanunun 37.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanTnın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə vərəmli məhkumlar üçün ixtisaslaşdırılmış müalicə müəssisəsində xidmət keçən sıravi və rəis heyətinə mənsub hərbi qulluqçulara vəzifə maaşlarına əlavələrin ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı xidməti fəaliyyət müddətində ixtisaslaşdırılmış müalicə müəssisəsinin əməkdaşı olmadığından ona vəzifə maaşına müvafiq əlavələr ödənilməmişdir. Xidmətkeçmə üzrə Kadrlar İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən Penitensiar Xidmətin sabiq əməkdaşı İddiaçı həqiqətən 1962-ci ildə Bərdə rayonunda olmuş, 1981-1983-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı xidməti fəaliyyəti aşağıdakı kimi olmuşdur. xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək RF DİN-nin Kostrama lll-nin tərbiyə əmək müəssisəsində nəzarətçi, xx.xx.1985ci il tarixdən xx.xx.1987-ci il tarixədək RF DİN-nin Ufa xüsusi orta milis məktəbinin müdavimi, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Kostrama lll-nin tərbiyə əmək müəssisəsində tərbiyəçi, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Kostrama lll-nin tərbiyə əmək müəssisəsində əməliyyat müvəkkili, xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Kostrama lll-nin tərbiyə əmək müəssisəsində rejim və mühafizə şöbəsinin inspektoru, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 2-ci əməliyyat şöbəsinin əməliyyat növbətçisi, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək ƏN MQİBİ-nin 6500 saylı h/h-nin 7-ci bölüyünün komandir müavini, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək 6500 saylı h/h üzrə növbətçi, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək 6500 saylı h/hnin 3-cü taborunun komandirinin şəxsi heyət üzrə müavini, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək 6500 saylı h/h-nin 14-cü bölüyünün komandir müavini, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 6500 saylı h/h-nin 6-cı bölüyünün komandiri, xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək 6500 saylı h/h-nin 9-cu bölüyünün komandiri, xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Mühafizə alayının 3-cü atıcı bölüyünün komandiri, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək Penitensiar xidmətin sərəncamında, xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixədək 6 saylı MTCM-nin böyük inspektoru (rəisin növbətçi köməkçisi), xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 7 saylı CM-nin rejim-nəzarət şöbəsinin böyük inspektoru vəzifələrində işləmişdir. xx.xx.2017-ci il tarixdə qulluqda olmanın yaş həddinə çatdığına görə ədliyyə mayoru xüsusi rütbəsində olarkən pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. xx.xx.2017-ci il tarixə qulluq müddəti təqvimi hesablama ilə 34 il 06 ay 17 gün, güzəştli hesablama ilə 41 il 08 ay 26 gün təşkil etmişdir. Həmçinin qulluq müddətində 2012 və 2016-cı illərdə ona müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilmiş, digər illərdə müraciət etməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 17/7-21575 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, müraciətlə bağlı araşdırma aparılmışdır. Arxiv şəxsi işindən göründüyə kimi 01.09 1994 – xx.xx.1996cı illərdə Azərbaycan Respublikasının Cavabdehn mühafizə alayının 3-cü atıcı bölüyünün komandiri vəzifələrində qulluq etmişdir. Xidmət etdiyi illərdə xüsusi iş şəraitinə görə ödənilən faiz əlavəsi mühafizə alayının əməkdaşlarına verilmirdi. Nəzərə alınması xahiş edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş ******* saylı xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı xx.xx.2023-cü il tarixli yazılı müraciət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə prosesində cavabdeh tərəf iddia tələbinə qarşı çıxış edərək məhkəməyə bildirmişdir ki, “iddia tələbi aydın deyil, iddia tələbi belə başa düşülür ki, iddiaçı Pentensiar Xidmətin tabeliyində vərəmli məhkumlar üzrə ixtisaslaşdırılmış müalicə müəssisəsinin mühafizə bölüyünün komandiri vəzifəsində xx.xx.2007-ci ildən xx.xx.2009cu il tarixinə qədər işləmişdir. Həmin bölükdə işlədiyi müddətdə müəssisə daxili əməkdaşlara ödənilən əlavə əmək haqqı ilə bölüyün əməkdaşlarına ödənilən əmək haqqı ilə məbləğ fərqi olmuşdur. İddiaçı tərəf qeyd edir ki, bu qanunsuzdur. Həmin fərq iddiaçı tərəfin də hüququ təmin edilməklə cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh tərəf məhkəməyə bildirmişdir ki, ixtisaslaşdırılmış müalicə müəssisəsində xidmət edən əməkdaşlar vərəmli məhkumlarla əlaqəli işlədiyinə görə həmin əməkdaşlar aylıq əmək haqqından əlavə əmək haqqı alırlar. Qanunvericiliklə sözügedən müəssisənin mühafizə bölüyünün əməkdaşlarına həmin əlavə əmək haqqı verilməsi müəyyən olunmur. Lakin həmin qanun hal-hazırda onda olmadığı üçün məhkəməyə təqdim edə bilmir” deyərək cavabdehin nümayəndəsi həqiqətin nə olduğunu məhkəməyə düzgün izah edə bilmədi. Belə ki, müalicə müəssisəsindən məhkumlara məxsus nəqliyyat buraxılış məntəqəsindən zibilin, tullantıların atılması zamanı, müəssisədən çıxarılması zamanı, müəssisənin içərisində nəqliyyat vasitəsinin yoxlanması, yüklənmiş zibilin məhkum qaçışının qarşısının almaq məqsədi ilə yoxlanması kim tərəfindən aparılır? - mühafizə bölüyünün əməkdaşı. Məhkumlarla görüşə gələn valideynin və yaxın qohumlarının nəzarət buraxılış məntəqəsindən məhkumla görüşə girməsinə kim tərəfindən yoxlandıqdan sonra məhumun yanına buraxılır? - mühafizə bölüyünün əməkdaşı. Müəssisəyə daxil olan və müəssisədən çıxan, məhkəmələrə göndərilib, prosesdən sonra müəssisəyə qəbul olunan vərəmli məhkumları mühafizə altında kim tərəfindən bilavasitə hər bir məhkum sayılır, araşdırılır və tabel post cədvəlində qeyd olunması kim tərəfindən həyata keçirilir? - mühafizə bölüyünün əməkdaşı. Hər gün, sutka ərzində müəssisənin içərisində qadağan olunmuş sahənin yoxlanması məqsədi ilə 2 saatdan bir yoxlama aparılması kim tərəfindən həyata keçirilir? - mühafizə bölüyünün əməkdaşı. Bütün bu qeyd edilənlər müəssisənin gündəlik həyatında bölük əməkdaşları vərəmli məhkumlarla xidmətin yerinə yetirilməsində əlaqəli işləmək kimi başa düşülə bilməz? Bu səbəbdən qarşı tərəf məhkəməyə düzgün ifadə verməmişdir. Həmin bölükdə xidmət etdiyi müddətdə almadığı maddi vəsaitin hesablanıb təqaüdünə əlavə edilməsini cavabdeh təşkilat təmin etməlidir. İddiası təmin edilməlidir. İddiaçı xx.xx.2023-cü il tarixli yazılı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, sözügedən iddia tələbində əsaslanan məsələlərdə biri də Nazirlər Kabinetini 1999-cu ildən 2006-cı ilə, 2006-cı ildən 2012-ci ilə penitensiar sahədə rejim və vərəmli məhkum xəstələrə dair ixtisaslaşmış müalicə müəssisəsi və həmin müəssisənin mühafizə bölüyü ilə bağlı qərarıdır. Rejim və vərəmli xəstələrə xidmət sahəsində ixtisaslaşmış müalicə müəssisəsi və həmin müəssisənin mühafizə bölüyünün qarşılıqlı əlaqəsi ilə xidmətin yerinə yetirilməsi qaydaları şərtləndirilmişdir. Bundan başqa qərar və məhkumların vərəmli ixtisaslaşmış müalicə müəssisəsində saxlanmağı ilə şərtlənən həmin müəssisənin və müəssisənin mühafizə xidmətini yerinə yetirən bölüyün komandirinin (rəhbərliyinin) müəssisədə vərəmli məhkumların həftədə 1 dəfə ayda 4 dəfə, ildə 48-50 dəfə kompleks yoxlanma aparılmasını nəzərdə tutmuşdur. Bilavasitə bölüyün komandiri olduğu müddətdə müəssisə daxilində müəssisə rəhbərliyi ilə birlikdə qərarın icrası ilə bağlı üzərinə düşən bütün tədbirlərə dair xidməti vəzifə borcunu yerinə yetirmişdir. Müvafiq tələb ilə Sosial Müdafiə Fonduna yazılı müraciət etmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, onun ixtisaslaşmış müalicə müəssisəsini mühafizə bölüyünü xidmət etdiyi müddətdə müəssisədaxili əməkdaşlara ödənilən pul təminatı ilə ona ödənilən pul təminatı arasında fərq Penitensiar Xidmət tərəfindən araşdırılıb hesablanması rəsmi sənəd təqdim edildikdən sonra bu barədə müraciətinə baxıla biləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 3-17-1/2-Q-49615/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən təqdim olunmuş 25 may 2017-ci ii tarixii 3140 nömrəli məlumat vərəqinə əsasən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 10 may 2017-ci il tarixdən 41 il 8 ay 26 gün (təqvimi xidmət illəri 34 il 6 ay 17 gün, güzəştli xidmət illəri 7 il 2 ay 9 gün) xidmət müddəti üçün müvafiq təminat xərcliyinə uyğun olaraq hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin məlumat vərəqində xüsusi iş şəraitinə görə əlavə göstərilmədiyindən təminat xərcliyinin tərkibində xüsusi iş şəraitinə görə əlavə nəzərə alınmaqla əmək pensiyanın yenidən hesablanması mümkün deyil. Hazırda əmək pensiyanın məbləği 1383,17 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanması məqsədilə xidmət illərinin müddətindəki, təminat xərcliyinizin tərkibindəki və vəzifə uyğuniaşdırıiması iiə bağlı baş verən artımlar barədə məlumatlar da həmin orqan tərəfindən Fonda göndərilməlidir. Qeyd olunanlara əsasən əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinizin tərkibindəki və vəzifə uyğuniaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqandan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olduqdan sonra baxıla bilər. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Penitensiar Xidmətin sabiq əməkdaşı İddiaçı 1981-1983-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuş, 1987-ci ildə RF DİN-nin Ufa xüsusi orta milis məktəbini bitirmişdir. xx.xx.1984-xx.xx.1992-ci il tarixlərində RF DİN-nin Kostroma İİİ-nin tərbiyə əmək müəssisəsində, xx.xx.1992-xx.xx.1993-cü tarixlərində DİN-nin Daxili Qoşunlarında, xx.xx.1993-xx.xx.2017-ci il tarixlərində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində qulluqda olmuşdur. Qulluq müddətində xx.xx.2007-xx.xx.2009-cu il tarixlərdə mühafizə alayının 3-cü atıcı bölüyünün komandiri vəzifəsində xidmət etmişdir, son xidmət veri isə 7 saylı cəzaçəkmə müəssisəsidir. xx.xx.2017-ci il tarixdə qulluqda olmanın yaş həddinə çatdığına görə pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Belə ki, iddiaçı ərizəsində xx.xx.2007-xx.xx.2009-cu illərdə mühafizə alayının 3cü atıcı bölüyünün komandiri vəzifəsində işlədiyi dövr üçün ona xüsusi iş şəraitinə görə vəzifə maaşına əlavə pul məbləğinin nəzərə alaraq yenilənmiş məlumat vərəqəsinin göndərilməsini xahiş edir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən Penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Qanunun 33.4-cü maddəsinə uyğun olaraq hərbi qulluqçular penitensiar müəssisələrin mühafizəsi və penitensiar müəssisələrdə saxlanılan şəxslərin müşayiəti üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələrində xidmət keçirlər. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Penitensiar Xidmətin əməkdaşlarının təminat xərclərinə tutduğu vəzifəyə görə vəzifə maaşı, xüsusi rütbəyə və qulluq illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə, ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyası, digər müavinət və ödənişlər daxildir. Həmin Qanunun 37.4-cü maddəsinə əsasən Penitensiar Xidmət işçilərinin vəzifə maaşları penitensiar müəssisələrin növündən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş işlərin (vəzifələrin) xüsusiyyətindən və ağırlığından asılı olaraq artırılır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2006-cı il tarixli 430 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən qeyd olunan Qanunun 37.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə vərəmli məhkumlar üçün ixtisaslaşdırılmış müalicə müəssisəsində xidmət keçən sıravi və rəis heyətinə mənsub hərbi qulluqçulara vəzifə maaşlarına əlavələrin ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı xidməti fəaliyyət müddətində ixtisaslaşdırılmış müalicə müəssisəsinin əməkdaşı olmadığından ona vəzifə maaşına müvafiq əlavələr ödənilməmişdir. “Əmək pensiyaları haqqında” 7 fevral 2006-cı il tarixli 54-İİİQ nömrəli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Əlavə olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Nəzərə alınmalıdır ki, qanunvericiliyə əsasən təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları məbləğdən tərtib edilir. 7 saylı cəzaçəkmə müəssisəsinin rejim-nəzarət şöbəsinin böyük inspektoru (rəisin növbətçi köməkçisi) vəzifəsi iddiaçının son xidmət yeridir. Qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı son xidmət etdiyi vəzifəsinə uyğun olaraq təminat xərcliyini tərtib olunaraq müvafiq quruma göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi “Ədliyyə orqanlarında qulluq keçmə haqqında “Azərbaycan Respublikasının Qanunundan: 1.1. Ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 33.1. Penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra - “əməkdaşlar”) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdirlər. 33.2. Penitensiar xidmətin əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir. 33.3. Penitensiar müəssisələrdə mülki işçilərin tərkibinə imkan daxilində psixiatrlar, psixoloqlar, sosial işçilər, müəllimlər və peşə təhsilli mütəxəssislər, bədən tərbiyəsi və idman üzrə təlimçilər daxil edilirlər. 33.4. Hərbi qulluqçular penitensiar müəssisələrin mühafizəsi və penitensiar müəssisələrdə saxlanılan şəxslərin müşayiəti üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələrində xidmət keçirlər. 37.1. Penitensiar xidmətin əməkdaşlarının təminat xərclərinə tutduğu vəzifəyə görə vəzifə maaşı, xüsusi rütbəyə və qulluq illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə, ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyası, digər müavinət və ödənişlər daxildir. 37.2. Penitensiar xidmətin xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə və xüsusi rütbəyə görə maaşların məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən, pul təminatının digər növlərinin ödənilməsi qaydaları isə qanunvericiliklə müəyyən edilir. 37.3. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə verilən ödənişlər aşağıdakılar nəzərə alınmaqla ödənilir: 37.3.1. xidməti vəzifələrinin icrası zamanı alınmış xəsarətlə (yaralanma, travma, kontuziya) əlaqədar penitensiar xidmətin əməkdaşlarının müalicədə olma müddətləri məhdudlaşdırılmır; 37.3.2. xidməti vəzifələrinin icrası zamanı vərəm xəstəliyinə tutulmuş əməkdaşların müalicədə olma müddəti on iki ayla məhdudlaşdırılır. 37.4. Penitensiar xidmət işçilərinin vəzifə maaşları penitensiar müəssisələrin növündən, müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş işlərin (vəzifələrin) xüsusiyyətindən və ağırlığından asılı olaraq artırılır. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının pensiyasının yenidən hesablanması üçün yeni məlumat vərəqəsinin verilməsinə “qanuni gözləntisi” varmı? Belə ki, X1 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). İddiaçı xx.xx.2007-xx.xx.2009-cu illərdə mühafizə alayının 3-cü atıcı bölüyünün komandiri vəzifəsində işlədiyi dövr üçün xüsusi iş şəraiti nəzərə alınmaqla pensiyasına əlavələr edilməsi üçün yeni məlumat vərəqinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Cavabdehin imtinası iddiaçının xidməti fəaliyyət müddətində ixtisaslaşdırılmış müalicə müəssisəsinin əməkdaşı olmaması ilə əlaqədardır və bildirilir ki, bununla əlaqədar ona vəzifə maaşına müvafiq əlavələr ödənilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 236-12 saylı, xx.xx.1998-ci il tarixli “İslah-əmək müəssisələrində çalışan işçilərin vəzifə maaşlarına əlavələr edilməsi haqqında” Qərarında iddiaçının işlədiyi mühafizə alayının əməkdaşları barədə qeyd nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Odur ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar