Məhkəmə qərarları › İş №2-1(112)-8100/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8100/2021

27.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8100/2021 27.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh artıq ödənilmiş 19547,33 manat pensiya məbləğinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar cavabdehə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) asfalt-beton döşəyənlər vəzifəsi nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə cavabdehə pensiya təyin edilərkən təqdim olunan sənədlərdə qeyd olunan məlumatlara əsasən 01.10.1997-08.11.2013-cü il tarixləri arasındakı dövrlər ərzində “Azərdənizneftinşaat” trestində və “Neftqaztikinti” trestində asfaltbetonçu və asfaltdöşəyən vəzifəsində işlədiyi müəyyən edilmişdir. Cavabdehin işlədiyi asfaltbetonçu və asfaltdöşəyən vəzifələri isə yuxarıda qeyd olunan asfalt-beton döşəyənlər vəzifəsinə aid deyil. Bu səbəbdən də cavabdehin 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı yoxdur. Göründüyü kimi ona 08.11.2013-cü il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Fondun Daxili nəzarət departamenti tərəfindən cavabdehə 08.11.2013-30.11.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 19547,33 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi barədə cavabdehə tərəflərindən 01.03.2021-ci il tarixli, **********8 nömrəli məktubla müraciət edilmiş, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının tələbini qəbul etmir, həmin iddianı əsassız və qanunsuz hesab edir. Öz etirazını isə onunla əsaslandırır ki, iddiaçının istinad etdiyi “Əmək pensiyaları haqqında” AR Qanununun 39.1-ci maddəsinə düzgün istinad olunmamış və iddiaçı öz tələbində özü-özünü təkzib edir. Belə ki, iddiaçı qeyd edir ki, cavabdehə 08.11.2013-cü ildə DSMF-nin Qaradağ rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq pensiya təyin edilib, buna görə də onun aldığı bütün pensiyanı, yəni 19547,33 AZN geri tələb edirlər. Belə olan halda cavabdehə ödənilən pensiyanın hansı hissəsi artıq, hansı hissəsinin düzgün ödənilməsi başa düşülən deyil. Əgər iddiaçı hesab edirsə ki, cavabdehə pensiya ümumiyyətlə qanunsuz təyin olunub, onda istinad etdiyi maddə bu münasibətləri tənzimləmir, qanuni təyin olunmuş, lakin hansısa səbəbdən artıq ödənilmiş pulun qaytarılmasını ehtiva edir. “Əmək pensiyaları haqqında” AR Qanununun 39.2-ci maddəsinə nəzər saldıqda yuxarıda qeyd edilənləri görmək olar. Həmin maddədə yazılmışdır ki, bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, əmək pensiyaçısına ödənilməli olan məbləğin 20 faizindən artıq ola bilməz. 39.3-cü maddəsinə görə bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4-cü maddəsinə borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Cavabdehin işi üzrə iddiaçı artıq ödəməni mübahisələndirmir, ümumiyyətlə ona pensiyanın düzgün tətbiq olunmamasını mübahisələndirir. İddianın cavabdehə təyin olunmuş pensiyanı dayandırmasına görə onun tərəfindən inzibati orqanın qanunsuz hərəkətləri məhkəmə qaydasında mübahisələndirilmiş və Bakı İnzibati Məhkəməsinin 28.07.2021-ci il tarixli qərarı ilə məsələyə hüquqi qiymət verilmiş, ona təyin olunmuş pensiya qanuni hesab edilmiş, pensiyanın ödənilməsinin bərpa edilməsi vəzifəsi DSMFnin Xüsusi Şərtlərlə Təyinat X4 həvalə edilmişdir. Cavabdeh hesab edir ki, Dövlət Sosial Müdafiə X3 Departamentinin ona 7 il əvvəl təyin edilmiş pensiyanı ləğv etmək səlahiyyəti və subyektiv hüququ yoxdur. DSMF-nin pensiya təyin edən xüsusi komissiyası onun sənədlərini yoxlayaraq komissiyon qaydada onlara qiymət verdikdən sonra cavabdehə qanuni əsaslarla pensiya təyin etmişdir. O, hər hansı saxtakarlıq və qanunsuz davranışlara yol verməmişdir ki, pensiyası ləğv olunur və ona qarşı 19547,33 AZN pul tutulması tətbiq olunur. Qanunun tələblərinə görə inzibati orqanın 7 ildən sonra ödənilmiş pensiyanı geri qaytarmaq səlahiyyəti yoxdur, qanunda yalnız 1 ay ərzində artıq ödənilmiş və ya səhv ödənilmiş pulun dövlət büdcəsinə qaytarılması qanunda nəzərdə tutulmuşdur. Bu da o halda olur ki, bu cür nöqsan vətəndaşın saxta sənədlər təqdim etməsi əsasında və ya hər hansı texniki səhv əsasında baş vermiş olsun. Əgər hər hansı əməkdaşının nöqsanı səbəbindən baş vermişsə, onda cəza tədbirləri də həmin əməkdaşa yönəldilməlidir, əməkdaşın qanunsuz hərəkətlərinə görə vətəndaş məsuliyyət daşımır. Göründüyü kimi cavabdehə qanunun tələblərinə uyğun olaraq pensiya təyin olunmuş və ödənilmişdir. DSMF-nin cavabdehə qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması”na dair iddia tələbi qanunsuz və əsassızdır. Cavabdeh mübahisənin yaranmasına və işin faktiki hallarına aydınlıq gətirərək qeyd etmək istəyir ki, o, Cavabdeh xx.xx.1961-ci il tarixdə doğulmuş, 01.02.1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 01.10.1997-ci il tarixdən 05.11.2014-cü il tarixədək (17 il 01 ay 04 gün) zərərli peşədə (asfaltbetonçu) işləmiş və qanunamüvafiq olaraq pensiya hüququ qazanıb 24.12.2014-cü ildən güzəştli şərtlərlə pensiyaya çıxmışdır. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********8 nömrəli, 01 mart 2021-ci il tarixli məktubu ilə qanunsuz və əsassız olaraq onun güzəştli iş stajının olmaması və DSMF-nin Qaradağ rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq ona 05.11.2014-cü ildə əmək pensiyasının təyin olunması və 19547,33 manat ona artıq pul ödənilməsi bildirilərək geri qaytarması tələb olunur. İddiaçı mövqeyini onunla əsaslandırmışdır ki, onun 01.10.1997-08.11.2013-cü illərdə işləmiş olduğu asfaltbetonçu və asfaltdöşəyən peşələri güzəştli peşə hesab olunan asfalt-beton döşəyən peşəsinə aid deyil və bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. İş stajı və zərərli peşədə çalışmağıyla bağlı məlumat verərək qeyd etmək istəyir ki, 01.02.1978-ci ildə Səhiyyə Nazirliyinin 4 saylı Birləşmiş Xəstəxanada xadimə işinə qəbul olunmaqla əmək fəaliyyətinə başlamış, 21.02.1980-ci ildə İxtisaslaşdırılmış remont tikinti idarəsində müxtəlif peşələrdə işləmiş və 01.10.1997-ci ildən 05.11.2014-cü ilədək “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində “Asfalt-betonçu” zərərli peşəsində işləmiş və 24.12.2014-cü il tarixdən güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin 08.01.2015-ci ildən hal-hazıradək həmin idarədə yardımçı fəhlə kimi əmək fəaliyyətini davam etdirir. Zərərli fəhlə peşəsində işlədiyi dövrlər 01.10.1997-05.11.2014-cü illərə təsadüf edir. Belə ki, 1) 01.10.1997-01.06.1998-ci ilədək Səngəçal 2 nömrəli sahədə 2-ci dərəcə üzrə asfaltdöşəyən, 2) 01.06.1998-01.01.2000-ci illərdə Səngəçal 5 nömrəli sahədə 3-cü dərəcəli asfaltdöşəyən, 3) 01.01.2000-ci ildə idarənin adı dəyişdirilərək 6 nömrəli Təmir tikinti quraşdırma idarəsi adlanmış, 4) 01.05.2001-01.06.2001-ci illərdə “Azərdənizneftinşaat” Tresti 3-cü dərəcəli asfaltdöşəyən, 5) 01.06.2001-01.08.2002-ci illərdə həmin Trestdə 3-cü dərəcəli asfaltdöşəyən, 6) 01.08.2002-ci ildə həmin idarədə 4cü dərəcəli asfaltdöşəyən, 7) 14.03.2007-23.05.2008-ci illərdə ARDNŞ “Neftqaztikinti” Tresti 5 saylı Tikinti quraşdırma idarəsi olub, 8) 26.05.2008-04.11.2014-ci illərdə “Neftqaztikinti” Tresti Yol Tikinti Təmiri İdarəsi “Asfalt-betonçu” peşəsi olub, 9) 08.01.2015ci ildən hal-hazıradək həmin idarədə yardımçı fəhlə işləyir. Göründüyü kimi onun 52 yaşdan güzəştli şərtlə pensiya təyin edə bilmək üçün tələb olunan 10 ildən artıq (17 il 01 ay 04 gün) xüsusi stajı vardır, işlədiyi zərərli fəhlə peşəsi “asfaltdöşəyən” və “asfaltbetonçu” adlandırılsa da, eyni idarədə, zərərli işlə bağlı eyni peşədə işləmişdir. Buna görə də işlədiyi zərərli peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (29, “A” bəndində) zərərli sahə kimi təsbit edilmişdir. Odur ki, onun xüsusi stajı 10 ildən çox olmaqla 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün bütün qanuni əsaslar mövcuddur. Ona, 24.12.2014-cü il tarixində DSMF-nin əmək pensiyası təyin edən xüsusi komissiyası tərəfindən pensiya işi açılmış, sənədlərin yoxlanılması həyata keçirilərkən belə bir sual meydana çıxmışdı ki, onun əmək kitabçasına asfaltbetonçu və asfaltdöşəyən kimi qeyd olunmuş peşələrdə işləməyi və 26.05.2008-ci ildən idarədə struktur islahatlarından sonra asfalt-betonçu kimi qeyd olunan peşələri eyni peşə və işdir, ya yox? Bu suala cavab vermək üçün həmin dövrdə xüsusi bilikləri olan şəxslərin rəyi və onun işlədiyi idarədən alınmış arayış əsasında müəyyən edilmişdir ki, 01.10.1997-ci ildən işlədiyi zərərli peşənin adı müxtəlif cür göstərilsə də, o, eyni idarədə və bir işdə işləmiş və həmin peşə zərərli sahəyə daxil olub, bu səbəbdən əmək haqqına ayda 8 % artıq ödəniş olunmuş, süd və s. qida məhsulları ona zərərli işə görə verilmişdir. Bununla da, struktur islahatları nəticəsində işlədiyi ARDNŞ-nin adı SOCAR olmaqla, eləcə də həmin şirkətin nəzdində Trest və İdarələrin adı bir neçə dəfə dəyişməklə idarənin və peşəsinin adı əmək kitabçasına müxtəlif cür yazılmışdır, lakin o, eyni bir peşədə və işdə “Asfalt-betonçü” peşəsində işləmiş, sadəcə dərəcəsi 2-4-cü dərəcələrə qədər artırılmışdır. Qeyd olunanların sübutu kimi göstərə bilər ki, asfaltdöşəyən fəhlə peşəsi ümumiyyətlə fəhlə peşə adlarını müəyyən edən vahid tarif-ixtisas sorğu kitabçasında yoxdur, işlədiyi peşənin adı köhnə sənədlərdə həmin idarədə formalaşmış inzibati praktikaya uyğun olaraq belə göstərilmiş, 2008-ci ildə “Asfalt-betonçu” göstərilməklə peşənin adını normativ xarakterli sənədlərdə qeyd olunan kimi yazmışlar. Belə ki, əvvəllər fəhlə peşələri SSRİ Dövlət əmək və sosial məsələlər Komitəsinin 17.07.1985-ci il tarixli 226/125-15-88 nömrəli qərarı ilə təsdiq olunmuş fəhlə peşələrinin vahid tarif-ixtisas Sorğu kitabçasına əsasən aparılmış və həmin qərardan tərcümələr qeyridəqiq olmaqla tətbiq olunduğundan bu cür halların baş verdiyini düşünür. Fəhlə peşələri və işlərinin Vahid tarif-ixtisas sorğu kitabçasının, “Tikinti, quraşdırma və tarif-tikinti” bölməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci il 93 №-li “Fəhlə peşələri və qulluqçu vəzifələrinin ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin Vahid tarif-ixtisas sorğu kitabçalarının işlənib hazırlanması haqqında” Qərarının icrası ilə əlaqədar olaraq hazırlanmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 mart 1997-ci il tarixli 16-4/1 nömrəli kollegiya qəran ilə təsdiq edilmişdir. Həmin “Tikinti, quraşdırma və təmir-tikinti işləri bölməsi üzrə fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası” 3-cü Hissə Təmir, quraşdırma və təmir-tikinti işləri bölməsində “Asfalt-betonçu” fəhlə peşəsi göstərilmişdir (asfaltdöşəyən peşəsi yoxdur). Məhz bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda onun əmək kitabçasında qeyd olunmuş asfaltdöşəyən peşəsi göstərilməmiş, çünki həmin fəhlə peşəsi Vahid tarif-ixtisas sorğu kitabçasında mövcud olmamışdır. Buradan da görünür ki, onun işlədiyi “Asfalt-betonçu” peşəsi elə asfaltdöşəyən fəhlə peşəsi ilə eynidir. Deməli, DSMF-nin buna əsaslanaraq onun pensiyasını dayandırması və ödənilmiş pensiyanın geri qaytarılması ilə bağlı tələbləri qanunsuzdur və buna da artıq Bakı İnzibati Məhkəməsi 28.07.2021-ci il tarixli Qərarı ilə hüquqi qiymət vermişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “artıq ödənilmiş pensiya məbləğinin ödənilməsi” barədə iddia tələbinin qanunsuz və əsassız olduğundan rədd olunması barədə qərar çıxarılması xahiş edilir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş iddiaçı orqan tərəfindən Cavabdeh 30.12.2020-ci il tarixli ərizəsinə cavab olaraq ünvanlanmış məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırılır ki, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikasə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) asfalt-beton döşəyənlər vəzifəsi nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə sizə pensiya təyin edilərkən təqdim olunan sənədlərdə qeyd olunan məlumatlara əsasən 01.10.1997-08.11.2013-cü il tarixləri arasındakı dövrlər ərzində “Azərdənizneftinşaat” trestində və “Neftqaztikinti” trestində asfaltbetonçu və asfaltdöşəyən vəzifəsində işlədiyiniz müəyyən edilmişdir. Sizin işlədiyiniz asfaltbetonçu və asfaltdöşəyən vəzifələri isə yuxarıda qeyd olunan asfalt-beton döşəyənlər vəzifəsinə aid deyil. Bu səbəbdən də sizin 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajınız yoxdur. Göründüyü kimi sizə 08.11.2013-cü il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə X3 departamenti tərəfindən sizə 08.11.2013-30.11.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 19547,33 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq sizə artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarmağınız xahiş edilir. Əks halda sizə artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir. İşin hallarından müəyyən olunur ki, iddiaçı Cavabdeh 08.11.2013-cü il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və həmin tarixdən ödənilmişdir. Hazırkı iddia üzrə iddiaçı qismində çıxış edən inzibati orqan cavabdehin pensiya təyin edilməsi üçün güzəştli iş stajına malik olmadığı halda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyini, buna görə də 08.11.2013-30.11.2020-ci il tarixləri arasında 19547,33 manat artıq pul ödənildiyini bildirərək həmin məbləğin geri qaytarılmasını məhkəmə qaydasında tələb edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qeyd olunan normaların tələblərinə görə sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati hüquq münasibətləri idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri olaraq dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanın vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. İnzibati məhkəmə icraatı da məhz inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərindən biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, sözügedən normada söhbət aşkar surətdə təkcə vətəndaşın inzibati orqana qarşı iddia qaldıra bilməsindən deyil, ümumi olaraq əmlak tələbinə dair iddialardan gedir ki, bunlar da həm vətəndaşlar, həm də inzibati orqanlar tərəfindən qaldırıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, pensiya ödənişləri ilə bağlı münasibətlər publik hüquq münasibətlərindən irəli gəldiyindən, tərəflər arasında mülki hüquqdan irəli gələn münasibətlər olmadığından, artıq ödənilmiş pensiya ödənişinin geri qaytarılması ilə bağlı tələb inzibati mübahisənin həlli ilə əlaqədar əmlak tələbi olmaqla iddiaçı inzibati orqan düzgün olaraq inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmışdır. İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia mahiyyət üzrə əsassızdır. Məhkəmə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)- 5486/2021 saylı inzibati iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçı Cavabdeh 08.11.2013-cü il tarixdən, yəni 52 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsini dayandırmış və 19547,33 manat artıq pul ödənildiyini bildirərək məbləğin geri qaytarılmasını tələb etmişdir. Həmin iş üzrə iddiaçı Cavabdeh ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının cavabdeh tərəfindən ödənilməsinin bərpa edilməsini inzibati məhkəmə icraatında mübahisələndirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5486/2021 saylı, 28 iyul 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsinin bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X4 həvalə edilmişdir. Məhkəmə qeyd edir ki, adı çəkilən 2-1(112)-5486/2021 saylı iş üzrə iddiaçı qismində çıxış edən Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından dayandırılmış əmək pensiyasının bərpasını, hazırkı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı isə Cavabdeh artıq ödənilmiş pensiya məbləğinin qaytarılmasını inzibati məhkəmə icraatında tələb etsələr də, hər iki iş üzrə iddianın əsası eyni faktiki-hüquqi əsasa - Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün güzəştli iş stajına malik olmaması ilə bağlı pensiya təyinatını aparan orqanın - Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının gətirdiyi əsasa söykənir. Beləliklə, inzibati orqanın iddiaçı olduğu hazıkı iş üzrə inzibati orqan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsini dayandırdığı vaxta qədər ödəmiş olduğu pensiya məbləğinin geri qaytarılmasını tələb etdiyi halda, fiziki şəxsin iddiaçı olduğu iddia üzrə iddiaçı pensiya dayandırılmasının qanunsuzluğunu mübahisələndirməklə pensiya ödənişinin dayandırıldığı vaxtdan bərpasını tələb etmiş və hər iki iddia üzrə mübahisəli məqam Cavabdeh işləmiş olduğu asfaltbetonçu və asfaltdöşəyən peşələrinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda qeyd edilmiş asfalt-beton döşəyənlər vəzifəsinə aid olmaması, bu əsasdan sonuncunun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən güzəştli iş stajının olmaması ilə bağlı olmuşdur. Məhkəmə eyni faktiki-hüquqi əsasa söykəndiyindən 2-1(112)-5486/2021 saylı iş üzrə əldə edilmiş sübut və dəlillərin hazırkı inzibati iş üzrə də qəbul edilməsini mümkün hesab edir. Belə ki, adıçəkilən 2-1(112)-5486/2021 saylı inzibati iş üzrə əldə edilmiş sübutlar aşağıdakılardan ibarət olmuşdur: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Cavabdeh xx.xx.1961-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. - 02.02.1978-ci il tarixli əmək kitabçasının surətinə əsasən Cavabdeh 4 nömrəli Birləşmiş Xəstəxanada 01.02.1978-ci ildə xəstə bacısı vəzifəsinə təyin edilmiş, 01.09.1978-ci ildə tutduğu vəzifədən azad edilmişdir. 21.02.1980-ci ildə İxtisaslaşmış Təmir Tikinti İdarəsi № 5 “İxtisaslaşmış Təmir Tikinti” Trestində katib-makinaçı vəzifəsinə təyin edilmiş, 01.07.1987-ci ildə SRSU-5 ilə birləşməsi nəticəsində SRSU-3-ün genişləndirilməsi ilə əlaqədar olaraq SRSU-3-ə köçürülmüşdür, Xüsusi Trest, Xəzər Dəniz Tikintisi, vəzifəsi: köməkçi işçi, OTM, 01.03.1989-cu ildə dərəcə olmadan köməkçi işçi vəzifəsinə köçürülmüşdür. 01.10.1997-ci ildə Səngəçal 2 №li sahədə ikinci dərəcəli asfaltdöşəyən peşəsinə keçirilmiş, 01.06.1998-ci ildə Səngəçal 5 nömrəli sahədə 3-cü dərəcəli asfaltdöşəyən peşəsinə keçirilmiş, 01.01.2000-ci ildə idarənin adı dəyişdirilərək 6 nömrəli Təmir Tikinti quraşdırma idarəsi adlanmış, 01.05.2001-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 01.05.2001-ci ildə “Azərdənizneftinşaat” Trestinin 2 №li İTQTF-də 3-cü dərəcəli asfaltdöşəyən peşəsinə işə qəbul edilmiş, 01.06.2001-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 01.06.2001-ci ildə “ARDNİ” Tresti 1 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir Filialında 3-cü dərəcəli asfaltdöşəyən sənətinə qəbul edilmiş, 01.08.2002-ci ildə 4-cü dərəcəli asfaltdöşəyən sənəti verilmiş, 14.03.2007-ci ildə “ARDNİ” Trestinin 1 saylı İTQ və TF-ı “Neftqaztikinti” trestinin 5 saylı Tikinti quraşdırma idarəsi adlandırılmış, 23.05.2008-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 26.05.2008-ci ildə “Neftqaztikinti” tresti Yol Tikinti Təmir İdarəsində asfalt-betonçu peşəsinə işə qəbul edilmiş, 04.11.2014-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 05.11.2014-cü ildə “Neftqaztikinti” tresti 5 saylı Tikinti Quraşdırma İdarəsində 1 saylı tikinti quraşdırma sahəsinə asfaltbetonçu peşəsinə işə qəbul edilmiş, 08.01.2015-ci ildə Asfaltbeton istehsalı sahəsinə yardımçı fəhlə peşəsinə keçirilmiş, 07.08.2015-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 10.08.2015-ci ildə Asfaltbeton istehsalı sahəsinə 700-2 (iki) olmaqla yardımçı fəhlə peşəsinə işə qəbul edilmiş və hal-hazıradək orada işləyir. - Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın “Neftqaztikinti” trestinin 26.04.2021-ci il tarixli, SOCAR**********30490075X00173 nömrəli məktubunda bildirilmişdir ki, Cavabdeh hal-hazırda “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma bölümünün 2 saylı tikinti quraşdırma sahəsində yardımçı fəhlə peşəsində çalışır. Sorğunuzda göstərilənlərə dair bildirilir ki: - Tikinti, quraşdırma və təmir-tikinti işləri bölməsi üzrə “Fəhlə peşələri üzrə işlərin vahid tarif-ixtisas sorğu kitabçası”nda (VTİSK-3) asfaltdöşəyən peşəsi öz əksini tapmır, asfaltbeton döşəyən peşəsinin isə asfalt beton kütləsi yayan maşının maşinisti olduğu 3 saylı VTİSK-da rus dilindən tərcümə kimi göstərilmişdir. - “Neftqaztikinti” trestində yardımçı fəhlə peşəsinə qədər Cavabdeh asfalt-betonçu peşəsində çalışmışdır. Bu peşə üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.07.2004-cü il tarixli 92 nömrəli Qərarına əsasən “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda əks olduğu üçün 6 təqvim günü əlavə məzuniyyət verilmişdir. - Cavabdeh 01.06.2001-ci il tarixindən 01.08.2015-ci il tarixinədək asfaltdöşəyən (asfalt beton döşəyən) və asfalt-betonçu peşələrində işlədiyi müddətdə, iş yerlərinin attestasiyasının nəticələri nəzərə alınaraq, əmək şəraitinin ağır və zərərlilik səviyyəsindən asılı olaraq əmək haqqına 1.08 miqdarında (8%) artım əmsalı tətbiq edilmişdir. - Asfaltdöşəyən (asfalt beton döşəyən) və asfalt-betonçu peşələri oxşar işlərin icrası ilə məşğul olan peşələrə aiddir, gördükləri işlər də əsasən örtük materiallarını əl və mexanikləşdirilmiş üsulla düzməklə, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan olan yol və meydan örtüklərinin profilləşdirilməsi və bəzəyi, asfaltlaşdırmadan əvvəl düzəldiləcək zolağın bölgüsü, katok ilə asfalt örtüyünün yayılması, katok altında sıxlaşdırılan (bərkidilən) döşənən materialı vərdənə (katok) ilə sıxlaşdırmaqdan öncə onun qatının qalınlığının tənzimlənməsi, asfaltdöşəyənin qarışığı döşəməsindən sonra, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan olan örtüklərdə sonuncu bəzək işlərinin aparılması və sair bu kimi oxşar işlər yerinə yetirilir. Həmin məktuba əlavə edilmiş SOCAR-ın “Neftqaztikinti” trestinin 23.04.2021-ci il tarixli, SOCAR**********80020123X00118 nömrəli arayışında göstərilmişdir ki, verilir xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh ondan ötrü ki, o, həqiqətən 01.10.1997-ci il tarixində (əmr № 81/a, 20.10.1997-ci il) “Azərdənizneftinşaat" trestinin 3 saylı İxtisaslaşmış Təmir Tikinti İdarəsinə 2 nömrəli sahəyə 2-ci dərəcəli asfaltdöşəyən peşəsinə işə qəbul edilib. 01.06.1998-ci il tarixində (əmr № 47/a, 25.06.1998-ci il) 5 nömrəli sahəyə 3-cü dərəcəli asfaltdöşəyən peşəsinə keçirilib. 01.05.2001-ci il tarixində (əmr № 15-k, 01.05.2001-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 3 il 7 ay (üç il yeddi ay) təşkil edir. Cavabdeh 01.05.2001-ci il tarixində (əmr № 01-k, 24.05.2001-ci il) “Azərdənizneftinşaat” trestinin 2 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir Filialına 3cü dərəcəli asfaltdöşəyən peşəsinə işə qəbul edilib. 01.06.2001-ci il tarixində (əmr № 49-k, 30.04.2001-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 1 ay (bir ay) təşkil edir. Cavabdeh 01.06.2001-ci il tarixində (əmr № 06-k, 01.06.2001-ci il) “Azərdənizneftinşaat” trestinin 1 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir Filialına 3cü dərəcəli asfaltdöşəyən peşəsinə işə qəbul edilib. 01.08.2002-ci il tarixində (əmr № 35/k, 01.08.2002-ci il) 4-cü dərəcəli asfaltdöşəyən peşəsinə keçirilib. 23.05.2008-ci il tarixində (əmr № 71-k, 23.05.2008-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 6 il 11 ay 22 gün (altı il on bir ay iyirmi iki gün) təşkil edir. “Azərdənizneftinşaat” tresti və onun struktur bölmələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1 və 56.2-ci maddələrinə uyğun olaraq yenidən təşkil olunaraq SOCAR-ın “Neftqaztikinti” trestinin tərkibinə verilib. SOCAR-ın 14.03.2007-ci il tarixli 61 nömrəli əmrinə əsasən “Azərdənizneftinşaat” trestinin 1 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir filialının adı dəyışdirilərək “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsi adlandırılıb. Cavabdeh 26.05.2008-ci il tarixində (əmr № 23-k, 26.05.2008-ci il) “Neftqaztikinti” trestinin Yol Tikinti Təmir İdarəsinə 4-cü dərəcəli asfaltbetonçu peşəsinə işə qəbul edilib. 04.11.2014-cü il tarixində (əmr № 259-k, 04.11.2014-cü il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 6 il 5 ay 8 gün (altı il beş ay səkkiz gün) təşkil edir. Cavabdeh 05.11.2014-cü il tarixində (əmr № 244-k, 05.11.2014-cü il) “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsinin 1 saylı tikinti quraşdırma sahəsinə 4-cü dərəcəli asfaltbetonçu peşəsinə işə qəbul edilib, 08.01.2015-ci il tarixində (əmr № 04-k, 08.01.2015-ci il) Asfaltbeton İstehsalı sahəsinə 2-ci dərəcəli yardımçı fəhlə peşəsinə keçirilib. 07.08.2015-ci il tarixində (əmr № 201-k, 07.08.2015-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 9 ay 2 gün (doqquz ay iki gün) təşkil edir. Cavabdeh 10.08.2015-ci il tarixində (əmr № SOCAR/15-2500/03-10-000175, 10.08.2015-ci il) “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma bölümünün Asfaltbeton İstehsalı sahəsinə 2-ci dərəcəli yardımçı fəhlə peşəsinə işə qəbul edilib və hal-hazıradək bu peşədə işləyir. Əmək stajı 5 il 8 ay 13 gün (beş il səkkiz ay on üç gün) təşkil edir. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu maddəsinə (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri), həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının (hazırda qüvvədən düşmüş) 27-ci maddəsinə (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri), fəhlələr bəndinin (a) 2290000a-11140) əsasən zərərli şəraitdə asfaltbetonçu peşəsi üzrə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ yaradır. Cavabdeh asfaltdöşəyən peşəsi üzrə iş stajı 10 il 7 ay 22 gün (on il yeddi ay iyirmi iki gün), asfaltbetonçu peşəsi üzrə iş stajı 6 il 7 ay 10 gün (altı il yeddi ay on gün), yardımçı fəhlə peşəsi üzrə iş stajı 6 il 3 ay 13 gün (altı il üç ay on üç gün) təşkil edir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin müdiri M.Abasov imzalı və möhür ilə təsdiq edilmiş 11.09.2015-ci il tarixli asfaltbetonçu 3-cü dərəcəli peşə təlimatında işin xüsusiyyəti kimi asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan yol örtüyünün düzəldilməsi və təmirində ən sadə işlərin yerinə yetirilməsi göstərilmişdir. İş nümunələri: əl paylaşdırıcısının köməyi ilə özüllərin qara büzücü materiallarla emal edilməsi. Dayaqlı tirlərin (brusların) qurulması. Asfaltbeton qarışığı və isti və soyuq vəziyyətdə qara büzücü maddələrlə emal edilmiş materialların əl ilə verilməsi və yerləşdirilməsi. Nümunələrin kəsilib çıxarılması və yarılmış yerin üstünün örtülməsi. Asfaltbeton örtüyünün çatlarının təmizlənməsi və üstünün örtülməsi. Əl və asfaltqızdırıcı və ya təmiredici qurğulardan istifadə etməklə, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan örtüklərin kiçik təmiri. Asfaltbeton örtüyün və qara büzücü maddələrlə emal edilən materiallardan örtüyün mexanikləşdirilmiş alətlərlə sökülmə və çapılması. Örtükaltı özüllərin düzəldilməsi. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin 11.09.2015-ci il tarixli Asfaltbetonçu 4-cü dərəcəli peşə təlimatında işin xüsusiyyəti kimi asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan yol örtüyünün düzəldilməsi və təmirində orta mürəkkəbli işlərin yerinə yetirilməsi göstərilmişdir. İş nümunələri: Mayak və mayak reykalarını qurmaqla, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan yol örtüyünün profilləməsi və bəzəyi. Asfaltbeton və qara qarışıqla örtüyün çuxur təmiri. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin 11.09.2015-ci il tarixli Asfaltbetonçu 5-ci dərəcəli peşə təlimatında işin xüsusiyyəti kimi astaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan yol örtüyünün düzəldilməsi və təmirində mürəkkəb işlərin icrası göstərilmişdir. İş nümunələri: Örtük materiallarını əl və mexanikləşdirilmiş üsulla düzməklə, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan olan yol və meydan örtüklərinin profilləşdirilməsi və bəzəyi. Asfaltlaşdırmadan əvvəl düzəldiləcək zolağın bölgüsü. Katok altında sıxlaşdırılan (bərkidilən) döşənən materialı vərdənə (katok) ilə sıxlaşdırmaqdan öncə onun qatının qalınlığını tənzimləmək. Asfaltdöşəyənin qarışığı döşəməsindən sonra, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan olan örtüklərdə sonuncu bəzək işlərinin aparılması. Yüksək yapışma əmsallı xüsusi seçilmiş qarışıqlardan və rəngli asfaltbetondan olan örtüklərdə bəzək işlərinin aparılması. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin 01.09.2015-ci il tarixli Asfalt kütləsi bişirən 4-cü dərəcəli peşə təlimatında işin xüsusiyyəti kimi açıq tiyanlarda asfalt qarışıqlarının hazırlanması göstərilmişdir. İş nümunələri: Açıq tiyanlarda asfalt qarışıqlarının bişirilməsi. Elektrotermik üsulla qara büzücü materiallardan hazırlanması. Emulsiya qurğusunda bitum emulsiyasının hazırlanması. Sistern, bunker və yükünü özüboşaldan - vaqonlardan bitumun boşaldılması. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin 01.09.2015-ci il tarixli Asfalt kütləsi bişirən 5-ci dərəcəli peşə təlimatında işin xüsusiyyəti kimi səyyar qarışdırıcı qurğuda asfalt qarışıqlarının hazırlanması göstərilmişdir. İş nümunələri: Səyyar qarışdırıcı qurğularda asfalt qarışıqların hazırlanması. Tərkibli səthi-fəal əlavələrin hazırlanması. Rəngli asfalt qarışıqların hazırlanması. - İş materiallarında olan iddiaçının nümayəndəsi və vəkili X2 tərəfindən təqdim edilmiş SOCAR-ın “Neftqaztikinti" Trestinin 08.04.2021-ci il tarixli, SOCAR**********30490075X00125 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki, sizin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” trestinə ünvanladığınız 29.03.2021-ci il tarixli 116 nömrəli müraciətinizə Trest tərəfindən müvafiq qaydada baxılmışdır. Məktubda adıçəkilən Cavabdeh hal-hazırda “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma bölümünün 2 saylı tikinti quraşdırma sahəsində yardımçı fəhlə peşəsində çalışır. Sorğunuzda göstərilənlərə dair bildirilir ki, Tikinti, quraşdırma və təmirtikinti işləri bölməsi üzrə “Fəhlə peşələri üzrə işlərin vahid tarif-ixtisas sorğu kitabçası”nda (VTİSK-3) asfaltdöşəyən peşəsi əks olunmamış, asfalt beton döşəyən peşəsi göstərilmişdir. Asfaltdöşəyən (asfalt beton döşəyən) və asfalt-betonçu peşələri oxşar işlərin icrası ilə məşğul olan peşələrə aiddir, gördükləri işlər də əsasən örtük materiallarını əl və mexanikləşdirilmiş üsulla düzməklə, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan olan yol və meydan örtüklərinin profilləşdirilməsi və bəzəyi, asfaltlaşdırmadan əvvəl düzəldiləcək zolağın bölgüsü, katok ilə asfalt örtüyünün yayılması, katok altında sıxlaşdırılan (bərkidilən) döşənən materialı vərdənə (katok) ilə sıxlaşdırmaqdan öncə onun qatının qalınlığının tənzimlənməsi, asfaltdöşəyənin qarışığı döşəməsindən sonra, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan olan örtüklərdə sonuncu bəzək işlərinin aparılması və sair bu kimi oxşar işlər yerinə yetirilir. Həmin sorğuya əlavə edilmiş SOCAR-ın “Neftqaztikinti" trestinin 13.04.2021-ci il tarixli, SOCAR**********30490075X00129 nömrəli cavab məktubunda bildirilmişdir ki, sizin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” trestinə ünvanladığınız 29.03.2021-ci il tarixli 117 nömrəli müraciətinizə Trest tərəfindən müvafiq qaydada baxılmışdır. Sorğunuzla əlaqədar ətraflı araşdırma aparılmiş, arxiv sənədlərinə baxış keçirilmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, hal-hazırda "Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma bölümünün 2 saylı tikinti quraşdırma sahəsində yardımçı fəhlə peşəsində işləyən Cavabdeh 01,06.2001-ci il tarixindən 01.08.2015-ci il tarixinədək asfaltdöşəyən (asfalt beton döşəyən) və asfalt-betonçu peşələrində işlədiyi müddətdə, iş yerlərinin attestasiyasının nəticələri nəzərə alınaraq, əmək şəraitinin ağır və zərərlilik səviyyəsindən asılı olaraq əmək haqqına 1.08 miqdarında (8%) artım əmsalı tətbiq edilmişdir. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş iddiaçıya aid pensiya işinin surətindən görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən 24.12.2014-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işinə əlavə edilmiş “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsi tərəfindən verilmiş 13.11.2014-cü il tarixli arxiv arayışında göstərilmişdir ki, Cavabdeh “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsinin 244-k saylı, 05.11.2014-cü il tarixli əmri ilə 1 saylı tikinti quraşdırma sahəsinə asfaltbetonçu peşəsinə işə qəbul edilib. Hal-hazırkı tarixədək həmin sahədə asfaltbetonçu peşəsində çalışır. Cavabdeh 5 saylı Tikinti Quraşdırma İdarəsində ümumi əmək stajı 9 gün hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 29-cu bölməsinin “a” bəndinə əsasən asfaltbetonçu peşəsi güzəştli şərtlərlə pensiya hüququ verir. Pensiya işində olan “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsi tərəfindən verilmiş aydınlaşdırıcı arayışda göstərilmişdir ki, Cavabdeh həqiqətən “Azərdənizneftinşaat” Trestinin 1 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialında 01.06.2001-ci ildən (əmr 6/k 01.06.2001-ci il) 23.05.2008-ci ilədək (əmr 71/k 23.05.2008-ci il) 4-cü dərəcəli asfaltdöşəyən peşəsində işləmişdir. Asfaltdöşəyən peşəsində işləyən Cavabdeh işlədiyi peşə 2 saylı Siyahı üzrə səh. 190 XXVİİ bölməyə əsasən güzəştli peşə hesab edilir. Şifr 2290000a-11140. Asfaltdöşəyən və asfalt-betonçu peşəsi eyni peşədir. 14.03.2007-ci il tarixindən “Azərdənizneftinşaat” Trestinin 1 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialı “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsi adlandırılıb. “Neftqaztikinti” trestinin Yol Tikinti Təmir İdarəsinin 15.08.2014-cü il tarixli arxiv arayışında göstərilmişdir ki, Cavabdeh “Neftqaztikinti” trestinin Yol Tikinti Təmir İdarəsinin 23-k saylı, 26.05.2008-ci il tarixli əmri ilə 2 saylı sahəyə asfaltbetonçu peşəsinə işə qəbul edilib. Hal-hazırkı tarixədək həmin sahədə asfaltbetonçu peşəsində çalışır. Cavabdeh Yol Tikinti Təmir İdarəsində ümumi əmək stajı 5 (beş) il, 7 (yeddi) ay, 21 (iyirmi bir) gün hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bölməsinin "a" bəndinə əsasən asfaltbetonçu peşəsi güzəştli şərtlərlə pensiya hüququ verir. SOCAR-ın “Neftqaztikinti” trestinin 15.12.2014-cü il tarixli arxiv arayışında göstərilmişdir ki, Cavabdeh - 01.10.1997-ci il tarixində 20.10.1997-ci il tarixli 81 a nömrəli əmrə əsasən "Azərdənizneftinşaat" trestinin 3 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinin (İTTİ) 2 nömrəli sahəsinə (Səngəçal) 2-ci dərəcəli asfaltdöşəyən peşəsinə işə qəbul edilmişdir. "Azərdənizneftinşaat" trestinin 29.10.1999-cu il tarixli 93 nömrəli əmrinə əsasən 3 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi 6 saylı Təmir Tikinti Quraşdırma İdarəsi adlandırılmışdır. Cavabdeh - 01.05.2001-ci il tarixli 15/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏQM-nin 70-ci maddəsinin "a" bəndinə uyğun olaraq (idarənin ləğv edilməsi ilə əlaqədar) əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh - 24.05.2001-ci il tarixli 1/k nömrəli əmrə əsasən "Azərdənizneftinşaat" trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialına 3-cü dərəcəli asfaltdöşəyən peşəsinə işə qəbul edilmişdir. Cavabdeh - 01.06.2001-ci il tarixində "Azərdənizneftinşaat" trestinin 30.04.2001-ci il tarixli 49 nömrəli əmrinə əsasən Səngəçal sahəsi 1 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialına təhvil verildiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. Güzəştli şərtlərlə ümumi əmək stajı 03 il 06 ay 20 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu maddəsinin “a” bəndinə əsasən asfalt-beton döşəyənlər güzəştli şərtlərlə pensiya hüququ verir. Məhkəmə hesab edir ki, iddiaçı inzibati orqanın cavabdehə ödədiyi pensiya ödənişini dayandıraraq indiyədək ödənilmiş pensiya məbləğini artıq ödənilmiş pensiya kimi geri tələb etməkdə haqlı deyildir. Belə ki, cavabdehə pensiya təyin edilən zaman (01.07.2017-ci il tarixədək qüvvədə olmuş) qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin hallarından görünür ki, cavabdeh xx.xx.1961-ci il təvəllüdlü olmaqla 52 yaşını 08.11.2013-cü ildə tamamlamışdır. İddiaçının 52 yaşının tamam olduğu tarixə ümumi iş stajı 34 il 03 ay 19 gün təşkil etmişdir. İddiaçının əmək fəaliyyəti barədə əmək kitabçasındakı qeydlərdən və arxiv arayışlarından müəyyən olunur ki, o, 01.10.1997-ci ildən 23.05.2008-ci il tarixinədək asfaltdöşəyən peşəsində işləmişdir. Daha sonra Cavabdeh 26.05.2008-ci il tarixindən 08.01.2015-ci il tarixinədək asfaltbetonçu peşəsində çalışmışdır. İddiaçının asfaltdöşəyən və asfaltbetonçu peşələri üzrə işlədiyi dövr 52 yaşının tamam olduğu 08.11.2013-cü il tarixə ümumilikdə 16 il 01 ay 09 gün təşkil edir. İddiaçı inzibati orqan iddia tələbinin əsası kimi ona istinad etmişdir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) asfalt-beton döşəyənlər vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi asfaltbetonçu və asfaltdöşəyən peşələri adıçəkilən siyahıda qeyd edilmiş asfalt-beton döşəyənlər vəzifəsinə aid deyildir. Bu əsasdan iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən güzəştli iş stajı yoxdur. Məhkəmə iddiaçının qeyd edilən mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 mart 1997-ci il tarixli 16-4/1 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş “Tikinti, quraşdırma və təmir-tikinti işləri bölməsi üzrə fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası, Hissə - 3 “Tikinti, quraşdırma və təmir-tikinti işləri” bölməsinə daxil olan fəhlə peşə adlarının indiyə qədər fəaliyyətdə olan peşə adları ilə müqayisəsi və dərəcələr diapazonu”nda: -Asfaltbetonçu-Асфальтобетонщик; -Asfaltbetonçu-asfaltbişirən-Асфальтобетонщик варильщик; -Asfaltbeton döşəyən-Машинист укладчика асфальтобетона kimi tərcümə edilmiş və uyğunlaşdırılmışdır. Qeyd edilən Vahid tarif sorğu kitabçasının “Təmir, quraşdırma və təmir tikinti işləri” bölməsi üzrə asfaltbetonçu, asfaltbetonçu-asfaltbişirən və asfaltbeton döşəyən peşələri nəzərdə tutulmuş, asfaltdöşəyən peşəsi göstərilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində a) fəhlələr 2290000a-11140 kodu altında asfalt - betonçular; 2290000a-11141 asfalt beton bişirənlər; 2290000a-14288, asfalt-beton döşəyicilərin maşinistləri peşələri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda isə 29. “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində a) fəhlələr: asfalt-beton döşəyənlər, asfalt-beton bişirənlər, asfalt-beton döşəyicilərinin maşinistləri peşələri zərərli peşə kimi göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Pensiya işinin surətindən müəyyən olunur ki, cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən işlədiyi iş yerindən zərərli işə dair arayışlar təqdim edilmiş, həmin arayışlarda, eləcə də hazırkı iş üzrə məhkəmənin sorğusu ilə əldə edilmiş SOCARın “Neftqaztikinti” trestinin təqdim etdiyi arayışlarında iddiaçının işlədiyi asfaltdöşəyən peşəsinin asfalt beton döşəyən peşəsi olduğu, həmin peşə ilə asfalt-betonçu peşələrinin oxşar işlərin icrası ilə, yəni gördükləri işlərin əsasən örtük materiallarını əl və mexanikləşdirilmiş üsulla düzməklə, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan olan yol və meydan örtüklərinin profilləşdirilməsi və bəzəyi, asfaltlaşdırmadan əvvəl düzəldiləcək zolağın bölgüsü, katok ilə asfalt örtüyünün yayılması, katok altında sıxlaşdırılan (bərkidilən) döşənən materialı vərdənə (katok) ilə sıxlaşdırmaqdan öncə onun qatının qalınlığının tənzimlənməsi, asfaltdöşəyənin qarışığı döşəməsindən sonra, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan olan örtüklərdə sonuncu bəzək işlərinin aparılması kimi oxşar işlər yerinə yetirilməsindən ibarət olduğu göstərilmişdir. İşəgötürən qeyd edilən peşə üzrə əmək şəraitinin ağır və zərərlilik səviyyəsini nəzərə alaraq əmək haqqına 1.08 miqdarında 8% artım əmsalını tətbiq etdiyini bildirmiş və iddiaçının işlədiyi asfaltdöşəyən (asfalt beton döşəyən) peşəsi və asfaltbetonçu peşələrini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının (hazırda qüvvədən düşmüş) 27-ci maddəsinə (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri), fəhlələr bəndinin (a) 2290000a-11140) əsasən zərərli şəraitdə asfaltbetonçu peşəsinə uyğun olmaqla güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid hesab etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Beləliklə, Ali Məhkəmənin qeyd olunan mövqeyini rəhbər tutularaq vahid tarif sorğu kitabçasında qeyd edilən asfaltbetonçu peşəsinin peşə təlimatının xüsusiyyətləri, işəgötürən “Neftqaztikinti” tresti tərəfindən iddiaçının asfaltdöşəyən peşəsi üzrə yerinə yetirdiyi əmək funksiyalarının asfatbetonçu peşəsinin yerinə yetirdiyi əmək funksiyaları ilə oxşarlığı (funksional vəzifənin - işin eyniliyi) nəzərə alındıqda iddiaçının 01.10.1997-ci ildən 23.05.2008-ci ilədək işlədiyi asfaltdöşəyən (asfaltbeton döşəyən) peşəsinin asfaltbetonçu peşəsinə uyğun olduğu müəyyən edilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində a) fəhlələr 2290000a-11140 kodu altında asfalt - betonçular vəzifəsi zərərli peşə kimi nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının 01.10.1997-ci ildən 23.05.2008-ci ilədək işlədiyi asfaltdöşəyən və 26.05.2008-ci ildən 08.01.2015-ci ilədək asfaltbetonçu peşələri işəgötürənin arayışına müvafiq olaraq adıçəkilən 21 iyun 1993-cü il tarixli 320 saylı Qərar ilə təsdiq edilmiş siyahıda - 2290000a- 11140 kodu altında asfalt - betonçular zərərli peşəsinə aiddir. İddiaçının iddia etdiyi dəlil, yəni cavabdehin işlədiyi asfaltdöşəyən və asfaltbetonçu peşələrinin ümumiyyətlə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində nəzərdə tutulmuş a) fəhlələr: asfalt-beton döşəyənlər vəzifəsinə aid olmaması dəlili ilə məhkəmə razılaşmır. Belə ki, 21 iyun 1993-cü il tarixli 320 saylı Qərar ilə təsdiq edilmiş siyahıda asfalt betonçular peşəsi göstərilmiş, buna uyğun olaraq “Tikinti, quraşdırma və təmir-tikinti işləri bölməsi üzrə fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçasında asfaltbetonçu peşəsi nəzərdə tutulmuşdur. Lakin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərar ilə təsdiq edilmiş siyahıda asfalt-beton döşəyənlər peşəsi nəzərdə tutulduğu halda vahid tarif sorğu kitabçasında asfalt-beton döşəyənlər vəzifəsi əks etdirilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, 21 iyun 1993-cü il tarixli 320 saylı Qərar ilə təsdiq edilmiş siyahıda “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində asfalt - betonçular peşəsi nəzərdə tutulduğu halda, 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş siyahıda eyni bölmədə və eyni sırada həmin vəzifənin (asfaltbetonçu) yerinə asfalt-beton döşəyənlər vəzifəsi göstərilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin işlədiyi peşələr tikinti, quraşdırma və təmir-tikinti işləri bölməsi üzrə fəhlə peşəsinə aid olmaqla yerinə yetirdiyi əmək funksiyalarına görə 21 iyun 1993-cü il tarixli 320 saylı Qərar ilə təsdiq edilmiş siyahıda asfalt - betonçular peşəsinə, eyni zamanda 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş siyahıda asfaltbetonçu peşəsinin yerinə göstərilmiş asfalt-beton döşəyənlər peşəsinə uyğundur. Peşələr üzrə adların müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılar üzrə uyğunlaşdırılmaması eyni və ya oxşar funksiyaları icra edən işçinin ziyanına təfsir və tətbiq edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd edilənləri nəzərə alaraq hesab edilir ki, cavabdehin adıçəkilən peşələrdəki əmək stajını şübhə altına alan hər hansı hal iş üzrə müəyyən edilməmişdir. Belə olan halda iddiaçı cavabdehdən ödənilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişlərini geri istəməkdə haqlı olmamışdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar