Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-812/2024 22.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X21 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmalakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 9 mart 1995-ci il tarixli, 758 nömrəli sərəncamına əsasən fərdi evin tikintisi üçün İddiaçı Badamdar qəsəbəsində ayrılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 9 mart 1995-ci il tarixli, 758 nömrəli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin yerləşmə cizgisi verilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2-T-0036-8/2022 nörməli imtina məktubunda qeyd etmişdir ki, ərizəyə əlavə edilən Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 758 saylı, xx.xx.1995-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyinə dair qeydiyyat orqanının ciddi şübhəsinin olması səbəbindən aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq, yerləşmə cizgisinin arxivdə aşkar olunmadığı bildirilmişdir. Həmçinin, yerləşmə cizgisində istinadlar mövcud olmadığından torpaq sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Elektron kadastr məlumatlarına əsasən, göstərilən sahə daş karxanasının ərazisi olmaqla, dövlət mülkiyyətində olan torpaq sahəsidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6792/2023 nömrəli qərardadı ilə iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş, həmçinin bildirmişdir ki, sözügedən torpaq sahəsi elektron kadastr (NECAS) məlumatlarına əsasən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, istirahət, tariximədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları dövlət mülkiyyətində olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Bakı şəhər ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(112)-812/2024 nömrəli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin vəsatəti təmin edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçının nümayəndəsi məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Məhkəmə tərəfindən sorğu edilərək cavabdehdən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən torpaq sahəsinin Daş Karxanasına ayrılmış torpaq sahəsində yerləşməsini təsdiq edən xəritədən izahlı çıxarış, ümumiyyətlə torpaq sahəsinin Daş Karxanasına ayrılması barədə hüquqmüəyyənedici sənədlərin, o cümlədən ayrıc aktının və onların verilməsinə əsas olmuş sənədlərin, eyni zamanda iddia olunan torpaq sahəsinin ətrafında və qonşuluğunda yerləşən torpaq sahələrinə dair verilmiş çıxarışların və onların verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-5614/2024 nömrəli məktubunda məlumat üçün bildirilmişdir ki, qeyd olunan torpaq sahəsinin qonşuluğunda olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 0,0200 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə aid X9 adına hazırlanmış ********** qeydiyyat nömrəli, xx.xx.2023cü il tarixli çıxarış vətəndaş tərəfindən təhvil alınmadığından və arxivləşdirilmədiyindən müvafiq sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Müraciətdə qeyd olunan daş karxanasına ayrılmış torpaq sahəsinin ayrıc aktı barədə hər hansı məlumat aşkar edilməmişdir. Cavabdehin məktubuna əlavə olaraq iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən: X12 məxsus, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ünvanında yerləşən yaşayış məntəqəsi təyinatlı 0,03 ha ölçülü torpaq sahəsinə dair, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** reyestr nömrəli, 657779 nömrəli çıxarış və həmin torpaq sahəsinin planı və ölçüsü sənədi, X13 mülkiyyətində olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən, yaşayış məntəqəsi təyinatlı, 0,06 ha ölçülü torpaq sahəsinə dair, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarış və həmin torpaq sahəsinin planı və ölçüsü sənədi, X13 mülkiyyətində olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən, yaşayış məntəqəsi təyinatlı, 0,06 ha ölçülü, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** reyestr nömrəli torpaq sahəsinə dair, 548202 nömrəli çıxarış və həmin torpaq sahəsinin planı və ölçüsü sənədi, X4 mülkiyyətində olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən, yaşayış məntəqəsi təyinatlı, 0,01 ha ölçülü, xx.xx.2023-ci il qeydiyyat tarixli, ********** reyestr nömrəli torpaq sahəsinə dair, 540339 nömrəli çıxarış və həmin torpaq sahəsinin planı və ölçüsü sənədi məhkəməyə təqdim edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-42625/2024 nömrəli məktubuna mübahisəli torpaq sahəsinin qonşuluğunda olan özəlləşdirilmiş torpaq sahələri ilə bağlı müvafiq sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir: xx.xx.2021-ci il qeydiyyat tarixli, **********94 reyestr nörməli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi X10 mülkiyyətindədir. Həmçinin müəyyən olunur ki, qeyd olunan torpaq sahəsi xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X14 tərəfindən X1. Eləcə də, həmin torpaq sahəsinə dair cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 646155 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuşdur. xx.xx.2023-cü il qeydiyyat tarixli, **********23 reyestr nörməli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,01 ha torpaq sahəsi X4 mülkiyyətindədir. Belə ki, X14 mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin 0,02 ha hissəsini xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X3. Qalan 0,01 ha hissəyə dair cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuşdur. xx.xx.2022-ci il qeydiyyat tarixli, **********03 reyestr nörməli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi X16 mülkiyyətindədir. Qeyd olunan torpaq sahəsi xx.xx.2018-ci il tarixli, ******* nömrəli alqısatqı müqaviləsinə əsasən X20 tərəfindən X2. Həmin torpaq sahəsinə dair cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuşdur. Həmçinin müəyyən olunur ki, Bakı şəhəri Səbail RİH başçısının 7 iyul 1994cü il tarixli, 2175 nömrəli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi X17 ayrılmış, həmçinin cavabdeh tərəfindən qeyd olunan torpaq sahəsinə dair X11 adına RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, **********03 reyestr nömrəli çıxarış və eyni tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuşdur. RX seriyalı, ******* nörməli, xx.xx.2018-ci il qeydiyyat tarixli, **********45 reyestr nörməli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi X5 mülkiyyətindədir. Həmçinin müəyyən olunur ki, həmin 600 kv.m torpaq sahəsi X7 Bakı şəhəri Səbail RİH başçısının 15 mart 1995-ci il tarixli, 880 nömrəli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, həmçinin cavabdeh tərəfindən qeyd olunan torpaq sahəsinə dair X5 adına xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuşdur. Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti xx.xx.2024-cü il tarixli, 5-19/2-960/2024 nömrəli məktubunda qeyd etmişdir ki, iddia tələbi ilə bağlı İddiaçı Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivindən 600 kv.m torpaq sahəsinin ayrılmasına dair Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 758 nömrəli Sərəncamının və ona əlavə edilmiş sənədlərin, eləcə də həmin sərəncam əsasında Səbail RİH Badamdar qəsəbə nümayəndəliyi tərəfindən verilmiş torpaq sahəsinin yerləşmə cizgisinin, o cümlədən arxiv qovluğunda saxlanılan bütün hüquqi və texniki sənədlərin arxiv nüsxələrinin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi barədə məktuba baxılmışdır. Sözügedən sənədlər Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-1444/2024 nömrəli məktubla Səbail RİH başçısının xx.xx.1995-ci il tarixli, 758 nömrəli sərəncamının arxiv nüsxəsi məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfindən torpaq sahəsinin cizgisinin notariat qaydada təsdiq edilmiş surəti, həmçinin koordinatları məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-33366/2024 nömrəli məktubunda qeyd etmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyalı olmaqla dövlət mülkiyyətindədir. Cizgisi qeyri-müəyyən olmaqla faktiki sahəyə uyğun gəlmir, ölçüləri fərqlidir. Bu səbəblə sənədlə faktiki sahənin eyniliyini təyin etmək mümkün deyil. Məhkəmə tərəfindən iş üzrə xx.xx.2024-cü il tarixdə yerində baxış iclası keçirilmiş, torpaq sahəsinə faktiki yerində baxış keçirilərkən ətraf ərazilərdə yaşayış evlərinin tilikdiyi müəyyən edilmiş, ərazidə Daş karxanasının olmadığı, iddiaçı tərəfindən iddia edilən torpaq sahəsinə bitişik yarımçıq tikilinin, üzbəüz ərazidə fərdi yaşayış evlərinin mövcud olduğu, digər torpaq sahəsindən isə hasarla ayrıldığı müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinə bitişik ərazidə yerləşən yarımçıq tikilinin mövcud olduğu torpaq sahəsi, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********94 reyestr nörməli çıxarış əsasında X10 mülkiyyətində olan 0,03 ha ölçülü, yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsidir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.3-cü maddəsinə görə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Sаdаlаnаn normаlаrın təhlilindən göründüyü kimi, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır. Qeyd olunan normaların tələbindən də göründüyü kimi, yerli icra hakimiyyəti orqanı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara uyğun olaraq torpaq sahəsinin iddiaçıya ayrılmasl barədə müvafiq qərar qəbul etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, müvafiq sərəncamla müraciət əsasında torpaq sahəsini ayırmış, faktiki olaraq torpaq sahəsi istifadəyə verilmişdir. Arxiv sənədlərinə əsasən mübahisəli torpaq sahəsinin ayrıldığı təsdiq edilmiş, qərarın qüvvədə olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən aparılan araşdırma, eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən də göründüyü kimi iddia tələbində qeyd edilən 600 kv.m torpaq sahəsi iddiaçının istifadəsində olmaqla, Azərbaycan Respublikasında bələdiyyələr yaran tarixə qədər Səbail RİH başçısının xx.xx.1995-ci il tarixli 758 nömrəli sərəncamına əsasən iddiaçıya ayrılmışdır. Sözügedən sərəncam hazırda qüvvədədir və mübahisələndirilməmişdir. Sərəncamın arxiv nüsxəsi mövcuddur, iddiaçı tərəfindən torpaq sahəsinin koordinatları və cizgisinin notariat qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin faktiki ölçüsünün 600 kv.m olması (xx.xx.2024-cü il tarixli məktubda da qeyd olunmuşdur) mübahisələndirilməmişdir. Cavabdehin imtinasının əsas dəlili torpaq sahəsinin dövlət mülkiyyətində, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyalı, Daş karxanasının ərazisi olması ilə bağlı olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin dövlət mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsi iddiaçıya yerli icra hakimiyyətinin sərəncamı ilə, yəni dövlətin torpaq ayrılmasının həyata keçirildiyi dövr üzrə səlahiyyətli qurumu tərəfindən həyata keçirilmişdir. Cavabdeh tərəfindən toorpaq sahəsinin Daş karxanasına ayrılması və ya Daş karxanasının mülkiyyətində olmasına dair hər hansı sübut, xəritə, sxematik təsvir və ya hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda cavabdeh torpaq sahəsinə dair məlumatlar NECAS sisteminə əsasən təqdim edilmişdir. Halbuki, hazırda X8 X19 (TEKUİS) istifadədədir. Tropaq sahəsinin təyinatına münasibətdə isə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və ona bitişik torpaq sahələrinin təyinatı yaşayış məntəqələri torpaqları olduğu və qeyd olunan şəkildə daşınmaz əmlakın dövlət reyestrində ayrı-ayrı şəxslərin adına mülkiyyət hüququ ilə qeydiyyata alındığı halda, mübahisəli 0,06 ha torpaq sahəsinin cavabdeh tərəfindən heç bir hüquqi əsas təqdim edilmədən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kimi göstərilməsi əsassızdır. Göstərilənlərə nəzərən məhkəmə qeyd edir ki, inzibati orqanlar tərəfindən qanunla onların üzərinə qoyulmuş prosedur qaydalarına riayət edilməməsi və ya hər-hansı inzibati icraat çərçivəsində sənədləşmə işini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmaması, maraqlı şəxslərin hüquqlarının pozulmasına, onlara münasibətdə etimad hüququnun məhdudlaşdırmasına səbəb olmamalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas qismində qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları təsbit etməkdədir ki, hazırkı iş üzrə belə qərarın qəbul edilməsi, hətta artıq icra olunması müəyyən edilmişdir. Qanunun bu yanaşması ondan irəli gəlir ki, torpağın özgəninkiləşdirilməsi barədə qərar ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş, özgəninkiləşdirən şəxs üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktdır. Həmin inzibati akt qanunla dəqiq müəyyən edilmiş inzibati icraat aparlmaqla qəbul olunur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). Odur ki, işin faktiki hallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin iddiaçının tələbini təmin edilməsindən imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsində tələb mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrdində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışn verilməsi şəklində ifadə edilərkən, həmçinin çıxarışın tamamlayıcı hissəsi olan torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi tələbi də ehtiva edilməkdədir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 758 nömrəli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində ayrılmış 600 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X22.
Məhkəmə qərarları › İş №2-1(112)-812/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-812/2024
22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver