Məhkəmə qərarları › İş №2-1(112)-8108/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8108/2022

16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8108/2022 16.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydinə düzəliş edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydinə düzəliş edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1986-cı il tarixli 1609 saylı doğum haqqında akt qeydləri kitabında atası X11 milliyyəti barədə qeydə düzəliş edilərək, milliyətinin “yəhudi” yazılması və müvafiq düzəlişləri əks etdirən yeni doğum haqqında şəhadətnamənin verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1986-cı il tarixdə doğulmuşdur. X23 Zalmanovıç milliyətçə yəhudidir. Ona Bakı şəhəri, Səbail rayon VVADQ şəbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə valideynlər qrafasında atasının milliyətinin səhvən “rus” olduğu göstərilmişdir. Atası X17 18 avqust 1998-ci ildə ölmüşdür. Düzəlişin edilməsi ilə bağlı Cavabdehnə müraciət etmişdir. Cavabdeh 07 aprel 2022-ci il tarixli, 05/Q-380/15 saylı cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiqlənmiş “X7 dövlət qeydiyyatı Qaydası”na əsasən uşağın doğum haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrdəki qeydlər əsasında yazılır. Onun Səbail rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.1986-cı il tarixli 1609 saylı doğum haqqında akt qeydində atasının milliyyəti “rus”, anasının milliyyəti isə “ləzgi” yazılmışdır. Bu əsasla ona məxsus olan bütün vətəndaşlıq vəziyyəti akt qeydlərində milliyyətinin “rus”dan “yəhudi”yə dəyişdirilməsindən imtina edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh iddia tələbinə dair 05/Q-500/13 №-li, xx.xx.2022-ci il tarixli yazılı münasibətində (etirazı) göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarxli 145 nömrəli qərarı ilə təsdiqlənmiş "X7 dövlət qeydiyyatı Qaydası”na əsasən uşağın doğum haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamədəki qeydlər əsasında yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş X7 dövlət qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalara əsasən Vətəndaşlıq vəziyyəti altlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi X7 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya imtina edir. Vətəndaşın Səbail rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınan xx.xx.1986-cı il tarixli 1609 saylı doğum haqqında akt qeydində atasının milliyyəti rus anansının milliyyəti ləzgi yazılmışdır. Vətəndaşa məxsus olan bütün vətəndaşlıq vəziyyəti haqqında akt qeydlərində milliyyətinin “rus”-dan “yəhudi”yə dəyişdirilməsi imkanları xaricindədir .Bu barədə vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdeh məhkəmə iclaslarının (hazırlıq icraatı və məhkəmə baxışı üzrə) yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmış, lakin məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və məktubla məhkəıməyə müraciət eədərk, işə onların nümayəndəsinin iştirakı olmadan baxımasını xahiş etmişlər. Məhkəmə İPM-nin 62ci maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 9.1-ci bəndində göstərilmişdir ki, X7 qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən X7 qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (X7 qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymələndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən 06 sentyabr 2001-ci il tarixdə verilmiş AZ-İ seriyalı 149273 №-li doğum haqqında şəhadətamənin surətindən müəyyən olunur ki, X16 xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1986-cı ilin oktyabr ayının 25-ci günündə 1609 № ilə qeyd edilmişdir. Valideynləri qrafasında atası qismində milliyyətcə “rus” olan X17, anası qismində milliyyətcə “ləzgi” olan X10 qeyd olunmuşdur. İddiaçı X3 qarşı nikahın pozulması və s. tələbinə dair iddiası üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin çıxartdığı 2(004)-3910/2021 №li xx.xx.2021-ci il tarixli qətnaməsi ilə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 447038 saylı Nikah haqqında şəhadətnaməyə əsasən X22 ilə X16 xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuş və bu barədə 1188 saylı akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Babayeva soyadı verilmişdir. Qeyd olunan qətnamə ilə İddiaçı ilə X22 arasında Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.2008-ci il tarixdə 1188 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 403318 №li nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X22 və İddiaçı Yuyena arasında olan nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2021-ci ilin dekabr ayının 10-cu günündə 657 nömrə ilə qeyd edilmişdir. Niakh pozulduqdan sonra qadına Babayeva soyadı verilmişdir. Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən xx.xx.1954-cü il tarixdə verilmiş İJ seriyalı 275832 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 xx.xx.1954-cü ildə Bakı şəhərində doğulmuşdur. Bu barədə X7 doğum kitabında1954cü ilin noyabr ayının 26-cı günündə qeyd edilmişdir. Atası qismində milliyətcə “yəhudi” olan X18, anası qismində milliyyətcə “ləzgi” olan X8 qeyd olunmuşdur. Bakı şəhəri Səbail rayon VAAQ şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş V- JQ seriyalı 251855 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X17 18 avqust 1998-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1998-ci iln avqust ayının 22-ci günüdə 448 № ilə qeyd edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 908308 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X20 xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1991-ci ilin iyul ayının 19-cu günündə 722 № ilə qeyd olunmuşdur. Atası haqqında məlumat qrafasında milliyyəti “yəhudi” olan X17, anası haqqında məlumat qrafasında milliyyəti “ləzgi” olan X10 qeyd olunmuşdur. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, ona aid doğum haqqında akt qeydində düzəliş edilməsini xahiş etmiş, Cavabdeh 05/Q-380/15 №li xx.xx.2022-ci il tarixli cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiqlənmiş “X7 dövlət qeydiyyatı Qaydası”na əsasən uşağın doğum haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrdəki qeydlər əsasında yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X7 qeydində dəyişiklik bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən X7 qeydindəki səhvlərin düzəldilməsi və dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyatı şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin seçdiyi qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi X7 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya imtina edir. Bildirilmişdir ki, müraciətçinin Səbail rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.1986-cı il tarixli 1609 saylı doğum haqqında akt qeydində atasının milliyyəti “rus” anasının milliyyəti isə “ləzgi” yazılmışdır. Ona məxsus olan bütün vətəndaşlıq vəziyyəti akt qeydlərində milliyyətininin “rus"- dan “yəhudi” yə dəyişdirilməsi imkanları xaricindədir. Aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 192 №-li, xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1967/2017 saylı xx.xx.2017-ci il tarixli qətnamənin surətindən müəyyən olunur ki, ərizəçi X20 “vətəndaşlıq vəziyyəti aktları qeydində düzəliş edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsini belə əsaslandırmışdır ki, o, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun xx.xx.2005-ci il tarixdə aldığı doğum haqqında şəhadətnaməsində yanlışlığa yol verilərək, mərhum atasının milliyəti yəhudi olduğu halda, səhvən “rus”yazılmışdır. Səbail rayon qeydiyyat şöbəsinə qeydin düzəldilməsi ilə bağlı müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Odur ki, X14 adına xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ 647583 №-li doğum haqqında şəhadətnamənin "atasının milliyəti” qrafasında "yəhudi” yazılmalı olduğu halda, səhvən "rus” yazılması müəyyən edilməsi, xx.xx.1991-ci il tarixdə 722 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş X15 aid doğum haqqında şəhadətnamədə "atasının milliyəti” qrafasında "rus” sözünün "yəhudi” sözü ilə dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Səbail rayon qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1967/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, Səbail rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş X12 AZ-İ 647583 №-li doğum haqqında şəhadətnaməsində onun atası X11 milliyətinin əslində “yəhudi” qeyd edilməli olduğu halda, səhvən “rus” yazılması müəyyən edilməsi, Səbail rayonu X7 dövlət qeydiyyatı şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.1991-ci il tarixdə 722 № ilə rəsmiləşdirilmiş X12 doğumu haqqında akt qeydində atası X11 milliyəti barədə qeydə düzəliş edilərək “rus” əvəzinə “yəhudi” yazılması və müvafiq düzəlişi əks etdirən yeni doğum haqqında şəhadətnamənin X15 verilməsinin Səbail rayon qeydiyyat şöbəsinə həvalə olunmaqı qət edilmişdir. Cavabdeh 05/Q-499/13 №-li xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş: - İddiaçı 1609 №-li, xx.xx.1986-cı il tarixli doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, Məmmədova (Polyakova) Səbinə Yuriyevna xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuşdur. Atası haqqında məlumat qrafasında atası-milliyyəti rus, xx.xx.1954-cü il təvəllüdlü X17, anası haqqında məlumat qrafasında milliyyəti ləzgi, xx.xx.1962-ci il təvəllüdlü Məmmədova (Məmmədsalahova, Polyakova) Sevil Nurbala qızı qeyd olunmuşdur. - Yuriy Polyakovun 1256 №-li, xx.xx.1954-cü il tarixli doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, Polyakov Yuriy xx.xx.1954-cü ildə doğulmuşdur. Ata haqqında məlumat qrafasında milliyyəti yəhudi olan X18, anası haqqında məlumat qrafasında milliyyəti ləzgi olan X9 qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X7 Reyestri Xidmətinin 05/2- 10104/13 №-li, xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, araşdırma nəticəsində valideynləri X18 (həmin akt qeydində milliyyəti - yəhudi) ilə X8 (həmin akt qeydində milliyyəti - rus) olan xx.xx.1954-cü il təvəllüdlü Yuriy Polyakovun doğumunun Səbail rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı məlum olmuşdur. X13 (həmin akt qeydində milliyyəti - yəhudi) Krasnova (Polyakova) Valentina Vasilyevna (həmin akt qeydində milliyəti - rus) ilə xx.xx.1947-ci üdə Səbail rayon qeydiyyat şöbəsində nikaha daxil olduğu müəyyən edilmişdir. xx.xx.1964-cü ildə vəfat etmiş Zalman Polyakovun ölümünün (həmin akt qeydində milliyyət - yəhudi) xx.xx.1964-cü ildə həmin qeydiyyat şöbəsində qeydə alındığı məlum olmuşdur. X17 (həmin akt qeydində milliyyəti - rus) X10 (həmin akt qeydində milliyyəti- ləzgi) ilə xx.xx.1985-ci ildə sözügedən qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. Bu nikahdan doğulmuş xx.xx.1991-ci il təvəllüdlü Leyla Məmmədovanın (həmin akt qeydində valideynlərinin milliyyəti yəhudi", “ləzgi") xx.xx.1986cı il təvəllüdlü Sabina Məmmədovanın (həmin akt qeydində valideynlərinin milliyyəti “rus", “ləzgi”) doğumu adıçəkilən qeydiyyat şöbəsində qeydə alınmışdır. X1 ilə X2 olan xx.xx.1962-ci il təvəllüdlü Sevil Məmmədovanın (Səbail rayonunda xx.xx.1999-cu ildə qeydə alınmış soyad, ad və ata adının dəyişdirilməsi haqqında akt qeydi əsasında soyadı “Məmmədsalahova”dan “Məmmədova"ya, adı “Qızılgül”dən “Sevil”ə dəyişdirilmişdir, milliyyəti “ləzgi" qeyd olunmuşdur). Qeyd olunmuşdur ki, xx.xx.1998-ci ildə vəfat etmiş Yuriy Polyakovun ölümü (həmin akt qeydində milliyyət - rus) xx.xx.1998-ci ildə adıçəkilən qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları”' avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar öyrənilərkən Yuriy Polyakovun bacı və qardaşlarının, habelə valideynlərinin doğumu haqqında akt qeydi aşkar edilməmişdir. İddia həmçinin əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən X7 qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, X7 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X7 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinə əsasən X7 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq olunmuş “X7 dövlət qeydiyyatı Qaydası”nın 2.8-ci bəndində göstərilmişdir ki, doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.1. öz aralarında nikahda olan ata və ana onlardan birinin ərizəsi əsasında doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə olunan doğum haqqında akt qeydləri barədə məlumat əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Uşağın doğumu haqqında akt qeydində və şəhadətnamədə valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası müvafiq qeydiyyat aparılanadək qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən ərizəçiyə izah olunmalıdır. İddiaçı atasının akt qeydinə əsasən atası Yuriy Polyakovun valideynlərinin milliyyəti – atası X18 (milliyyəti yəhudi); anası X8 (milliyyəti rus) kimi qeyd olunmuşdur. Hazırda iddiaçı özünə aid xx.xx.1986-cı il tarixli 1609 saylı doğum haqqında akt qeydləri kitabında atası X11 milliyyəti barədə qeydə düzəliş edilərək, milliyətinin “yəhudi” yazılması və müvafiq düzəlişləri əks etdirən yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı Qərarı ilə təsdiq olunmuş “X7 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”da göstərilmişdir ki, X7 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir (İ. 1). X7 qeydindəki səhvlər düzəldikdə X7 qeydində dəyişikliklər edilir (İ.3). X7 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün X7 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi əsas hesab edilir (İ.4). Lakin işin araşdırılan hallarından göründüyü kimi iddiaçıya aid vətəndaşlıq vəziyyəti aktının qeydində iddiaçının tələbinə uyğun dəyişiklik edilməsinə kifayət qədər əsas olmasına və aidiyyəti şəxslər arasında bununla bağlı hər hansı mübahisə olmadığına baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən onun müraciətinin təmin olunmasından imtina olunmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. İPM-nin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı xx.xx.1986-cı il tarixli 1609 saylı doğum haqqında akt qeydində atası X11 milliyyəti barədə qeydə düzəliş edilərək, milliyətinin “yəhudi” yazılması və yeni doğum haqqında şəhadətnamənin verilməsi Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və İPM-nin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı xx.xx.1986-cı il tarixli 1609 saylı doğum haqqında akt qeydində atası X11 milliyyəti barədə qeydə düzəliş edilərək, milliyətinin “yəhudi” yazılması və yeni doğum haqqında şəhadətnamənin verilməsi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar