Məhkəmə qərarları › İş №2-1(112)-812/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-812/2020

02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-812/2020 02.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı X1 (ünvan 1 ünvanında qeydiyyatda olan) və onun vəkili Vəkil (vəkillik fəaliyyəti ilə məşğul olan,ünvan 2 ünvanında qeydiyyatda olan), Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyin nümayəndələri X3 (ünvan 3 ünvanında qeydiyyatda olan), X7 (ünvan 4 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “əmrin ləğv edilməsivə işə bərpa edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin üzərinə onun işdən çıxarılması barədə 23 oktyabr 2019-cu il tarixli, 1000/1291Ş saylı əmrin ləğv edilməsi və işə bərpa edilməsi öhdəliyinin qoyulmasıbarədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2005-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Müalicə müəsisəsinə tibb bacısı vəzifəsinə təyin edilmişdir. xx.xx.2007-ci ildə Müalicə müəsisəsinin tibb xidmətinin tibb statistiki vəzifəsinə təyin olunmuşam. xx.xx.2018-ci il tarixdən isə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 9 saylı X5 Sanaitar Hissəsində tibb bacısı vəzifəsində çalışmışdır. Ona məlum olmayan səbəblərdən 03 oktyabr 2019-cu il tarixdən işdən azad olunmağı barədə əmr verilmişdir. Əmək kitabçası götürən zaman orda bu qeydlərin yazıldığını görmüşdür: “ədliyyə orqanlarında qulluqkeçmə haqqında Azərbaycan Respublikası Qanunun 10, 31.8 və 32.1ci maddələri ilə “Ədliyyə orqanları işçilərinin etik davranış qaydaları” rəhbər tutularaq vəzifələrin icrası zamanı kobud və mütəmadi olaraq yol verilmiş pozuntulara görə ədliyyə orqanlarından xaric edilsin. Hesab edir ki, 12 ildə işlədiyi dövrdə heç bir intizam pozuntusu belə olmadığı halda heç bir əsas olmadan işdən azad olunmuşdur.İşin faktiki halları bundan ibarətdir ki: iddiaçı 12 oktyabr 2018-ci il tarixində Müalicə müəssisəsindən tibbi statistik vəzifəsindən azad olunaraq 9 saylı cəzaçəkmə müəsisəsinə tibbi-sanitar hissəsinin tibb bacısı vəzifəsinə təyin olunmuşdur. Bir müddət işlədikdən sonra ona bildirmişlər ki, barəsində şikayət var. Güya o məhkumların qohumları, tanışları ilə əlaqəsi var. Xidmətdən kənarda görüşür. Bununla da bağlı onun izahatı alınmış və araşdırılma aparılmışdır. O araşdırma aparan Tibb Baş İdarəsinin rəis müavini tibb xidməti polkovniki İftixar Qurbanova yaxınlaşaraq bildirmişdir ki, işlədiyi kollektivdən soruşa bilər vəistifadəsində olan telefonunun yoxlanılması üçün təqdim edə bilər. Barəsində şikayət ərizəsi ilə bağlı araşdırma aparılsa da şikayət öz təsdiqini tapmadı. Bundan başqa onun barəsində əmək kitabçasında qeyd edildiyi kimi kobud və mütəmadi olaraq heç bir pozuntu etməmişdir. Bildirirki, o işə qəbul edilən zaman onlara məhkumlarla heç bir baglantı yaratmamağı, nəsə bir sözdeyilərsə dərhal rəhbərliyə məruzə etməyi və işlərində çox ciddi olmağı, xəstələrə vaxtlı vaxtında iynələrinin vurulmasına dərmanların atdırılmasına diqqət etməyi və xüsusilə də belə vaxtlarda yalnız nəzarət altında, yəni nəzarətçilərlə məhkumlara yaxınlaşmağı tapşırmışdılar. Təbii ki, orda işləyən digər qadınlar kimi o da məhkumlarla yalnız səhhətləri ilə bağlı nəzrətçi ilə yaxınlaşır sorğu-sual edir, iynələrin vurub və dərhal otağına qayıdırdı. Şikayətdə göstərilən halların mövcud olmamasından arxayın olduğu üçün ciddi araşdırılma aparılmasını da tələb edirdi. 26 iyun 2018-ci il tarixdə evdə olanda müavin zəng edərək bildirmişdir ki, rəis göstəriş verib ki, sabah işə gəlməsin. Ona bildirilmişdiir ki, könüllü olaraq ərizə yazıb bildirsin ki, məhbuslarnan işləyə bilmir, işə gəlmək üçün yolu uzaqdır və bu səbəbdən də işdən azad olunmaq istəyir. İddiaçı isə bildirmişdir ki, o işindən narazı deyil. Xəstələr də onnan narazı deyillər. İşlə bağlı heç bir çətinliyi də yoxdur. O bu danışıqdan sonra baş həkim Anar müəllimə zəng edərək məsələ barədə məlumat vermişdir. Daha sonra işə getdiyi zaman onu içəri buraxmamışlar. İdarədə bildirmişlər ki, əgər heçnə etmiyibsə araşdıracaqlar. Bildirdi ki, bütün işi ilə bağlı tələblərə və təlimatlaraciddi riayət edir. Xəstələrin heç birinə nəzarətçi olmadan da iynə vurmamışdır.Bildirirəm ki, “Ədliyyə Orqanlarında Qulluqkeçmə haqqında Azərbaycan Respublikasının Qanununun 10, (Ədliyyə orqanları işçilərinin əsas vəzifələri) maddəsinin tələblərinin pozulması onun tərəfindən həyata keçirilməmişdir. Eləcədə barəsində işlədiyi dövrdə vəzifəsinin icrası zamanı kobud və mütəmadi olaraq yol verdiyi nöqsanları özündə göstərən təqrir və təqdimat araşdırılma üçün verilməmişdir. Barəsində yuxarıda qeyd etdiyi kimi yalnız bir şikayət ərizəsi əsasında araşdırma olub. Bu araşdırma Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini tibb xidməti polkoniki İftixar Qurbanovun icraatında olmuşdur. Araşdırma sübuta yetirilmədiyi üçün nəticəsiz olmuşdu. Bu araşdırma ilə bağlı barəsində heç bir intizam tədbiri də olmamışdır. İddiaçı hesab edir ki, o xidməti işindən qeyri qanuni olaraq çıxarılmışdır. Ədliyyə Orqanı işçilərinin X9 prinsiplərinə, Ədliyyə işçilərinin xidməti davranış qaydalarını və xidmətdənkənar davranış qaydalarını pozmamışdır. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı Ədliyyə Nazirliyi üzrə əmrlə 2005-ci ilin dekabr ayında ədliyyə orqanlarına qulluğa qəbul edilərək Müalicə müəssisəsinin tibb xidmətinin tibb bacısı vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə xidməti fəaliyyətində buraxdığı nöqsanlara görə Tibb baş idarəsinin 50-k saylı, xx.xx.2018-ci il tarixli əmri ilə intizam məsuliyyətinə cəlb olunaraq ona töhmət verilmişdir. Gələcək fəaliyyətində dönüş yaratmaq və qulluğunu davam etdirmək üçün xx.xx.2018-ci il tarixdə iş yeri dəyişdirilərək o, 9 saylı X6-sanitar hissəsinin tibb bacısı vəzifəsinə keçirilmişdir.İddiaçı barəsində araşdırma onun qeyd etdiyi kimi şikayət ərizəsi əsasında deyil, Penitensiar xidmətdən daxil olmuş məxfi məktubun icrası ilə bağlı aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı şəxsi maraqlarını xidməti mənafedən üstün tutaraq müəssisədə cəza çəkən bir qrup məhkum ilə xidmətdənkənar əlaqə yaratmaqla etik davranış qaydalarını kobud şəkildə pozmuşdur.O, həkim təyinatı və göstərişi olmadan məhkumları nəzarətçilərin iştirakından və müşayiətindən kənar qəbul edərək onlarla söhbət etmiş, həttda bu zaman öz xidməti otağında qapının arxadan bağlanılması hallarına yol vermişdir.Göstərilənləri İddiaçı təsdiq etməsə də, xx.xx.2019-cu il tarixli izahatında Tibb-sanitar hissəsinin iş kompüterində məhkum Elçin Quliyevin xahişi ilə anasının adından ölkə rəhbərliyinə ərizə yazmaqla vəzifə borclarına aid olmayan xidmət göstərdiyini yazılı etiraf etmişdir.Qeyd olunanlar və digər araşdırma materialları əsasında İddiaçı Azərbaycan Respublikasının Ədliyyə naziri İ dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun 485-k saylı, xx.xx.2019-cu il tarixli əmri ilə ədliyyə orqanlarından xaric edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndələri X8, X11 iddia ərizəsinə dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus ******* saylı xx.xx.2005-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində tibb bacısı vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci il tarixdə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 15.1-ci maddəsi, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b”, ədliyyə Nazirliyi haqqında Əsasnamənin 16.3, 16.4 və 16.5-ci bəndlərini rəhbər tutaraq Tibb Baş İdarəsinin yeni strukturunun və ştat bölgüsünün təsdiq olunması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş, xx.xx.2007-ci ci il tarixdə müalicə müəssisəsitibb xidmətinin tibb statistiki vəzifəsinə təyin olunmuş, xx.xx.2018-ci il tarixdə tutduğu vəzifədən azad olunaraq 9 saylı X10-sanitar hissəsinin tibb bacısı vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 10, 31.1.8 və 32.1-ci maddələri və “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nı rəhbər tutaraq vəzifələrinin icrası zamanı kobud və mütəmadi olaraq yol verilmiş pozuntulara görə ədliyyə orqanlarından xaric edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş 485-K saylı, 03 oktyabr 2019-cu il tarixli əmrin surətindən görünür ki, Nurməmmədova Niğar 9 saylı X10-sanitar hissəsinin tibb bacısı tibb xidməti giziri İddiaçı“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 10, 31.1.8 və 32.1-ci maddələrinə əsasən xx.xx.2019-cu il tarixdə ədliyyə orqanlarından xaric edilmişdir. Məhkəmə araşdırması dövründə iddiaçının ədliyyə orqanlarından xaric edilmə hallarının əsasını sübut edən sənədlərin surəti sorğu əsasında cavabdehdən tələb edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, 20/07-m-02 saylı məktubla sorğuya cavab olaraq təqdim edilən raportda göstərilmişdir: “9 saylı X6-sanitar hissəsində tibb bacısı vəzifəsində işləyən tibb xidməti giziri İddiaçı şəxsi maraqlarını xidməti mənafedən üstün tutaraq müəssisədə cəza çəkən bir qrup məhkum və onların ailə üzvləri ilə xidmətdənkənar əlaqə yaratmaqla etik davranış qaydalarını pozması barədə Penitensiar Xidmətdən Tibb Baş İdarəsinə göndərilmiş məxfi məktub (xx.xx.2019-cu il tarixli 06/m-08 saylı) tərəfimizdən araşdırılmışdır.Müəyyən edilmişdir ki, İddiaçı həkim təyinatı və göstərişi olmadan məhkumları nəzarətçilərin iştirakından və müşayiətindən kənar qəbul edərək onlarla söhbət etmişdir. Bu zaman öz otağında məhkumu qəbul edərkən qapının arxadan bağlanılması hallarına təsadüf edilmişdir.Bununla yanaşı o, Tibb-sanitar hissəsinin iş kompüterində məhkum Elçin Quliyevin anasının adından ölkə rəhbərliyinə ərizə yazmaqla vəzifə borclarına aid olmayan xidmət göstərmişdir (bunu İddiaçı özü təsdiq edir).Araşdırma zamanı İddiaçı özünü qeyri-səmimi apararaq məhkumlarla xidmətdənkənar əlaqə saxlamadığını, etik davranış qaydalarını pozmadığını bildirərək bunu təsdiq edəcək nəzarətçilərin və məhkumların adlarını qeyd etmişdir. Lakin həmin şəxslər İddiaçı sözlərini təsdiq etməyərək, əksinə onun həqiqətən də məhkumlarla nəzarətdən kənar söhbət aparmasının şahidi olmuşlar. N.X2 tibb xidmətinin tibb bacısı vəzifəsində işləyərkən nöqsana yol verdiyinə, narkotik tərkibli dərman preparatlarının naməlum şəraitdə itməsinə zəmin yaratdığına, həmçinin araşdırma zamanı qeyri-səmimilik göstərdiyinə görə Tibb Baş İdarəsinin xx.xx.2018-ci il tarixli 50-k saylı əmri ilə intizam məsuliyyətinə cəlb olunaraq ona töhmət verilmişdir. Qulluğunu davam etdirmək üçün o, xx.xx.2018-ci il tarixdə 9 saylı X10sanitar hissəsinin tibb bacısı vəzifəsinə keçirilmişdir.Qeyd olunanları və məxfi əməliyyat məlumatlarının daxil olmasını nəzərə alaraq İddiaçı barəsində müvafiq cəza tədbirinin görülməsi üçün Nazirliyə müraciət (x/o: xx.xx.2019-cu il tarixli 20/07-m-09 saylı) edilmişdir.” İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində tibb bacısı vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci il tarixdə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 15.1-ci maddəsi, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b”, ədliyyə Nazirliyi haqqında Əsasnamənin 16.3, 16.4 və 16.5-ci bəndlərini rəhbər tutaraq Tibb Baş İdarəsinin yeni strukturunun və ştat bölgüsünün təsdiq olunması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş, xx.xx.2007-ci ci il tarixdə müalicə müəssisəsi tibb xidmətinin tibb statistiki vəzifəsinə təyin olunmuş, xx.xx.2018-ci il tarixdə tutduğu vəzifədən azad olunaraq 9 saylı X10-sanitar hissəsinin tibb bacısı vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 10, 31.1.8 və 32.1-ci maddələri və “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nı rəhbər tutaraq vəzifələrinin icrası zamanı kobud və mütəmadi olaraq yol verilmiş pozuntulara görə ədliyyə orqanlarından xaric edilmişir. Hazırda iddiaçı onun xidmətin xitam verilməsi barədə əmrin ləğv edilməsini tələb edərək, onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə işə bərpa olunmasını xahiş edir. İddiaçının arqumentləri onun tərəfindən heçbir intizam pozuntusu törədilməməsi, işlədiyi dövr ərzində nöqsanları özündə əks etdirən təqrir və təqdimatların olmaması, yəni nümunəvi xidmət etməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi hallar məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından, mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsasların olmadığı qənaətindədir. Belə ki, “9 saylı X6-sanitar hissəsində tibb bacısı vəzifəsində işləyən tibb xidməti giziri İddiaçı şəxsi maraqlarını xidməti mənafedən üstün tutaraq müəssisədə cəza çəkən bir qrup məhkum və onların ailə üzvləri ilə xidmətdənkənar əlaqə yaratmaqla etik davranış qaydalarını pozduğu, o cümlədən həkim təyinatı və göstərişi olmadan məhkumları nəzarətçilərin iştirakından və müşayiətindən kənar qəbul edərək onlarla söhbət etdiyi və sair bu kimi davranış qaydalarına zidd hərəkətlərə yol verdiyi, həmçinin işlədiyi müddət ərzində xidməti fəaliyyətində buraxdığı nöqsanlara görə Tibb baş idarəsinin 50-k saylı, xx.xx.2018-ci il tarixli əmri ilə intizam məsuliyyətinə cəlb olunaraq töhmət verildiyi işin mübahisəsiz halını təşkil edir. Yuxarıda sadalananlara əsasən məhkəmə iddiaçının göstərdiyi dəlilləri ilə razılaşmır. Göründüyü kimi, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası Qanunun 31.1-ci maddəsinə əsasən Ədliyyə orqanlarının işçisi bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 31.1.1. irad tutma; 31.1.2. töhmət; 31.1.3. şiddətli töhmət; 31.1.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 31.1.5. aşağı vəzifəyə keçirmə; 31.1.6. xüsusi rütbənin bir pillə aşağı salınması; 31.1.7. vəzifədən azad etmə (bu halda ədliyyə orqanlarının işçisi müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində şəxsin ədliyyə orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, ədliyyə orqanlarında işə təyin edilir); 31.1.8. ədliyyə orqanlarından xaric etmə; 31.1.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə ədliyyə orqanlarından xaric etmə. Həmin Qanunun 10.0.11-ci maddəsinə əsasən etik davranış və intizam qaydalarına əməl etməlidirlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən intizam tənbehlərinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyətlər verdiyi vəzifəli şəxslər tərəfindən həyata keçirilir. Həmin Qanunun 31.5-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş qulluqla bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. Yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində mübahisəli əmr qəbul edilərkən qanunvericiliyin normalarına riayət edilmiş, hər hansı bir maddi hüquq normalarının düzgün tətbiq edilməməsi halı müəyyən edilməmişdir. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə hazırkı iş üzrə mübahisələndirilən iddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş əmrin qanunauyğunluğu məhkəmə araşdırması ilə sübut edildiyindən, əmrin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi ilə bağlı əsaslar olmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar