Məhkəmə qərarları › İş №2-1(112)-8115/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8115/2025

01.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8115/2025 01.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X8 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanından XXX Rüstəm Mehdi oğlunun, X16, X3, X11, X26, X17, X12, X22, X18, X27, X9, X6, X10, X45, X28, X19, X13 pasport qeydiyyatından çıxarılması vəzifəsinin Bakı şəhəri Qaradağ Rayon polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Keçid 1594, ev 28, mənzil 12(yeni qaydalarla: AZ1079, ünvan 2 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir, hal-hazırda həmin yaşayış sahəsində ondan başqa XXX Rüstəm Mehdi oğlu, X34, X14, X29, X46, X35, X30, X41, X36, X47, X23, X20, X24, X60, X48, X37, X31 da qeydiyyatları mövcuddur. Adıçəkilən şəxslər Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Keçid 1594, ev 28, mənzil 12(yeni qaydalarla: AZ1079, ünvan 5 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. \Adıçəkilən şəxslər bu günə kimi həmin mənzildən qeydiyyatdan çıxmamışdır. Hazırda isə həmin şəxslər həmin mənzildə deyil, tamamilə fərqli ünvanda yaşayırlar. Onların qeydiyyatı formal olaraq qalıb və mənzildən istifadə etmək hüququ də mövcud deyildir. Həmin şəxslərin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı xx.xx.2025-ci il tarixdə Qaradağ rayon Polis İdarəsinə müraciət edilmişdir. Həmin orqan tərəfindən ona göndərilmiş xx.xx.2025-ci il tarixli cavab məktubunda onun məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, XXX Rüstəm Mehdi oğlunun, X16, X3, X11, X46, X35, X30, X41, X36, X47, X23, X20, X24, X60, X48, X37, X13 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin Bakı şəhəri Qaradağ Rayon polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-8115/2025 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmiş, eyni zamanda XXX Rüstəm Mehdi oğlu, X34, X14, X29, X46, X35, X30, X41, X36, X47, X23, X20, X24, X60, X48, X37, X31 İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxslərə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdeh və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Arayışdan görünür ki, ünvan 1(yeni qaydalarla: AZ 1079, ünvan 5 ünvanında XXX Rüstəm Mehdi oğlu, X34, X14, X29, X46, X35, X30, X41, X36, X47, X23, X20, X24, X60, X48, X37, X31 qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər Qaradağ Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-48/2-6565/2025 nömrəli məktubunda göstərilmişdir ki, adları məktubda göstərilən şəxslərin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 28, mənzil 12-yə yaşayış yeri üzrə qeydiyyata alınmasına dair sənədlərin saxlanma müddəti 5 il müəyyən olunduğu üçün həmin sənədlər müvafiq komissiya tərəfindən yandırma yolu ilə məhv edildiyindən qeyd olunan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınmasının əsaslarının göndərilməsi mümkün olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq 152 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli 29 nömrəli məktubunda göstərilmişdir ki, Qaradağ rayon, Lökbatan qəsəbəsi, keçid 1594, ev 28, mənzil 12 üç otaqdan ibarətdir. Həmin ünvanda İddiaçı xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarışa əsasən qeydiyyatsız yaşayır və mənzilin keçmiş sakinlər mənzili satıblar, 17 nəfər mənzildə qeydiyyatda qalıblar və mənzili satdıqları vaxtdan bu ünvanda yaşamırlar. Hansı ünvanda yaşadıqları məlum deyil. Məhkəmə sorğusuna cavab olaraq 152 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli 34 nömrəli məktubunda göstərilmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 28, mənzil 12 üç otaqdan ibarətdir, yaşayış sahəsi 37.04 kv.mdir. Keçid 1594, ev 28, mənzil 12-********** nömrəli çıxarışa əsasən İddiaçı adınadır və bu mənzildə xx.xx.2024-cü ildən qeydiyyatsız yaşayır. Mənzilin keçmiş sakinləri 17 nəfər mənzildə pasport qeydiyyatında qalıblar və mənzili satdıqları vaxtdan bu ünvanda yaşamırlar. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-21675/2025 nömrəli məktubunda göstərilmişdir ki, sözügedən mənzil üzərində istifadə hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Həmin məktubla təqdim edilmiş sənədlərdən görünür ki: -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 1(yeni qaydalarla: AZ 1079, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 64.14 kv.m olan **********81-05101-093028 reyestr nömrəli mənzil xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2311 nömrəli reyestr kitabının 215147 nömrəli vərəqində qeydiyyata alınmışdır. -10 dekabr 2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı X14 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.14 kv.m olan mənzil üzərində tam mülkiyyət hüququnu alıcı İddiaçı verir. -RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.14 kv m olan **********81-05101-093028 reyestr nömrəli mənzil xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 2311 nömrəli reyestr kitabının 215147 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-22157 nömrəli məktubunda göstərilmişdir ki, X16 xx.xx.2003-cü il, X4 xx.xx.2006-cı il, X11 xx.xx.2013-cü il, X26 xx.xx.2017-ci il, X18 xx.xx.2005-ci İİ, X12 xx.xx.2017-ci il, X22 xx.xx.2017-ci il, X17 xx.xx.2012-ci il, X27 xx.xx.2016-cı il, X9 xx.xx.2017-ci il, X6 xx.xx.2004-cü il, X28 xx.xx.2019-cu il, X19 xx.xx.2002-ci il tarixdən ünvan 1 Ünvanına qeydiyyata alınmalarına əsas olan sənədlər saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Həmin məktubla təqdim edilmiş sənədlərdən görünür ki: -xx.xx.2023-cü il tarixli **********739 nömrəli X1 mülkiyyətində olan ünvan 1 ünvanına xx.xx.1974-cü il təvəllüdlü X10, X25 və xx.xx.2002-ci il təvəllüdlü X45 qeydiyyata düşməsinə razıdır, etiraz etmir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhər 53 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 3652 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -10 dekabr 2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı X14 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.14 kv.m olan mənzil üzərində tam mülkiyyət hüququnu alıcı İddiaçı verir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.14 kv m olan **********81- 05101-093028 reyestr nömrəli mənzil xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 2311 nömrəli reyestr kitabının 215147 nömrəli vərəqində qeydiyyata alınmışdır. -xx.xx.2024-cü il tarixli **********759 nömrəli ərizəsində X32 bildirmişdir ki, qeydiyyatda olduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 28, mənzil 12 ünvanında yerləşən mənzilin satılmasına və ya ipoteka yolu ilə satılmasına razıdır, etiraz etmir,Müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi və yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürür. -xx.xx.2024-cü il tarixli **********906 nömrəli ərizəsində X34 bildirmişdir ki, qeydiyyatda olduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 28, mənzil 12 ünvanında yerləşən mənzilin satılmasına və ya ipoteka yolu ilə satılmasına razıdır, etiraz etmir,Müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi və yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürür. -xx.xx.2024-cü il tarixli **********92 nömrəli ərizəsində X35, X37 bildirmişdirlər ki, qeydiyyatda olduqları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 28, mənzil 12 ünvanında yerləşən mənzilin satılmasına və ya ipoteka yolu ilə satılmasına razıdır, etiraz etmir,Müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi və yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürürlər. -xx.xx.2024-cü il tarixli **********828 nömrəli ərizəsində X60 bildirmişdir ki, qeydiyyatda olduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 28, mənzil 12 ünvanında yerləşən mənzilin satılmasına və ya ipoteka yolu ilə satılmasına razıdır, etiraz etmir,Müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi və yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürür. -xx.xx.2024-cü il tarixli **********787 nömrəli ərizəsində X36 bildirmişdir ki, qeydiyyatda olduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 28, mənzil 12 ünvanında yerləşən mənzilin satılmasına və ya ipoteka yolu ilə satılmasına razıdır, etiraz etmir,Müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi və yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürür. -xx.xx.2024-cü il tarixli **********795 nömrəli ərizəsində X24 bildirmişdir ki, qeydiyyatda olduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 28, mənzil 12 ünvanında yerləşən mənzilin satılmasına və ya ipoteka yolu ilə satılmasına razıdır, etiraz etmir,Müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi və yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürür. -xx.xx.2024-cü il tarixli **********796 nömrəli ərizəsində X33 bildirmişdir ki, qeydiyyatda olduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 28, mənzil 12 ünvanında yerləşən mənzilin satılmasına və ya ipoteka yolu ilə satılmasına razıdır, etiraz etmir,Müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi və yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürür. -xx.xx.2024-cü il tarixli **********834 nömrəli ərizəsində X23 bildirmişdir ki, qeydiyyatda olduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 28, mənzil 12 ünvanında yerləşən mənzilin satılmasına və ya ipoteka yolu ilə satılmasına razıdır, etiraz etmir,Müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi və yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürür. -xx.xx.2024-cü il tarixli **********760 nömrəli ərizəsində X20 bildirmişdir ki, qeydiyyatda olduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 28, mənzil 12 ünvanında yerləşən mənzilin satılmasına və ya ipoteka yolu ilə satılmasına razıdır, etiraz etmir,Müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi və yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Qaradağ Rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-13-48/2-E- 1491/2025 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 7 ünvanında yerləşən və İddiaçı məxsus olan mənzildən yaşayış yeri üzrə qeydiyyatda olan X5, XXX Rüstəm Mehti oğlunun, X11, X22, X26, X12, X16, X17, X45, X28, X19, X18, X13, X24, X9, X7 və X27 ərizəniz əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə zidd olduğu üçün mümkün deyildir. Qeyd olunan iddianızla bağlı «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən aidiyyatı üzrə Məhkəməyə müraciət edə bilərsiniz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş üzrə yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, ünvan 1 (yeni qaydalarla: AZ1079; ünvan 8 ünvanında yerləşən **********81-05101-093028 reyestr nömrəli mənzil İddiaçı xx.xx.2024-cü il tarixdən mülkiyyətindədir. İddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxslər X14 mənzilin keçmiş mülkiyyətçisi, digərləri- XXX Rüstəm Mehdi oğlu, X34, X14, X29, X46, X35, X30, X41, X36, X47, X23, X20, X24, X60, X48, X37, X31 mənzilin keçmiş mülkiyyətçisinin qohumlarıdır. Belə ki, X14 xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə adıçəkilən mənzili alıcı İddiaçı satmış, müqavilə bağlanan zaman həmin ünvanda qeydiyyatda olan X32, X34, X35, X60, X36, X24, X31, X23, X20 notarial qaydada təsdiqlənmiş ərizələrində qeydiyyatda olduqları mənzilin satılmasına etiraz etmədiklərini bildirsələr də müqavilədən sonra üçüncü şəxslər mübahisəli ünvanda qeydiyyatda qalmışdırlar. Üçüncü şəxslər həmin ünvanda yaşamırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. X2 Məhkəməsi yekunda bu nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Hazırkı işdən də müəyyən olunur ki, üçüncü şəxslər mübahisəli ünvanda qeydiyyatda olsalar da onlar hazırkı mülkiyyətçinin ailə üzvü deyil, həmin ünvanda faktiki olaraq yaşamır, onun mənzilə dair istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdırlar. Belə olan halda üçüncü şəxslər iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxslər olduğundan mənzilin hazırkı mülkiyyətçisi onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, XXX Rüstəm Mehdi oğlu, X34, X14, X29, X46, X35, X30, X41, X36, X47, X23, X20, X24, X60, X48, X37, X13 ünvan 1 (yeni qaydalarla: AZ1079, ünvan 8 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. XXX Rüstəm Mehdi oğlu, X34, X14, X29, X46, X35, X30, X41, X36, X47, X23, X20, X24, X60, X48, X37, X13 ünvan 1 (yeni qaydalarla: AZ1079, ünvan 8 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar