Məhkəmə qərarları › İş №2-1(112)-8092/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8092/2022

27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8092/2022 27.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi ilə, Niyazlı Gülay Rəhim qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti nəzdində Layihə Smeta Bürosuna qarşı əmək haqqının ödənilməsi barədə iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti nəzdində Layihə Smeta Bürosuna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona 5400 manat məbləğində 12 aylıq əmək haqqının və son haqqhesabın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbi baxımından iddiaçıya xx.xx.2022-ci il tarixli məktub ünvanlayaraq, cavabdehin inzibati orqan olmaması səbəbi ilə, müvafiq iddia tələbi ilə cavabdehin ünvanının olduğu yer üzrə ümumi məhkəməyə müraciət etməli olduğu izah olunmasına baxmayaraq, iddiaçı tərəfindən buna dair müvafiq hərəkət edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti nəzdində Layihə Smeta Bürosunun inzibati orqan hesab edilmədiyini, təsərrüfat hesablı təşkilat olduğunu qeyd edib, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddialar müəyyən edilmişdir. İşin araşdırılan halları ilə iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən müəyyən edilmiş iddia tələblərindən hər hansı birinin təsirinin altına düşməsi müəyyən edilmir. Hazırkı iş üzrə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla məhkəmə hesab edir ki, mübahisə predmeti tərəflər arasında mövcud olan müqavilə münasibətləri ilə bağlıdır ki, qeyd olunan mübahisə ilə bağlı işlərin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə tənzimlənir. Belə ki, iddiaçının əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Suraxanı Rayon İcra Hakimiyyətində dövlət qulluğu üzrə vəzifə tutmuş, xx.xx.2014-cü il tarixdə öz arzusu ilə tutduğu vəzifədən azad edilmiş və onun dövlət qulluğuna xitam verilmişdir. xx.xx.2014-cü il tarixdən isə iddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti nəzdində Layihə Smeta Bürosuna rəis müavini vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2016-cı il tarixdə həmin qurumun rəisi A.Əliyevin əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə uyğun olaraq öz ərizəsinə əsasən, tutduğu vəzifədən azad edilmişdir. İrəli sürülən iddia tələbi Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti nəzdində Layihə Smeta Bürosu ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsindən irəli gələn öhdəliklərə əsaslanan münasibətlərlə bağlı olduğundan və qanunvericiliyə müvafiq olaraq bu tələblərə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulduğundan iddia mümkün sayılmamalı, iddiaçıya yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən aidiyyəti üzrə səlahiyyətli məhkəməyə, yəni cavabdehin ünvanının olduğu yer üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 17-ci maddəsində qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti nəzdində Layihə Smeta Bürosuna qarşı əmək haqqının ödənilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2akim Araz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar