Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8117/2024 23.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə 11 oktyabr 2023-cü il tarixli **********772700 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti 1.İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “1 cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə 11 oktyabr 2023-cü il tarixli **********772700 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı tərəfindən İddiaçı MMC barəsində 11 oktyabr 2023-cü il tarixində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" **********772700 saylı qərar qəbul edilmişdir. Qeyd edilən qərara əsasən 2022-ci il üçün vergi orqanı tərəfindən aparılan kameral vergi yoxlaması nəticəsində Cəmiyyətə 2022-ci il üçün 260.054,43 (iki yüz altmış min əlli dörd manat 43 qəpik) manat mənfəət vergisi borcu hesablanmışdır. Qeyd edilən qərardan yuxarı vergi orqanına şikayət verilmiş, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən inzibati şikayətin təmin edilməməsi haqqında qəbul edilmiş **********766900 saylı 14 dekabr 2023-cü il tarixli qərarına əsasən "AZİNPAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli inzibati şikayəti təmin edilməmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********772700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin həmin qərarda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə İddiaçı MMC-nin 2023-cü il üçün mənfəət vergisi bəyannaməsi üzrə Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən yenidən kameral vergi yoxlaması keçirilməklə nəticəsinə uyğun qanunamüvafiq tədbirlərin görülməsini təmin etmək, İddiaçı MMC-nin fəaliyyəti üzrə vergiyə cəlb edilən və vergidən azad gəlirlərinin, o cümlədən real vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə səyyar vergi yoxlamasının keçirilməsini təmin etmək tapşırılmışdır. Həmin qərarda AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən inzibati şikayətin təmin edilməməsi haqqında qəbul edilmiş **********766900 saylı 14 dekabr 2023-cü il tarixli qərarın nəticəvi hissəsində qərardan onun təqdim olunduğu vaxtdan 30 (otuz) gün müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına və (və ya) məhkəməyə şikayət verilə biləcəyi qeyd olunmuşdu. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 16 fevral 2024-cü il tarixli 15 saylı qərarına əsasən hüquqi şəxs İddiaçı MMC tərəfindən verilmiş inzibati şikayət təmin edilməmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********772700 nömrəli 11 oktyabr 2023-cü il tarixli və İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 14 dekabr 2023-cü il tarixli **********766900 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 16 fevral 2024-cü il tarixli 15 saylı qərarı rəsmi qaydada İddiaçı MMC- yə 28 fevral 2024cü il tarixində təqdim olunmuşdur. AR İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 16 fevral 2024-cü il tarixli 15 saylı qərarı ilə tanış olarkən Dövlət Vergi Xidməti tərəfindən inzibati şikayətin təmin edilməməsi haqqında qəbul edilmiş **********766900 saylı 14 dekabr 2023-cü il tarixli qərarda qeyd edilənlənlərin eyni cümlə və kəlimələrlə sonuncu qərara köçürülmüşdür. Həmçinin həmin qərarda aparılan hüquqi əsaslandırmaya nəzər yetirərkən həmin qərarda sadəcə AR Vergi Məcəlləsinin və AR İnzibati Prosessual Məcəlləsinin müvafiq maddələrinin qeyd edildiyini, həmin maddələr əsasında inzibati şikayətin hansı səbəbdən təmin edilmədiyinin əsaslandırmasının aparılmadığı müəyyən edildi. vergi orqanı istinad etdiyi maddələrdə onların məzmununu təhrif edərək məsələyə vergi ödəyicisinin gəlirlərini vergiyə cəlb edilməsi kontekstindən yanaşmışdır. Belə ki, işdə olan materiallardan da göründüyü kimi vergi ödəyicisi olan İddiaçı MMC-nin sahibkarlıq subyekti kimi əsas fəaliyyəti ev (kənd təsərrüfatı) quşlarının yetişdirilməsidir. Bunlar geniş tövsif edilən zaman həmin heyvanların diri heyvan şəklində alınması, yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların əldə edilməsi başa düşülməlidir. Vergi Məcəlləsində qeyd edilən maddələrin dispozisiyasından da göründüyü kimi heyvanlar və quşlar canlıdır, onların yetişdirilməsi və bəslənməsindən sonra kəsilən heyvanlardan əldə edilənlər isə məhsuldur. Belə olan halda toyuq heyvanının canlı forması heyvan kimi tövsif edildiyi halda, onun kəsilməsi nəticəsində əldə edilmiş toyuq əti bir məhsul növüdür və kəsilərək əldə edilmiş bir məhsul istehsalat nəticəsində formalaşmışdır. Həmçinin əldə edilmiş toyuq əti məhsulunun hissələrə bölünərək satılması onun ilkin formasının dəyişikliyi kimi də tövsif edilməməlidir. Belə ki, əgər məhsulun ilkin forması bütöv quş ətidirsə, onun hissələrə bölünməsi ilkin formasına hər hansı bir formada xələl gətirmir. Belə ki, bütövlükdə olan quş ətinin hissələrə bölünməsi (bud əti, qanad, bud dibi əti kimi) onun quş əti olma xüsusuyyətini aradan qaldırmır. Həmçinin vergi orqanına bu qanunsuzluqla bağlı etirazımızı bildirdikdə, onlar bizə bütöv quş ətinin hissələrə bölünüb satılması kimi bir halını məhsulun yarımfabrikat bir məhsul olması səbəbindən kənd təsərrüfatı məhsullarının istehsalı kimi qəbul edilmədiyini, bu səbəbdən vergiləndirməyə tabe tutulduğunu bildirdilər. Bütövlükdə olan quş ətinin hissələrə bölünməsi (bud əti, qanad, bud dibi əti kimi) onun quş əti olma xüsusuyyətini aradan qaldırmadığı kimi quş ətinin hissələrə bölünməsi ona yarımfabrikat olma özəlliyi vermir. Əgər istehal edilən bütöv quş əti Cəmiyyət tərəfindən qiymə halına salınaraq təqdim edilsəydi, buna kənd təsərrüfatı məhsullarının istehsalı yox, emalı kimi yanaşıla bilərdi. Və yaxud istehsal edilən quş əti bütöv qaydada və ya hissələrə doğranaraq tərkibinə müvafiq ədviyyatlar və ya qatqılar qatılsaydı, həmin quş əti məhsulunun kimyəvi tərkibinin dəyişdirilərək yarımfabrikat hala salınmasından söhbət gedə bilərdi. Bundan - başqa, bütöv quş ətinin hissələrə bölünərək təqdim edilməsi kənd təsərrüfatı məhsullarının istehsalı olmasaydı, o zaman bütöv quş ətinin hissələrə bölünməsi prosesi aparılmaz, broyler təsərrüfatları bəslənmiş və yetişdirilmiş bütöv quş ətinin hissələrə bölünməsi prosesini ilkin formanı dəyişməsi səbəbindən həyata keçirtməz, onun bütöv halında təqdim edilməsini həyata keçirirdi. Quşların bilavasitə Cəmiyyət tərəfindən yetişdirilməsi və bəslənməsi Cəmiyyətiminin Məcəllənin 13.2.60-cı maddəsinə uyğun olaraq kənd təsərrüfatı məhsulunun istehsalı ilə məşğul olmasını təsdiq edir və onların satışını həyata keçirərkən nəticədə son istehlakçının quş əti məhsulundan rahat istifadə edə bilməsi üçün doğranmış vəziyyətdə müştəriyə təqdim edilməsi heç bir halda bu məhsulun yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilməsi, kimyəvi tərkibinin dəyişdirilməsi və ya konservləşdirilməsi anlamına gələ bilməz. Odur ki, Dövlət Vergi Xidməti tərəfindən qanunvericiliyin tələbinə dair vergi ödəyicilərinə şərh verilərkən hər-hansı söz və ya söz birləşməsini kontekstdən çıxarmadan, söz oyunu oynamadan, vergi ödəyicilərini qanunvericiliyə zidd olaraq müxtəlif yollarla məqsədli şəkildə vergiyə cəlb etmək marağını güdmədən obyektiv yanaşma tətbiq edərək Məcəllə ilə müəyyən edilmiş vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vəzifələrini layiqincə yerinə yetirməkləri daha məqsədəuyğun olardı. Eyni halla bağlı vergi orqanı tərəfindən 2021-ci il üçün də kameral vergi borcu hesablaması aparılmışdır. Həmin dövr üçün də analoji qaydada izahat təqdim edilməklə hesablanmış olan vergi borcunun qanunsuz olduğunu vergi orqanının diqqətinə çatdırılmışdır. Təqdim edilmiş izahat və sənədlər əsasında 2021-ci il üçün vergi orqanı tərəfindən hesablanmış olan kameral vergi borcu silinmişdir. 2021-ci il üçün hesablanmış olan kameral vergi borcu silindiyi halda eyni hal üzrə 2022-ci il üçün vergi orqanı tərəfindən hesablanmış olan kameral vergi borcu silinməməkdədir. Bir il müddətində qeyd edilən halla bağlı AR Vergi Məcəlləsində hər hansı bir dəyişiklik aparılmadığı halda vergi orqanı tərəfindən iki fərqli və müxtəlif yanaşmanın tətbiq edilməsi heç başa düşülən deyildir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2023cü il tarixində təqdim edilmiş dəqiqləşmiş mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı ümumi gəlirdən çıxılmalar sətirində göstərilmiş 3519038,75 manat barədə ilkin təsdiqedici sənədlərin təqdim edilməsi zərurəti yaranmışdır. Vergi ödəyicisinin məlumatlarının araşdırılması zamanı məlum oldu ki, əldə edilmiş məhsullar (toyuq və cücə) kəsimə məruz qalaraq (ayrı-ayrı hissələri) satışa təqdim edilib. Vergi məcəlləsinin 13.2.61.1-ci maddəsinə əsasən istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir. Qeyd edilən maddənin müddəları tam şəkil ödənilmədiyi aşkar edilmişdir ki, bununla bağlı kameral qaydada hesablama aparılmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş qaimələrin araşdırılması zamanı 62007,65 manat hissəsinin vergi məcəlləsinin 13.2.61.1-ci maddəsinin (kənd təsərrüfatı anlayışının açılışı) müddəalarına zidd olmadan təqdim edildiyi müəyyən edilmişdir. Kameral hesablama aparılan zaman müəyyən edilmiş kənd təsərrüfatı dövriyyəsinin ümumi satışda olan xüsusi çəkisi müəyyən edilərək ( 62007,65 / 3519038,75= 1,76%) xərcə nisbətdə eyni xüsusi çəkiyə əsasən müvafiq olaraq ümumi gəlirdən çıxılmayan xərclər sətirində 38685,09 (1,76 * 2195444,06 = 38685,09) manat qeyd edilmişdir. Qeyd olunan kənarlaşmalarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********462500 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 260054,43 manat əlavə vergi məbləği hesablanaraq, xx.xx.2023-cü il tarixli **********772700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Həmçinin, iddiaçı məhkəmədə həm 2022-ci il, həm də 2023-cü illər üzrə hesablanmış mənfəət vergisini mübahisələndirmişdir. Eyni zamanda, həmin dövrlər üzrə cavabdehin qərarlarından yuxarı inzibati orqana şikayət edilmiş, yekunda inzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2023-cü il tarixli **********766900 saylı qərar qəbul edilmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixli qərarla müəyyən edilmişdir ki, uçot-baza məlumatları, bəyannamə göstəriciləri və təqdim edilmiş sənədlərə əsasən inzibati araşdırma aparıldığını, cəmiyyət tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrində 2022-ci il üçün gəlirlər sətirində 3457031,1 manat azadolmalar və güzəşt məbləğinin, xərclər hissəsində 2243694,06 manat vergidən azad olunan xərc məbləğinin kənd təsərrüfatı məhsulunun istehsalına və satışına aid olmasının müəyyən edilmədiyini, Cəmiyyət tərəfindən kimyəvi tərkibi dəyişmədən, konservləşdirilmədən, təbiətdə olduğu ilkin formasında təqdim ediməsindən 2022-ci il ərzində əldə edilmiş 62007,65 manat gəlirlər kənd təsərrüfatı mallarının istehsalından əldə edildiyi hesab edilərək vergidən azad edilən gəlirlərə, toyuğun kəsilmiş vəziyyətdə, ayrı-ayrı hissələrə bölünərək qablaşdırılmış, paketləşdirilmiş və açıq şəkildə, ilkin formasını saxlamadığı formada təqdim edilməsindən 2022-ci il ərzində əldə edilmiş 3519038,75 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə əldə edilmiş 2021715,99 manat gəlirlərin isə vergiyə cəlb edilən gəlirlərə aid edilməli olmasının inzibati araşdırma zamanı təsdiqləndiyini, həmçinin, 2023cü il üçün mənfəət vergisi bəyannaməsində ümumi gəlirlərin bəyan edilməməsi səbəbindən gəlirlərin elektron qaimə-fakturalara əsasında, xərclərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən müəyyən edildiyini, fəaliyyətinin xx.xx.2023-cü il tarixli **********373900 nömrəli “Hüquqi şəxsin fəaliyyətinin bərpası ərizəsi” ilə bərpa edildiyini, 2023-cü il üçün kameral qayda vergi hesablandıqdan sonra həmin dövr üçün dəqiqləşdirilmiş bəyannamə təqdim etməklə real vergi öhdəliyinin göstərilmədiyini nəzərə alaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********772700 və **********797600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İİ.İddianın növü və mümkünlüyü 4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 5.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İİİ.Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları və tədqiq edilən sənədlər. 6.Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. 7.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 8.Məhkəməyə təqdim edilmiş: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli, **********163800 nömrəli çıxarışdan görünür ki, İddiaçı MMC ********** nörməli VÖEN ilə dövlət qeydiyyatına alınmışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********772700 nömrəli, 11 oktyabr 2023-cü il tarixli Qərarına əsasən, 2022-ci il dövrü üzrə mənfəət vergisi üzrə “iddiaçı tərəfindən tətbiq edilən azadolma yalnız diri şəkildə təqdim edilən məhsullara tam aid edilə biləcəyi nəzərə alınaraq gəlirlər və xərclər 1,76 % xüsusi çəki ilə (diri satılan toyuğun ümumi satışda olan payı) azad olmaya cəlb edilmə səbəbi ilə 260.054,43 AZN əlavə vergi hesablanmışdır. “İnzibati şikayətin təmin edilməməsi haqqında” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********766900 nömrəli 14 dekabr 2023-cü il tarixli Qərara əsasən, İddiaçı MMC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli inzibati şikayətlərinin təmin edilməməsi qərara alınmışdır. İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 15 nömrəli, 16 fevral 2024-cü il tarixli Qərarına əsasən, hüquqi şəxs İddiaçı MMC-nin inzibati şikayətinin təmin edilməməsi qərara alınmışdır. İV.Məhkəmənin mövqeyi 11.Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır.
12. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən:
3.5. heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.60. kənd təsərrüfatı məhsullarının istehsalı – sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi; 3.2.61. kənd təsərrüfatı məhsullarının satışı – bu Məcəllənin məqsədləri üçün aşağıdakı tələblər çərçivəsində kənd təsərrüfatı məhsullarının təqdim edilməsi: 13.2.61.1. istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir; 13.2.61.2. bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir; 15.1.8. vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 23.1. vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 24.1.1. vergi orqanları vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar; 36.2. vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar; 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.3. kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir; 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 53.1. bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar; 62.1. hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. 62.2. vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.
64. vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 67.1. bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1-ci maddəsinə əsasən, eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi;67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3-1. vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. 67.4. vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 83.1. bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. 83.2. vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır:83.2.1-ci maddəsinə əsasən, vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2-ci maddəsinə görə, bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata;83.2.3. vergi yoxlaması materiallarına;83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. - 95. Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. - 96.1. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. -97.1. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. 99.1. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. - 105.1. Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. - 106.1. Vergidən azaddır: 106.1.14. kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri mənfəət - 2014-cü il yanvarın 1-dən 13 il müddətinə; Kənd təsərrüfatının inkişafı, məhsul istehsalının və satışının stimullaşdırılması, habelə ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsasını təşkil edir. Azərbaycan Respublikasının Prezidentinin 2016-ci ilin 06 dekabr tarixli 1138 nömrəli Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair X2 göstərilmişdir: “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə X3 başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə iqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlili əsasında X3 hazırlanması üzrə müvafiq tapşırıqlar verilmişdir. Buna uyğun olaraq, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sənayesi sahələrində mövcud vəziyyət müvafiq dövlət orqanlarının, tədqiqat mərkəzlərinin və müstəqil ekspertlərin iştirakı ilə sistemli və əhatəli şəkildə təhlil olunmaqla, silsilə müzakirələr keçirilmiş və müvafiq qiymətləndirmələr aparılmış, bunun əsasında “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair X4” (bundan sonra–X4) hazırlanmışdır. Bu X2 ölkənin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əks olunub ki, bu da kənd təsərrüfatı sahəsində həm orta, həm də uzunmüddətli dövr üzrə strateji inkişaf hədəflərinə çatmaq üçün dövlətin ardıcıl mərhələlərlə icra ediləcək aydın yol xəritəsinə malik olmasını ifadə edir... (...) Kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən vergi güzəştləri də istehsalçıların xərclərinin azaldılması, həmçinin yerli məhsulların qiymətlərinin istehlakçılar üçün əlverişli olması baxımından mühümdür. Hazırda kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin bu sahənin inkişaf məqsədləri baxımından ünvanlılığının daha da artırılması və tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı islahatlara başlanılmışdır. O cümlədən, tətbiq edilən vergi güzəştləri siyasətinə həm də kənd təsərrüfatı məhsullarının istehsalçıları ilə emal müəssisələri və ticarət şəbəkələri arasında əlaqələrin inkişaf etdirilməsi məqsədi çərçivəsində baxmağa zərurət yaranmışdır. Mövcud tələbatları dəqiq qiymətləndirməklə, müvafiq dəstək tədbirlərinin miqyasının və əhatə dairəsinin genişləndirilməsi istiqamətlərinin müəyyən olunması da qarşıda duran vəzifələrdən biridir.” Kənd təsərrüfat məhsullarının istehsalçıları 1999-cu ildən torpaq vergisi istisna olmaqla Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər vergilərin ödənilməsindən azad edilmişdir və bu güzəştlər kənd təsərrüfatı məhsullarının birbaşa istehsalı ilə məşgul olan şəxslərə tətbiq edilir. Kənd təsərrüfat məhsullarının istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin əhatə dairəsini dəqiq müəyyənləşdirmək məqsədi ilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə sərhədlərinin müəyyən edilməsinə zərurət yarandığından qanunverici 2016-ci il 16 dekabr tarixli 454 VQD nömrəli Qanunla Vergi Məcəlləsinə kənd təsərrüfat məhsullarının istehsalı və satışı anlayışı əlavə edilmişdir.
Cavabdeh inzibati orqan tərəfindən iddiaçının istehsal etdiyi kənd təsərrüfatı məhsullarının satışa təqdim edilməsini artıq emal kimi nəzərə alınması düzgün mövqe sayılmalıdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı istehsal etdiyi kənd təsərrüfatı məhsullarından əmal məhsulu formalışdırdıqdan sonra, yəni ev quşu kəsilərək ət şəklində satışa təqdim etmişdir. Halbuki, qanun normasına görə, istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada olduğu halda – istehsal sayılır. Odur ki, iddiaçı tərəfindən satışa diri şəkildə olmayan kənd təsərrüfatı məhsullarının ( ev quşu ətinin) təqdim edilməsi istehsal kimi nəzərə alınmamalı və qanunvericilikdə nəzərdə tutulmuş vergidən azad olunmamalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə 11 oktyabr 2023-cü il tarixli **********772700 nömrəli inzibati aktı qanuni və əsaslı deyildir. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik).
16. Qanunverici vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə vergi hesablanması qaydalarını Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67-ci və 89-cu maddələrində müəyyən etmişdir. 15.Cavabdeh vergi orqanı iddiaçıya mənfəət vergisi hesablanması zamanı qeyd edilən maddələrdə göstərilən hansı normaları rəhbər tutduğunu və hansı normalara əsasən iddiaçıya əlavə vergi hesabladığını etirazda göstərməmiş və məhkəməyə bildirməmişdir. 16.İnzibati orqan olan cavabdeh qanunun, o cümlədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə riayət etməyə borclu olduğu halda iddiaçıya kameral qaydada vergini Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67 və 89-cu maddələrinin tələblərinə uyğun hesablamamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına istinad etsədə, həmin qaydalara uyğun hesablanmanı aparmamışdır. Belə ki, cavabdehin etirazında əlavə verginin hesablanması üçün əsas tutduğu düstur , həmin Qaydalarda olan düsturların hər birinə uyğun deyildir. Bununla da cavabdeh həm Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, həm də “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının tələblərini pozmuşdur. 17.Odur ki, məhkəmə hesab edir ki, yuxarıda sadalananlar iddiaçı barədə qəbul edilmiş iddiaçıya əlavə gəlir vergi hesablaması barədə iddiaçının mübahisələndirdiyi qərarın qanunsuz əlverişsiz inzibati akt olmasını təsdiq etdiyi üçün həmin qərar ləğv edilməlidir “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:
2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 67.1. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2.qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 71.1.maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 72.1.inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər.
17.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən:
68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
19.Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə 11 oktyabr 2023-cü il tarixli **********772700 nömrəli qərarı ləğv edilməlidir. 20.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 21.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 3568, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı barədə qəbul edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə 11 oktyabr 2023-cü il tarixli **********772700 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova