Məhkəmə qərarları › İş №2-1(112)-811/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-811/2022

10.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-811/2022 10.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Təhsildə X2rşı «cavabdehin imtinasının əsassız sayılması və diplom üzrə ixtisasın tanıması və ekvivalentlik şəhadətnaməsinin verilməsi» barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Təhsildə X2rşı «cavabdehin imtinasının əsassız sayılması və diplom üzrə ixtisasın tanıması və ekvivalentlik şəhadətnaməsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 1 avqust 1977-ci il tarixdə Gürcüstanda doğulmuşdur. 1994-cü ildə Bakı şəhəri 53 nömrəli orta məktəbi bitirdikdən sonra həmin ildə Bakı şəhər İqtisad- Uçot Kollecinə (Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisası üzrə) daxil olmuş, 1997-ci ildə oranı bitirmişdir. Həmin ildən etibarən bu günədək, yəni 25 ilə yaxın bir müddətdə ixtisası üzrə bank sektorunda, müxtəlif mötəbər təşkilatlarda çalışmış, bilik, bacarıq, təcrübəsi ilə həm işlədiyi qurumların etimadını qazanmış, həm də öz peşə bacarığını, təcrübəsini artıraraq vəzifələrdə irəlili çəkilmişdir. O, 2002-ci il sentyabrın 22-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində bağlanmış Əməkdaşlıq protokolu və Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında təhsil sənədləri, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması haqqında Sazişi, ölkə başçısının təhsil sahəsində apardığı uğurlu, köklü islahatlar nəticəsində ali məktəblərdə yaranan şəffaf mühiti nəzərə alaraq, 2004-cü ildə Bakıda fəaliyyət göstərən Rusiya Dövlət Sosial Universitetinə (maliyyə və kredit) daxil olmuş, 2009-cu ildə oranı bitirmişdir. Həmin ildə Universitet tərəfindən təhsil ocağını bitirməsi haqqmda iddiaçıya diplom verilmişdir (Protokol №20, xx.xx.2009-cu il). 2011-ci ildə həmin Universitetin adı dəyişdirilərək Rusiya Dövlət Sosial Universiteti adlandırılmışdır. İddiaçı həm Kollec, həm də Universitet diplomu ilə öz əmək fəaliyyətini davam etdirmiş, işində əldə etdiyi bilik, bacarıq, təcrübəsi ilə müəyyən uğurlar qazanmışdır. 2 il öncə xarici dövlət tərəfindən verilmiş diplomların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentniyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları»na əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təsdiq edilməsinin zəruriliyini bildikdən sonra o, Agentliyə müraciət etmiş və müəyyən olunmuş bütün prosedurlardan, o cümlədən, yazılı və şifahi müsahibələrdən müvəfəqiyyətlə keçmişdir. Diplomumun apostil olunması üçün isə, 2019-cu ildə Moskva Şəhər Təhsil və Elm Departamentinə müraciət etmişdir. 3 – 4 ay ərzində ciddi araşdırmalar apararaq iddiaçının həqiqətən də qeyd olunan Universitetdə təhsil almasını, eləcə də, təhsil ocağını bitirməsi haqqında ona dilplom verilməsi faktını müəyyən etdikdən sonra diploma 2019-cu il noyabr ayının 7də həmin Departament tərəfindən apostil vurulmuşdur. Departamentlə razılıq əsasında Universitet rəhbərliyi həmin təhsil ocağının adı 2011-ci ildə dəyişdirildiyindən, gələcəkdə problemlə üzləşməmək, çətinliklər yaşamamaq üçün iddiaçıya 2009-cu ildə Bakıda təqdim olunmuş köhnə diplom əvəzinə yeni diplom – dublikat verilmişdir (Rusiya Federasiyası Dövlət Sosial Universiteti mütəxəssis diplomu № 107724 11778851, qeydiyyat nömrəsi 1266, verilmə tarixi 27 sentyabr 2019-cu il). Bununla belə, iddiaçıya diplomun Universitetin 2009-cu il 20 fevral tarixli 20 nömrəli protokoluna əsasən verilməsi də diplomda öz əksini tapmışdır. Lakin Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (noştrifikasiyası) Qaydaları»nın 3.7-ci bəndi əsas götürülərək, iddiaçının təhsil illərində heç bir zaman Rusiya Federasiyasında (təhsil aldığı xarici ölkədə) olmaması və bununla da diploma əlavədə qeyd olunan tədris yükünü guya yerinə yetirməsinin qeyri-mümkünlüyü səbəbindən diplom üzrə ixtisasın tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsinə dair müraciətinə cavab olaraq 11 fevral 2021-ci il tarixdə imtina qərarı qəbul olunmuşdur. Yuxarıda adıçəkilən Qaydaların 3.7-ci bəndində diplom üzrə ixtisasın tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi üçün təhsil aldığın xarici ölkədə olmaqla bağlı hər hansı bir müddəa mövcud deyil. Digər tərəfdən, bir daha vurğunmalıdır ki, o, Rusiya Federasiyasında deyil, Rusiya Federasiyası Dövlət Sosial Universitetinin Bakıda fəaliyyət göstərən filialında təhsil almışdır. Bunun üçün vaxtilə Moskvaya getməsi ilə bağlı hər hansı bir ehtiyac olmamışdır. Bunu, onunla bir yerdə təhsil alan tələbə yoldaşları da təsdiq edə bilər. İddiaçı hesab edir ki, diplomun ölkədə tanınması üçün xarici universitetin (Rusiya Dövlət Sosial Universiteti) Bakı filialında təhsil alan tələbədən tədris yükünün guya yerinə vetirilməsinin qeyri-mümkünlüyü və onun xaricdə ümumiyyətlə olmamasını əsas kimi göstərmək absurd məsələdir, heç bir məntiqə sığmır. Eyni zamanda, vurğulamaq yerinə düşər ki, Universitetdə təhsil zamanı iddiaçının tədris yükünü nə dərəcədə yerinə yetirməsi, tədris olunan fənlərin hansı səviyyədə mənimsəməsi məsələsinə qiymət verilməsi cavabdehin deyil, təhsil aldığı müəssisənin (orada fəaliyyət göstərmiş Dövlət İmtahan Komissiyasının) səlahiyyətlərinə aiddir və iddiaçı bu mərhələni artıq 12 il öncə başa vurmuşdur. «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (noştrifikasiyası) Qaydaları»nın 2.3-cü bəndində ali təhsil sahəsində ixtisasların tanınması üçün yalnız aşağıda qeyd edilənlərin olmasının zəruriliyi barədə deyilir: Ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; Təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrdə nəzərədə tutulması. Bu da, öz növbəsində diplomun tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 2 mart 2021-ci il tarxili Ə-43/03-TKTA qeydiyyat nömrəli imtina məktubunun Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiqlənmiş Qaydalara zidd olmasına, eləcə də cavab məktubunun heç bir hüquqi əsasının olmamasına dəlalət edir. Bundan əlavə, iddiaçı Rusiya Dövlət Sosial Universitetinin Bakı filialında təhsil almışdır. Yəni, filial Moskvada və ya Rusiya Federasiyasının digər şəhərlərində yox, məhz Bakı şəhərində (Təhsil Nazirliyinin yaxınlığında) fəailiyyət göstərmişdir. Bu isə o deməkdir ki, təhsil müddəti ərzində ölkə sərhədini keçməyə belə ehtiyac, heç bir zərurət olmamışdır. İddiaçı hesab edir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bu formal, əsaslandırılmamış imtina qərarı bir qayda olaraq, məntiqsiz, ədalətsiz, əsassız olduğu üçün ləğv edilməlidir. Əslində, cavabdeh bu hərəkətləri ilə onun hüquqlarını, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsində təsbit olunmuş təhsil almaq hüququnu pozmuş, onu xəyal qırıqlığına uğratmış, ona mənəvi zərbə vurmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafisəinə zəmanət verir. İddiaçının 5 il ərzində təhsil aldığı illərini, üzləşdiyi çətinliklərə mətanətlə sinə gərərək keçirdiyi əsəbləri, çəkdiyi zəhməti, xərclədiyi maliyyə geri qaytarılacaqmı? Digər tərəfdən, qeyd edilən təhsil ocağı heç də Rusiya Federasiyasının hansısa ucqar əyalətindəki özəl Universitetlərdən biri deyil, məhz Rusiya Federasiyasının paytaxtında, Moskva şəhərində aparıcı dünya dövlətlərinin mötəbər ali təhsil ocaqlarının tanıdığı və əməkdaşlıq etdiyi nüfuzlu, mötəbər bir Universitetdir. Məhz, bu səbəbdən Bakı şəhərində onun filialı açılmışdır. Həm də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin imtina üçün istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli qərarının qəbul olunduğu bir vaxtda. Nüfuz etibarı ilə bu, Azərbaycanda fəaliyyət göstərən özəl universitetlərlə müqayisə olunmayacaq dərəcədə mötəbər təhsil ocağı kimi tanmır. İddiaçıya həmin Universitet tərəfindən verilən diplom dünyanın böyük dövlətlərindən olan Rusiya Federasiyasının bütün nöqtələrində, eləcə də, əksər dünya dövlətlərində keçərli olduğu təqdirdə, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin həmin diplomu tanımaqdan imtina etməsi nə dərəcədə doğru, ədalətlidir. Onların bu hərəkəti yalnız təəccüb, təəssüf, gülüş doğurur. İddiaçı iki ilə yaxındır Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də oz ixtisası üzrə çalışır və istəyir ki, gələcəkdə iş fəaliyyətində müəyyən uğurları, irəliləyişləri olsun. Lakin Təhsildə Keyfiyyət Təminatı Agentliyi bu imtina qərarı ilə onun bütün arzularının, gələcək perspektivlərinin üstündən xətt çəkir. Hərçənd, istər Bakıda kollecdə, istərsə də Universitetdə aldığı biliklər, həyat yolları da ona gərəkli olub. Lakin 25 ildə təcrübədə qazandığı biliklər isə qat-qat üstün olmuşdur. Belə bir vəziyyətdə, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin diplomu tanımaqdan imtina etməsi onun bilik və bacarığıma kölgə salmaqdan başqa bir şey deyildir. Azərbaycan Dövləti Rusiya Federasiyasının ali məktəblərində azərbaycanlıların təhsil almalarına daim böyük diqqət yetirir, lazımı şərait yaradır. Məhz bu məqsədlə ölkə başçısının şəxsi təşəbbüsü ilə Bakıda M. Lomonosov adına Moskva Dövlət Universiteti və Seçenev adına X8 Universitetinin filialları açılmışdır. İddiaçı da zamanında Rusiya Dövlət Sosial Universitetinin Bakıdakı filialında təhsil almışdır. Bu onun haqqıdır, uzun illər ərzində çəkdiyi zəhmətin bəhrəsidir. Bu haqqı, bu zəhmətini heç kim onun əlindən ala bilməz, bu yolverilməzdir. İddiaçı qanuni olaraq, Universitetin bütün tələblərinə, dərs proqramlarına, tədris normativlərinə və yükünə uyğun təhsil almış, Dövlət İmtahan Komissiyasının qərarına əsasən müvafiq diploma yiyələnmişdir. Bu diplom Rusiya Federasiyası kimi tarixi ənənələri olan dövlətin aparıcı və tanınmış Universiteti, eləcə də Moskva Şəhər Təhsil və Elm Departamenti tərəfindən tanınmış, təsdiq olunmuş, apostilizasiyadan keçmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bu qanuni diplomu tanımaqdan imtina etməsi isə heç bir məntiqə, ədalətə, vicdana sığmır. Göstərilənlərə əsaslanaraq və İPM-nin müvafiq maddələrini, eləcə də «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (noştrifikasiyası) Qaydaları»nın 4.2-ci bəndini rəhbər tutaraq, məhkəmədən cavabdehin “Rusiya Dövlət Sosial Universiteti” tərəfindən həmin təhsil müəssisəsini bitirməsi haqqında iddiaçıya verilmiş diplomun tanınmasına dair imtinasının əsassız hesab edilməsi və həmin diplom üzrə ixtisasın tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsinin iddiaya qarşı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, Agentlik İddiaçı müraciətinə baxaraq, həmin ölkədə ümumiyyətlə olmadığından onun diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olduğu və aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı üçün ona müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Hesab olunur ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, təqdim edilmiş diplom üzrə ixtisasının «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı ərizəsində sözügedən təhsil müəssisəsinin Bakı filialında təhsil aldığını qeyd etmişdir. Lakin onun nə diplomunda, nə də ki diploma əlavəsində, o cümlədən hər hansı digər rəsmi sənəddə (məs: arayış və s.) onun Bakı filialında təhsil alması faktı öz əksini tapmamışdır. İddiaçının sərhəd məlumatlarının yoxlanılması zamanı isə tədris müddətində Rusiya Federasiyasında ümumən olmadığı məlum olmuşdur. Bu səbəbdən də həmin ölkə ərazisində olmadan tədris yükünün mənimsənilməsi qeyri-mümkün hesab edilmişdir. İddia ərizəsində qeyd edilən iddiaçının Bakı filialında təhsil almasına münasibətdə bildirilir ki, sözügedən filial Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən – qanunsuz olaraq fəaliyyət göstərmişdir. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»ın 1.5-ci bəndinə əsasən xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Eyni zamanda, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 1997-ci il tarixli 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı»na əsasən ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır. Bundan əlavə, Azərbaycan Respublikasının da qoşulduğu «Avropa regionunda ali təhsil sahəində ixtisasların tanınması haqqında» Lissabon Konvensiyanın, habelə Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş «Avropa regionu üzrə tanınma Təlimatı»nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müsəssisənin qanunvericiliyin tələblərin uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olub-olmaması nəzərə alınmalıdır. «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın müddəaları nəzərə alınaraq, iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsaslanaraq, məhkəmədən iddianın təmin edilməməsi barədə qərar çıxarılması xahiş olunur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim edərək bildirmişdir ki, iddianın tam təmin olunmasına dair qərar çıxarılması məhkəmədən xahiş edilir. Belə ki, məhkəmə prosesi zamanı iddianın tam şəkildə qəbul olunması üçün bütün dəlil və sübütlar təqdim edilmişdir. Rusiya Dövlət Sosial Universitetinin sayca 4-cü olan sonuncu məktubunda (U-3830 nömrəli 30 iyun 2022-ci il tarixli) göstərilənlər bir daha iddianın doğru olduğunu göstərir. Məktubda Universitet rəhbərliyi bu ali təhsil ocağının Bakıda nümayəndəliyinin qanunu əsaslarla fəaliyyət göstərməsini, qiyabi təhsil təşkil etməsinə səlahiyyətli olduğu bildirilir. Bundan öncəki, 3 məktubda da (1 aprel 2021-ci il tarixli U- 1197 nömrəli, 24 may 2021-ci il tarixli U-2002 nömrəli, 23 sentyabr 2021-ci il tarixli U-4441 nömrəli) sadalanan faktlar öz əksini tapmışdır. Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Rusiya Federasiyası Təhsil Nazirliyi arasında mövcud beynəlxalq Sazişlərə, həmçinin, «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 16.2 maddəsinə uyğun olaraq, Rusiya Federasiyası tərəfindən Rusiya Dövlət Sosial Universitetinə verilmiş lisenziyalar Azərbaycanda fəaliyyəti üçün (Azərbaycan Respublikası tərəfindən lisenziya almadan) keçərli olmuşdur. Öncə bildirilir ki, 2003 – 2009-cu illərdə iddiaçı Rusiya Dövlət Sosial Universitetinin Bakıda fəaliyyət göstərən nümayəndəliyində qiyabi formada təhsil almış, bütün tədris yükünü, tədris proqramını uğurla yerinə yetirmişdir. Bunu Universitet tərəfindən ona verilmiş diplom (№107724 ******* №li, qeydiyyat №1266, xx.xx.2019 il), həmin diploma Moskva Şəhər Təhsil və Elm Departamenti tərəfindən 7 noyabr 2019-cu il tarixdə verilmiş apostil, eləcə də həmin ali təhsil müəssisəsi tərəfindən verilmiş (məhkəməyə təqdim olunmuş) rəsmi məktublar da təsdiq edir. Nəzərə alınmalıdır ki, «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramını uğurla bitirməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasında imtinanın, buradan hazırkı məzmunda iddianın rədd edilməsinin qeyd-şərtsiz əsası kimi çıxış edilə bilməz. Universitet (RDSU) tərəfindən iddiaçıya verilən diplom və diploma əlavə Azərbaycan Respublikasının qoşulduğu X3 uyğun olaraq apostillə təsdiqlənib. İddiaçının Universitetə ünvanladığı rəsmi sorğulara cavab olaraq, Universitet tərəfindən onun həmin Universitetin həqiqətən tələbəsi və məzunu olmağı təsdiqlənmişdir. Azərbaycan Respublikasının qoşulduğu «Avropa regionunda ali təhsil sahəsində İxtisasların tanmması haqqında Beynəlxalq Konvensiyaya» görə cavabdeh (TKTA) həmin ixtisasın Azərbaycan Respublikasının mövcud qanunveriliciyinə görə onun ölkə ərazisində sadəcə ekvivalentliyini müəyyən etməlidir. Yəni, həmin İxtisasın Azərbaycan Respublikasında mövcudluğunu və ölkə ərazisində uyğunluğunu tanımalıdır. İş materiallarından da göründüyü kimi, “maliyyə və kredit” ixtisası Azərbaycan Respublikasında da mövcuddur. Digər tərəfdən, həm Azərbaycan Respublikası, həm də Rusiya Federasiyası təhsil sistemində boloniya sisteminə qoşulmuşdur. Hər iki ölkə tərəfindən verilən diplomlar baloniya sisteminə qoşulmuş bütün ölkələrdə, o cümlədən, Azərbaycan Respublikasında tanınır. «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 1.1-ci bəndinə görə bu Qaydalar “«Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqmda Konvensiyanın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqmda Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasmda keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasmm Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqmda Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Qaydaların 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qay dada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanmması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqmda Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqmda müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqmda Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqmda sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyaniqiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasma yol verilmədikdə. Azərbaycan Respublikasının «Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş»ində (23 sentyabr 2002-ci il tarixli) nəzərdə tutulmuşdur ki, hazırkı Sazişin məqsədi beynəlxalq hüquq normalarına və Tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq hər iki Tərəfin müvafiq qurumları arasmda bərabərlik və qarşılıqlı hörmət əsasında təhsil sahəsində əməkdaşlığı inkişaf etdirməkdir. Həmin Sazişin 7-ci maddəsinə əsasən Azərbaycanlı tələbələrə Rusiya Federasiyasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, Rusiyalı tələbələrə Azərbaycan Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Rusiya Federasiyasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun normalarına əsasən dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun tətbiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 saylı Fərmanına əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifksya) Qaydaları»nın 2.3-cü bəndində ali təhsil sahəsinin ixtisasları tanmması üçün yalnız aşağıda qeyd edilənlərin zəruriliyi təsbit olunmuşdur: Ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması, Təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrdə nəzərdə tutulması. Yuxarıda deyilənlərin məcmunundan görünür ki, Nazirlər Kabinetinin qeyd edilən bu qərarı onun (iddiaçının) diplomunun tanınmasını mümkün edir. Təhsildə Keyfiyyət Təminatı X7 Sosial Universitetinin nümayəndəliyinin Azərbaycanda lisenziyasız fəaliyyət göstərməsini vurğulayaraq, belə bir vəziyyətdə, diplomun tanınmasının imtinası kimi çıxış edə bilməz. Çünki, belə bir halın mövcud olması onun (iddiaçının) iradə ifadəsindən asılı yaranmamış və onun bununla hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır. Bu işdə məsuliyyət Aərbaycan Respublikası Təhsil Nazirliyinin üzərində olmuşdur. Rusiya Dövlət Sosial Universiteti nümayəndəliyinin Bakıda bakalavriat səviyyəsinda təhsilin qiyabi formada təşkili qaydaları və fəaliyyəti ilə bağlı Azərbaycanda lisenziya verilməsə belə (hərçənd Rusiya Federasiyasının müvafiq dövlət qurumları tərəfindən kifayət qədər lisenziyalar mövcuddur), tələbələrin (hazırkı halda iddiaçının) təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və həmin diplomun apostil olması həmin diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Qeyd olunanlara əsasən hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qəran ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh Təhsildə X1 (iddiaçının) kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır, hüqüqlarını pozur. Qeyd olunanlardan belə bir nəticəyə gəlmək olur ki, Rusiya Dövlət Sosial Universiteti tərəfindən 27 sentyabr 2019-cu il tarixdə iddiaçıya verilmiş 107724 ******* №li qeydiyyat № 1266 diplomunun tanınması haqqında müvafiq ekvivalentlik şəhadətnaməsinin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə olunmalıdır. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsində və iddiaçının məhkəməyə təqdim etdiyi əlavə ərizədə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə görə bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir. Həmin Qanunun 13.1-ci maddəsinə görə Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: (maddə 13.1.1) əyani, (maddə 13.1.2) qiyabi, (maddə 13.1.3) distant (məsafədən), (maddə 13.1.4) sərbəst (eksternat). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyaniqiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 117 nömrəli 24 iyun 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 1.2-ci bəndinə görə bakalavr hazırlığı ali təhsilin birinci səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bakalavr ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə genişprofilli mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Həmin Qaydaların 1.5-ci bəndinə görə bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarında olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin müvafiq sorğuya cavab olaraq Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 4 aprel 2022-ci il tarixli 00-03-170/TKTA nömrəli məktubunda aşağıdakılar qeyd olunmuşdur: - Məhkəmənin Rusiya Dövlət Sosial Universitetinin Azərbaycan Respublikasında fəaliyyət göstərən Filialının lisenziyası barədə sorğusuna aidiyyəti üzrə Təhsildə Keyfiyyət Təminatı Agentliyində baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar olaraq bildirilir ki, Rusiya Dövlət Sosial Universitetinin (filialının) Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığı (lisenziyası) mövcud olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq sorğuya cavab olaraq Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 2 mart 2022-ci il tarixli 05/1561-11 nömrəli məktubunda aşağıdakılar qeyd olunmuşdur: - Məhkəmənin Rusiya Dövlət Sosial Universitetinin Azərbaycan Respublikasında filailının dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə baxılmışdır. Qeyri-kommersiya qurumlarının dövlət reyestrində adıçəkilən filial barədə hər hansı məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikasının Təhsil Qanununun (bu Qanun 10 iyul 2009-cu il tarixli Qanunla qüvvədən düşmüşdür) 5-ci maddəsinə görə Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər. Həmin Qanunun 13-cü maddəsinə görə Azərbaycan Respublikasında dövlət və qeyridövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir. Dövlət təhsil müəssisələri aparıcı rol oynayır. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər. Təhsil müəssisələri öz aralarında sazişlər bağlamaq, elmi, istehsalat və digər müəssisə, təşkilat və idarələrin iştirak etdiyi tədris-tərbiyə komplekslərində birləşmək və tədris-elm istehsalat birlikləri (assosiasiyaları) yaratmaq, ərazi tədris-istehsalat birlikləri və assosiasiyalarına daxil olmaq hüququna malikdirlər. Belə kompleks və birliklərə daxil olan təhsil və digər müəssisələrin funksiyaları, strukturları, hüquqları onların nizamnamələri ilə müəyyən olunur. hüquqi şəxs statusuna malik tərkib hissəsi olan təhsil müəssisəsi vahid təhsil müəssisəsi kimi fəaliyyət göstərir. Təhsil müəssisələrində proqramların mənimsənilməsi müvafiq əsasnamə əsasında attestasiya keçirilməsi ilə başa çatdırılır. Aralıq mərhələlərdə şagird və tələbələrin attestasiyalarının forması, qaydası və müddəti təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyənləşdirilir. Dövlət bütün təhsil müəssisələrinin hüquqlarının müdafiəsinə təminat verir. Həmin Qanunun 19-cu maddəsinə görə ali məktəblər (ali kolleclər, institutlar, konservatoriyalar, akademiyalar, universitetlər və s.) ali ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir. Azərbaycan ali məktəbləri konkret ixtisaslar verən tədris müəssisələri, çoxpilləli tədris kompleksləri, tədris-elmi komplekslər, tədris elmi-istehsalat müalicə kompleksləri və başqa formalarda fəaliyyət göstərir. Onların nəzdində müxtəlif pillədən olan tədris müəssisələri (orta məktəblər, litseylər, peşə litseyləri, texnikumlar, kolleclər və s), elmi tədqİqat mərkəzləri və institutları, istehsalat müəssisələri, klinikalar, əczəxanalar və s. fəaliyyət göstərir. Azərbaycan Respublikasında ali təhsil orta təhsil bazasında həyata keçirilir. Ali məktəblərdə kadr hazırlığı əyani, qiyabi, axşam, həmin formaların birləşdirilməsi və eksternat yolları ilə həyata keçirilir. Əyani (gündüz) təhsil aparıcı rol oynayır. Müvafiq ixtisaslar üzrə qiyabi, axşam və eksternat yolu ilə ancaq “bakalavr” dərəcəsi verilə bilər. Ali məktəblərin seminar və praktiki məşğələ qruplarında tələbələrin orta sıxlığı, maddi-texniki baza və kadr hazırlığına olan tələbat nəzərə alınmaqla, 12 – 15 nəfər müəyyən olunur. Ali məktəblərin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: müxtəlif dərəcədən olan ali təhsilli mütəxəssislər hazırlamaq; elmi-araşdırmalar aparmaq; yüksək ixtisaslı elmipedaqoji, elmi kadrlar hazırlamaq; elmi-pedaqoji və elmi kadrların attestasiyasını keçirmək; ixtisasartırma və kadrların yenidən ixtisaslaşmasını təmin etmək; mədəni-maarifçilik, nəşriyyat, maliyyə-iqtisadi, təsərrüfat, elmi-istehsalat, kommersiya fəaliyyəti; xarici əlaqələr. Ali məktəblər dövlət sifarişləri, həmçinin idarələr, təşkilatlar, müəssisələr, habelə ayrı-ayrı şəxslərlə bağlanmış müqavilələr əsasında fəaliyyət göstərirlər. «Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında» Azərbaycan Respublikasının 6 fevral 1996cı il tarixli Qanununun («Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının 12 dekabr 2003-cü il tarixli Qanununun qüvvəyə mindiyi günədək qüvvədə olmuş) 12-ci maddəsinə görə hüquqi şəxslər, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri yalnız dövlət qeydiyyatına alındıqdan sonra xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada lisenziya ala bilərlər. Həmin Qanunun 22-ci maddəsinə görə bu Qanun qəbul edilənədək başqa orqanlarda dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin qeydiyyat sənədləri müvafiq ədliyyə orqanlarına təhvil verilir və onlar bu orqanlarda uçota alınırlar. «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının Prezidenti 4 oktyabr 1997-ci il tarixdə 637 nömrəli Fərman imzalamışdır. Həmin Fərmana görə Təhsil Nazirliyi ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti üzrə lisenziya verən orqan kimi müəyyən edilmişdir. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Azərbaycan Respublikası Respublikası Nazirlər Kabinetinin 19 may 1998-ci il tarixli 112 nömrəli Qərarı ilə təsdiq edilmiş (Qərar qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları»nın 1.4-cü bəndinə görə xarici hüquqi şəxslərin filialları öz ölkələrində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, onlar həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»ın 1.5-ci bəndinə görə xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Göründüyü kimi, Azərbaycan Respublikası qanunvericiliyin həm iddiaçının təhsil aldığı dövrdə, həm də hazırda qüvvədə olan müddəalarına əsasən təhsil müəssisələri, eləcə də xarici təhsil müəssisələrinin Azərbaycan Respublikasındakı filial və nümayəndəlikləri müvafiq qaydada lisenziya aldıqdan sonra fəaliyyət göstərə bilərlər. Lakin hazırkı işin hallarına görə İddiaçı X9 Universitetinin Bakı filialında 2004 – 2009-cu illərdə təhsil alsa da, həmin filial təhsil müəssisəsi kimi nə dövlət qeydiyyatı, nə də müvafiq lisenziya alması barədə aidiyyəti orqanlarda məlumatlar aşkar edilməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi iddiaçının həmin təhsil müəssisəsi tərəfindən verilmiş diplom üzrə ixtisasının Azərbaycan Respublikası ərazisində tanınmasından imtina etməkdə haqlı olmuşdur və bu imtina qanuna zidd qiymətləndirilə bilməz. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Təhsildə X2rşı «cavabdehin imtinasının əsassız sayılması və diplom üzrə ixtisasın tanıması və ekvivalentlik şəhadətnaməsinin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Təhsildə X2rşı «cavabdehin imtinasının əsassız sayılması və diplom üzrə ixtisasın tanıması və ekvivalentlik şəhadətnaməsinin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar