Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8100/2022 06.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayonu qeydiyyat şöbəsinə qarşı "akt qeydində dəyişiklik edilməsi" tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1958-ci il tarixdə Azərbaycan Respulikası Göyçay rayonunun Yeniarx kənd İcra nümayəndəliyində tərtib edilmiş 84 saylı doğum akt qeydində ana qrafasında yazılmış X3 X4 dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci ildə, qardaşları X19 xx.xx.1954-cü ildə, X24 xx.xx.1956-cı ildə Göyçay rayonunun Ərəbşahverdi kəndində anadan olmuşlar. İddiaçının doğum qeydi Azərbaycan Respublikası Göyçay rayonu Yeniarx kənd icra nümayəndəliyində xx.xx.1958-ci il tarixli 84 saylı aktla rəsmiləşdirilmiş və İ-NE 549437 saylı doğum şəhadətnaməsi verilmişdir. Valideynlərinin dövlət qeydiyyatlı nikahı olmadığından Göyçay rayonunun Yeniarx kənd icrayyə komitəsində və Göyçay rayon qeydiyyat şöbəsində (keçmiş VVAQ şöbəsi) doğum akt qeydləri ananın ərizəsi üzrə aparılarkən anasının soyadı Nərimanova, adı Gülfəri, ata adı Ağaşirin olmasına baxmayaraq onlara məlum olmayan səbəblərdən X7 yazılmış, o zaman qüvvədə olan ailə qanunvericiliyinə uyğun olaraq doğum şəhadətnamələrində ata haqqında məlumat yazılmamış, yəni ata barəsində uşaqların mənşəyi müəyyən olunmamışdır. Doğum şəhadətnamələrində ata adı kimi yazılmış Babalı adlı şəxslə anasının əlaqəsi olmamışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X17 xx.xx.2021-ci il tarixli 242 saylı arayışı da ailə kimi bir təsərrüfatda yaşadığı təsdiq edir. X1 1975-ci ilin əvvəllərində iddiaçı ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsinə köçmüş və orada yaşamış, Bakı şəhəri, Qaradağ rayon XDS İK-nin xx.xx.1975-ci il tarixli 52 saylı qərarı ilə Qobustan qəsəbəsi, massiv 2, s/d 69 ünvanda X1na torpaq sahəsi verilmişdir. X1 başqa bir şəxslə ailə həyatı qurmamış, 11 may 1999-cu ildə vəfat etmiş, ölüm qeydi xx.xx.1999-cu ildə Qaradağ RİH-nin Qobustan qəsəbə nümayəndəliyində 29 saylı aktla rəsmiləşdirilmiş və AZ 026781 saylı ölüm şəhadətnaməsi verilmişdir. Lakin iddiaçının adına tərtib edilmiş doğum akt qeydində və onun əsasında verilmiş doğum şəhadətnaməsində ana kimi yazılmış X7 ilə onun vəfat etməsi barədə Qaradağ RİH-nin Qobustan qəsəbə nümayəndəliyində 29 saylı aktla rəsmiləşdirilmiş və bu əsasda verilmiş AZ 026781 saylı ölüm şəhadətnaməsində yazılmış X8 arasında uyğunsuzluq yaranmışdır. Bu uyğunsuzluq iddiaçının günahı deyildir və doğum qeydinin aparan vəzifəli şəxsin səhvi üzündən yaranmışdır. Doğum şəhadətnaməsi ilə ölüm şəhadətnaməsi arasındakı uyğunsuzluğun aradan qaldırılması üçün cavabdehə müraciət etsə də, cavabdeh düzəliş etməkdən imtina etmişdir. Bu uyğunsuzluq nəticəsində iddiaçı miras əmlakdan payını ala bilməmiş, onun Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vərəsəlik hüququ pozulmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi təklif olunsa da, etiraz məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçı tərəf ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, xx.xx.2022-ci il tarixli məktubla nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Cavabdehin xx.xx.2021-ci il tarixli 05Q-1494/15 saylı məktubu ilə bildirilmişdir ki, “sizin Göyçay rayon Ərəbşahverdi kənd sovetliyi tərəfindən tərtib edilmiş xx.xx.1958-ci il tarixli 84 saylı doğum haqqında akt qeydində ananın soyadını “Hüseynova”-dan “Nərimanov”a soyadına, “Gülpəri” adını “Gülfəri" adına dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli ərizənizə baxılmışdır. Bildirirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş ’’Vətəndaşlıq vəziyyətləri aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalara müvafiq olaraq Vətəndaşlıq vəziyyətləri aktlarının qeydindəkı səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda VVADQ orqanları tərəfindən həyata keçirilir. Yuxarıda göstərilən dəyişikliyin edilməsi üçün əsas olmadığına görə, ərizənizi təmin etmək mümkün olmadı. Yuxarıda göstərilən dəyişikliyin edilməsi üçün məhkəməyə müraciət edə bilərsiniz.” - AZ № 026781 nömrəli, xx.xx.1999-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1999-cu il tarixdə ölmüşdür. - 549437 nömrəli, 30 oktyabr 1958-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının anası qrafasında X9 göstərilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X17 242 saylı xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, Göyçay rayon Yeni-arx kənd ZDS İK-nin Ərəbşahverdi kəndinə aid 1960-1962-ci ilin təsərrüfatbaşına kitabın 152-ci təsərrüfatında Hüseyinov (Babayev) Babalı Surxay oğlu-1883 ailə başçısı olmaqla öhdəsində həyətyanı torpaq sahəsi və yaşayış evi haqqında heç bir məlumat göstərilməmişdir və aşağıdakı tərkibdə ailə üzvlərinin olması göstərilmişdir: arvadı-X6-1882, oğlu-X12-1935-köçdü təsərrüfat №136, oğlu-X25-1949-ölüb-1960, oğlu-X26-1951, oğlu-X13-1954, oğlu-X20-1956, oğlu- X14-1958, qızı-X15-xx.xx.1961. Əsas: fond №10, iş №-282, vər-17. Qeyd: 1954-1956, 1957-1959-cu illərin təsərrüfatbaşına kitablarında X10 adına təsərrüfat tapılmadı.” - Bakı şəhəri İcraiyyə Komitəsinin Memarlıq Planlaşdırma İdarəsinin xx.xx.1975-ci il tarixli 176 saylı icazəsindən görünür ki, X4 Qobustan qəsəbəsi massivində 34 saylı torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri 8 saylı Notariat Ofisinin 1005 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, “11 may 1999-cu il tarixdə ölmüş X2 ölümündən sonra miras qalmış əmlakla bağlı tərəfinizdən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət daxil olmuş və 191/2019 nömrəli vərəsəlik işi açılmışdır. Təqdim etdiyiniz sənədlərə baxış keçirilmiş miras qalmış əmlakın hüquqmüəyyənedici sənədi aşkar edilməmiş,miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddətin ötürüldüyü aşkar edilmişdir.Lakin miras qoyan X5 ilə Sizin aranızda olan qohumluq münasibətini təsdiq edən sənədlərdə müvafiq ziddiyətlər aşkarlanmışdır. Xahiş edirik ki, miras qalmış əmlakın hüquqmüəyyənedici sənədinin alınması, qanunvericilikdə nəzərdə tutulan ötürülmüş müddətin bərpası və sənədlərinizdə olan ziddiyətin aradan qaldırılması, X5 ilə qohumluq faktını müəyyən etmək üçün müvafiq məhkəməyə müraciət edəsiniz. Miras qalmış əmlaka hüquqmüəyyənedici sənəd aldıqdan, ötürülmüş müddəti bərpa etdikdən, sənədlərinizdə olan ziddiyəti və qohumluq faktı müəyyən edildikdən sonra vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün təkrar notariat ofisinə müraciət edəsiniz.” - Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2022ci il tarixli 05/2-5490/13 saylı məktubu ilə bildirilmişdir ki, “İddiaçı, Gülfəri (Gülpəri) Nərimanovanın (Hüseyinovanın) və Hacıbədəl Nərimanovun doğumu haqqında akt qeydlərinin surətinin istənilməsi barədə müraciətinizə baxılmışdır. Müraciətinizlə bağlı İddiaçı doğumu haqqında akt qeydinin kserosurəti Sizə göndərilir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Akt kitablarının saxlanılması qaydası və müddətləri"nin tələbinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Dövlət Arxivinə təhvil verilir. Qeyd edirik ki, hazırda Xidmətin arxivində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları 1947-ci ildən saxlanıldığından 1882-ci il təvəllüdlü Gülfəri (Gülpəri) Nərimanovanın (Hüseyinovanın) və 1936-cı il təvəllüdlü Hacıbədəl Nərimanovun doğumu haqqında akt qeydinin olub-olmamasının yoxlanılması üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət etməyiniz tövsiyə olunur.” - İddiaçıya aid xx.xx.1958-ci il tarixli doğum akt qeydindən görünür ki, “ata” qrafasında heç bir qeyd aparılmamış, “anası” qrafasında isə “X11 göstərilmişdir. Məlumat verən qrafasında “Hüseyinov Babalı”, qeyd kimi isə “Ananın dediyinə görə uşağın anası Babalıdır” yazılmışdır. - Qaradağ rayon ZDS İK-nin (indiki Qaradağ rayon İH) arxiv fondu üzrə xx.xx.1958-ci il tarixli, 52 saylı protokolundan təsdiq edilmiş arxiv çıxarışından görünür ki, Qobustan qəsəbəsi, massiv 2, s/d 69 ünvanında X4 torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Həmin Məcəllənin 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə isə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. İddiaçı hazırki iddia tələbində ona aid tərtib edilmiş doğum akt qeydində olan səhvlərin aradan qaldırılaraq anasının soyadının “Hüseynova”dan “Nərimanova”ya, adının “Gülpəri”dən “Gülfəri”yə dəyişdirilməsini cavabdehdən tələb etsə də, cavabdehin tərəfindən ərizənin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçı iddia etdiyi kimi anasının adının və soyadının ona aid doğum akt qeydində səhv göstərilməsini təsdiq edən sübutları nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim etməmişdir. Məhkəmənin işin tam, hərtərəfli və obyektiv araşdırması məqsədilə apardığı araşdırma zamanı isə iddiaçının iddia tələbi öz təsdiqini tapmamışdır. Əksinə, müəyyən edlmişdir ki, iddiaçının dogum akt qeydində anası X11, doğum haqqında şəhadətnaməsində X9, anasına aid ölüm haqqında şəhadətnamədə X5, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X17 242 saylı xx.xx.2021-ci il tarixli arxiv arayışında Göyçay rayon Yeni-arx kənd ZDS İK-nin Ərəbşahverdi kəndinə aid 1960-1962-ci ilin təsərrüfatbaşına kitabın 152-ci təsərrüfatında Hüseyinov (Babayev) Babalı Surxay oğlunun tərkibdə ailə üzvləri kimi arvadı X6, oğlu X25, X26, X13, X20, X14 (iddiaçı), qızı X15 göstərilmişdir. Yəni iddiaçının anasının soyadının “Nərimanova”, adının isə “Gülfəri” olması heç bir sənəddə öz əksini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə iddiaçıya əlavə olaraq izah edir ki, xüsusi icraat qaydasında ümumi yurisdiksiyalı məhkəmədə onun hüquqi maragına uygun hüquqi faktın müəyyən edilməsi tələbini irəli sürmək hüququ var. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının doğum akt qeydində ana qrafasında dəyişiklik edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilməsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-8100/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8100/2022
06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver