Məhkəmə qərarları › İş №2-1(112)-8126/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8126/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8126/2025 11.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qarşı “qərarların icra edilməsi və qalıq kimi qalmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən məhkəmənin qanuni qüvvəsini almış yekun qərarların tam icra edilməsi, həmçinin İddiaçı (VÖEN ********** ) vergi, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə 23032,06 manat qalıq kimi qalmış borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı cavabdeh təşkilata dəfələrlə müraciət etmiş və əsassız hesablanmş vergi borcunun tam silinməsini, həmçinin ƏDV mükəlləfiyyətin ləğv edilməsin xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə imtina cavabı vermişdir. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək xronometraj metodu ilə müşahidə keçirilmiş və günlük qazanc 4000 manatı keçdiyi üçün ƏDV mükəfiyyətli olması barədə xx.xx.2019-cu il tarixdə cavabdeh qərar qəbul etmişdir. Həmin dövr üçün vergi borcu 79172,87 manat təşkil etdiyi üçün Bakı Kommersiya Məhkəməsinə cavabdeh müraciət etmiş və həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ölkəni tərk etməsi ilə bağlı məhdudiyyət qoyulmuşdur. Bakı Apellyasiya qətnaməni qüvvədə saxlamışdır. Daha sonra Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il (4 ədəd qərar) tarixli qərarların ləğv edilməsin məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7978/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və 4 ədəd qərar ləğv olunmuşdur. Cavabdeh bu məhkəmələr gedən zaman Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, 79730 manat və 4277,84 manat borc olduğu üçün, iddiaçının əmlakına yönəldilməsi və açıq hərracda satılmasınə məhkəmədə xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1076/2021 saylı və e-2-2(113)-1069/2021 saylı qətnamələri ilə iddia təmin edilmişdir. Həmin qətnamələrdən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-15/2022 saylı və 2-2(103)-17/2022 saylı qərardadları ilə şikayətləri qismən ləğv edilmiş və iş üzrə icraata xitam verilməsi və yenidən Bakı İnzibati Məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. Bundan sonra cavabdeh Bakı şəhər Lokal Gəlirlər idarəsi apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1240/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra cavabdeh iddiaçının xəbəri olmadan məhkəmə tərəfindən ləğv olunmuş qərarları özü ləğv etmiş və yeni qərarlar qəbul etmişdir. Bunu isə iddiaçıya ancaq Ali Məhkəmədə bildirmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2- 1(102)-1549/2022 saylı qərardad ilə iş üzrə icraata xitam vermişdir. Daha sonra iddiaçı yenidən Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, eyni təzə 4 ədəd qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3582/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə, iddia yenidən təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 303/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət təmin edilməmiş, daha sonra Ali Məhkəmənin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2033/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bu müddət ərzində cavabdeh yenidən Bakı İnzibati Məhkəməsinə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə müraciət etmiş və bildirmiş ki, İddiaçı xx.xx.2021ci il tarixə 12107,94 manat məbləğində dövlət büdcəsinə borcu vardır. xx.xx.2021-ci il tarixə isə ümumillikdə 87160,53 manat borc olduğu üçün, iddiaçının əmlakını açıq hərrac vasitəsi ilə satılmasını məhkəmədən xahiş etmişdir. Ali məhkəmədə xx.xx.2024-cü il tarixdə iş üzrə yekun məhkəmə aktı qəbul olunduğu üçün, Bakı İnzibatı Məhkəməsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bu zaman cavabdeh təşkilatın əməkdaşı X2 tərəfindən xx.xx.2025-ci il tarixdə iki ədəd ərizə verilmiş və bildirilmiş ki, hər iki iş üzrə, yəni 12107,94 manat və 87160,53 manat dövlət büdcəsinə olan borclar artıq yoxdur və iddiaçının dövlət büdcəsinə borcu yoxdur, bu səbəbdən iddianın geri qayarılmasın məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi xx.xx.2025-ci il tarixdə iki ədəd qərardad qəbul etmiş və iş üzrə icraata xitam vermişdir. Daha sonra Vergi Cinayətlərinin ibtidai araşdırılması baş idarəsinin istintaq idarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Bütün bu məsələdən sonra Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsinə xx.xx.2024-cü il tarixdə məlumat verilmişdir ki, xx.xx.2024-cü il tarixə 23032,06 manat vergi, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə borcu vardır. Yuxarıda qeyd olunan məhkəmə aktlarının icrasını cavabdehdən tələb etsə də, cavabdeh ancaq xx.xx.2021-ci il tarixdə 1274,92 manat və xx.xx.2024-cü il tarixdə isə 52280,96 manat borcu azaltmışdır. Lakin ümumi borc xx.xx.2021-ci il tarixə 87160,53 manat təşkil etməsinə baxmayaraq, həmçinin bu məsələ ilə bağlı əmlakını siyahıya alınması işi üzrə vergi borcunun olmamasını cavabdeh etiraf etməsinə baxmayaraq, məhkəmənin qanuni qüvvəsin almış yekun qərarını tam icra etməmiş və etməməyin səbəbi bu gündə ona məlum deyildir. Hazırda 23032 manat vergi borcu şəxs vərəqədə qeyd olunmuşdur. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək xahiş etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən 2019-cu ilin aprel, may, iyun, iyul ƏDV ayları üzrə vergi orqanına xx.xx.2020-ci il tarixdə bəyannaməni 0 manat olaraq bəyan etmiş, lakin daha sonra xx.xx.2020-ci il tarixdə dəqiqləşmiş vergi bəyannaməsi təqdim etmiş və büdcəyə ödənilməli vergi məbləğini 14571.47 (11187,90+963,29+1341,18+1079,10) manat olaraq bəyan etmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş həmin dövr üzrə ƏDV bəyannamələrində yaranmış uyğunsuzluq tam olaraq götürülməmiş və yeni xx.xx.2020-ci il tarixli **********975300 nömrəli, xx.xx.2020-ci il tarixli, **********040700 nömrəli, xx.xx.2020-ci il tarixli, **********612500 nömrəli, xx.xx.2020-ci il tarixli, **********986700 nömrəli qərarlar qəbul edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə bir daha Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********612500, xx.xx.2020-ci il tarixli, **********040700 saylı və xx.xx.2020-ci il tarixli **********986700, **********975300 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3582/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək cavabdehin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********612500, xx.xx.2020-ci il tarixli, **********040700 saylı və xx.xx.2020-ci il tarixli **********986700, **********975300 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının əsassız və qanunsuz olduğundan ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-303/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3582/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)-2033/2024 saylı iş üzrə cavabdehin kassasiya şikayəti təmin edilməmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2033/2024 saylı qərarının icrası ilə bağlı qanunamüvafiq tədbirlər görülmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tələbə etiraz edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Hazırkı işin mümkünlüyünü yoxlayan məhkəmə qeyd edir ki, işdə olan Bakı inzibati məhkəməsinin 2-1(112)-3582/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddia tələbi təmin edilmiş, vavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********612500 saylı, xx.xx.2020-ci il tarixli **********040700 saylı və xx.xx.2020ci il tarixli **********986700, **********975300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarları ləğv edilmişdir. İşdən görünür ki, həmin məhkəmə qərarı Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 303/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə, sonuncu isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2033/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı hazırda həmin məhkəmə qərarlarının tam icra edilərək, 23032,06 manat məbləğin borc kimi silinməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. İstinad olunan normanın tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçıya vergi borcunun hesablanması barədə qərarlar qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında ləğv edildiyindən, həmin borcların şəxsi hesab vərəqəsindən silinməsi də həmin qərarın icrası qaydasında həll etməlidir. Əks hal, eyni məsələ üzrə iki məhkəmə qərarının qəbul edilməsinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış qərarın məcburi icrasını aradan qaldırmış olur ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaya ayrıca iddia icraatında baxılması mümkün hesab olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2ənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar