Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8126/2024 05.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı İnqilab qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxslər X20 və X17 “mənzilə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı İnqilab qızının, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxslər X20 və X8 iştirakları ilə, İddiaçı İnqilab qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X20 və X17 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “mənzilə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 5 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Suraxanı rayonu Xalq Deputatları İcraiyyə Komitəsinin 19 aprel 1991-ci il tarixli 2 №-li qərarına əsasən X4 5 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə (özü, həyat yoldaşı, 2 oğlu, qızı) 8-ci mikrorayon, Lenin prospekti 163, giriş 4 mərtəbə 9, yaşayış sahəsi 46,74 kv.metr olan mənzil verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 aprel 2024-cü il tarixli Registrdən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, X32 qəsəbəsi, Azadlıq prospekti, 163 yaşayış binası Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat № 17197) balansındadır. X9 xx.xx.2005-ci ildə, onun arvadı X5 xx.xx.2017-ci ildə ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 29 oktyabr 2023-cü il tarixdə qeyd edilmişdir ki, mərhum xx.xx.1938-ci il təvəllüdlü X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat kontoruna qızı-İddiaçı İnqilab qızı tərəfindən müraciət olmuşdur. X3 xx.xx.2005-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə qızı-İddiaçı İnqilab qızının ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq ünvan 2 ünvanında yerləşən mənzilə dair mərhum-X3 adına çıxarış verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli arayışına əsasən X10, xx.xx.2007; X18, xx.xx.2010; X30, xx.xx.2003; X25, xx.xx.1984; X21, xx.xx.1985; X20, xx.xx.1979; X31, xx.xx.2007; X12, xx.xx.2011; X11, xx.xx.2009 və iddiaçı ünvan 3 ünvanda qeydiyyatdadır. İddiaçı İnqilab qızı (bundan sonra – iddiaçı) Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 163, 70 saylı mənzil üzərində hüquqların qeydə alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən xx.xx.2024-cü il tarixli məktubla imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 163 saylı evin, 70 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə notarial qaydada təsdiqlənmiş razılıq ərizələri və mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) əlavə olunmaqla “ASAN Xidmət” Mərkəzlərinə müraciət edilməsi məqsədəuyğundur. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 163 saylı evin, 70 saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyata alındığınız barədə hər hansı sənəd əlavə olunmamışdır. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 4 ünvanında yerləşən mənzilə dair mərhum atası X4 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Suraxanı ravonu X19 19 aprel 1991-cu il tarixli 025356 nömrəli orderi ilə ünvan 5 ünvanında yerləşən mənzil, mərhum atam X7 verilmişdir. Orderdə atası ilə yanaşı anasının, onun və iki qardaşının adı qeyd edilmişdir. X1 xx.xx.2005-ci il tarixində, anası X5 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Mənzil faktiki olaraq onların islifadəsindədir, lakin onların mülkiyyətləri olaraq dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Həmçinin bildirilmişdir ki, qeyd olunan mənzilə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslər iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etdilər. İzahatlarında əlavə olaraq bildirdilər ki, nəinki iddiaçının, heç ümumiyyələt mərhum atalarının adına mənzilin özəlləşdirilməsinə etiraz edirlər. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin emtəmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabadehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İddiaçının hazırkı tələbi irəli süməkdə hüquqi marağı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 163, 70 ünvanda yerləşən mənzil üzərində hüququn ölmüş şəxsə məxsus olmasına dair arayış verilməsindən ibarətdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən iddiaçının təqdim etdiyi sənədlər toplusuna mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə notarial qaydada təsdiqlənmiş razılıq ərizələrinin əlavə olunmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır, iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, tələbin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0. və 8.0.11-ci maddələri təşkil edir. Həmin normalara görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur İddiaçı hüquqmüəyyənedici sənəd kimi X4 ailə üzvləri birlikdə verilmiş Suraxanı rayonu Xalq Deputatları İcraiyyə Komitəsinin 19 aprel 1991-ci il tarixli 2 №-li qərarını təqdim edir. Həmin qərarda mərhum X3 ailə üzvləri həyat yoldaşı, iki oğlu (hazırkı iş üzrə üçüncü şəxslər) və qızı (hazırkı iş üzrə iddiaçı) göstərilmişdir. X9 xx.xx.2005-ci il tarixdə və onun arvadı X5 xx.xx.2017-ci ildə ölmüşdür. Məhkəmə araşdırması zamanı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Azadlıq pr,. 163 saylı bina dövlət mənzil fonduna aid edilməklə 3 saylı XT MKTB-nin balansındadır. Qeyd olunan ünvanda yerləşən bina 2012-ci ildə Nazirlər Kabinetinin, Bakı şəhər İcra Hakimiyyətinin və Mənzil- Kommunal Təsərrüfatı Departamentinin müxtəlif tarixli və saylı sərəncamlarına əsasən Birliyin balansına verilmişdir. Bu səbəbdən iddiaçının hansı tarixdən mənzil uçotuna dayanması və mənzil uçotundan çıxarılmasına dair məlumat yoxdur. Balansa qəbul edilən vaxtdan tərəflərindən iddiaçı və ya ailə üzvlərinin kirayə müqaviləsi bağlanmamış və bağlanılması ilə bağlı sərəncam verilməmişdir. Həmin məktuba əlavə olunmuş 145 saylı MKİS- nin 18 aprel 2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, Azadlıq prospekti 163 saylı yaşayış binasının 70 saylı mənzil 25 aprel 1991-ci il tarixində verilmiş Xı-015356 say lı orderə əsasən X6 ailə üzvlərinə verilmişdir, həmin mənzil dövlət fonduna aiddir. 2005-ci ildə X13 vəfat etdikdən sonra həmin mənzildə onun aşağıda göstərdikləri ailə üzvləri pasport qeydiyyatındadırlar: X26, X21, İddiaçı, X25, X30, X31, X18, X11, X15, X14, Ceyhun Bədəlovun sözlərinə həmin mənzildə hal-hazırda yaşayırlar: X26, X21, X18, İddiaçı Qulu qızı. Sözügedən mənzilə aid heç bir sərəncam və ya kirayə müqaviləsi bağlanmamışdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Madddə 1 Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır Maddə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı mərhum atası X4 məxsus olmasına dair arayışın verilməsi üçün hüquq müəyyənedici sənəd təqdim etsə də, həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş qardaşları, iş üzrə üçüncü şəxslər X20 və X8 mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən üçüncü şəxslər izahatlarında mübahisə predmeti mənzilin özəlləşdirilməsinə razı olmadıqlarını bildirdilər. Ona görə də, cavabdehin imtinası əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-8126/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8126/2024
05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver