Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8116/2023 17.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaları” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 1 otaqlı (9 mərtəbəli binanın 6-cı mərtəbəsi) evi ünvan 2iat kontorunda alğı-satqı müqaviləsi bağlayaraq almışdır. Mənzilin çıxarışı daşınmaz əmlakın dövlət reyestrində 1581 №-li reyestr kitabında 144559-cu vərəqində qeydiyyata alınmışdır. Həmin müqavilənin 13-cü bəndində satılan mənzildə qeydiyyatda heç kimin olmadığı qeyd edilmişdir. Lakin daha sonra onun tərəfindən adları qeyd olunan iki nəfərin (Cavabdeh2 və X1) ona məxsus mənzildə qeydiyyatda olduğu aşkar edilmişdir. Onların qeydiyyatdan çıxarılmaları üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etmişdir. Adı çəkilən qurumun cavab məktubunda vətəndaşların qeydiyyatdan çıxarılması üçün inzibati məhkəmə icraatı qaydasında baxılması qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə tərəfindən həmin Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək bildirilmişdir ki, cavabdeh qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi göstərilməlidir. Müvafiq tələblə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə müraciətin və imtina məktubunun məhkəməyə təqdim edilməsini təklif edilmişdir. İş üzrə məhkəmənin mümkünlük iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəmə dəftərxanası vasitəsilə iddiadan imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, sözügedən məsələ müsbət həll olunduğundan artıq iddiası yoxdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsindən: 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünlüyünə qiymət vermək zərurəti mövcud deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddiadan imtina edildiyi üçün icraata xitam verilməli və iddiadan imtina edilməsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etməsi iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-8116/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8116/2023
17.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver