Məhkəmə qərarları › İş №2-1(112)-8097/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8097/2024

13.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8097/2024 13.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi pensiya təyin olunması və 3 təqvim ili üzrə ödənilməyən əmək pensiyasının birdəfəlik ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərzisəi ilə müraciət edərək 1977-1982-ci il illərdəki əmək fəaliyyəti dövlət qulluğu vəzifəsində qulluq stajı kimi nəzərə alınmaqla 3 təqvim ili üzrə ödənilməyən əmək pensiyasının birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İddiaçının nümayəndəsi (vəkili) məhkəməyə ərizə təqdim edərək İddiaçının 1977-1982-ci illərdə (ümumi 5 il 5 ay staj) Saratov vilayət İcraiyyə Komitəsinin Sosial Təminat şöbəsində mühasib-müfəttiş və böyük mühasib-müfəttiş vəzifələrindəki iş müddətinin dövlət qulluğu iş stajı kimi nəzərə alınmaqla ona təqaüd (pensiya) hesablanması, İddiaçı 2020-ci ildən hesablanmaqla dövlət qulluqçusu iş stajına görə ödənilməli olan, lakin ödənilməyən təqaüd fərqinin hesablanmaqla birdəfəlik qaydada İddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı əlilliyə görə 2000-ci ildən pensiya verilməyə başlanılmışdır. Azərbaycan Respublikası X4nin 27 may 2024-cü il tarixli 9-3/2-1571/2024 saylı məktubundan görünür ki, İddiaçı 1977-1982-ci illərdə (ümumi 5 il 5 ay staj) Saratov vilayət İcraiyyə Komitəsinin Sosial Təminat şöbəsində mühasib-müfəttiş və böyük mühasib-müfəttiş vəzifələrindəki iş müddədi Azərbaycan SSR-in və Azərbaycan Respublikasının, eləcə də Naxçıvan MSSR-in və Naxçıvan Muxtar Respublikasının dövlət, sovet, partiya orqanlarında mövcud olmuş vəzifələrin “inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. İddiaçı hesab edir ki, İddiaçı əlilliyə görə təqaüd təyin edildiyi vaxt yuxarıda qeyd edilənlər nəzərə alınmalı olduğu halda nəzərə alınmadığından, hazırda isə iddiaçının haqlı tələbinə cavabdeh tərəfindən imtina edildiyindən, iddiaçının pozulmuş hüquqları məhkəmə tərəfindən təmin edilməli, onun 1977-1982-ci illərdə (ümumi 5 il 5 ay staj) Saratov vilayət İcraiyyə Komitəsinin Sosial Təminat şöbəsində mühasib-müfəttiş və böyük mühasibmüfəttiş vəzifələrindəki iş müddədi dövlət qulluğu iş staşı kimi nəzərə alınmaqla ona təqaüd (pensiya) hesablanmalı, İddiaçı pensiya təyin edildiyi vaxtdan son 3 il müddət də hesablanmaqla dövlət qulluqçusu iş stajına görə ödənilməli olan, lakin ödənilməyən təqaüd fərqi hesablanmaqla birdəfəlik qaydada İddiaçıya ödənilməlidir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli “Dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1ci, 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. Eyni zamanda bildirilmişdir ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.3-cü maddəsinə əsasən “dövlət qulluqçusu yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir”. “Dövlət qulluğu haqqında” Qanunun 1.1.4-cü maddəsinə əsasən “dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır”. "Əmək pensiyaları haqqında" Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991 -ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında" Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nda vaxtilə işlədiyiniz vəzifələr nəzərdə tutulmamışdır. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçının dövlət qulluğu stajı olmadığından ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, iş materiallarına əsasən xx.xx.1956-cı il təvəllüdlü S.O.Yuryevna dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması barədə xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. İddiaçının Mərkəzi filiala daxil olmuş sonuncu müraciət ərizəsi və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmış və cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-S- 223951/2023 nömrəli məktubla iddiaçıya müraciətinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Daha sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1977xx.xx.1982-ci il tarixlərdə Rusiya Federasiyasının Saratov vilayətinin sosial təminat şöbəsində (Саратовский областной отдел социального обеспечения) işlədiyi vəzifələr üzrə qulluq stajı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 3 təqvim ili üzrə ödənilməyən pensiya məbləğinin ödənilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1ci, 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. Eyni zamanda bildirilir ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun: 1.1.3-cü maddəsinə əsasən “dövlət qulluqçusu yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir”; 1.1.4-cü maddəsinə əsasən “dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o: - “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı; - yaxud 18 oktyabr 1991-ci il tarixdən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli; - yaxud da 18 oktyabr 1991 -ci il tarixədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əməkpensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda iddiaçının vaxtilə işlədiyi vəzifələr nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının dövlət qulluğu stajının olmadığından ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmçinin, digər vacib məsələni məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab edilir Belə ki, qanunvericilikdə vətəndaşların başqa dövlətin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtlərinə uyğun olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında sosial təminat sahəsində saziş qüvvəyə minmədiyindən iddiaçının Rusiya Federasiyasının ərazisində işlədiyi illərin iş stajına daxil edilməsi mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 mart mart 2024-cü il tarixli 2- 1(102)- 524/2024 məhkəmə qərarında (hakim Hüseynov ilqar Kamil oğlu) oxşar işlə bağlı məhkəmə kollegiyası Mərkəzi filialın yuxarıda qeyd olunan mövqeyini əsaslı hesab etmişdir. Belə ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilə hər iki dövlətin qanunverici orqanı tərəfindən ratifikasiya olunsa da, onun qüvvəyə minməsini şərtləndirən ratifikasiya sənədlərinin mübadiləsi baş verməmiş, Müqavilə qüvvəyə minməmişdir. 1999-cu il noyabrın 5-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında" Saziş də qüvvəyə minmədiyindən, həmin Sazişə istinad da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Digər tərəfdən, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilənin 20-ci maddəsinin 4-cü bəndinə görə, Razılığa gələn Tərəflər bu Müqavilənin imzalanması ilə əlaqədar olaraq 5 noyabr 1999-cu il tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişin iştirakçısı olmamaq niyyətini ifadə edir. Qeyd olunanları nəzərə alaraq, S.O.Yuryevnaya xx.xx.1977-xx.xx.1982-ci il tarixlərdə Rusiya Federasiyasında dövlət qulluğu vəzifəsində işlədiyi qulluq stajı nəzərə alınmaqla güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi üçün heç bir hüquqi əsasın olmadığı sübuta yetirilmiş hesab edilməlidir. Bu səbəbdən, qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir.

6. İş materiallarına əlavə olunmuş əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi olan dövrlərdə Saratov vilayət İcraiyyə Komitəsinin Sosial təminat şöbəsində mühasib-müfəttiş və böyük mühasib-müfəttiş vəzifələrində işləmişdir.

7. Azərbaycan Respublikası X4 tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısının 1 -ci və 2ci bəndlərinə əsasən aparılmışdır. 1977-1982-ci illərdə Saratov vilayət İcraiyyə Komitəsinin Sosial təminat şöbəsində mühasib-müfəttiş və böyük mühasib-müfəttiş vəzifələrində iş müddətilə bağlı bildiririk ki, yuxarıda qeyd edilən Siyahıda Azərbaycan SSR-in və Azərbaycan Respublikasının, eləcə də Naxçıvan MSSR-in və Naxçıvan Muxtar Respublikasının dövlət, sovet, partiya orqanlarında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Bununla belə bildirilir ki, yuxarıda qeyd edilən Siyahının 1.17-ci bəndində rayon (şəhər) X2 icraiyyə komitəsinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır.

8. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-cü il tarixli Arayışda qeyd edilmişdir ki, İddiaçı (FİN xxxxxxx) “E-sosial” portalına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialından İİ qrup əlilliyə görə əmək pensiyası alır. Pensiya işinin nömrəsi – 172656 Pensiyanın məbləği – 233.2 manat Pensiya müddəti – müddətsiz

9. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Arayışda qeyd edilmişdir ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan İİ qrup əlilliyə görə əmək pensiyası alır. Pensiya işinin nömrəsi – 172656 Pensiyanın məbləği – 259.78 manat Pensiya müddəti – müddətsiz

10. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışda qeyd edilmişdir ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan İİ dərəcə əlilliyə görə 327.21 (üç yüz iyirmi yeddi manat iyirmi bir qəpik) manat əmək pensiyası alır. Pensiya işinin nömrəsi – 172656 Təyinatın başlanma tarixi – xx.xx.2001 Təyinatı bitmə vaxtı – müddətsiz

11. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışda qeyd edilmişdir ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 2-ci dərəcə əlilliyə görə 327.21 (üç yüz iyirmi yeddi manat iyirmi bir qəpik) manat əmək pensiyası alır.

12. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən hazırda adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.

13. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışda qeyd edilmişdir ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 2-ci dərəcə əlilliyə görə 363.86 (üç yüz altmış üç manat səksən altı qəpik) manat əmək pensiyası alır.

14. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışlarda qeyd edilmişdir ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 2-ci dərəcə əlilliyə görə 363.86 (üç yüz altmış üç manat səksən altı qəpik) manat əmək pensiyası alır. Təyinatın bitmə tarixi: müddətsiz xx.xx.2015-xx.xx.2015-ci il tarixədək pensiya ödənişi (manatla) aşağıdakı kimidir: İl Ay Məbləğ 2015 Yanvar 143.95 2015 Fevral 144.57 2015 Mart 144.57 2015 Aprel 144.57 2015 May 144.57 2015 İyun 144.57 2015 İyul 144.57 2015 Avqust 144.57 2015 Sentyabr 144.57 2015 Oktyabr 144.57 2015 Noyabr 144.57 2015 Dekabr 144.57 xx.xx.2016-xx.xx.2016-cı il tarixədək pensiya ödənişi (manatla) aşağıdakı kimidir: İl Ay Məbləğ 2016 Yanvar 144.57 2016 Fevral 156.35 2016 Mart 156.35 2016 Aprel 156.35 2016 May 156.35 2016 İyun 156.35 2016 İyul 156.35 2016 Avqust 156.35 2016 Sentyabr 156.35 2016 Oktyabr 156.35 2016 Noyabr 156.35 2016 Dekabr 156.35 xx.xx.2017-xx.xx.2017-ci il tarixədək pensiya ödənişi (manatla) aşağıdakı kimidir: İl Ay Məbləğ 2017 Yanvar 156.35 2017 Fevral 162.10 2017 Mart 162.10 2017 Aprel 162.10 2017 May 162.10 2017 İyun 162.10 2017 İyul 162.10 2017 Avqust 162.10 2017 Sentyabr 162.10 2017 Oktyabr 162.10 2017 Noyabr 162.10 2017 Dekabr 162.10 xx.xx.2018-xx.xx.2018-ci il tarixədək pensiya ödənişi (manatla) aşağıdakı kimidir: İl Ay Məbləğ 2018 Yanvar 162.10 2018 Fevral 171.34 2018 Mart 171.34 2018 Aprel 171.34 2018 May 171.34 2018 İyun 171.34 2018 İyul 171.34 2018 Avqust 171.34 2018 Sentyabr 171.34 2018 Oktyabr 171.34 2018 Noyabr 171.34 2018 Dekabr 171.34 xx.xx.2019-xx.xx.2019-cu il tarixədək pensiya ödənişi (manatla) aşağıdakı kimidir: İl Ay Məbləğ 2019 Yanvar 171.34 2019 Fevral 181.62 2019 Mart 176.48 2019 Aprel 176.48 2019 May 176.48 2019 İyun 176.48 2019 İyul 176.48 2019 Avqust 176.48 2019 Sentyabr 176.48 2019 Oktyabr 200 2019 Noyabr 200 2019 Dekabr 200 xx.xx.2020-xx.xx.2020-ci il tarixədək pensiya ödənişi (manatla) aşağıdakı kimidir: İl Ay Məbləğ 2020 Yanvar 200 2020 Fevral 266.40 2020 Mart 233.20 2020 Aprel 233.20 2020 May 233.20 2020 İyun 233.20 2020 İyul 233.20 2020 Avqust 233.20 2020 Sentyabr 233.20 2020 Oktyabr 233.20 2020 Noyabr 233.20 2020 Dekabr 233.20 xx.xx.2021-xx.xx.2021-ci il tarixədək pensiya ödənişi (manatla) aşağıdakı kimidir: İl Ay Məbləğ 2021 Yanvar 233.20 2021 Fevral 286.36 2021 Mart 259.78 2021 Aprel 259.78 2021 May 259.78 2021 İyun 259.78 2021 İyul 259.78 2021 Avqust 259.78 2021 Sentyabr 259.78 2021 Oktyabr 259.78 2021 Noyabr 259.78 2021 Dekabr 259.78 xx.xx.2022-xx.xx.2022-ci il tarixədək pensiya ödənişi (manatla) aşağıdakı kimidir: İl Ay Məbləğ 2022 Yanvar 259.78 2022 Fevral 327.45 2022 Mart 268.62 2022 Aprel 318.62 2022 May 268.62 2022 İyun 268.62 2022 İyul 318.62 2022 Avqust 268.62 2022 Sentyabr 268.62 2022 Oktyabr 318.62 2022 Noyabr 268.62 2022 Dekabr 268.62 xx.xx.2023-xx.xx.2023-cü il tarixədək pensiya ödənişi (manatla) aşağıdakı kimidir: İl Ay Məbləğ 2023 Yanvar 285.28 2023 Fevral 369.15 2023 Mart 327.21 2023 Aprel 327.21 2023 May 327.21 2023 İyun 327.21 2023 İyul 327.21 2023 Avqust 327.21 2023 Sentyabr 327.21 2023 Oktyabr 327.21 2023 Noyabr 327.21 2023 Dekabr 327.21 xx.xx.2024-xx.xx.2024-cü il tarixədək pensiya ödənişi (manatla) aşağıdakı kimidir: İl Ay Məbləğ 2024 Yanvar 327.21 2024 Fevral 400.51 2024 Mart 363.86 2024 Aprel 363.86

15. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinə qarşı “1977-1982ci il illərdəki əmək fəaliyyəti dövlət qulluğu vəzifəsində qulluq stajı kimi nəzərə alınmaqla 3 təqvim ili üzrə ödənilməyən əmək pensiyasının birdəfəlik ödənilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma barədə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilmişdir.

16. İddiaçı məxsus pensiya işi iş materiallarına əlavə edilmişdir.

17. Məhkəmənin şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

18. İddiaçının vəkili bildirdi ki, tələbdəki “təqaüd təyin edilməsi” ifadəsi “pensiya təyin edilməsi” kimi nəzərə alınmalıdır.

19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. II. İddianın növü və mümkünlüyü

20. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

21. İddia mümkündür. III. Məhkəmənin mövqeyi

22. X3 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

23. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);

24. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

25. Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113);

26. “Dövlət qulluğu haqqında” Qanundan: 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; 17.1. ...Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

27. “Əmək pensiyaları haqqında" Qanundan: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; (xx.xx.2017-ci ilə qədər olan redaksiya) 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; (xx.xx.2017-ci ilə qədər olan redaksiya)

28. “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 665 nömrəli nömrəli Fərmanına əsasən Dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.

29. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 290 nömrəli Fərmanından: 1.17. Rayon (şəhər) X2 icraiyyə komitəsinin 1.17. Rayon, şəhər və şəhərdə rayon icra aparatında: hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında: baş mühasib, baş mühasibin baş məsləhətçi səlahiyyətində olan böyük mühasib icraiyyə komitəsinin təşkilati işlər üzrə böyük məsləhətçi təlimatçısı, icraiyyə komitəsi sədrinin köməkçisi, icraiyyə komitəsinin qəbul otağının müdiri, nəzarətçi-müfəttiş bütün ixtisaslardan olan böyük mühəndislər, məsləhətçi böyük memar, böyük iqtisadçı, böyük hüquqşünas, böyük mühasib; icraiyyə komitəsinin yanında həddi-buluğa çatmayan uşaqlarla iş üzrə məsul katib, icraiyyə komitəsinin idarələrinin digər şöbə rəisləri, müstəqil şöbənin digər sektor rəisi (kadr, protokol və digər), bütün ixtisaslardan mühəndislər, memar, iqtisadçi, hüquqşünas, mühasib və digər mütəxəssislər

30. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı 1977-1982-ci illərdə (ümumi 5 il 5 ay staj) Saratov vilayət İcraiyyə Komitəsinin Sosial Təminat şöbəsində mühasib-müfəttiş və böyük mühasib-müfəttiş vəzifələrində işlədiyi müddətin dövlət qulluğu iş stajı kimi nəzərə alınmaqla ona pensiya təyin olunmasını və müvafiq pensiyanın 2020-ci ildən hesablanmaqla ödənilməyən pensiya məbləğinin birdəfəlik qaydada ödənilməsini tələb etmişdir.

31. Məhkəmə müəyyən edir ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi olan dövrlərdə Saratov vilayət İcraiyyə Komitəsinin Sosial təminat şöbəsində mühasib-müfəttiş və böyük mühasib-müfəttiş vəzifələrində işləmişdir (əmək kitabçasına əsasən). Qeyd edilən hal həmçinin iddiaçının müraciətinə əsasən Saratov vilayətinin Əmək və Sosial Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan arxiv arayışı ilə də təsdiqlənmişdir.

32. Cavabdeh orqan etirazın dəlili olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda iddiaçının vaxtilə işlədiyi vəzifələr nəzərdə tutulmamışdır.

33. Məhkəmə qeyd edir ki, Dövlət qulluğu sahəsində dövlət siyasətini həyata keçirən qurum Azərbaycan Respublikası X1 məhkəmə tərəfindən Azərbaycan Respublikası X4nə “İddiaçı keçmiş SSRİ-nin Saratov vilayətinin 1977-1982-ci illərdə tutduğu mühasib vəzifəsinin (sosial təminat idarəsi) dövlət qulluğu vəzifəsi hesab edilib-edilməməsi barədə” sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası X4 tərəfindən məhkəməyə təqdim edilən cavab məktubundan bildirilmişdir ki, iddiaçının 1977-1982-ci illərdə tutduğu mühasib vəzifəsi Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş Siyahının 1.17-ci bəndində rayon (şəhər) X2 icraiyyə komitəsinin aparatında mövcud olmuş vəzifələrə uyğundur.

34. Məhkəmə Azərbaycan Respublikası X4 tərəfindən təqdim edilmiş cavab məktubu ilə razılaşır və qeyd edir: - Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş Siyahıda Azərbaycan SSR-in və Azərbaycan Respublikasının, Naxçıvan MSSR-in və Naxçıvan Muxtar Respublikasının dövlət, sovet, partiya orqanlarında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Bununla belə “Siyahı”nın 1.17-ci bəndində ümumi olaraq Rayon (şəhər) X2 icraiyyə komitəsinin aparatındakı vəzifələr Rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatındakı vəzifələrə uyğunlaşdırılmışdır. - Məhkəmə nəzərə alır ki, xx.xx.1922-ci il tarixdən xx.xx.1991-ci il tarixədək olan dövrdə Rusiya SFSR, Belorusiya SSR, Ukrayna SSR və Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR-nin təmərküzləşdiyi Zaqafqaziya SFSR Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ-nin) tərkibində vahid qurum (dövlət) olaraq fəaliyyət göstərmişdirlər. - Digər tərəfdən qanunvericilikdə (Dövlət qulluğu haqqında” Qanunda və ya Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 665 nömrəli nömrəli Fərmanında) konkret olaraq Azərbaycan SSR qeyd olunmadan 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarındakı iş müddətinin dövlət qulluqçusunun qulluq stajına daxil edilməsi nəzərdə tutulmuşdur. - Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş Siyahıda 1.17-ci bənddə Rayon (şəhər) X2 icraiyyə komitəsinə münasibətdə konkret sovet sosialist dövlət qurumunun (Azərbaycan SSR) qeyd olunmaması ümumi SSRİ ərazisindəki icraiyyə komitələri kimi nəzərdə tutula bilər.

35. İddiaçı pensiyasının qüvvədən düşmüş “Dövlət qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq yenidən hesablanmalı qənaətindədir.

36. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184- İİİQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci il № 462-İİİQD Qanununun XVİİ hissəsinə əsasən, “Dövlət qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədən düşmüş hesab edilmişdir.

37. Qüvvədən düşmüş “Dövlət qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunundan: 6.1. Pensiya dövlət qulluğunda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət illərindən asılı olaraq aşağıdakı miqdarda təyin edilir: 6.1.1. dövlət qulluğu vəzifəsində azı 5 il qulluq stajı olan şəxsə onun dövlət məvacibinin 45 faizi miqdarında; 6.1.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 2 faizi miqdarında əlavə olunmaqla;

38. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi olan dövrlərdə (5 il 5 ay) Saratov vilayət İcraiyyə Komitəsinin Sosial təminat şöbəsində mühasib-müfəttiş və böyük mühasib-müfəttiş vəzifələrində işlədiyi müddət dövlət qulluğu stajı kimi nəzərə alınmalıdır.

39. Məhkəmə qeyd edir ki, pensiyanın ödənilməsi qaydası qanunvericiliklə müəyyənləşdirildiyindən iddiaçının tələb etdiyi birdəfəlik ödəmənin həyata keçirilməsi qanunamüvafiq deyildir.

40. “Əmək pensiyaları haqqında" Qanundan: Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (xx.xx.2017-ci ilə qədər olan redaksiya). Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (xx.xx.2017-ci ildən qüvvəyə minmiş redaksiya).

41. Məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. İddiaçı cavabdeh orqana dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi barədə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.

42. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xx.xx.2020-ci il tarixdən dövlət qulluqçusu kimi pensiya təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəzərə alınmalıdır ki, ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

43. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

44. Göstərilənlərə əsasən və İPM-in 2.3, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı 1977-1982-ci illərdə (ümumi 5 il 5 ay staj) Saratov vilayət İcraiyyə Komitəsinin Sosial Təminat şöbəsində mühasib-müfəttiş və böyük mühasib-müfəttiş vəzifələrində işlədiyi müddətin dövlət qulluğu stajı kimi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2020-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar