Məhkəmə qərarları › İş №2-1(112)-8122/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8122/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8122/2022 13.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası müəllimə, Tibb Universitetində uşaq stomatalogiyası kafedrasının dosentidir), cavabdehin nümayəndəsi X2 (Salyan rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 14 saylı evin 22 və 22A saylı mənzillərinə dair mülkiyyət sənədlərinin(çıxarışlarının) yeni çıxarışlarla əvəz edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 14 saylı evin 22 və 22A saylı mənzillərinin üzərinə qoyulmuş qadağaların götürülməsi və mülkiyyət sənədlərinin(çıxarışlarının) yeni çıxarışlarla əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 14 saylı evin 22 və 22A saylı mənzillərinə yeni çıxarışların verilməsinə dair müvafiq ərizə ilə AR ƏMDKY DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin qurumun ona ünvanladığı xx.xx.2020-ci il tarixli, **********60 nömrəli və xx.xx.2020-ci il tarixli, **********62 nömrəli cavab məktublarında mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 14 saylı evin 22 saylı mənzilin üzərinə Səbail rayon məhkəməsinin xx.xx.1999-cu il tarixli, qərardadına əsasən həbs qoyulduğu və mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 14 saylı evin 22a saylı mənzilin üzərinə Səbail rayon məhkəməsinin xx.xx.1999-cu il tarixli, qərardadına əsasən həbs qoyulduğundan ərizəsinin icrasından imtina edilmişdir. Bununla bağlı Səbail rayon məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 14 nömrəli evin 22 və 22A mənzillərin üzərinə qoyulmuş həbsin götrülməsini xahiş etmişdir. Səbail rayon məhkəməsi həmin müraciət ilə bağlı müvafiq sorğular verməklə uzun araşdırma apararaq ona ünvanladığı 08 dekabr 2021-ci il tarixli 2-126/1999 saylı cavab məktubunda bildirmişdir ki, ərizədə qeyd olunan daşınmaz əmlakların üzərində həbsin olduğunu təsdiq edə biləcək məhkəmə aktı aşkar edilməmişdir. Bundan sonra iddiaçı təkrarən Səbail rayon Məhkəməsinin həmin məktubunu ərizəyə əlavə edərək mülkiyyətində olan mənzillərin mülkiyyət hüququnu təsdiq edən çıxarışların yeni növ çıxarışlarla əvəz edlməsinə dair ərizə ilə DƏDRX-ə müraciət etmiş və ərizədə Səbail rayon məhkəməsi tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 14 saylı evin 22 və 22A saylı mənzillərin üzərində həbsin olduğunu təsdiq edən məhkəmə aktı aşkar edilmədiyindən ƏMDKY DƏDRX tərəfindən mülkiyyətində olan mənzillərin üzərində həbs olmasını əsas gətirilərək yeni çıxarışların verilməsindən imtina edilməsi əsassız və qanunsuz olduğundan ərizəyə yenidən baxıb mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 14 saylı evin 22 və 22A saylı mənzillərin mülkiyyət sənədlərinin yeni çıxarışlarla əvəz edilməsini xahiş etmişdir. Lakin Əmlak Məsələləri Dövlət komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin ona ünvanladığı xx.xx.2022-ci il tarixli, **********02 nömrəli cavab məktubunda Səbail rayon məhkəməsinin məktubunu nəzərə almadan yenə də müraciətində qeyd olunan mənzillər üzərində Səbail rayon məhkəməsinin xx.xx.1999-cu il tarixli qərardadına əsasən həbs qoyulduğu (halbu ki, Səbail rayon məhkəməsi tərəfindən belə bir qərarlar aşkar edilməyib) əsas göstərilərək ərizənin icrasından imtina edilmişdir. Bununla bağlı təkrarən bildirir ki, Səbail rayon məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2-126/1999 nömrəli cavab məktubunda mülkiyyətində olan mənzillərin üzərində həbsin olmasını təsdiq edə biləcək məhkəmə aktının aşkar edilmədiyi qeyd olunmuşdur. Belə olan halda Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mülkiyyətimdə olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 14 saylı evin 22 və 22A saylı mənzillərə yeni çıxarışların verilməsindən imtina etməsi tam qanunsuz və əsassızdır. Həmçinin artıq iki (2) ildir ki, Əmlak Məsələləri Dövlət komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi süni əngəllər yaradaraq süründürməçiliyə yol verərək mülkiyyətində olan mənzillərə yeni çıxarışın verilməsindən imtina edir. Bununla da onun konstitusion hüquqlarını kobud şəkildə pozur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən təqdim edilmiş cavabdehin etirazında göstərilmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan mənzillər üzərinə Səbail rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərardadına əsasən həbs qoyulmuşdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2020-ci il tarixli, **********60 saylı, xx.xx.2020-ci il tarixli, **********62 saylı və xx.xx.2022-ci il tarixli, **********02 saylı cavab məktubları ünvanlanmışdır. Cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi F.R.Rzayeva iddiaya dair etirazın məzmununa uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsini və cavabdehin etirazını nəzərdən keçirərək, təqdim еdilmiş sənədləri nəzərə alaraq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir. İş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 1995-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Nizami küçəsindəki 14 nömrəli yaşayış evinin 22 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 432 nömrəli reyestr kitabında qeydiyyat aparılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 1995-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Nizami küçəsindəki 14 nömrəli yaşayış evinin 22a saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 428 nömrəli reyestr kitabında qeydiyyat aparılmışdır. Cavabdehin iddiaçıya ünvanladığı **********62 nömrəli xx.xx.2020-ci il tarixli məktubuna əsasən aparılan araşdırma zamanı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 14 saylı evin 22 saylı mənzili üzərinə Səbail rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərardadına əsasən həbs qoyulduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Cavabdehin iddiaçıya ünvanladığı **********60 nömrəli xx.xx.2020-ci il tarixli məktubuna əsasən aparılan araşdırma zamanı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 14 saylı evin 22a saylı mənzili üzərinə Səbail rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərardarına əsasən həbs qoyulduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Səbail rayon Məhkəməsinə ünvanladığı 10/120 nömrəli xx.xx.2021-ci il tarixli məktubuna əsasən Mərkəzi Arxivinə xx.xx.2021-ci il tarixdə daxil olmuş 2(009)-126/1999-saylı sorğuya cavab üçün bildirilir ki, qeyd olunan 2-126/1999-saylı 11 mülki iş siyahı üzrə Mərkəzi Arxivə təhvil verilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Səbail rayon Məhkəməsinə ünvanladığı 10/174 nömrəli xx.xx.2021-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə xx.xx.2021-ci il tarixdə daxil olmuş 2(009)-126/1999-saylı sorğuya cavab olaraq təkrarən bildirilir ki, tələb edilən 2-126/1999saylı mülki iş və iş üzrə açılmış uçot-statistika kartoçkası siyahı üzrə Mərkəzi Arxivə təhvil verilməmişdir. Belə ki, 2-574/1998-ci ildə sözü gedən iş ilə əlaqədar açılmış uçot-statistik kartoçkanın təsdiq olunmuş surəti göndərilir. Mülki işlər üzrə uçot-statistika kartoçkasında qeyd olunmuşdur ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı mülkiyyət hüququnun müəyyən edilməsinə dair mülki işin baxılmasının nəticələrinə xitam verilmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli (hakim Ə.Cəfərov) qərardadına əsasən iddiaçı X4 cavabdeh İddiaçı qarşı mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 14 nömrəli evin 22 və 22a nömrəli mənzillərinə həbs qoyulmuşdur. Səbail rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli məktub ilə həmin qərardad icra edilməsi məqsədilə Texniki İnventarlaşdırma Bürosu və MHQ İdarəsinə göndərilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin ünvanlandığı xx.xx.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 14 nömrəli evin, 22 və 22A mənzillərin üzərində həbsin olduğunu təsdiq edə biləcək məhkəmə aktı aşkar edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materialları: cavabdehin xx.xx.2020ci il tarixli imtina məktubu, iddiaçının cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəsinin surətləri təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən cavabdeh xx.xx.2022-ci il tarixli **********70 nömrəli məktubu ilə birlikdə tələb olunan sənədlərin təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etmişdir. Təqdim olunan 24 fevral 1995-ci il tarixli müqaviləyə əsasən, satıcı qismində X3, alıcı qismində İddiaçı olmaqla, satıcı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 14 saylı evin 22 saylı mənzili alıcıya satmışdır. 16 avqust 1995-ci il tarixli müqaviləyə əsasən, satıcı qismində X1, alıcı qismində İddiaçı olmaqla, satıcı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 14 saylı evin 22a saylı mənzili alıcıya satmışdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı 1995-ci ildə mənzilləri alqı-satqı müqavilələr əsasında əldə etmiş, həmin mənzillərə dair mülkiyyət hüququ onun adına dövlət qeydiyyatına alınaraq iddiaçının adına qeydiyyat vəsiqələri verilmişdir. İddiaçı qeyd edilən mənzillərə dair mülkiyyət sənədlərinin (qeydiyyat vəsiqələrinin) yeni çıxarışlarla əvəz edilməsi tələbi ilə cavabdehə müraciət etmiş, lakin iddiaçının müraciəti təmin edilməmişdir. Məhkəmə cavabdehin imtinasını aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azəbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 4-cü bəndinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir; Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə); Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək. İş mаtеriаllаrındаn göründüyü kimi, iddiаçının hazırda yaşadığı və onun adına dövlət reyestrindən yeni çıxarışların verilməsini tələb etdiyi mənzillər üzərində mülkiyyət hüququ notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında yaranmış və 1995-ci ildə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində dövlət qeydiyyatına alınmışır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Məhkəmə cavabdehin imtinasında göstərilənlərlə bağlı qeyd edir ki, Səbail rayon məhkəməsinin xx.xx.1999-cu il tarixli qərardadına əsasən mənzillərin üzərinə həbs qoyulması, iddiaçının mülkiyyətçi olduğu həmin mənzillərə dair Dövlət reyestrdən yenı çıxarışların alınması hüququnu məhdudlaşdırmır. Belə ki, həmin mənzillərə dair hüququların başqa şəxsə (fiziki və ya hüquqi şəxsə) keçməsi barədə məlumat mövcud deyil. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçıya məxsus mənzillərin üzərinə həbs qoyulması müvəqqəti təminat tədbiri olmaqla Səbail rayon məhkəməsi tərəfindən 1999-cu ildə icraata xitam verilmiş mülki işlə bağlı tətbiq edilmişdir. Qüvvədə olan mülki qanunvericiliyə əsasən iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə inzibati işə baxılması və inzibati icraatı zamanı iddiaçıya məxsus mənzillərin hər hansı bir əsasla, o cümlədən məhkəmə qərarı əsasında, başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçməsi kimi hal müəyyən edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 14 saylı evin 22 və 22A saylı mənzillərinə dair mülkiyyət sənədlərinin(çıxarışlarının) yeni çıxarışlarla əvəz edilməsi vəzifəsi cаvаbdеhin üzərinə qоyulmаlıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 14 saylı evin 22 və 22A saylı mənzillərinin üzərinə qoyulmuş qadağaların götürülməsi vəzifəsinin cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85, 110-cü mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiа tələbi təmin еdilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 14 saylı evin 22 və 22A saylı mənzillərinə dair mülkiyyət sənədlərinin(qeydiyyat vəsiqələrinin) yeni çıxarışlarla əvəz edilməsi vəzifəsi cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvаlə еdilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar