Məhkəmə qərarları › İş №2-1(112)-8104/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8104/2021

22.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8104/2021 22.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin nümayəndəsi X6, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri X8 və X7, “Laçın Rayon Mərkəzi Xəstəxanası” X11n nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “09.07.2021-ci il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 195 nömrəli 23.06.2021-ci il tarixli qərarına əsasən əlilliyimin səbəb əlaqəsinin dəyişdirilməsini və 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq 23.06.2021-ci il tarixdən 23.06.2026-cı il tarixədək 5 il müddətinə təyin edilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyinə həvalə edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1979-cu il tarixində Azərbaycan Respublikası, Laçın rayon, Pircahan kəndində anadan olub. 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçib. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət edib. Hazırda ehtiyyatda olan zabit, Prezident təqaüdçüsü, 2-ci qrup hərbi əlildir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley medalı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunub. Qeyd etmək istəyir ki, xidmətinin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirib. O, Müdafiə Nazirliyinin Məzrkəzi Hərbi Həkim Komissiyasının qərarı düzgün verilmədiyi üçün yenidən müraciət edib ki, ona hərbi hissə komandirinin axrıncı dəfə verildiyi travma haqqında arayış nəzərə alınmaqla düzgün olan qərar verilsin, Müdafiə Nazirliyinin Məzrkəzi Hərbi Həkim Komissiyası ona “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verməkdən imtina etmişdir, bu barədə Bakı İnzibati Məhkəməyə müraciət edib, məhkəmə ona “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilməsini təmin etdi, Müdafiə Nazirliyinin Məzrkəzi Hərbi Həkim Komissiyasının 23.06.2021-ci il tarixli 195 nömrəli qərarı ilə təmin edilib, nəzərinizə çatdırmaq istəyir ki, xəstəlik diaqnozu 2008-ci ildən bu günədək eyni xəstəlikdir. Əlavə qeyd etmək istəyir ki, eyni diaqnozla və səhətində olan digər xəstəliklərlə bağlı bir çox vaxtlarda, bir çox xəstəxanalarda müalicələrdə olub, bu xəstəlik diaqnozuna əsasən əlilliyinin səbəb əlaqəsi dəyişdirilməli və 2-ci qrup 23.06.2021-ci il tarixdən 23.06.2026-cı il tarixədək 5 il müddətinə əlillik təyin edilməlidir. Müraciətilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavinləri cənab Anar Əliyevin, cənab Anar Kərimovun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və X3 Heyyətinin sədri cənab Anar Bayramovun qəbulunda olub. Hər 3 vəzifəli şəxs qəbulda onu çox yüksək səviyyədə qəbul edib və müraciətinin Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi tərəfindən heç bir maneəsiz həll olunması barədə müvafiq tapşırıqlarını vermişdirlər. Lakin o dəfələrlə Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyində olsa da, müraciətinə baxılmamış və müraciəti öz müsbət təsdiqini tapmamışdır. “Əlilliyin qiymətləndirilməsi Qaydası ”nın təsdiq edilməsi və “Tibbi sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarının 3.2, 3.3 maddələrinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmumaqla, əlilliyin həqiqi səbəbini (Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 195 nömrəli 23.06.2021-ci il tarixli qərarı) təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunmalı, əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunmalı, əlillik müddəti hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-cı il tarix!ı 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nın 4.2-ci maddəsinə əsasən ikinci dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilməli və Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilməli, başqa normativ hüquqi akt lur m qüvvəsi geriyə şamil edilməməlidir. Hazırda müraciəti ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli “Əlilliyin qiymətləndirilməsi Qaydasf'nın təsdiq edilməsi haqqında Qərarının 3- cü (Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası) bəndinə əsasən əlilliyimin səbəb əlaqəsinin dəyişdirilməsi və xəstəlik epiqrizlərim nəzərə alınmaqla mənə 2-ci qrup 23.06.2021-ci il tarixdən 23.06.2026-cı il tarixədək 5 il müddətinə əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar təyin edilməsidir.

3. Məhkəmənin 02.08.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin İddiaçı 01.07.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlil kimi müddətsiz əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi kimi dəyişdirilməsi qəbul edilmişdir.

4. Məhkəmənin 03.09.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin İddiaçı 09.07.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlil kimi müddətsiz əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi kimi dəyişdirilməsi qəbul edilmişdir.

5. Cavabdeh qurum tərəfindən iddiaya yazılı etiraz təqdim edilmədən iddiaya etiraz edilərək bildirilmişdir ki, iddiaçı 09.07.2021-ci il tarixdə qiymətləndirilmiş və “dəqiqləşdirilməmiş hərbi əməliyyatlar nəticəsində zədələnmələr. Keçirilmiş kəllə-beyin travması nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə-beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı olaraq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar. Posttravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 8-9 dəfə)” diaqnozu ilə beş il müddətinə (09.07.2026-cı il tarixədək) ikinci dərəcə əlillik təyin edilmişdir.

6. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

7. Məhkəmə tərəfindən hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və “Laçın Rayon Mərkəzi Xəstəxanası” X11n nümayəndələri izahat verərək bildirdilər ki, iddiaçı “Laçın Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən tərtib olunmuş Forma 88 - 0280003AAFMA nömrəli göndəriş əsasında qiymətləndirilmiş və ona 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. İddiaçının əziyyət çəkdiyi və göndərişdə göstərilən xəstəliklər xəstəliklərin beynəlxaq təsnifat koduna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4-cü bəndinə əsasən, ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi üçün tibbi göstərişdir.

İİ. İddianın növü və mümkünlüyü

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

10. İddiaçı məhkəməyə müraciət etdiyi 02.07.2021-ci il tarixə xeyrinə inzibati akt qəbul edilməsini tələb etdiyindən qaldırdığı iddia məcburetmə növündə iddiaya uyğundur. Məhkəmə araşdırmasının gedişində iddiaçının xeyrinə inzibati akt qəbul edilmiş (09.07.2021-ci il tarixdə 5 il müddətinə əlillik təyin edilmişdir), iddiaçı əlilliyin müddətsiz olaraq təyin edilməsini, bununla əlaqədar həmin inzibati aktın dəyişdirilməsini tələb edir. İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır.

11. Odur ki, hazırki iddia mübahisələndirməyə dair iddiadır.

12. İddia mümkündür.

İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

13. Bakı İnzibati Məhkəməsinin 05.04.2021-ci il tarixli Qərarına əsasən (İş №2-1(112)- 3029/2021) İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddiası təmin edilərək 16.08.2008-ci il tarixdə aldığı “Qapalı kəllə veyin travması, baş beyin silkələnməsi xəsarətinin səbəbli əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmuşdur.

14. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 23.06.2021ci il tarixli 195 nömrəli qərarına əsasən, Bakı şəhəri Xətai RHK tərəfindən 1996-cı ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş tapşırığını yerinə yetirərkən 16.08.2008-ci ildə aldığı və 16.08.2008-ci il tarixdə N nömrəli hərbi hissənin tibb məntəqəsində ambulator müayinə və müalicə olunduğu travma - diaqnoz: “Qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi” (Azərbaycan Respublikası SHXÇDX-nin Laçın rayon bölməsinin 18.11.2019-cu il tarixli 48 nömrəli göndərişi, 18.11.2019-cu il tarixli 49 nömrəli arayışı, N nömrəli hərbi hissə tərəfindən verilmiş 04.05.2015-ci il tarixli 699 nömrəli travma haqqında arayışı, zədələnmələrin qeydiyyatı kitabından və tibbi kitabçadan çıxarışlar, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 05.04.2021-ci il tarixli İş № 2-1(112)-3029/2021 nömrəli Qərarı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” və 31.10.2013-cü il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalın terapiya profilli hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəlik - diaqnoz: “Anadangəlmə inkişaf qüsuru: qulaqcıqlararası çəpərin defekti, l(birinci) funksional sinif ürək çatışmazlığı. Xroniki eroziv qastroduodenit, remissiya mərhələsində” (SQ Baş Klinik Hospitalın terapiya profilli hospital hərbi-həkim komissiyası tərəfindən verilmiş 31.10.2013-cü il tarixli 2732 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə təsdiq edilir), “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR". MN MHHK-nın 13.08.2015-ci il tarixli 822 nömrəli Qərarındakı travmanın hərbi xidmətlə səbəb əlaqəsi ləğv edilir. Əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a), ç) yarımbəndi və Bakı İnzibati Məhkəməsinin 05.04.2021-ci il tarixli İş № 2- 1(112)-3029/2021 nömrəli Qərarı.

15. Laçın Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib olunmuş Forma 88 - 0280003AAFMA nömrəli göndərişə əsasən, iddiaçı 19.09.2013-cü il tarixdən göndəriş verən müəssisədə qeydiyyatdadır və TSEK-ə göndəriş zamanı əsas diaqnozu XBT 10 (X2 10-cu baxış) əsasən: əsas diaqnoz - Y36.9 “dəqiqləşdirilməmiş hərbi əməliyyatlar nəticəsində zədələnmələr. Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə beyin travması baş beyin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 8-9 dəfə)” olmaqla; ağırlaşmaları - XBT 10-a uyğun olaraq: H81.1 Xoşxassəli paroksizmal başgicəllənmə Xoşxassəli paroksizmal başgicəllənmə Xoşxassəli paroksizmal başgicəllənmə; G 11.2 Gecikmiş beyincik ataksivası Gecikmiş bevincik ataksiyast Gecikmiş beyincik ataksiyası; T 90 Başın travmalarının nəticələri Başın travmalarının nəticələri Başın travnudurının nəticələri; G 40 X4 tez -tez təkrarlanan ep 'deptik qıcolma tutmaları t ayda 8-9 dəfə); H.36.8 Digər rubrikalarda təsnif olunan xəstəliklərdə başqa retinal pozğunluqlar Digər rubrikalarda təsnif olunan xəstəliklərdə başqa retinal pozğunluqlar Digər rubrikalarda təsnif olunan xəstəliklərdə başqa retinal pozğunluqlar; F07.2 Postkontuzion sindrom Postkontuzion sindrom Postkontııziun sindrom Postravmatık ensefalopatiya, tez -tez təkrarlanan epileptik qıcolma tutmaları ( ayda 8-9 dəfə. kəllədaxili hipertenziya. vaqo- vegetativ krizlər vegeto -damar paroksizmləri. koordinatıstatik pozuğunluqlar. Tez-tez təkrarlanan simpatoadrenergetik paroksizmlərlə, diensefal sindrom; G 39.5 Baş beynin sıxılması Baş beynin (kötüyün) sıxılması Baş beynin (kötüyün) əzilməsi Baş beynin sıxılınası Baş beynin (kötüyün) sıxılınası Bas beynin (kötüyün) əzilməsi Baş beyinin sıxılması. Baş beyinin (kötüyün ) əzilməsi davamlı qalıq əlamətləri; T 90.5 Kəllədaxili travmaların nəticələri Kəllədaxili travmaların nəticələri Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmalarının qalıq əlamətləri; F 23 Kəskin və ötüb keçən psixotik pozğunluqlar kəskin və ötüb keçən psixotik pozğunluqlar Davranış pozulmaqla uzun müddətli'ıkı ildən çox) təzahür edən psixiatrik hallar; G45.0 Vertebrobazilyar arterial sistem sindromu Vertebrobazilyar arterial sistem sindromu Beyin qan dövranının vertebrobazilyar hövzədə xroniki çatışmazlığı, vestibulyar pozğunluqlarla; G93.4. Dəqiqləşdirilməmiş ensefalopatiya Dəqiqləşdirilməmiş ensefalopatiya Posttravmatik ensefalopatiya İİ mərhələ.Kəllədaxili hipertenziya; F48.0. Nevrasteniya. Kəskin asteno - nevrotik sindrom; F07 Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları. Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və dişfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən Baş beynin xəstəliyi, zədələnməsi və ya dişfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən Üzvi (Ppstkontuzion sindrom nəticəsində yaranmış ) şəxsiyyət pozuntusu, tez tez baş verən dekompensasıyalar və koqnitiv funksiyaların enməsi ilə. Anamnezində psixotik epizodlar keçirilməsi qeyd olunur.

Yanakı xəstəliklər:

H 35.0 Fon retinopatiyaları və retinal damar dəyişiklikləri Fon retiııopaliyaları və retinal damar dəyişiklikləri Fon retinopatiyaları və retina! damar dəyişiklikləri İ11.0 [Durğunluq] ürək çatmaınazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi] [Durğunluq] ürək çatmaınazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hiperlenziv [hipertoniya] xəstəlik [-yi] Hipertoniya xəstəliyi İİİ mərhələ İV risk qrupu İ23.1 Qulaqcıqlararası arakəsmənin qüsuru-kəskin miokard ın/arktınm cari ağırlaşması kimi Qulaqcıqlararası arakəsmənin qüsuru-kəskin miokard infarktının cari ağırlaşması kimi Qulaqcıqlararası çəpərin qüsuru.Qulaqcıqlurarası çəpərin qüsuruna görə edilmiş ( 2(12(1) əməliyyatdan sonrakı vəziyyət. İ49 Ürək ritminin digər pozğunluqları Ürək ritminin digər pozğunluqları Ürək ritminin digər pozğunluqları. Ekstrasistolik aritmiya. Xroniki eroziv qastroduadent; İ25 Ürəyin xroniki işemik xəstəliyi Keçirilmiş infarktdan sonrakı kardioskleroz. Qeyristabil stenokardiya İİİ-İV f/s; İ50.0 Durğunluq ürək çatmamazlığı Durğunluq ürək çatmaınazlığı Durğunluq ürək çalmamazlığı İİİf, Xroniki qan dövran çatışmazlığı B dərəcə;

İV. Məhkəmənin mövqeyi

16. Azərbaycan Respublikası Konstitusiyasından: - 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. - 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.4-cü maddəsinə əsasən, tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9); 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79);

19. TSEK-ə göndərişə əsas verən müayinə vərəqəsində (Forma 88№ 0280003AAFMA) status localis qrafasında müəyyən olunur ki, özünü 2008 -ci ildən xəstə hesab edir. 16.08.2008 - ci il tarixdə hərbi hissədə döyüş tapşırığını icra edərkən " Qapalı kəllə beyin travması. baş beyin silkələnməsi " travması almışdır. 2014 - cü ilin mart ayından xəstə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 2 - ci qrup əlildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112) -3029/2021 nömrəli 05.04.2021- ci il tarixli qərarına əsasən "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alnımışdır" kimi göstərilmişdir. Təngənəfəslik . ürək nahiyyəsində ağrılar .qapalı kəllə beyin travmasından sonra kəskin baş ağrıları. baş gicəllənməsi, başda küy aqressivlik , yaddaş zəifliyi, qıcolma < ayda 8-9 dəfə) tutmalarının baş verməsindəndir. 18.05.2021ci ildə "Psixi Sağlamlıq Mərkəzi "X11 rəyi. Üzvi (Postkontuzion sindrom nəticəsində yaranmış ) şəxsiyyət pozuntusu , tez -tez baş verən dekompensasiyalat və koqnitiv funkisyuların enməsi ilə". 23.04.2020 - ci ildən 31 05.2020 - ci itədək 1 saylı Respublika Psixatriya Xəstəxanasında müalicə alıb (diaqnoz. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar ) 16.03.2021 31.03.2021 -ci ilədək 5 saylı Şəhər KLİNİKi Xəstəxanada müalicə almışdır Dispenser nəzarətindədir. Mütəmadi müalicə alır 04.02.2014-04.02.2014, 12.10.2016 - 28.10.2016.01.08.2018 - 20.08.2018ci il tarixlərdə Ak .Abdullayev adlıuı Elmi - X5 müalicədə. 23.09.2015 - 05.10 2015; 14.05.2016 -24.05.2016-cı ilədək.

20. Məhkəmə qeyd edir ki, cavabdeh qurum tərəfindən aparılmış qiymətləndirmə zamanı səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayışına əsasən XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.4.1., 2.4.3. və 2.4.4-cü maddələrinə əsasən, ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər (F 23 Kəskin və ötüb keçən psixotik pozğunluqlar kəskin və ötüb keçən psixotik pozğunluqlar Davranış pozulmaqla uzun müddətli'ıkı ildən çox) təzahür edən psixiatrik hallar; F48.0. Nevrasteniya. Kəskin asteno - nevrotik sindrom; İ11.0 [Durğunluq] ürək çatmaınazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi] [Durğunluq] ürək çatmaınazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hiperlenziv [hipertoniya] xəstəlik [-yi] Hipertoniya xəstəliyi İİİ mərhələ İV risk qrupu; İ23.1 Qulaqcıqlararası arakəsmənin qüsuru-kəskin miokard ın/arktınm cari ağırlaşması kimi Qulaqcıqlararası arakəsmənin qüsuru-kəskin miokard infarktının cari ağırlaşması kimi Qulaqcıqlararası çəpərin qüsuru.Qulaqcıqlurarası çəpərin qüsuruna görə edilmiş ( 2(12(1) əməliyyatdan sonrakı vəziyyət; İ25 Ürəyin xroniki işemik xəstəliyi Keçirilmiş infarktdan sonrakı kardioskleroz. Qeyri-stabil stenokardiya İİİ-İV f/s; İ50.0 Durğunluq ürək çatmamazlığı Durğunluq ürək çatmaınazlığı Durğunluq ürək çalmamazlığı İİİf, Xroniki qan dövran çatışmazlığı B dərəcə;) göstərilməsinə və həmin xəstəliklərlə bağlı uzun müddət stasinar müalicədə olmasına və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq, əlillik 5 il müddətinə təyin edilmişdir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”na əsasən: 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.

22. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, əlilliyin təyinatı ilə bağlı qərar dəyişdirilməli, qiymətləndirmə aparıldığı 09.07.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun.

24. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı 09.07.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar