Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8095/2023 17.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6, Adi cəlbetmə qaydasında üçüncü şəxs X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxslər X17 və X23) qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Bakı İnzibati məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək qeydiyyata olduğu ünvana onun adına çıxarış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektindəki 5 №-li evin 1 otaqlı, yaşayış sahəsi 12,0 kv.m olan 70-ci mənzili üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması və bu barədə iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxslər tərəfindən iddia tələbinin dəyişdirilməsinə etiraz edilməmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı qeydiyyatda olduğu mənzilə çıxarış almaq üçün 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə ərizə ilə müraciət etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(82)-3657/2019 saylı qərarına əsasən iddia təmin edilmişdir. Lakin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verib, qərar ləğv edilmişdir. İş üzrə kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)1965/2020 saylı qərarı ilə iddia qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(102)-887/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv olunaraq apellyasiya məhkəməsinə təkrar baxılması üçün göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-11852/2020 saylı qərardadı ilə iddiaçının ailə üzvləri Şərifov Zəlimxan (h/y), Şərifov Zöhrab, Şərifova Samirə, Şərifova Cəmilə üçüncü şəxslər qismində icraata cəlb edildilər. Cavabdehin nümayəndəsinə hüquqi yardım göstərildikdən sonra iddiaçı tərəfindən iddia ərizəsi geri götürülmüşdür (İş № 2- 1(112)-3416/2022 xx.xx.2022) İddiaçı lazımı sənədləri toplayıb sözügedən orqana çıxarış almaq üçün müraciət etmiş, uzun müddətdən sonra imtina cavabı almışdır. Qeyd olunanlara əsasən iddiaçı qedyiyyatda olduğu ünvana adına çıxarış verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1996-cı il tarixli, 173/3 nömrəli boşalmış mənzilin X7 mənzilinə birləşdirilməklə mənzil növbəsindən çıxarılma haqqında Sərəncamda qeyd olunur ki, “Xətai prospekti, 5 nömrəli evin sahəsi 36 kv.m. olan 2 otaqlı, 70 nömrəli mənzili həmin həyətdə yaşayan X7 yaşadığı sahəsi 42,5 kv.m. olan 2 otaqlı 69 a nömrəli mənzilinə birləşdirilsin və mənzilin ümumi sahəsi 78,5 kv.m. sayılsın. Orderə yazılsın:
1. Şərifov Zəlimxan M. 1954 özü
2. Qalayeva Rəfiqə A. 1954 arvadı
3. Şərifova Ləman Z. 1980 qızı
4. Şərifova Samira Z. 1983 qızı
5. Şərifov Zöhrab Z. 1985 oğlu
6. Şərifova Cəmilə Z. 1989 qızı X18 mənzil növbəsindən çıxarılsın”.
5. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK xx.xx.2002-ci il tarixli, 1M- 2725 saylı qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin 03 noyabr 2000-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, Bakı şəhəri, Xətai prospekti, ev 5, mənzil 70-də yerləşən 18.5 kv.m., 24.0 kv.m. və 24.0 kv.m.-lik üç yaşayış otağının cavabdeh X8 adına, 12.0 kv.m.lik bir otağının iddiaçı X11 adına ayrılıqda icarə bağlanması barədə iddianın təmin olunması və göstərilən qaydada tərəflərin icraə müqaviləsini bağlamaq vəzifəsi Nərimanov rayon İH-nin MKTB-ə tapşırılması və apellyasiya şikayətinin təmin olunmaması qət edilmişdir.
6. AN-İ seriyalı, ******* saylı, xx.xx.2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X24 ünvan 2 ünvanında yerləşən 1 otaqlı yaşayış sahəsi 12,0 kv.m., ümumi sahəsi 21,0 kv.m. olan evi X1.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2- 1423/2004 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri 32 saylı Dövlət notariat kontoru tərəfindən 07 noyabr 2003-cü il tarixdə təsdi edilmiş X15 adına verilmiş etibarnamənin etibarsız hesab edilməsi, X11 adına olan Bakı şəhəri, Xətai prospekti, 5 saylı evin 70 saylı mənzilinin özəlləşdirilməsi və onun adına xx.xx.2003-cü il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, X24 ilə X28 arasında xx.xx.2004-cü il tarixdə bağlanmış və Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən tədiq edilmiş Bakı şəhəri, Xətai prospekti 5 saylı evin 70 saylı mənzili boşaldığına görə həmin mənzil Bakı şəhəri, Xətai prospekti 5 saylı evin 69 “a” saylı mənzili ilə birləşdirilməsi və X8 istifadəsinə verilməsi, Nərimanov Rayon İcra Hakimiyyətinə X19 ilə Bakı şəhəri, Xətai prospekti 5 saylı evin 69 “a”/70 saylı mənzilinə icarə müqaviləsi bağlanmasının tapşırılması və iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.
8. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 1mk- 2381/2005 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin olunması, iş üzrə Bakı şəhəri Nərimnaov Rayon Məhkəməsinin 12 oktaybr 2004-cü il tarixli qətnaməsinin dəyişdirilməsi, Bakı şəhəri, Xətai prospketi 05 saylı evin 70 saylı mənzilinin 69 “a” saylı mənzillə birləşdirilərək Z.Şərifovun istifadəsinə verilməsi və onunla həmin mənzilə dair ayrıca kirayə müqaviləsi bağlanması haqda qətnamənin hissəsi ləğv olunması və bu hissədə işin icraatına xitam verilməsi nəzərə alınması, X16 54.4 milyon manat alınıb X25 verilməsi və qətnamənn qalan hissədə dəyişdirilmədə saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 6k-1973 saylı qərarı ilə hazırkı iş üzrə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nin 01 iyun 2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2-(005)-1939/2013 saylı qətnaməsi ilə X28 Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 5 nömrəli evin sıxlaşdırılmış 1 otaqlı, 70 nömrəli mənzildən çıxarılması qərara alınmışdır.
10. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.3013-cü il tarixli, 2(103)-558/2013-cü il tarixli qətnaməsi ilə cavabdeh X13 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 iyul 2012-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır.
11. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 86 saylı «vətəndaş İddiaçı müvəqqəti yaşayış sahəsinin verilməsi haqqında» sərəncamı ilə Nərimanov RİH-nin Mənzil Məsələləri üzrə İctimai Komissiyasının Xətai prospektindəki 5 nömrəli evin sıxlaşdırılmış 70-ci mənzilinə dair xx.xx.2013-cü il tarixli aktının təsdiq edilməsi və Xətai prospektindəki 5 nömrəli yaşayış evinin 1 otaqlı, yaşayış sahəsi 12.0 kv.m. olan sıxlaşdırılmış 70-ci mənzili müvəqqəti yaşayış sahəsi kimi Nərimnaov RMKTBnin nəzdindəki 37 nömrəli MKİS-də dalandar vəzifəsində çalışan İddiaçı istifadəsinə verilmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2(102)-2959/2013 saylı qərarı ilə kassiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
13. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 494 saylı «Xətai prospektindəki, 5 nömrəli evin 70-ci mənzilinin vətəndaş İddiaçı daimi istifadəsinə verilməsi barədə» sərəncamı ilə Xətai prospektindəki, 5 nömrəli evin, yaşayış shaəsi 12.0 kv.m., ümumi sahəsi 23.7 kv.m. olan, sıxlaşdırılmış 1 otaqlı 70-ci mənzili daimi olaraq İddiaçı istifadəsinə verilməsi qərara alınmışdır.
14. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-3657/2019 saylı qərarına əsasən, iddia təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektindəki 5 №-li evin 1 otaqlı, yaşayış sahəsi 12,0 kv.m., köməkçi sahəsi 11,7 kv.m., ümumi sahəsi 23,7 kv.m. olan 70-ci mənzil üzrə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması və bu barədə İddiaçı adına müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
15. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərarından cavabdeh orqan tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(103)-887/2020 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-3657/2019 saylı qərarı ləğv edilmişdir.
16. İş üzrə iddiaçı tərəfindən verilmiş kasassiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1965/2020 saylı qərarı ilə iddia qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-887/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv olunaraq apellyasiya məhkəməsinə təkrar baxılması üçün göndərilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)-560/2021 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-3657/2019 saylı qərarı ləğv edilərək iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3416/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X28, X17, X23, X26, X20) qarşı “çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi geri götürülmüş sayılmışdır.
19. Cavabdeh tərəfindən iddiaçının hüquqlarının dövlət qeydiyyatından alınmasından imtina onunla əsaslandırılmışdır ki, qeyd olunan mənzil üzərinə həbs qoyulması barədə idarəyə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı daxil olmuşdur. Bu səbəbdən iddiaçı tərəfindən təqdim olunan ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
20. Cavabdeh tərəfindən imtinanın məzmununa uyğun iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2019-cu və xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ərizədə qeyd olunan mənzilin daşınmaz əmlakın dövlət reyestrində digər fiziki şəxsin (X28) adına qeydiyyata alındığı müəyyən edilmişdir. X3 adına aparılmış qeydiyyatın ləğv edilməsi barədə məhkəmə qərarı təqdim edilməmişdir. Həmçinin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarına əsasən müvafiq mənzil üzərinə həbs qoyulmuşdur. Bu səbəblərdən ərizənin icrası idarə tərəfindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2019-cu il və xx.xx.2022-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Həmçinin bildirilir ki, idarənin mütəxəssisləri tərəfindən göstərilən mənzilə yerli baxış zamanı məlum olmuşdur ki, 4 saylı yerləşkə binanın ümumi istifadədə olan sahəsində yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Bu obyektlərə mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitartexniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş torpaq sahəsi aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh orqan iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
21. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə X17 və X23 üçüncü şəxslər qismində icraata cəlb edilmişdir.
22. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli vəsatətə əsasən qeyd edilən inzibati iş üzrə X21 3-cü şəxs qismində cəlb edilməsi zərurəti yaranmışdır. Belə ki, ərizədə qeyd olunan mənzilin daşınmaz əmlakın dövlət reyestrində digər fiziki şəxsin (X28) adına qeydiyyata alındığı müəyyən edilmişdir. Odur ki, cavabdeh tərəfindən hazırki iş üzrə X21 3-cü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur.
23. Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 234208 qeydiyyat nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən X24 xx.xx.2003-cü il tarixdə ölmüşdür.
24. 2130180020997 nömrəli, xx.xx.2021-ci il tarixli ərizəyə əsasən X22 qeydiyyatda olduğu Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 5 ünvanında yerləşən 69A saylı mənzilin X7 adına özəlləşməsinə və çıxarış almasına razıdır, heç bir etirazı yoxdur.
25. 2174980004050 nömrəli, xx.xx.2021-ci il tarixli ərizəyə əsasən X23 qeydiyyatda olduğu Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 5 ünvanında yerləşən 69A saylı mənzilin X7 adına özəlləşməsinə və çıxarış almasına razıdır, heç bir etirazı yoxdur.
26. 26 yanvar 2022-ci il tarixli razılıq ərizəsinə əsasən X20 (pasport C********) X12 (şəxsiyyət vəsiqəsi AZE № 02377124, FİN 1DF2VU64) məxsus, qeydiyyatda olduğu ünvan 3 ünvanındakı mənzilin özəlləşməsinə və çıxarış almasına razılıq verir.
27. Məhkəmənin sorğusuna cavab olaraq Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubuna əsasən Nərimanov Rayon Məhkəməsinin icraatında baxılmış iddiaçı X9 cavabdeh X14 və qeyrilərinə qarşı ünvan 4 ünvanına bağlanmış ayrıca icarə müqaviləsi, onun özəlləşdirilməsi və alqı-satqısı ilə bağlı bütün sənədləşmənin, habelə xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab olunmasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-881/2004 №-li qərardadı ilə icraata xitam verilmişdir. Qeyd olunan mülki iş məhv olunduğundan ünvan 4 ünvanı üzərinə həbsin qoyulması ilə bağlı qərardadın qüvvədə olub-olmaması barədə məlumat verilməsi mümkün deyil.
28. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi.
29. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddianın dəyişdirilməsinə etiraz etmədən məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
30. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
31. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
32. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
33. X40 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
34. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
35. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
36. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
37. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X5 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
38. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
39. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
41. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan:
1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.
4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.
42. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının adına rəsmiləşdirilmiş qüvvədə olan order mövcuddur. Belə ki, xx.xx.1996-cı il tarixli sərəncamla mübahisə olunan mənzil iddiaçının ərinə verilmiş, mənzil 69 a saylı mənzillə birləşdirilmiş və iddiaçının əri mənzil növbəsindən çıxarılmışdır. Rayon icra hakimiyyəti tərəfindən sonradan mənzillə bağlı iddiaçının xeyrinə müxtəlif sərəncamlar verilsə də, artıq 1996-cı il tarixli sərəncamla mübahisə olunan mənzil onlara verilmiş, mənzilin ümumi sahəsi 78,5 kv.m sayılmış, ailə üzvlərinin adlarının orderdə yazılması qərara alınmışdır.
43. Məhkəmə sərəncamda qeyd olunan ailə üzvlərinin razılığının olub-olmamasını araşdırarkən müəyyən edir ki, ailə üzvlərindən biri olan X24 xx.xx.2003-cü ildə vəfat etmişdir və digər ailə üzvləri (X23, X22, X20) tərəfindən təqdim edilmiş razılıq ərizələrində mənzilin X7 adına özəlləşdirilməsinə və çıxarış alınmasına razılıq ifadə olunmuşdur. Daha sonra məhkəmə araşdırması zamanı iş üzrə üçüncü şəxslər tərəfindən mənzillə bağlı hər hansı mübahisə olmadığı, mənzilin iddiaçı X4 adına özəlləşdirilməsinə etirazları olmadığı bildirilmişdir.
44. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
45. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun təsir dairəsinə düşməklə faktiki olaraq kirayəçinin əvəzsiz olaraq istifadəsinə verilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, müvafiq sərəncam xx.xx.2013-cü il tarixli olsa da faktiki olaraq yeni Mənzil Məcəlləsi qəbul edilən tarixədək (2009-cu il oktyabrın 1-dək) yaranmış münasibətlərin sənədləşdirilməsidir. Belə ki, həmin mənzil artıq qeyd edilən tarixə qədər iddiaçının və onun ailəsinin qanuni əsaslarla istifadəsində olduğundan dövlət tərəfindən əvəzsiz olaraq həmin mənzilin kirayəçisinə verilmişdir.
46. Odur ki, müvafiq qaydada verilmiş razılıq ərizələri əsasında (mənzil üzərində mülkiyyət hüququnun tanınmasına dair) iddiaçının mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaq hüququ vardır.
47. Cavabdeh tərəfindən təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, mənzilin daşınmaz əmlakın dövlət reyestrində digər fiziki şəxsin (X28) adına qeydiyyata alındığı müəyyən edilmişdir. Lakin Y.Mirzəyevanın adına aparılmış qeydiyyatın ləğv edilməsi barədə məhkəmə qərarı təqdim edilməmişdir.
48. Bununla bağlı məhkəmə bildirir ki, iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən cavabdehin istinad etdiyi X21 Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 5 nömrəli evin sıxlaşdırılmış 1 otaqlı, 70 nömrəli mənzilindən çıxarılmış, həmçinin həmin mənzilin X2 barədə xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi və xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsi etibarsız sayılmışdır.
49. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtinanın digər əsası isə qeyd olunan mənzil üzərinə həbs qoyulması barədə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarının mövcud olmasıdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən qeyd olunan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-881/2004 №-li qərardadı ilə müvafiq mülki iş üzrə icraata xitam verilmişdir. Mülki iş məhv olunduğundan isə mənzil üzərinə həbsin qoyulması ilə qərardadın qüvvədə olub-olmaması barədə məlumat əldə olunması mümkün olmamışdır.
50. Mülki Prosessual Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər.
51. Beləliklə, həmin iş üzrə icraata xitam verilmiş, həmin məhkəmə aktı qanuni qüvvəyə minmiş, odur ki, mənzil üzərinə qoyulmuş həbs qanunun mənası baxımından artıq qüvvədə deyil, nəticədə, həbsin ləğvi və ya götürülməsi üçün əlavə məhkəmə aktının qəbul edilməsi zərurəri yoxdur.
52. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən X21 məhkəmə icraatına cəlb edilməsindən imtina edilmişdir.
53. Cavabdeh qurumun digər dəlilinə (4 saylı yerləşkənin binanın ümumi istifadəsində olan sahədə yerləşməsi) münasibətdə məhkəmə qeyd edir ki, həmin dəlil aydın deyil və hər hansı şəkildə əsaslandırılmamışdır (müayinə aktı təqdim edilməmişdir). Digər tərəfdən mənzilin iddiaçıya verilməsi haqqında səlahiyyətli qurumun sərəncamı (Nərimanov rayon icra hakimiyyətinin xx.xx.2013-cü il tarixli 86 nömrəli sərəncamı) mövcuddur, ləğv edilməmiş və geri çağırılmamışdır, odur ki, icra olunmalıdır.
54. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var və cavabdehin imtinası qanunun güddüyü məqsədə mütənasib deyil.
55. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
56. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektindəki 5 №-li evin 70-ci mənzili üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva