Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8118/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə 11 okyabr 2023-cü il tarixli **********7600 saylı qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı tərəfindən İddiaçı MMC-nin barəsində 11 oktyabr 2023-cü il tarixində vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********797600 saylı qərar qəbul edilmişdir. Qeyd edilən qərara əsasən 2023-cü il üçün vergi orqanı tərəfindən aparılan kameral vergi yoxlaması nəticəsində İddiaçı MMC-yə 2023-cü il üçün 49.629,28 (qırx doqquz min altı yüz iyirmi doqquz 28 qəpik) manat mənfəət vergisi borcu hesablanmışdır. Qeyd edilən qərardan yuxarı vergi orqanına şikayət verilmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən inzibati şikayətin təmin edilməməsi haqqında qəbul edilmiş **********766900 saylı 14 dekabr 2023-cü il tarixli qərarına əsasən İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli inzibati şikayəti təmin edilməmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********797600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin həmin qərarda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə İddiaçı MMC-nin 2023-cü il üçün mənfəət vergisi bəyannaməsi üzrə Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən yenidən kameral vergi yoxlaması keçirilməklə nəticəsinə uyğun qanunamüvafıq tədbirlərin görülməsini təmin etmək, İddiaçı MMC-nin fəaliyyəti üzrə vergiyə cəlb edilən və vergidən azad gəlirlərinin, o cümlədən real vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə səyyar vergi yoxlamasının keçirilməsini təmin etmək tapşırılmışdır. Həmin qərarda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən inzibati şikayətin təmin edilməməsi haqqında qəbul edilmiş **********766900 saylı 14 dekabr 2023-cü il tarixli qərarın nəticəvi hissəsində qərardan onun təqdim olunduğu vaxtdan 30 (otuz) gün müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına və (və ya) məhkəməyə şikayət verilə biləcəyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 16 fevral 2024-cü il tarixli 15 saylı qərarına əsasən hüquqi şəxs İddiaçı MMC tərəfindən verilmiş inzibati şikayət təmin edilməmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********797600 nömrəli 11 oktyabr 2023-cü il tarixli və İnzibati şikayətlərə baxılması Baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 14 dekabr 2023-cü il tarixli **********766900 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçının ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “iddiaçı barəsində qəbul edilmiş vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə 05 iyul 2024-cü il tarixli **********333400 saylı qərarın ləğv olunması” kimi dəqiqləşdirilmişdir.
4. Cavabdeh məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, mübahisələndirilən qərar xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-220920/2024 saylı qərarla ləğv edilmiş, əvvəlki qərarla hesablandırılmış əlavə vergi yeni qərarla azaldılmışdır. Qeyd olunanları nəzərə alaraq, İnzibati Prosessual Məcəllənin 67.3-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi.
6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə cavabdehin məhkəməyə ünvanlanmış məktubunu, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir.
8. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
9. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisəsi artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
10. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Ləman Musayeva