Məhkəmə qərarları › İş №2-1(112)-81/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-81/2020

14.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-81/2020 14.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsinin hakimi Miminat Tacıb qızı Hacıbəyоva İddiaçı BOKT ASC-nin cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı X7, X6, X8 üçüncü şəxslər qismində cəlb edilməklə “Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospektində yerləşən 18 saylı binanın 69 saylı mənzilinin X2 adına hüquqi qeydiyyata alınmasının ləğv olunması və onun adına verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışın etibarsız hesab olunması, tərəflərin əvvəlki vəziyyətlərinə qaytarılaraq əmlak üzərində İddiaçı BOKT ASC-nin ipoteka hüququnun bərpa edilməsi” barədə iddia ərizəsinin baxılmamış saxlanmasına dair iddiaçının ərizəsinə məhkəmənin binasında baхaraq, müəyyən еtdi: İddiaçı BOKT ASC cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı X7, X6, X8 üçüncü şəxslər qismində cəlb edilməklə “Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospektində yerləşən 18 saylı binanın 69 saylı mənzilinin X2 adına hüquqi qeydiyyata alınmasının ləğv olunması və onun adına verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışın etibarsız hesab olunması, tərəflərin əvvəlki vəziyyətlərinə qaytarılaraq əmlak üzərində İddiaçı BOKT ASC-nin ipoteka hüququnun bərpa edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)8752/2019 saylı qətnaməsi ilə X3 “X1” MMCə qarşı iddiasının təmin edildiyi və həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-623/2020 saylı qərarı ilə qüvvədə saxlanıldığı üçün hazırkı inzibati işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçının ərizəsi təmin olunmalıdır. Belə ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 1116/2019 nömrəli qətnaməsinə əsasən, iddiaçı X3 cavabdehlər “X1” MMC-yə, Nəsimi rayon İcra və Probasiya Xidmətinə”, Qiymətləndirmə Xidməti Mərkəzi 2” MMC-yə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, maraqlı şəxs X4 və "xxxx" ASC-yə qarşı “hərracın, onun nəticəsi haqqında tərtib edilmiş 285 saylı protokolun və onların nəticələrinin, QR-1041 saylı qiymətləndirmərəyinin etibarsız hesab olunması, əmlak üzərinə qoyulmuş həbsin götürülməsi və siyahıdan çıxarılması”, həmçinin, xüsusi qərar çıxarılması barədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-1116/2019 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-1116/2019 nömrəli qətnaməsinin təsviri hissəsində buraxılmış yanlışlığın aradan qaldırılması və qətnamənin təsviri hissəsinin 6-cı abzasının 2-ci sətrində “iddia tələbinin rədd edilməsi” sözünün “iddia tələbinin təmin edilməsi” sözü kimi oxunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova, F.Babayev) xx.xx.2019-cu il tarixli, 2(103)-8752/2019 nömrəli qətnaməsi ilə iddiaçı X7 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 1116/2019 nömrəli qətnaməsinin ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, iddia tələblərinin qismən təmin edilərək (tələbin bir hissəsi üzrə icraata xitam verilmiş olduğu nəzərə alınmaqla), Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 18 saylı binanın 69 saylı mənzilinin qiymətləndirilməsi barədə "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, QR-1041 saylı rəyinin həmin mənzilin açıq hərracdan satılması ilə bağlı “X1" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin, o cümlədən hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli, 285 saylı Protokolun və mənzilə dair X2 adına xx.xx.2018-ci ıl tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət haqqı ilə birlikdə) əvəzi qismində 15.80 manatın “X1” MMC-dən tutularaq X5 verilməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-623/2020 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.4-cü maddələrinə əsasən məhkəmə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 1-ci maddəsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-cu, 260-cı, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı BOKT ASC cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı X7, X6, X8 üçüncü şəxslər qismində cəlb edilməklə “Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospektində yerləşən 18 saylı binanın 69 saylı mənzilinin X2 adına hüquqi qeydiyyata alınmasının ləğv olunması və onun adına verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışın etibarsız hesab olunması, tərəflərin əvvəlki vəziyyətlərinə qaytarılaraq əmlak üzərində İddiaçı BOKT ASC-nin ipoteka hüququnun bərpa edilməsi” barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydadatəqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə)şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar