Məhkəmə qərarları › İş №2-1(112)-8107/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8107/2024

01.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8107/2024 01.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “evin sökülməsi faktının müəyyən edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanındakı "xxxx" QSC-yə məxsus fərdi yaşayış evinin məhv olması (sökülməsi) faktının təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evinin ümumi sahəsi 185,10 kv.m təşkil edir. İddiaçı ona məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin müraciətimə imtina cavabı verilmiş və göstərilmişdir ki, guya "xxxx" QSC-nə məxsus torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilərək, istifadəsində olan torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir. İşə məhkəmədə baxılarkən keçirilmiş ekspertiza üzrə verilmiş mütəxəssis rəyi ilə də müəyyən edilmişdir ki, ünvan 2 ünvanında‘"LUKOYL-Azərbaycan” QSC-yə məxsus tikili müəyyən edilmir. Həmçinin Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001 )- 5814/2021 saylı mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 31 yanvar 2022-ci il tarixli, 10/5527 saylı ekspert rəyi ilə də müəyyən edilmişdir ki, ünvan 4 ünvanındakı fərdi yaşayış evinin faktiki olaraq sahəsi 185,1 kv.m olan iddiaçıya məxsus fərdi yaşayış evi olduğu müəyyən edilir, eləcə də iddiaçıya məxsus 185,1 kv.m fərdi yaşayış evinin 119,3 kv.m-i "xxxx" QSC tərəfindən istifadə edilir (zəbt edilmişdir). Həmin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Firması, X2, İddiaçı və X3 qarşı fərdi yaşayış evinə qanunsuz müdaxilə edilməsi və orada təmir-tikinti işlərinin aparılmasının cavabdehlərə qadağan edilməsi, cavabdehlər İddiaçı və X6 tərəfindən 2716,24 manat məbləğində maddi və 10.000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk iddia ərizəsinin rədd edilməsi, İddiaçı qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ünvan 5 ünvanında yerləşən və İddiaçı məxsus 185,10 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq İddiaçı təhvil xcrilməsi, qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunanlardan da göründüyü kimi ünvan 2 ünvanında "xxxx" QSC-yə məxsus hər hansı bir daşınmaz əmlak mövcud deyil. Lakin daşınmaz əmlakın dövlət reyestrində ünvan 2 ünvanında "xxxx" QSC-nin adına daşınmaz əmlaka dair qeydiyyat yazısının mövcudluğu iddiaçının Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. İddiaçı cavabdehə müraciət edərək ünvan 2 ünvanındakı “LUKOYL-Azərbaycan" QSC-yə məxsus fərdi yaşayış evinin məhv olması (sökülməsi) faktının təsdiq edilməsinin təmin edilməsi xahiş edilmişdir. Lakin cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubu ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1052/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X4 ünvan 5 ünvanında "xxxx" QSC-nin adına qeydiyyata alınmış fərdi yaşayış məhv olması faktının cavabdeh tərəfindən təsdiq edilməsi, həmçinin qeydiyyat yazısının ləğv edilməsi tələbinin mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə tərəfindən müvafiq qərardadın əsaslandırma hissəsində qeyd edilmişdir ki, fərdi yaşayış evinin məhv olması faktının cavabdeh tərəfindən təsdiq edilməsi iddia dəlilinə münasibətdə mübahisələndirilən tələb (hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddialara) iddia icraatı qaydasında deyil, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən xüsusi icraat qaydasında mülki məhkəmə icraatında baxılır. Göründüyü kimi məhkəmə tərəfindən bu məsələ qiymət verilmişdir, lakin iddiaçı yenidən eyni iddia ərizəsi inzibati məhkəməyə müraciət etmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Qeyd edilməlidir ki, iddiaçı hazırkı iş üzrə cavabdehə qarşı bir dəfə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 5 ünvanında "xxxx" QSC-nin adına qeydiyyata alınmış fərdi yaşayış məhv olması faktının cavabdeh tərəfindən təsdiq edilməsi, həmçinin həmin evə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnizbati Məhkəməsinin 2-1(112)-1052/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2055/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanmışdır. İddiaçı ünvan 5 ünvanında "xxxx" QSC-nin adına qeydiyyata alınmış fərdi yaşayış evinin məhv olması faktının təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırmışdır ki, onun əvvəllər qaldırmış olduğu iddia hazırkı iddianı əhatə edir. Belə olan halda iddiaçı iddianın birinci dəfə qeyri-mümkün olmasına əsas olmuş halların aradan qalxdığını sübut etməlidir. İddiaçının birinci iddiası üzrə həm birinci instansiya, həm də apellyasiya məhkəmələrinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarından görünür ki, "xxxx" QSC və "xxxx" Firması arasında xx.xx.2014-cü il tarixli “Kommersiya subkonsessiyası (subfrançayzinq)” müqaviləsi bağlanmış və sözügedən müqavilə üzrə öhdəliklərin icrasının əsas təminatı məqsədi ilə xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi üzrə X1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 1 mərtəbəli, 1 otaqlı, 19/17 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13649/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" QSC-nin xeyrinə "xxxx" Firmasından 57 722,47 AZN əsas borc və 5800 AZN cərimə məbləğin tutulması, tutmanın ipoteka predmeti olan X1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 1 mərtəbəli, 1 otaqlı 19/17 nömrəli fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3854/2019 saylı, xx.xx.2019-cu tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən ipoteka predmeti hərraca çıxarılmış və ipoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələrinə uyğun olaraq "xxxx" QSC tərəfindən alınmış və xx.xx.2020-ci il tarixli hərrac yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə və protokol tərtib edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" QSC-nə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 1 mərtəbəli, 1 otaqlı 19/17 nömrəli fərdi aşayış evinə mülkiyyət hüququnu təsdiq edən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı, xx.xx.2020-ci il tarixli elektron çıxarış verilmişdir. Həmin çıxarışın verilməsinə əsas xx.xx.2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı müqaviləsi olmuşdur. Beləliklə, iddiaçının mübahisələndirdiyi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın müvafiq müqavilə əsasında verildiyi müəyyən olunur ki, bu da mübahisələndirilən aktın inzibati akt deyil, mülki-hüquqi akt olmasına əsas verir və belə aktın mübahisələndirilməsi inzibati məhkəmə icraatının predmeti ola bilməz. Məhkəmələr həmçinin qeyd etmişlər ki, iddiaçının mübahisələndirdiyi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış müvafiq müqavilə əsasında verildiyindən, fərdi yaşayış evinin məhv olması faktının təsdiq edilməsi xüsusi icraat qaydasında (hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi) mülki məhkəmə icraatında müəyyən edildiyindən iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün deyil. Göründüyü kimi iddiaçının iddia tələbini qeyri-mümkün edən əsaslar hazırda aradan qalxmamışdır. Bu səbəbdən onun iddiası mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “evin sökülməsi faktının müəyyən edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar