Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-812/2021 26.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı N nömrəli hərbi hissə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla “sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 24.1N.1999-29.1N.1999-cu il tarixlərdə fərarilik etməsi ilə bağlı sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, AR Müdafiə Nazirliyinin hərbi qulluqçusu olaraq 25.N5.1993-cü il tarixdən 25.N5.1995-ci il tarixədək-31N saylı hərbi hissədə; 27.1N.1993-cü il tarixdən 22.N7.1994 il tarixədək 31N saylı h/h-dən Qarabağ döyüş bölgəsinə "A” Qrupunun tərkibində; Naxçıvan Muxtar Respublikasında dislokasiya olunmuş döyüş bölgələrində yerləşən hərbi hissələrdə: 25.N5.1995-ci il tarixdən 18.N8.2NNN-ci il tarixədək-N saylı h/h-də; 18.N8.2NNN-ci il tarixdən N3.N8.2NN5-ci il tarixədək-215 saylı h/h-də, N3.N8.2NN5-ci il tarixdən 31.N8.2N11-ci il tarixədək-928 saylı h/h-də xidmət etmiş; N4.N8.2N11-ci il tarixdə müdafiə nazirinin müvafiq saylı əmrinə əsasən, 928 saylı h/h-dən ehtiyata buraxılmışdır. Hərbi xidmətdə olduğu dövr ərzində ona ödənilmiş aylıq pul təminatı ilə bağlı müvafiq arayış verilməsini AR Müdafiə Nazirliyindən xahiş etsə də, verilmədiyi, imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə təqdim etdiyi iddia ərizəsi baxılması 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Miminat xanım Hacıbəyovanın icraatına verilmiş və tərəfindən № 2-1 (81)-3391/2N2N saylı inzibati iş üzrə cavabdeh AR Müdafiə Nazirliyinə sorğu məktubu göndərilərək, iddia ərizəsində qeyd olunan inzibati aktın məhkəməyə təqdim edilməsi xahiş edilmişdi. AR Müdafiə Nazirliyinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 12.12.2N19-cu il tarixli, 12/374N saylı məktuba əlavə edilmiş arayış-məlumatda N saylı h/h-də xidmət etdiyi müddətdə pul təminatının azaldılmasının səbəbi kimi qanunsuz və əsassız olaraq, onu ləkələmək, təhqir etmək, ləyaqəti alçaltmaq məqsədi ilə həmin müddətdə h/h-nin Avtomobil texniki-təminat xidmətinə cavabdeh zabit vəzifəsində, “mayor” rütbəsində olduğu, eləcə də, Naxçıvan MR-sı blokada vəziyyətində olduğu vaxt, yalan, uydurma, böhtan xarakterli, həqiqətə uyğun olmayan sözlər qeyd edərək, sıra sayı üzrə 8-də, 24.1N.1999-29.1N.1999-cu il tarixlərdə guya ki, fərari olduğu göstərilmişdir. Həmin məsələnin hərtərəfli, obyektiv, ədalətli araşdırılması və hüquqlarının bərpa edilməsi üçün tərəfindən 22.N1.2N2N-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinə şikayət ərizəsi ilə müraciət edərək, onun o vaxtlar MN-nin zabiti olaraq mayor rütbəsində 24.1N.1999-29.1N.1999-cu il tarixlərdə həqiqətən də hərbi xidmət keçməkdən boyun qaçırmağı, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyi, fərarilik etməyi ilə bağlı hər hansı sübutların olub-olmaması, bu iş üzrə araşdırma işinin aparılıbaparılmaması, hərbi hissə komandirinin müvafiq saylı əmrinin mövcud olub-olmaması, cinayət işinin başlanılıb-başlanılmaması, əgər cinayət işi başlanmayıbsa hansı səbəbdən başlanılmaması barədə ətraflı məlumat verilməsinə müvafiq göstəriş verilməsini xahiş etmişdir. Lakin artıq uzun müddətin keçməsinə baxmayaraq, müraciətinə qanunsuz və əsassız olaraq cavab verilmir, laqeyd, etinasızlıq münasibəti göstərilir, cavab verilməsindən qəsdən və bilərəkdən yayınılır, cavab verməmək mövqeyi tutur, sənədlərin verilməsindən dolayı olaraq imtina edilir ki, bununla da hüquqları kobud şəkildə pozulur. Bütün yuxarıda qeyd olunanları nəzər alıb, hesab edir ki, AR Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş 12.12.2N19-cu il tarixli, 12/374N saylı məktubda qeyd olunan 24.1N.1999-29.1N.1999-cu il tarixlərdə fərari olmağı ilə bağlı sənədlərin verilməsindən imtina edilməsi qanunsuzdur. Bu səbəbdən də həmin sənədlərin verilməsi vəzifəsinin AR Müdafiə Nazirliyinə həvalə edilməsi barədə tələbi əsaslıdır, qanunidir və məhkəmə tərəfindən təmin olunması barədə qərar qəbul edilməlidir. İddiaçı tərəfindən 14.N1.2N21-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsində xx.xx.1962-ci il təvəllüdlü İddiaçı N saylı hərbi hissədə 24.1N.1999-29.1N.1999-cu il tarixlərdə fərarilik etməsi ilə bağlı təsdiqedici sənədlərin, barəsində intizam qaydasında görülmüş tədbirlər, tətbiq edilmiş cəzalar barədə hərbi hissənin nizami hissə üzrə əmrlər kitabından və yaxud da, həmin əmrin qeydiyyata alınması barədə hərbi hissə üzrə əmrlərin qeydiyyatı kitabından çıxarış; İddiaçı birbaşa rəisi tərəfindən hərbi hissə komandirinə ünvanlanmış, ibtidai araşdırma (təhqiqat) işinin təyin edilməsi barədə raportun surəti və yaxud da həmin raportun qeydiyyata alınması barədə hərbi hissənin daxil olan sənədlərin qeydiyyatı kitabından çıxarış; hərbi hissə komandiri tərəfindən hərbi prokurorluğa göndərilmiş rəsmi məktubun surəti və yaxud da, həmin məktubun qeydiyyata alınması barədə hərbi hissənin xaric olan sənədlərin qeydiyyatı kitabından çıxarış; ibtidadi araşdırma-təhqiqat işinin təyin edilməsi barədə hərbi hissə üzrə verilmiş əmrin surəti və yaxud da, həmin əmrin qeydiyyata alınması barədə hərbi hissə üzrə əmrlərin qeydiyyatı kitabından çıxarış; ibtidai araşdırma-təhqiqat işi üzrə iş materiallarında olan bütün sənədlərin surəti; ibtidai araşdırma-təhqiqat işi üzrə toplanmış materialların hərbi prokurorluğa göndərilməsi barədə müşayiətedici məktubun surəti və yaxud da, həmin məktubun hərbi prokurorluğa göndərilməsi barədə hərbi hissənin xaric olan sənədlərin qeydiyyatı kitabından çıxarış, prokurorluq tərəfindən qəbul edilmiş prosessual qərarın (cinayət işinin başlanması və yaxud cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar) surəti və yaxud da, qəbul edilmiş qərarın hərbi hissəyə rəsmi qaydada göndərilməsi barədə hərbi hissənin daxil olan sənədlərin qeydiyyatı kitabından çıxarış; İddiaçı şəxsi işində aparılmış qeydlərdən çıxarış; yuxarıda göstərilən hansısa sənədlərin saxlama müddəti bitmişdirsə və müəyyən edilmiş qaydada məhv edilmişdirsə, sənədlərin yandırılması üçün təyin edilmiş komissiyanın yaradılması barədə hərbi hissə komandirinin əmrin surəti və yaxud da, həmin əmrin qeydiyyata alınması barədə hərbi hissə üzrə əmrlərin qeydiyyatı kitabından çıxarış; yuxarıda sadalanan hansısa sənədlərin saxlama müddəti bitmişdirsə və müəyyən edilmiş qaydada yandırılaraq məhv edilmişdirsə, bununla bağlı tərtib edilmiş aktın surəti və yaxud da, həmin aktın qeydiyyata alınması barədə hərbi hissənin daxil olan sənədlərin qeydiyyatı kitabından çıxarışın təsdiq edilmiş surətlərinin verilməsi vəzifəsinin AR Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmiş və iş materiallarına əlavə edilmişdir. İş üzrə məhkəmə iclası 26 oktyabr 2N21-ci il tarixə təyin etmişdir. Məhkəmə tərəfindən İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstrilərək, hüquqi marağı qiymətləndirilmiş, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, bildirdir ki, iddiaçı iddia müddətini ötürdüyündən iddia ərizəsi mümkün sayıla bilməz. İddia predmeti 1999-cu ilə aid olduğu halda İddiaçı yalnız 2N2N-ci ildə məhkəməyə müraciət etmiş, bununla da iddia müddətini itirmişdir. Həmçinin iddiaçının fərarilik etməsi ilə bağlı materiallar arxivə təhvil verilməmişdir. Odur ki, iddianın mümkün sayılmaması barədə qərardada qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materialında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İddiaçı 24-29 oktyabr 1999-cu il tarixlərdə “fərari” qeydi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə nazirinə ünvanladığı müraciətinə N2.N3.2N2N-ci il 11/1289 nömrəli cavab məktubunda bildirilmişdir ki, qeyd edilən faktın araşdırılması məqsədilə 4 fevral 2N2N-ci il tarixdə N nömrəli hərbi hissəyə sorğu ünvanlandığı və həmin hərbi hissənin N fevral 2N2N-ci il tarixli 6N2 nömrəli cavab məktubunda onun N nömrəli hərbi hissə komandirinin N oktyabr 1999-cu il tarixli N nömrəli əmri ilə hərbi hissəni özbaşına tərk etdiyinə görə yemək qeydiyyatından çıxarıldığı və 29 oktyabr 1999-cu il tarixli 3N2 nömrəli əmri ilə xidmət yerinə qayıtdığı üçün yemək qeydiyyatına alındığı qeyd edilmişdir. Bundan əlavə həmin məktubda N nömrəli hərbi hissənin 1999-cu ilə aid araşdırma materiallarının və qəbul edilmiş prosessual qərarların N nömrəli hərbi hissənin arxivinə təhvil verilmədiyi göstərilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Müdafiə nazirinin 23 dekabr 2NN6-cı il tarixli müvafiq əmrinə əsasən araşdırma və təhqiqat materiallarının saxlama müddəti 3 (üç) il təşkil edir və saxlama müddəti başa çatmış sənədlər müəyyən edilmiş qaydada məhv edilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən daxil olmuş N3 noyabr 2N2N-ci il tarixli 3775 nömrəli məktubla ehtiyatda olan mayor İddiaçı barəsində N nömrəli hərbi hissə komandirinin 24.1N.1999-cu il tarixli N nömrəli və 29.1N.1999-cu il tarixli 3N2 nömrəli nizami hissə üzrə əmrlərindən çıxarışlar göndərilmiş. əlavə olaraq N nömrəli hərbi hissənin 1999-cu ilə aid araşdırma materialları və qəbul edilmiş prosessual qərarlar Əlahiddə ümumqoşun Ordunun arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Məhkəmənin N1.1N.2N2N-ci il tarixli məktubuna cavab olaraq N nömrəli hərbi hissə tərəfindən daxil olmuş məktubda qeyd edilmişdir ki, İddiaçı işi ilə əlaqədar, N nömrəli hərbi hissə komandirinin 1999-cu ili əhatə edən əmrlər kitabı saxlanması üçün Naxçıvan şəhəri N nömrəli hərbi hissənin arxivinə təhvil verilmiş və həmin əmrlərin verilməsi üçün əsasların saxlama müddəti başa çatdığına görə Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən məhv edildiyindən sənədlərin surətinin göndərilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1.-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Hazırkı iddia ilə iddiaçı cavabdeh orqan tərəfindən verilmiş məktubla razı olmadığını, N saylı hərbi hissədə 24.1N.1999-29.1N.1999-cu il tarixlərdə fərarilik etməsi ilə bağlı təsdiqedici sənədlərin verilməli olduğunu iddia edir. Məhkəmə isə hesab edir ki, Müdafiə Nazirliyi tərəfindən iddiaçı haqqında verilən məlumatlar arxivdə saxlanılan materiallar əsasında verilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N2.N3.2N2N-ci il tarixli 11/1289 nömrəli məktubunda isə N nömrəli hərbi hissənin 1999-cu ilə aid araşdırma materiallarının və qəbul edilmiş prosessual qərarların N nömrəli hərbi hissənin arxivinə təhvil verilmədiyi bildirilmişdir. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 3N gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 1N gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1N (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-54N) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-812/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-812/2021
26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver