Məhkəmə qərarları › İş №2-1(112)-8105/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8105/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8105/2023 15.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin onun iradəsinə zidd olaraq özbaşına olaraq sahibkar kimi qeydə almaqda ifadə olunan hərəkətinin qeyri-hüquqi hesab edilməsi, onun adına açılmış ********** saylı VÖEN-in ləğv edilməsi, ləğv edilməsi, qanunsuzluq edən vergi orqanının əməkdaşı barəsində xüsusi qərardad qəbul edilməsi və araşdırma aparılması üçün Baş Prokurorluğa göndərilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının tamamilə ləğv edilməsi və həmin qərar əsasında hesablanmış verginin və faizlərin silinməsi barədə qərar qəbul qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 2021-ci ildə 2 maşını etibarnamə ilə lizinq şirkətinə satdığına görə vergi orqanı məcburi qaydada onu sahibkar kimi qeydiyyata almış və barəsində kameral qaydada vergi hesablamışdır. İnzibati şikayətinə isə baxılıbbaxılmaması barədə məlumat verilməmişdir. Belə ki, etibarnamə əsasında satıcı X6 və X3 təmsil edərək, 2021-ci ildə "X14’' və “Chevrolet Cruze” markalı avtomobilləri satdığına görə, vergi orqanı xx.xx.2022-ci il tarixdə onu qanunsuz və əsassız olaraq məcburi qaydada özündən “təzə və istifadə olunmuş minik avtomobillərinin pərakəndə satışı” fəaliyyət növünü seçərək fərdi sahibkar kimi qeydiyyata almış, 2021-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim etmədiyi halda ona 3242,5 manat gəlir vergisi hesablamış və sonra da əsassız olaraq gəlir vergisi bəyannaməsi verməməyini əsas gətirərək vergidən yayınma kimi qiymətləndirərək, “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərmiş, sonda isə qanunsuz və əsassız olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul etmişdir. Lakin həmin məktub və qərarlar onda yoxdur, əldə etməyə çalışsa da nəticə olmamışdır. Hazırda isə ona qarşı vergi orqanı ölkədən getmək hüququnun məhdudlaşdırılması tədbirini həyata keçirtməyə başlamışdır. Bundan ötrü ona qarşı ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Belə aydın olur ki, lizinq şirkətinə maşısn satmaq olmaz. Vergi orqanı həm avtomobil satanı fərdi sahibkar kimi görmək istəyir vı buna görə istədiyi kimi qanunsuzluq edir, həm də lizinqə verilməklə hüquqi şəxs tərəfindən mənfəət vergisi verildiyi halda, bu əməliyyata görə ikinci dəfə vergi tutmağa çalışır. Lizinq şirkəti aldığı maşını lizinqə verməklə əldə etdiyi mənfəətdən vergini, habelə işçilərə əmək haqqı verərkən ödəmə mənbəyində vergini və digər vergiləri ödəyir. Bir əməliyyata görə iki dəfə vergi tutulması isə Azərbaycan Respublikası Konstitusiyası ilə qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ və İİ hissələrinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Bir daha qeyd edir ki, satdığı maşınların heç biri öz adına olmamış, etibarnamə əsasında satıcı X6 və X3 təmsil etmişdir. Vergi orqanı isə kameral vergi hesablanması zamanı bu hərəkətini sahibkarlıq hərəkəti kimi qiymətləndirmişdir. Halbuki, etibarnamə ilə təmsil olunmaq hüququ Mülki Məcəllə ilə hər bir fiziki və hüquqi şəxsə verilmişdir. xx.xx.2021-ci il tarixli 06/4403/İLİZ nömrəli alqı-satqı müqaviləsinə görə satıcı X4 məxsus olmuş 1 ədəd 2018-ci il buraxılışlı, X14 markalı, ban № SALRT2RV3JA078737 olan 52BJ189 dövlət qeydiyyat nişanlı avtomobili alıcı "xxxx" MMC-yə 112.200 manata etibarnamə əsasında satıcını təmsil etməklə satmışdır. xx.xx.2021-ci il tarixli 06/4397/DLİZ nömrəli alqı-satqı müqaviləsinə görə satıcı X7 məxsus olmuş 1 ədəd 2016-cı il buraxılışlı, Chevrolet Cruze markalı, ban № 1G1BE5SM1H7130209 olan 77BK428 dövlət qeydiyyat nişanlı avtomobili alıcı "xxxx" MMC-yə 17.500 manata etibarnamə əsasında satıcını təmsil etməklə satmışdır. Vergi orqanı vergini hesablamaq üçün onu qanunsuz olaraq sahibkar elan etmişdir. Cavabdehin özbaşınalıq edərək onu iradəsinə zidd olaraq fərdi sahibkar kimi qeydiyyata almasını nəzərə alaraq hesab edir ki, barəsində qəbul olunmuş, lakin nömrəsini və tarixini bilmədiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilməlidir. Cavabdeh yalnız satış aktına istinad etməklə qərar qəbul etməklə “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmuşdur. Sübutetmə vəzifəsinə görə cavabdeh aşağıdakıları sübut etməlidir: - mənim fərdi sahibkar olmağımı, - maşınların mənə məxsus olmasını, - ucuz alıb baha satmağımı, - maşının qaldıqca qiymətinin artmasını. Məsələ orasındadır ki, lizinq şirkəti maşını dəyərindən baha satmalıdır ki, mənfəəti olsun, mənfəətin də vergisi verilir. Vergi orqanı Vergi Məcəlləsi ilə barəsində tədbir görə bilmək üçün qəsdən onu məcburi VÖEN-lə təmin etmişdir. Halbuki bu hərəkət birbaşa vəzifə səlahiyyətlərindən sui-istifadədir. Bu isə Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə qadağan olunan və cəzalanmalı olan hərəkətdir. Odur ki, iddiaçı xahiş edir ki, vergi orqanı və onu məcburi fərdi sahibkar kimi qeydə alan və vergi hesablayan vergi orqanının əməkdaşları barəsində xüsusi qərardad qəbul edilsin və əməldə cinayət tərkibinin olubolmamasının aydınlaşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilsin. Beləliklə, hesab edir ki, cavabdeh inzibati orqan qanunsuz və özbaşına olaraq onu sahibkar kimi qeydiyyata aldığı üçün həmin qeydiyyat ləğv edilməli və ona kameral vergi hesablanması barədə qərar ləğv edilməlidir. İddiaçının nümayəndəsi (vəkili) “iddiaçının adına açılmış ********** №-li VÖEN-nin ləğv edilməsi və cavabdehin xx.xx.2022-ci il tarixli **********809900 №-li "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-8105/2023 nömrəli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz ərizəsində qeyd edilmişdir ki, işin halları ilə bağlı bildirilir ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən 2021-ci il ərzində tərtib edilmiş 2 ədəd elektron alış aktı üzrə İddiaçı tərəfindən 129700 manat dəyərində mal və ya xidmət təqdim edildiyi lakin vergi orqanında uçota durmadığı müəyyən edilmişdir. Vergi orqanı tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli **********421400 nömrəli “Vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında” bildiriş göndərilsə də-vergi uçotuna dair ərizə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra ' fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. 2022-ci ildə qüvvədə olmuş Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Eyni zamanda qeyd etmək istəyirik ki, 9 dekabr 2022-ci il tarixli № 677-VİQD Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən Bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın əsas fəaliyyət növünün “ixtisaslaşdırılmış mağazalarda sair məhsulların pərakəndə satışı” olduğu, vergi orqanında qeydiyyata alınmış aktiv təsərrüfat subyektinin olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar trəfindən 2021-ci il ərzində elektron alış aktları əsasında ümumilikdə 129700 manat dəyərində malların təqdim edilməsinə baxmayaraq müvafiq dövr üçün gəlir vergisi bəyannaməsini təqdim etməməsi vergidən yayınma kimi qiymətləndirilmişdir. Vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” **********828400 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə, araşdırma üçün zəruri olan sənədlər və əsaslandırılmış izahat məktubu təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üçün 6485,00 manat ((129700*20%)-75%) gəlir vergisi hesablanmış, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********809900 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) xx.xx.2021-ci il tarixdə EAA seriyalı 373368 nömrəli elektron alış aktına əsasən 17500 manat dəyərində, xx.xx.2021-ci il tarixdə EAA seriyalı 374383 nömrəli elektron alış aktına əsasən 112200 manat dəyərində avtomobillər təqdim edildiyi müəyyən edilmişdir. Eyni zamanda “Lizinq” şirkəti tərəfindən tərtib olunmuş elektron alış aktları ləğv edilməmiş, qaydalara uyğun İnternet Vergi İdarəsindən müvafiq düzəlişi etməklə elektron alış aktında hər hansı düzəlişin aparılmamış,avtomobil nəqliyyatı vasitələrinin alınması ilə bağlı sənədlər təqdim edilməmişdir. İddia ərizəsində əsassız olaraq qeyd etmişdir ki, lizinq şirkəti aldığı maşını lizinqə verməklə əldə etdiyi mənfəətdən vergini, işçilərə əmək haqqı verərkən ödəmə mənbəyində vergini və digər vergiləri ödəyir. Bir əməliyyata görə iki dəfə vergi tutulması isə Azərbaycan Respublikası Konstitusiyası ilə qadağandır. Bildirilir ki, iddiaçının qeyd olunan arqumentləri tamamilə əsassızdır. Vergi Məcəlləsinin 97.1-ci maddəsinə əsasən rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Həmin Məcəllənin 104.1-ci maddəsasinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə 9 əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Göründüyü kimi iddiaçının mal təqdim etməsi ilə həmin malı alan vergi ödəyicisinin 9 təqdim etməsi ayrı-ayrı əməliyyatlardır və Lizinq şirkətinin malı təqdim edən zaman mənfəət vergisi ödəməsi İddiaçı mal təqdim edən zaman gəlir vergisi ödəmək öhdəliyindən azad etmir. Vergi Məcəlləsinin: 16.1.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirinin 9 (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 16.1.6-cı maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 16.1.11-6-cı maddəsinə əsasən aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicis i kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək: 16.1.11-6.1-ci maddəsinə əsasən bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi; 16.1.11-6.2-ci maddəsinə əsasən dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi; 16.1.11-6.3-cü maddəsinə əsasən notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi; 16.1.11-7-ci maddəsinə əsasən pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura təqdim etmək; 16.1.11-8-ci maddəsinə əsasən qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların yalnız nağdsız qaydada həyata keçirilməsini təmin etmək; 16.1.11-9-cu maddəsinə əsasən məcburi nişanlama ilə nişanlanmalı olan malları məcburi nişanlama ilə nişanlanmaqla almaq, idxal etmək, satış məqsədi ilə saxlamaq və ya satmaq, habelə həmin malların dövriyyəsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydaya riayət etmək; 16.1.11-10-cu maddəsinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə elektron alış aktını tərtib etmək; 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. 37.1 -ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 67.1-ci maddəsinə uyğun olaraq həmin Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 94cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi’vergi orqanının, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.4-cü bəndinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktında göstərilən məlumatlar ilkin uçot sənədləri (kağız daşıyıcıda olan malların alış aktı, malların təhvilqəbul aktı və digər ödəniş sənədləri) üzrə məlumatlarla uyğun olmadıqda və ya əməliyyat qismən ləğv edildikdə, o cümlədən mallar qismən geri qaytarıldıqda, vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsindən müvafiq düzəlişi etməklə elektron alış aktında düzəliş aparır.İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış “Müraciətə baxılması barədə” məktubunda qeyd edilmişdir ki, onun tərəfindən təqdim edilmiş alış aktları ilə bağlı müraciətinə (AVİS qeydiyyatı: xx.xx.2022-ci ii tarixli, **********123300 nömrəliyə) Bakı şəhəri X9 üzrə Baş İdarəsində baxılmışdır. Müraciətində tərəfindən 2021-ci il tarixində təqdim edilmiş alış aktlarından məlumatı olmadığı bildirilmiş və vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmaması xahiş edilmişdir. Məlum olduğu kimi, 1 yanvar 2020ci il tarixdən qüvvəyə minmiş Vergi Məcəlləsinin 16.1.11- 10-cu maddəsinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Bildirilir ki, vergi orqanında mövcud olan uçotbaza məlumatlarına əsasən 2021-ci il ərzində tərtib edilmiş 2 ədəd elektron alış aktı üzrə 129700,0 manat dəyərində mal və ya xidmətin təqdim edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş alış aktları üzrə aparılmış təhlillər nəticəsində tərəfindən təqdim edilmiş malların tərkibi, miqdarı və dəyəri həmin malların sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildiyi ehtimalını yaradır. Malların təqdim edilməsini həyata keçirməklə vergiyə cəlb olunmalı gəlir əldə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan, lakin vergi orqanlarında uçotda olmayan fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı, təqdim edilən mallara görə digər vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməli və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir şəxs vergi ödəyicisi kimi həm özünün olduğu (yaşadığı) yer üzrə, həm elə təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi orqanında uçota dayanmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, tərəfindən müvafiq dövrdə qarşı tərəfə elekton alış aktının təqdim edilib-edilməməsi ilə bağlı, onun vergi ödəyicisi kimi qeydiyyata alınıb-alınmaması ilə bağlı verilmiş izahat araşdırılacaq və araşdırmanın nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcəkdir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə biləcəyi bildirilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin iddiaçıya ünvanladığı “Sənədlərin təqdim edilməsi barədə” məktubunda bildirilmişdir ki, onun 2021-ci il gəlir vergisi bəyannaməsi üzrə hesablanmış kameral vergi məbləği barədə (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********412300 nömrəli) müraciətinə Bakı şəhəri X12 üzrə Baş İdarədə baxılmışdır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 24.3-cü maodəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibatı orqan tərəfindən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 32.2-ci maddəsinə əsasən ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1 -ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını təiəb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. Yuxarıda qeyd edilənlər ilə əlaqədar olaraq, iddiaçının təqdim etdiyi nəqliyyat vasitələrinin mülkiyyətində olma müddəti barədə müvafiq sənədləri, həmin nəqliyyat vasitələri üzrə alqı-satqı (tərəfindən alışı zamanı) müqavilələrini, alış dəyərini təsdiq edən sənədləri və araşdırma üçün zəruri oıan digər təsdiqedici sənədlərin vergi orqanına təqdim edilməsi ona bildirilir. Əlavə olaraq bildirilir ki, yuxarıda qeyd edilmiş təsdiqedici sənədləri, müvafiq dövr üzrə dəqiqləşmiş vergi bəyannaməsi təqdim edilməklə hesablanmış vergi məbləğinin azaldılması ilə bağlı yenidən müraciət edildiyi təqdirdə araşdırma aparılaraq qanunamüvafiq tədbirlər görüləcəkdir. - xx.xx.2021-ci il tarixli 06/4403/İLİZ nömrəli “Alqı-satqı müqaviləsinin” surətindən görünür ki, satıcının (Azərbaycan Respublikasının vətəndaşı X2 adından 7E-719400 reyestr nömrəli etibarnamə ilə çıxış edən İddiaçı) 1 ədəd (2018-buraxılış ili olan, X14 minik markalı, mühərrik, ban №SALRT2RV3JA078737) avtomobili alıcının ("xxxx" MMC-nin direktoru X8) mülkiyyətinə verməsi, alıcının isə avtomobili qəbul etməsi və qiymətini ödəməsi barədə müqavilə bağlanmışdır. - xx.xx.2021-ci il tarixli 06/4397/DLİZ nömrəli “Alqı-satqı müqaviləsinin” surətindən görünür ki, satıcının (Azərbaycan Respublikasının vətəndaşı X5 adından 7E-52640 reyestr nömrəli etibarnamə ilə çıxış edən İddiaçı) 1 ədəd (2016-buraxılış ili olan, Chevrolet Cruze minik markalı, mühərrik V1162377G8GX0976, ban №1G1BE55M**********9) avtomobili alıcının ("xxxx" MMC-nin direktoru X8) mülkiyyətinə verməsi, alıcının isə avtomobili qəbul etməsi və qiymətini ödəməsi barədə müqavilə bağlanmışdır. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən göndərilmiş İddiaçı (VÖEN **********) vergi uçotuna alınması əsas olan Bəyannamələr və təhlil idarəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinə ünvanladığı “qanunamüvafiq tədbirlərin görülməsi barədə” xidməti məktubundan görünür ki, Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli **********947500 nömrəli xidməti məktubun icrası ilə əlaqədar olaraq vergi orqanlarında uçota durmadan sahibkarlıq məqsədləri üçün elektron alış aktı ilə malların təqdim edilməsi halları aşkar edilmiş fiziki şəxslərin vergi orqanında uçota alınması üçün Baş İdarənin Vergi ödəyicilərinin uçotu idarəsinə müvafiq göstəriş verilməsi xahiş edilmişdir. - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********809900 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2021-ci il gəlir vergisi üzrə 6.485,00 manat vergi hesablanmışdır. - “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Aparılan araşdırılma zamanı onun tərəfindən 2021-ci il ərzində 129700 manat dəyərində elektron alış aktı ilə malların (iş və xidmətlərin) təqdim edilməsinə baxmayaraq, müvafiq dövr üzrə gəlir vergi bəyannaməsinin təqdim edilməməsi vergidənyayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində aşağıdakı sənədlərin təqdim olunması tələb olunmuşdur: Sənədlər: 1. Müvafiq hesabat dövrü üzrə cari (dəqiqləşdirilmiş) gəlir vergi bəyannaməsi; 2. Qeyd olunanalarla bağlı təsdiqedici sənədlər əlavə edilməklə müvafiq izahat məktubu; 3. Araşdırmaya təqdim edilməsi üçün zəruri hesab etdiyi digər sənədlər. Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının onun vergi öhdəliklərini yenidən hesablamaq hüququnun olduğu bildirilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir.( İPM-nin 2.2.1-ci və 32.1-cü maddələri). İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan prosessual müddətə əməl etmişdir. Belə ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş cavabdehin hüquqi ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakılar qeyd etməyi zəruri bilir. İş materiallarına əlavə edilmiş (məhkəməyə təqdim edilmiş) sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş materiallarında olan sənədlərlə və işin halları ilə müəyyən edilir ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən 2021-ci il ərzində tərtib edilmiş 2 ədəd elektron alış aktı üzrə İddiaçı tərəfindən 129700 manat dəyərində mal və ya xidmət təqdim edildiyi lakin vergi orqanında uçota durmadığı müəyyən edilmiş və vergi orqanı tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli **********421400 nömrəli “Vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında” bildiriş göndərilməsinə baxmayaraq, iddiaçı tərəfindən vergi uçotuna dair ərizə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktub ünvanlayaraq, aparılan araşdırılma zamanı onun tərəfindən 2021-ci il ərzində 129700 manat dəyərində elektron alış aktı ilə malların (iş və xidmətlərin) təqdim edilməsinə baxmayaraq, müvafiq dövr üzrə gəlir vergi bəyannaməsinin təqdim edilməməsi vergidənyayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olduğu və Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərindən yuxarıda qeyd olunanlarla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində zəruri olan sənədlərin təqdim olunması tələb olunmuşdur. Vergi ödəyicisi olan iddiaçı tərəfindən tələb edilən sənədlər təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********809900 nömrəli Qərar qəbul edilərək, İddiaçı 2021-ci il gəlir vergisi üzrə 6.485,00 manat vergi hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 06/4403/İLİZ nömrəli “Alqı-satqı müqaviləsinin” surətindən görünür ki, satıcının (Azərbaycan Respublikasının vətəndaşı X2 adından 7E-719400 reyestr nömrəli etibarnamə ilə çıxış edən İddiaçı) 1 ədəd (2018buraxılış ili olan, X14 minik markalı, mühərrik, ban №SALRT2RV3JA078737) avtomobili alıcının ("xxxx" MMC-nin direktoru X8) mülkiyyətinə verməsi, alıcının isə avtomobili qəbul etməsi və qiymətini ödəməsi barədə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş, xx.xx.2021-ci il tarixli 06/4397/DLİZ nömrəli “Alqısatqı müqaviləsinin” surətindən görünür ki, satıcının (Azərbaycan Respublikasının vətəndaşı X5 adından 7E-52640 reyestr nömrəli etibarnamə ilə çıxış edən İddiaçı) 1 ədəd (2016-buraxılış ili olan, Chevrolet Cruze minik markalı, mühərrik V1162377G8GX0976, ban №1G1BE55M**********9) avtomobili alıcının ("xxxx" MMC-nin direktoru X8) mülkiyyətinə verməsi, alıcının isə avtomobili qəbul etməsi və qiymətini ödəməsi barədə müqavilə bağlanılmışdır. İddiaçı məhkəməyə müraciət edərək, adına açılmış ********** №-li VÖEN-nin ləğv edilməsi və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********809900 №-li "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, işin hallarından göründüyü kimi, hazırki inzibati mübahisənin yaranması səbəbi tərəflərin sözügedən məsələyə fərqli mövqelərdən yanaşmasıdır. Belə ki, iddiaçı hesab edir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı üçün vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyata alınmaq məqsədi ilə könüllü şəkildə müraciət etmədiyindən, onun cavabdeh tərəfindən məcburi şəkildə VÖEN qeydiyyat nömrəsi verilməsi vergi ödəyicisi kimi qeydiyyata alınması qanuna uyğun deyil, cavabdeh işə əks mövqelərdən çıxış edərək qeyd edir ki, vergi ödəyicisi tərəfindən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) xx.xx.2021-ci il tarixdə EAA seriyalı 373368 nömrəli elektron alış aktına əsasən 17500 manat dəyərində, xx.xx.2021-ci il tarixdə EAA seriyalı 374383 nömrəli elektron alış aktına əsasən 112200 manat dəyərində avtomobillər təqdim edildiyi müəyyən edilmişdir. Eyni zamanda “Lizinq” şirkəti tərəfindən tərtib olunmuş elektron alış aktları ləğv edilməmiş, qaydalara uyğun İnternet Vergi İdarəsindən müvafiq düzəlişi etməklə elektron alış aktında hər hansı düzəlişin aparılmamış,avtomobil nəqliyyatı vasitələrinin alınması ilə bağlı sənədlər təqdim edilməmişdir. Lizinq şirkətinin malı təqdim edən zaman mənfəət vergisi ödəməsi İddiaçı mal təqdim edən zaman gəlir vergisi ödəmək öhdəliyindən azad etmir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 33.3-cü bəndinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri bu maddəyə uyğun olaraq vergi orqanında uçota alına bilərlər. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən vəsiqə əsasında vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınırlar. 33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir. Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidir. 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. 34.1. Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyiciləri olan hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra uçota alınırlar. Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini və yaşadığı yer haqqında məlumat təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydalarının: 2.1-ci bəndinə görə vergi orqanında uçota alınan şəxslər uçota dair ərizəni aşağıda göstərilən müddətdə təqdim etməlidirlər. 2.1.1. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər - sahibkarlıq fəaliyyətinə başladığı günədək; 2.1.2. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royalitidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq; 2.1.3. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan sonra - bir ay müddətində; 2.1.4. Torpaq mülkiyyətçiləri torpağa mülkiyyət hüququnu təsdiq edən sənədi aldıqdan sonra - bir ay müddətində. 2.2-ci bəndinə görə fiziki şəxsin uçota alınması, yenidən uçota alınması, uçotdan çıxarılması, habelə uçot məlumatlarında dəyişiklik edilməsi barədə təqdim edilən ərizələrin forması və onların doldurulma qaydaları, fiziki şəxslərin vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin forması Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilir. 2.3-cü bəndinə görə vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” verilir. Məhkəmə qeyd edir ki, fiziki şəxsin vergi uçotuna alınmasının VM-nin normalarından göründüyü kimi əsas qaydası vergi orqanına uçota alınma barədə ərizə ilə müraciət edilməsidir. Fiziki şəxs məhz sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma barədə vergi orqanına ərizə təqdim etməlidir. Vergi Məcəlləsinin 33.4, 34.1 və 34.2-ci maddələri, eləcə də Qaydaların 2.1, 2.2, 2.3, 2.6-cı bəndləri bilavasitə ərizə əsasında vergi uçotuna alınmanın qaydalarını müəyyən edir. Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin ərizəsi əsasında vergi uçotuna alınma 2 qaydada - kağız və elektron formatda aparılır. Vergi qanunvericiliyi vergi ödəyicisi qismində uçota alınmanı yalnız fiziki şəxsin ərizəsi əsasında qeydiyyata alınma forması ilə məhdudlaşdırmır. Vergi Məcəlləsinin 33.3, 33.5-ci maddələrinin, Qaydaların 2.9-cu bəndinin təhlili onu deməyə əsas verir ki, vergi ödəyicisi qismində uçota alınmanın ikinci qaydası mövcuddur və bu ərizə verilmədən, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin vergi orqanının öz təşəbbüsü ilə qeydiyyata alınmasıdır”. Qeyd edilən qanunvericilik normalarından görünür ki, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər hər bir halda vergi uçotuna alınmalıdır və bu barədə onlara 5 gün müddətində bildiriş göndərir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının fərdi sahibkar kimi vergi ödəyicisi qismində uçota durmaq üçün müvafiq ərizə ilə cavabdehə müraciət etmədiyi halda cavabdeh vergi orqanı tərəfindən onun vergi ödəyicisi kimi qeydiyyata alması vergi qanunvericiliyinin tələblərinə də ziddir. Cavabdeh özü də iddiaçı tərəfindən belə bir ərizənin verilmədiyini təkzib etmir. Məhkəmənin müvafiq sorğusuna əsasən də cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş materiallarda iddiaçının belə bir müraciətinin mövcudluğuna dair sənədlər və Vergi Məcəlləsinin 33.5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya vergi uçotuna alınması barədə bildiriş öz əksini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı vergi ödəyicisi kimi onun ərizəsinə əsasən deyil, Bakı şəhəri X9 üzrə Baş İdarəsinin vergi orqanında olan uçot-baza məlumatlarına əsasən vergi uçotuna alınmışdır. Belə ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Beləliklə bütün qeyd edilmiş maddi hüquq normalarından birmənalı şəkildə göründüyü kimi, fiziki şəxsin vergi uçotuna alınması üçün həmin şəxsin vergi orqanına könüllü şəkildə müraciət etməsi lazımdır, könüllü şəkildə müraciət etmədiyi halda vergi orqanı tərəfindən vergi ödəyicisinin uçota alınmasına dair bildiriş təqdim edilməlidir. Belə ki, sözügedən məsələ Vergi Məcəlləsində başqa qaydası nəzərdə tutulmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, tərəflər arasında avtonəqliyyat vasitələrinin alqı-satqısının həyata keçirilməsi nə Vergi Məcəlləsində, nə də ki, digər hər hansı bir qanunda sahibkarlıq fəaliyyəti kimi müəyyən edilməmişdir. Əlavə olaraq cavabdeh inzibati orqanın etiraz ərizəsində göstərdiyi “2023-cü ildən qüvvədə olan Vergi Məcəlləsinin 33.5- ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır” dəlili ilə bağlı məhkəmə qeyd edir ki, müvafiq hüquq münasibəti 2023-cu il 1 yanvar tarixindən əvvəl yarandığı üçün həmin vaxta qədər qüvvədə olan hüquq norması tətbiq edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 dekabr 2022-ci il tarixli, 677-VİQD nömrəli Azərbaycan Respublikası Qanununu ilə 33.5-ci maddə aşağıdakı redaksiyada qəbul edilmişdir: (1 yanvar 2023-cü il tarixindən qüvvəyə minmişdir) Bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. Azərbaycan Respublikası İnzibati prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati prosessual Məcəllənin 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci hissəsinə əsasən Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Beləliklə də, cavabdeh inzibati orqan tərəfindən vergi qanunvericiliyində nəzərdə tutulmuş bildiriş iddiaçıya təqdim olunsa da belə, həmin vaxt (hüquq münasibətinin yarandığı vaxt) qüvvədə olan qanunvericilikdə isə vergi orqanının mıəcburi qaydada vergi uçotuna almaq səlahiyyəti nəzərədə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Məhkəmə cavabdeh orqanın göstərdiyi hallar ilə razılaşmayaraq hesab edir ki, vergi orqanı əsassız olaraq mübahisələndirilən inzibati aktla iddiaçıya müvafiq vergi hesablamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 14.3-cü bəndinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. -70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, istinad olunan hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinənin xx.xx.2022-ci il tarixli **********809900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməli və iddiaçının vergi ödəyicisi kimi uçota alınmış ********** nömrəli VÖEN şəhadətnaməsinin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinənin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 70, 75,81 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinənin xx.xx.2022-ci il tarixli **********809900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin və iddiaçının vergi ödəyicisi kimi uçota alınmış ********** nömrəli VÖEN şəhadətnaməsinin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinənin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar