Məhkəmə qərarları › İş №2-1(112)-8125/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8125/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8125/2024 13.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “şlaqbaumun ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, ev 2 və 2a ünvanlarında yerləşən yaşayış binalarına gedən avtomobil yolunun üzərində quraşdırılmış (maneəedici əşya) şlaqbaumun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdehnə ünvanladığı, yaşadığı binanın həyətinin girişində sakinlər tərəfindən quraşdırılmış şlaqbaum ilə bağlı narazılığına baxılaraq, xx.xx.2024-ci il tarixdə ona belə cavab verilmişdir: “Qaldırdığınız məsələ ilə bağlı bildiririk ki, sözügedən ərazidə quraşdırılmiş şlaqbauma dair sənədlərin İcra Hakimiyyətinə təqdim edilməsi barədə sakinlərə xəbərdarlıq edilmişdir.” Bu cavabla razı deyil. Cavabdeh bununla bağlı müvafiq tədbirlər görməli olduğu halda, ünvanladığı müraciətə laqeyd yanaşılmışdır. Belə ki, bununla bağlı xx.xx.2023-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində idarəetmə Mərkəzinin 112 Çevik Reaksiya idarəsinə müraciət etmişdir. Oradan bildirilmişdir ki, müraciətdə qeyd olunan fakt öz təsdiqini tapmışdır. Belə ki, müraciətdə qeyd olunan ünvan 3 ünvanlarinda yerləşən yaşayış binalarına gedən avtomobil yolunun üzərində quraşdırılmış (maneəedici əşya) şlaqbaum 157 saylı mənzil kommunal istismar sahəsinin əməkdaşları cəlb olunaraq dəfələrlə ləğv olunsa da, yaşayış binasının rəhbərliyi barəsində X1 protokol tərtib edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş və yanğın təhlükəsizliyi sahəsində mövcud çatışmazlıqların aradan qaldırılması tənbeh edilmişdir. Lakin yaşayış binasının sakinləri tərəfindən yenidən maneəedici əşya (şlaqbaum) bərpa olunmuşdur (quraşdırılmışdır). Təxirəsalınmaz tədbirlərin və binanın giriş hissəsində quraşdırılmış maneəedici əşya (şlaqbaum) sökülərək ləğv edilməsi üçün Cavabdehn xx.xx.2023-cü il tarixli, 3-18-63/2-4883/2023 saylı və təqsirkar şəxslər barəsində müvafiq tədbirlərin görülməsi üçün Yasamal rayon Polis İdarəsinə xx.xx.2023-cü il tarixli 3-18-63/2-4884/2023 saylı müvafiq məzmunlu məktublar ünvanlanmışdir. Hesab edir ki, yaşayış binalarina gedən avtomobil yolunun üzərində quraşdırılmış (maneəedici əşya) şlaqbaum hüquqlarını pozur. Yaşayış binalarına gedən avtomobil yolunun üzərində quraşdırılmış (maneəedici əşya) şlaqbaum təcili tibbi yardım və yanğınsöndürən maşınlarının ünvana çatmasına maneə yaradır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh yazılı münasibətində göstərmişdir ki, ünvan 4 ünvanlarında inşa olunmuş hündürmərtəbəli yaşayış binasının qarşısında şlaqbaumun qoyulması ilə bağlı Cavabdeh tərəfindən yazılı razılıq verilməmiş və tərəflərindən quraşdırılmamışdır. Eyni zamanda bildirilmişdir ki, həmin ünvanda hündürmərtəbəli yaşayış binalarına ayrılmış və onların mülkiyyətinə verilmiş torpaq sahəsində quraşdırılmış şlaqbaumun ləğv edilməsi səlahiyyətləri xaricindədir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın dəlillərinə uyğun izahat verərək, iddianın mümkün sayılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, mübahisə predmeti şlaqbaumun quraşdırılması, buna icazənin verilməsi cavabdeh tərəfindən həyata keçirilmədiyindən, ümumiyyətlə yerli icra hakimiyyəti orqanının hündürmərtəbli yaşayış binasına ayrılmış torpaq sahəsində quraşdırılmış şlaqbaumun ləğv edilməsi ilə bağlı səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmadığından, hazırkı tələbə inzibati icraat qaydasında baxılması mümkün deyil. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, Cavabdeh hazırkı iddiaya cavab verməli olan orqan olmadığından iddia mümkün sayılmamalıdır. Məhkəmə izah edir ki, iddiaçı sözügedən şlaqbaumu quraşdırmış şəxslərə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “şlaqbaumun ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar