Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8114/2024 03.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanılması və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni əsaslarla 17 yanvar 1962-ci il tarixindən pasport qeydiyyatında olmaqla həmin dövrün qanunlarına əsasən istifadə hüququna malik olduğu, 2013-cü il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilən məhkəmə qətnaməsinə əsasən təkrarən istifadə hüququ tanınan, 62 ildən çox yaşadığı ünvan 1 ünvanında olan 2 otaqlı mənzili barəsində başqasınn adıına qanunsuz olaraq verilən çıxarışın ləğv olunduğu üçün mənzilinin qanunla nəzərdə tutulan qaydada Bakı şəhəri Cavabdeh balansına keçirilməsi və onunla kirayə müqaviləsinin bağlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 62 ildən çox yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi, 49 saylı evin "A" tiklisində olan 2 otaqlı mənzil barəsində qanunsuz olaraq başqasının adına verilən saxta qeydiyyat vəsiqəsi (çıxarış) ləğv olunmuşdur. Bütün bunlardan belə bir nəticə çıxır ki, 62 ildən çox pasport qeydiyyatında olaraq yaşadığı mənzil barəsində qeydiyyat vəsiqəsi (çıxarış) onun adına verilməlidir. Hələ 2013-cü ildə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində onun yaşadığı mənzilindən çıxarılmağı barəsində iddiaya baxılarkən, o, 62 ildən çox yaşadığı mənzillə bağlı ona qeydiyyat vəsiqəsinin (çıxarışın) verilməsi barəsində məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 29 noyabr 2013-cü il tarixində verdiyi 2(005)-4308/13 saylı qətnaməsi ilə onun həmin mənzildən istifadə hüququnu tanıyaraq həm qarşı tərəfin ilkin iddia tələbini, həm də onun qeydiyyat vəsiqəsinin verilməsi ilə bağlı qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Onun qarşılıqlı iddia tələbinin rədd edilməsinin səbəbi onunla izah edilmişdir ki, istifadə hüququna malik olmaqla yaşadığı mənzil barəsində başqasının adına qeydiyyat vəsiqəsinin verilməsi barəsində qanuni qüvvədə olan məhkəmə qətnaməsi vardır və həmin məhkəmə qətnaməsi də 2001-ci ildə Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmişdir. Nə qədər ki, həmin məhkəmə qətnaməsi qüvvədədir yaşadığı mənzil barəsində verilən qeydiyyat vəsiqəsi də qüvvədə qalacaqdır. Ona görə də mənzili barədə qeydiyyat vəsiqəsinin verilməsi hüquqi müstəvidə mümkün deyildir. Hüquqi müstəvidə həmin çıxarış ləğv olunduqdan sonra bu tələbə baxmaq olar. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən də göründüyü kimi, yaşadığı mənzili barəsində verilən qanunsuz qeydiyyat vəsiqəsi ləğv olunduqdan sonra 62 ildən çox yaşadığı mənzilə dair çıxarışın verilməsi üçün hüquqi əsas yarandığından, yenidən ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinn 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Ərizə xx.xx.2023-cü il tarixində 3-21-3-30/2-11- 0391-8/2013 nömrə ilə qeydiyyatdan keçmiş və **********64 saylı cavab göndərilmişdir. Həmin cavabda göstərilmişdir ki, "müraciətinizlə əlaqədar bildiririk ki, fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin sizin adınıza qeydiyyata alınmasına dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında "Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında" nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında "Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır". Göründüyü kimi, istinad olunan maddi hüquq normalarında biri olan "Daşınmaz əmlakın dövlət reyestri haqqında "Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilənlərlə də sübut olunur ki, yaşadığı mənzil barəsində mənə qeydiyyat vəsiqəsinin (çıxarışın) verilməsində heç bir hüquqi maneə yoxdur. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin 8.0.8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsaslarından biri də, bu Qanun qüvvəyə minənədək (2006-cı ilə qədər) əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərdir. İşin faktiki halları ilə və iş materiallarmda olan sənədlərlə də təsdiq olunur ki, müvafiq icra hakimiyyəti kimi Nəsimi Rayon Polis İdarəsi tərəfindən 17 yanvar 1962-ci il tarixində yaşadığı mənzilə pasport qeydiyyatına götürülərək, yaşadığı mənzilə dair həmin dövrün qanunlarına əsasən istifadə hüququ əldə etmişdir. Yaşdığı mənzilə dair istifadə hüququna dair ərizəyə əlavə etdiyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvədə olan məhkəmə qətnaməsi də vardır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında "Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsində göstərilənlərə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları da mənzilə dair çıxarışın verilməsi üçün əsasdır. Bütün bunlarla tamamilə təsdiq olunur ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında "Azərbaycan Respublikası Qanununun 8.0.4-cü və 8.0.8-ci maddələrində göstərilənlərə əsasən yaşadığı mənzil barəsində ona qeydiyyat vəsiqəsinin (çıxarışın) verilməsində heç bir hüquqi maneə yoxdur. Bütün bunları nəzərə alaraq o, 2023-cü ildə indiki iddia ərizəsinə əlavə etdiyi və 2 instansiya məhkəməsində, yəni Bakı İnzibati Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində baxılmış iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hər iki instansiyası məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi barəsində məhkəmə qətnaməsi verilmişdir. Daha sonra ərizə ilə kirayə müqaviləsi bağlamaq üçün Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. Bakı şəhəri Cavabdeh Başçısının Aparatının hüquq şöbəsinin müdirinin adından ona xx.xx.2024-cü il tarixində 5-15/2-6 nömrə ilə qeydiyyatdan keçmiş M-37- 068/2024 saylı qanunla əsaslandırılmamış imtina cavabı göndərilmişdir. Bir cümləlik imtina cavabında göstərilmişdir ki, "yaşadığınız ev fərdi ev olduğundan xahişinizi təmin etmək rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir". Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh etirazında göstərmişdir ki, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.9.6-cı maddəsinə görə, yerli icra hakimiyyətləri başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirirlər. Həmin Əsasnamənin 3.9.8-ci maddəsinə əsasən müvafiq ərazidə dövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti həyata keçirir. Sadalanan qanunvericilik aktları normalarına əsasən Cavabdeh 5-15/1-M- 37-068/2024 saylı, 29.02.24-cü il tarixli məktubu qanuni və əsaslı olmuşdur, çünki vətəndaşlar tərəfindən tikilmiş və ya vətəndaşlara məxsus yaşayış sahələlərinin yerli icra hakimiyyəyi orqanının balansına götürülməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. İddia təmin olunmamalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak şəxsin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: Bakı şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, ev 49 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mənzil fonduna aiddir və “A”, “B”, “V” və “Q” tikililərdən ibarətdir. İşin faktiki hallarından müəyyən edilir ki, sözügedən yaşayış sahəsi cavabdehin balansında deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi cavabdeh kimi Bakı şəhəri Cavabdehnə yönəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddianın predmeti olan yaşayış sahəsi fərdi yaşayış evi olmaqla cavabdehin balansından olmadığından, cavabdeh həmin evə dair sərəncam verə bilməz və hazırkı iddiaya cavab verməli olan orqan deyil. Eyni zamanda mübahisə predmeti yaşayış sahəsinin dövlət mənzil fonduna qəbul edilməsi ilə bağlı yerli icra hakimiyyəti orqanı tərəfindən sərəncam verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, iddinın mümkün sayılmaması nəticəsinə gəlindiyindən məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələlərə baxılmasına zərurət qalmamışdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanılması və s.” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-8114/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8114/2024
03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver