Məhkəmə qərarları › İş №2-1(112)-8093/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8093/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8093/2024 05.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmək stajının yenidən hesablanması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı məhkəməyə müraciət edərək onun pensiyasının yenidən hesablanması üçün məlumat vərəqəsinin Daxili İşlər Nazirliyinin rayon X2 nəzdində mövcud olan Mühafizə şöbələrindəki 4 il 8 ay 28 gün əmək stajının təkrarən xidmət müddətlərini uzunmüddətli xidmət illərinə daxil etməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edəsiniz xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixinə kimi həqiqi hərbi xidmətdə olmuşdur. 1984cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olmuşdur 1988-ci il tarixində təhsilini başa çatdırmışdır. Həmçinin xx.xx.1983-cü il tarixindən xx.xx.1984-cü ilə kimi Hərbiləşdirilmiş Yanğından Mühafizə Dəstəsində işləmişdir. xx.xx.1986-cı ildən xx.xx.1991ci il tarixinə kimi Daxili İşlər Nazirliyinin Xətai, Nərimanov və Nəsimi rayon Polis İdarələrinin nəzdində olan Mühafizə Şöbələrində müxtəlif vəzifələrdə çalışmışdır. Daha sonra xx.xx.1992-ci il tarixindən xx.xx.2003-cü il tarixinə kimi X1 xidmət keçmişdir. 2023-cü il tarixində Daxili İşlər Nazirliyinə müraciət edərək pensiya təyin edilməsi üçün müvafiq hesablama vərəqəsinin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsini xahiş etmişdir. Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi isə bu hesablama vərəqəsini göndərmiş lakin onun 4 il 8 ay 28 gün Daxili İşlər Nazirliyinin nəzdində olan Mühafizə Polisində işlədiyi müddəti Əmək stajına daxil etməmişdir. Əmək kitabşanın surətindən də göründüyü kimi xx.xx.1986-cı ildən xx.xx.1991-ci il tarixinə kimi Daxili İşlər Nazirliyinin Xətai, Nərimanov və Nəsimi rayon Polis İdarələrinin nəzdində olan Mühafizə Şöbələrində müxtəlif vəzifələrdə çalışmışdır. Bununla əlaqədar olaraq təkrarən xx.xx.2024-cü il tarixində Daxili İşlər Nazirliyinə müraciət edərək xx.xx.1986-cı ildən xx.xx.1991-ci il tarixinə kimi Mühafizə Polisində işlədiyi müddətin nəzərə alınmaqla həmin dövrün də hesablanmaqla pensiya təyin edilməsi üçün məlumat vərəqinin göndərilməsini xahiş etmişdir. Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bu tələbindən imtina edilmişdir. Həmin cavab məktubu xx.xx.2024-cü il tarixində poçt vasitəsi ilə təqdim edilmişdir. Cavab məktubunda cavabdeh təşkilat xx.xx.1986-cı ildən xx.xx.1991-ci il tarixinə kimi Mühafizə Polisində işlədiyi vəzifələrin mülki vəzifələr olması səbəbindən imtina etdiyi bildirilmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixində Daxili İşlər Nazirliyinə ünvanlanmış vəkil sorğuya cavab olaraq bildirilmişdir ki, “DİN-in normativ sənədlərinə və mövcud qanunvericiliyə əsasən göstərilən müddətlər ərzində Daxili İşlər Nazirliyində və onun tabeli qurumlarında xidmət edən siravi və rəis heyəti Daxili İşlər Nazirliyinin əməkdaşları hesab edilir”. Göründüyü kimi, cavabdeh təşkilat vəkil sorğusuna verdiyi cavabda da Mühafizə Polisi əməkdaşlarının DİN əməkdaşı olmasını qəbul etmişdir. Digər tərəfdən, mühafizə polisində mühafizəçi, atıcı, bölmə komandiri vəzifələrində çalışmışdır. Bütün vəzifələrdə onun təhkim edilmiş tabel silahı ilə təmin olunmuşdur və silahlı şəkildə vəzifəsini icra etmişdir. Silahlı mühafizə xidməti əməkdaşı necə mülki vəzifə hesab edilə bilər? Baş Kadrlar İdarəsinin Daxili İşlər Nazirliyinin Rayon X2 nəzdində mövcud olan Mühafizə şöbələrində keçdiyi xidmətləri ümumi əmək stajına daxil etməmələri qanunsuz və əsassızdır. Cavabdeh təşkilatın imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, Nazirlər Kabinetinin istinad edilən 631 saylı qərarında göstərilir: “Zabit heyətinə daxili işlər və ədliyyə, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyətinə mənsub şəxslərə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və X1 sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir”. Bu qərarda mühafizə polisinin mülki vəzifə olması barədə heç bir göstəriş yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsində deyilir: “Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir”. Həmçinin “Əmək Pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində də göstərilir ki, “Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir”. Həmin Qanunun 9.5-ci maddəsində göstərilir: Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;. Hesab edir ki, Daxili İşlər Nazirliyi pensiyanın yenidən hesablanması üçün məlumat vərəqəsini 4 il 8 ay 28 gün əmək stajım nəzərə alınmaqla təkrarən Dövlət Sosial Müdafiə Fonduna göndərməlidir.

3. Cavabdehin iddiaçıya ünvanlandığı imtina məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarında X1 xüsusi rütbələr nəzərdə tutulmayan mülki vəzifələrdə iş stajının X1 xidmət illərinə hesablanması nəzərdə tutulmamışdır. Bununla əlaqədar Daxili İşlər Nazirliyinin mühafizə şöbələrində mülki vəzifələrdə işlədiyiniz müddətin X1 xidmət müddətinizə hesablanması mümkün deyildir.”

4. Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin məhkəməyə ünvanlandığı xx.xx.2023-cü il tarixli 3-13-21/2-4562/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, DİN-nin normativ sənədlərinə və mövcud qanunvericiliyə əsasən göstərilən müddətlər ərzində Daxili İşlər Nazirliyində və onun tabeli qurumlarında xidmət edən sıravi və rəis heyəti Daxili İşlər Nazirliyinin əməkdaşları hesab edilirlər.

5. Daxili işlər Nazirliyi Baş Kadrlar İdarəsinin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli 3-13-21/2-3486/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, 2023-cü ilin sentyabr ayında İddiaçı müraciətinə əsasən xidmət müddəti yenidən hesablanmış və müəyyən edilmişdir ki, onun xidmət müddəti təqvimi hesablama ilə 15 il, 08 ay, 03 gün, imtiyazlı hesablama ilə 20 il, 00 ay, 03 gün təşkil edir. İddiaçı təqvimi xidmət müddətinə xüsusi rütbəli əməkdaş kimi X1 iş stajı - xx.xx.1983-cü ildən xx.xx.1984-cü il tarixədək (01 il, 07 ay, 09 gün) və xx.xx.1992-ci ildən xx.xx.2003-cü il tarixədək (10 il, 00 ay, 22 gün), Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidməti (02 il, 00 ay, 22 gün) və xx.xx.1984-cü ildən 1988-ci ilədək (01 il, 11 ay, 10 gün) Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil müddəti daxildir. Güzəştli xidmətinə isə xx.xx.1992-ci ildən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı X1 xidmət müddəti (04 il, 04 ay, 00 gün) daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarında X1 xüsusi rütbələr nəzərdə tutulmayan mülki vəzifələrdə iş stajının X1 xidmət illərinə hesablanması nəzərdə tutulmamışdır. Bununla əlaqədar İddiaçı 1986 - 1991-ci illərdə Daxili İşlər Nazirliyinin mühafizə şöbələrində mülki vəzifələrdə işlədiyi müddət onun X1 xidmət müddətinə hesablanmamışdır. İddiaçı X1n xaric olunduğu vaxt (2003-cü ildə) qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli 109 nömrəli Qanununun 12-ci maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 il və daha çox xidmət etmiş əməkdaşlar malik idilər. İddiaçı barəsində pensiya təyini üçün xidmət müddəti haqqında hesablama vərəqi Daxili İşlər Nazirliyinin Baş kadrlar İdarəsi tərəfindən tərtib edilərək Nazirliyin Maliyyə-Plan İdarəsinə göndərilmiş və Maliyyə-Plan İdarəsi tərəfindən İddiaçı pensiya təyin edilməsi üçün tərtib edilmiş “Məlumat vərəqi” 2023-cü ilin sentyabr ayında elektron qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir.

6. Həmin məktuba əlavə edilmiş pensiya təyini üçün xidmət müddəti haqqında hesablama vərəqəsində qeyd edilmişdir ki, əmək kitabçası və arxiv şəxsi işi əsasında İddiaçı xx.xx.2003-cü il tarixinə xidmət müddəti təqvim hesablama ilə - 15 il, 08 ay, 03 gün, imtiyazlı hesablama ilə - 20 il, 03 gün təşkil edir.

7. Daxili işlər Nazirliyi Baş Kadrlar İdarəsinin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli 3-13-21/2-5251/24 nömrəli məktubuna olan istefada olan polis kapitanı İddiaçı X1 xidməti fəaliyyəti barədə arayışında qeyd edilmişdir ki, xx.xx.1992 - xx.xx.1994 -cü il tarixlərində DİN-in nəzdində Mühafizə İdarəsinin “Azneftyağ” BNZ-nin mühafizəsi üzrə əlahiddə polis rotasında inspektor, xx.xx.1994 - xx.xx.1995-ci il tarixlərində DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin Baxış bölməsində baxış üzrə inspektor, xx.xx.1995 - xx.xx.1999-cu il tarixlərində DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin Baxış bölməsində baxış üzrə baş inspektor, xx.xx.1999 - xx.xx.1999-cu il tarixlərində DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin Baxış bölməsi baxış üzrə inspektor, xx.xx.1999 xx.xx.1999-cu il tarixlərində DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə şöbəsində əməliyyat müvəkkili, xx.xx.1999- xx.xx.2001-ci il tarixlərində DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Şəxsi heyətlə iş üzrə qrupunda inspektor, xx.xx.2001 - xx.xx.2003-cü il tarixlərində DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Xaçmaz DYNXPŞ-nin Şirvan st. XPB-nin Cinayət axtarışı qrupunda əməliyyat müvəkkili olmuş, xx.xx.2003-cü il tarixdə isə “Azərbaycan Respublikası X1 xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 7-ci bəndinə (xidmətə tam yararsız olması barədə attestasiya komissiyasının rəyinə görə) əsasən X1n xaric olmuşdur.

8. Daxili işlər Nazirliyi Baş Kadrlar İdarəsinin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli 3-13-21/2-7010/2024 nömrəli məktubundan qeyd edilmişdir ki, DİN-nin arxivində və Baş Kadrlar İdarəsinin mərkəzləşdirilmiş bazasında İddiaçı 1984-1992-ci illərdə X1 əmək fəaliyyəti barədə heç bir məlumat aşkar edilməmişdir.

9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə baxışı (şifahi məhkəmə dinləmələri) zamanı iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini cahiş etdi.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

11. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.

12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

15. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

16. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

17. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə digər qurumlarla yanaşı Azərbaycan Respublikasının X1 xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.

20. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən: 1.Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: ...daxili işlər, ədliyyə, fövqəladə hallar orqanlarında sıravi, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət vəzifəyə təyin olunma günündən ...Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və X1 sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir...

21. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının pensiyasının təyin edilməsi üçün məlumat vərəqəsinin verilməsinə “qanuni gözləntisi” varmı? X4 Məhkəməsinin presedent hüququna əsasən: - Beləliklə, keçmiş Pelleqrin doktrinasını (bax: Pelleqrin Fransaya qarşı [GC], № 28541/95, § 67, AİHM 1999Vİİİ) sonralar Eskelinen testi kimi tanınan prosesə çevirərkən (bax: Vilho Eskelinen və başqaları Finlandiyaya qarşı). [GC], № 63235/00, § 62, AİHM 2007İİ), Məhkəmə dövlət işçilərin müəyyən kateqoriyalarına gəldikdə, dövlətin məhkəməyə müraciətə nəzarətdə maraqlı olduğunu tanıyaraq qeyd etdi ki, “bu, ilk növbədə Məhkəmə deyil, Razılığa gələn Dövlətlər, xüsusən də, səlahiyyətli milli qanunverici orqan üçündür ki, fərdin maraqlarının itirilməli olduğu dövlətin suverenliyinə xas olan diskresiya səlahiyyətlərinin həyata keçirilməsini əhatə edən ictimai xidmət sahələrini açıq şəkildə müəyyən etməlidir” (ibid., § 61). - Vilho Eskelinen və başqaları Finlandiyaya qarşı işdə Polis əməkdaşlarının xüsusi müavinət almaq hüququ ilə bağlı mübahisələrə Konvensiyanın 6-cı maddənin tətbiq edilməsinin mümkünlüyü dövlət qulluqçuları ilə əlaqədar olan işdə Məhkəmənin qəbul etdiyi yeni yanaşma olmuşdur. -Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının pensiyasının yenidən hesablanması üçün məlumat vərəqəsinin verilməsinə “qanuni gözləntisi” varmı? Belə ki, X3 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05); -Beləlkiklə, məhkəmə müəyyən edir ki, hazırki iddia iddiaçının sabiq polis əməkdaşı kimi pensiya hüququ ilə bağlı olduğundan məhkəməyə müraciət hüququ təmin olunmaqla Konvensiyanın 6-cı maddəsinə əsasən “mülki hüquq və vəzifələr” başlığı altında baxıla bilər.

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.8-ci Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

23. İş materiallarından göründüyü kimi, iddiaçının xidmət müddəti təqvimi hesablama ilə 15 il, 08 ay, 00 gün, imtiyazlı hesablama ilə 20 il, 00 ay, 03 gün təşkil edir. İddiaçının təqvimi xidmət müddətinə xüsusi rütbəli əməkdaş kimi X1 iş stajı - xx.xx.1983-cü ildən xx.xx.1984cü il tarixədək (01 il, 07 ay, 09 gün) və xx.xx.1992-ci ildən xx.xx.2003-cü il tarixədək (10 il, 00 ay, 22 gün), Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidməti (02 il, 00 ay, 22 gün) və xx.xx.1984-cü ildən 1988-ci ilədək (01 il, 11 ay, 10 gün) Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil müddəti daxildir. Güzəştli xidmətinə isə xx.xx.1992-ci ildən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı X1 xidmət müddəti (04 il, 04 ay, 00 gün) daxildir. İddiaçı X1n xx.xx.2003cü il tarixində xaric olmuşdur.

24. İddiaçı 1986 - 1991-ci illərdə Daxili İşlər Nazirliyinin mühafizə şöbələrində işlədiyi dövrün xidməti stajına daxil edilməsini tələb etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçının 1986 - 1991-ci illərdə çalışdığı vəzifələr xüsusi rütbələr nəzərdə tutulmayan mülki vəzifələr olmuşdur.

25. Belə ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarında X1 xüsusi rütbələr nəzərdə tutulmayan mülki vəzifələrdə iş stajının X1 xidmət illərinə hesablanması nəzərdə tutulmamışdır.

26. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

27. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

28. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

29. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar