Məhkəmə qərarları › İş №2-1(112)-813/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-813/2024

28.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-813/2024 28.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun üzərinə əmək pensiyasının təyin edilməsi və həmin pensiyanın 2022-ci il dekabr ayından etibarən hesablamaq vəzifəsininin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1962-ci il tarixdə anadan olmuşdur, əmək fəliyyətinə 08 avqust 1980-cı il tarixdə Azərbaycan SSR Sənaye Tikintisi Nazirliyinin 2 saylı Trestin 26-sayh Tikinti İdarəsində betonçu-fəhlə qismində başlamışdır, 13 aprel 1981-ci il tarixdə Sovet ordusu sıralarına çağrılmağı ilə əlaqədar həmin idarədə işdən azad edilmişdir. xx.xx.1981-xx.xx.1983-cü il tarixdə Sovet ordusu sıralarında xidmət etmişdir. xx.xx.1984-xx.xx.1985 ci il tarixdə Bakı şəhərində 54 saylı Peşə Texniki məktəbdə əyani qaydada qülləli kran maşinisti peşəsi üzrə təhsil almışdır. xx.xx.1985xx.xx.1987-ci il tarixdə Bakıbaştikinti İdarəsinin 7 saylı Tikinti Montaj Trestində qülləli kran maşinisti peşəsi üzrə işləmişdir. xx.xx.1987-xx.xx.1997 Bakı Baştikintinin 8 saylı Tikinti Quraşdırma İdarəsində qülləli kran maşinisti peşəsi üzrə işləmişdir. xx.xx.1997-xx.xx.1998ci illərdə "Azərneftkimya” Təmir Trestinin 3 nömrəli Tikinti Quraşdırma İdarəsində qülləli kran maşinisti peşəsi üzrə işləmişdir, xx.xx.2003-xx.xx.2004 "xxxx" ASC-də fəhlə qismində işləmişdir. xx.xx.2004-xx.xx.2009-cu illərdə "BAKUSTEEL KOMPANY"-də kran maşinisti peşəsi üzrə işləmişdir, xx.xx.2009-xx.xx.2013 xx.xx.2015-xx.xx.2016 "Hüseyn LTD” MMCdə çilingər peşəsi üzrə işləmişdir. xx.xx.2017-xx.xx.2017 ”Bakıinşaatsənaye” ASC-də körpülükran maşinisti peşəsində işləmişdir. xx.xx.2018-xx.xx.2019-cu ildə "xxxx"MMC- də körpülü kran maşinisti üzrə işləmişdir. xx.xx.2019-xx.xx.2021-ci il "KAMEZ”MMC-də kran maşinisti peşəsi üzrə işləmişdir. Güzəştli şərtlərlə pensiya yaşına çatmağı ilə əlaqədar əmək pensiyası təyin edilməsi üçün ƏƏSMN-nin Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir, Həmin orqan özünün 18 yanvar 2023-cü il tarixli, 317-1/2- İ9953/2023 nömrəli məktubu ilə pensiya təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə məhkəmə dəftərxanası vasitəsilə ərizə təqdim edərək iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının cavab məktubunda İddiaçı mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajının 12 il 6 aydan az (9 il 3 ay 16 gün (xx.xx.2004-xx.xx.2013-cü il tarixləri arasındakı dövr)) təşkil etməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra İddiaçı iddia ərizəsində 02 dekabr 2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək həmin tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasının surətinə əsasən o, xx.xx.1980-xx.xx.1981-ci il tarixlərdə, xx.xx.1984xx.xx.1985-ci il tarixlərdə, xx.xx.1985- xx.xx.1987-ci il tarixlərdə, xx.xx.1987-xx.xx.1997-ci il tarixlərdə, xx.xx.1997-xx.xx.1998-ci il tarixlərdə, xx.xx.2003-xx.xx.2004-cü il tarixlərdə xx.xx.2004-xx.xx.2009-cu il tarixlərdə, xx.xx.2009-xx.xx.2013-cü il tarixlərdə, xx.xx.2015xx.xx.2015-ci il tarixlərdə, xx.xx.2016-xx.xx.2016-cı il tarixlərdə, xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə, xx.xx.2018-xx.xx.2019- cu il tarixlərdə, xx.xx.2019-xx.xx.2020-ci il tarixlərdə, xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan İddiaçı məxsus hərbi biletin surətinə əsasən o, xx.xx.1981xx.xx.1983-cü il tarixlərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan X6 Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 13 dekabr 2022-ci il tarixli X-Y- 2184 nömrəli arayışına əsasən iddiaçı Ş.lmanov xx.xx.2004-xx.xx.2009-cu il tarixlərdə X6 Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində təkrarqarametal tədarükü sahəsində kran sürücüsü peşəsində çalışmışdır. İş materiallarında olan X6 Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 13 dekabr 2022-ci il tarixli X-Y-2185 nömrəli arayışına əsasən iddiaçı Ş.lmanov xx.xx.2009-xx.xx.2013-cü il tarixlərdə X6 Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində təkrarqarametal tədarükü sahəsində kran maşinisti peşəsində çalışmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialının 12 dekabr 2022-ci il tarixli BA-08082-2022 nömrəli arayışına əsasən BBTİ 7 saylı Tikinti Mexanizasiya İdarəsinin əmrlər kitabında İddiaçı xx.xx.1985-ci il tarixdə 61 saylı əmrlə xx.xx.1985-ci il tarixdən 5-ci dərəcəli kran maşinisti vəzifəsinə qəbul edilməsi və 1985, 1986-cı illərə dair hesabat cədvəllərində ona əməkhaqqı hesablanmasına dair məlumat mövcuddur. Həmçinin idarənin 1986-cı il tarixdən sonrakı arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Belə ki, İddiaçı mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az (9 il 3 ay 16 gün (xx.xx.2004-xx.xx.2013-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı Ş.lmanova güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Yuxarıda qeyd edilənləri və İPM-nin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq icraatınızda olan 2-1(112)-6806/2023 nömrəli inzibati iş üzrə İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1962-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1981-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1983-cü ildə xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, BA-08082-2022 nömrəli məktubunda bildirilmişdir ki, BBTİ 7 saylı Tikinti Mexanizasiya İdarəsinin natamam arxiv sənədlərini əmr kitablarında 1962-ci il təvəllüdlü vət. İddiaçı xx.xx.1985-ci il tarixli. 61/s saylı əmrlə xx.xx.1985-cü il tarixdən 5-ci dərəcəli baş kran maşinisti vəzifəsinə işə qəbul olunması və 1985, 1986-cı illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar vardır. Həmin idarənin 1986-cı ildən sonrakı dövr üçün arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Mövcud dövrlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəlindən görünür ki, 1985-ci il üzrə yanvar ayından iyul ayına kimi əmək haqqı ödənilməmişdir, həmin il üzrə avqust ayından dekabr ayına kimi ödənilmişdir. 1986-cı il üzrə isə yanvar ayından dekabr ayına kimi əmək haqqları ödənilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ******* nömrəli, xx.xx.1980-ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1980-ci ildə Azərbaycan SSR Sənaye Tikintisi Nazirliyinin 2 saylı Trestin 26 saylı Tikinti İdarəsində betonçu-fəhlə vəzifəsinə təyin edilmiş, xx.xx.1981-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1984-cü il tarixdə Bakı şəhərində 54 saylı Peşə Texniki məktəbdə əyani qaydada qülləli kran maşinisti vəzifəsinə təyin edilmiş, xx.xx.1985-ci ildə işdən azad edilmişdir. xx.xx.1985-ci il tarixdə Bakıbaştikinti İdarəsinin 7 saylı Tikinti Montaj Trestində qülləli kran maşinisti təyin edilmiş, xx.xx.1987-ci ildə işdən azad edilmişdir. xx.xx.1987-ci il tarixdə Bakı Baştikintinin 8 saylı Tikinti Quraşdırma İdarəsində qülləli kran maşinisti kimi qəbul edilmiş, xx.xx.1997-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1997-ci ildə "Azərneftkimya” Təmir Trestinin 3 nömrəli Tikinti Quraşdırma İdarəsində qülləli kran maşinisti vəzifəsinə təyin edilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmişdir. xx.xx.2003-cü il tarixdə "xxxx" ASC-də fəhlə kimi işə qəbul edilmiş, xx.xx.2004-cü il tarixdə azad edilmişdir. xx.xx.2004-cu ildə "BAKUSTEEL KOMPANY"-də kran maşinisti kimi işə qəbul edilmiş, xx.xx.2009-cu ildə azad edilmişdir. xx.xx.2009-cu il tarixdə "BAKUSTEEL KOMPANY"də təkrarqarametal tədarükü sahəsinə kran maşinisti vəziəsinə qəbul olmuş, 01.08.201-cü ildə işdən azad edilmişdir. xx.xx.2015xx.xx.2016 "Hüseyn LTD” MMC-də çilingər vəzifəsinə təyin edilmiş, xx.xx.2016-cı il tarixdə işdən azad edilmişdir. xx.xx.2017-ci il tarixdə ”Bakıinşaatsənaye” ASC-də körpülükran maşinisti vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2018ci ildə "xxxx" MMC- də körpülü kran maşinisti vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdə azad edilmişdir. xx.xx.2019-cu il "KAMEZ” MMC-də istehsalat sexinə 4-cü dərəcəli kran maşinisti kimi işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2020-ci ildə KAMEZ” MMC-də istehsalat sexinə 4-cü dərəcəli kran maşinisti kimi işə qəbul edilmiş, xx.xx.2021-ci ildə işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 119 saylı arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2017-ci il tarixdən "xxxx" ASC-nin Fasonlu hissələrin metal tökmə sahəsinə körpülü kran maşinisti işinə qəbul edilib. (Əmr 38/k; xx.xx.2017-ci il). xx.xx.2017-ci il tarixdən əmək müqaviləsinə xitam verilib. (Əmr 132/k; xx.xx.2017-cı il). İddiaçı yuxarıda göstərilən dövrdə körpülü kran maşinisti kimi indiksion ocaqların metalla doldurulması və yüsək tempuraturda(1800 dərəcə) ərinmiş metalın daşınmasını təmin edib. Bütün iş gününü isti, zərərli və tozlu şəraitdə olmuşdur. Bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əsasən “Metallurgiya istehsalatının isti işlərində məşğul olan kran maşinistləri ******* a- 13792” şifrəsinə aiddir. Əsas Azərbaycan Respublikası Nazirlər Kabineti 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı (səh. 12; 3-cü bölmə). İş materiallarına əlavə edilmiş "X6" MMC-nin xx.xx.2023-cü il tarixli, X-Y-2693 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək X6 Limited şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Təkrarqarametal tədarükü sahəsində kran sürücüsü peşəsində işləmişdir. (əsas: İddiaçı Əmək kitabçası) İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2013-cü il tarixədək "X6" MMC-nin (hazırkı QSC-də) Təkrarqarametal tədarükü sahəsində kran maşinisti peşəsində işləmişdir. Məlumat üçün nəzərinizə çatdırırıq ki, Təkrarqarametal tədarükü sahəsində əmək funksiyalarının icrası ilə məşğul olan "kran sürücüləri" və "kran maşinistləri" o cümlədən, İddiaçı Polad və ferroərintilər istehsalatı sahələrində isti və zərərli iş şəraitində qara metal qırıntılarının və tullantılarının boşaldılması, yüklənməsi, daşınması və poladəritmə sexinin şixtə sahəsinin fasiləsiz olaraq vaxtlı-vaxtmda emal olunmuş metal qırıntıları ilə təmin olunmasını körpülü kranlar vasitəsi ilə həyata keçirirlər. Qeyd edilən peşə "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı"nın 11-ci Metal emalı bölməsinin

5. Metal emalı üzrə sair peşələr bəndinin (a) Fəhlələr yarımbəndində (1110400a —13790) "isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları)" və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 11-ci Metal emalı bölməsinin 11.5. Metal emalı üzrə sair peşələr bəndinin (a) Fəhlələr yarımbəndində "isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları)" peşəsinə uyğundur. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi İddiaçı iş fəaliyyəti Polad və ferroərintilər istehsalatı sahələrində ağır yükqaldırıcı kranların idarə edilməsi ilə bağlı olmuşdur. "X6" QSC Azərbaycan Respublikasında Metallurgiya Sənayesində aparıcı rol oynayan, eyni zamanda ən böyük X2. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir. İddiaçı işlədiyi müddət ərzində bütün iş vaxtını isti və zərərli iş şəraitində-Polad və ferroərintilər istehsalatı sahələrində keçirmişdir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərli olduğundan iş yerlərində keçirilmiş attestasiyanın nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin, o cümlədən İddiaçı işlədiyi dövrdə tarif (vəzifə) maaşları artımlar müəyyən edilməklə ödənilmişdir və zərərli iş şəraitinə görə əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-3/2- 7830/2023 nömrəli məktubunda bildirilir ki, Bakı Baş Tikinti İdarəsi 7 və 8 saylı Tikinti Mexanizasiya İdarələrinin özəlləşdirilib-özəlləşdirilməməsi, həmin müəssisələrin hüquqi varisi olduğu halda müvafiq müəssisə və ya təşkilat barədə, həmçinin iddiaçının həmin müəssisələrdə işləməsini təsdiq edən məlumatların təqdim edilməsi ilə bağlı sorğunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, sorğuda qeyd olunan müəssisələrlə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində hər hansı məlumat yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2023-cü il tarixli, **********265200 nömrəli məktubunda bildirilir ki, xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmış “Azərneftkimyazavodtəmir” Trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinin ləğv olunması, hüquqi varisliyi barədə məlumat müəyyən edilməmişdir. Həmçinin bildiririk ki, qurumun nizamnaməsinə əsasən hüquqi ünvanı ünvan 3 Dövlət Neft Şirkətinin xx.xx.2023-cü il tarixli, 14-2/2-2884/2023 nömrəli məktubda qeyd edilmişdir ki, Mərkəzi Arxivdə "Azneftkimyazavodtəmir" trestinin 3 N№-li Tikinti- Quraşdırma İdarəsinin arxiv sənədləri saxlanılmadığından Sizə hər hansı bir məlumatın təqdim olunması imkan xaricindədir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin "Yanacaq energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında" xx.xx.2001-ci il tarixli 651 saylı Sərəncamı ilə ARDNŞ-nin xx.xx.2001-ci il tarixli 188 №-li əmrinə əsasən "Azneftkimyazavodtəmir" trestinin ünvan 4 ünvanında yerləşən 3 N№-li Tikinti-Quraşdırma İdarəsinin bazasında İİN DƏÖD-nin xx.xx.2001-ci il tarixli 11 saylı Sərəncamı ilə "Tikinti- Quraşdırma ANZK-3" Səhmdar Cəmiyyəti yaradılmış və ARDNŞ-nin tərkibindən çıxarılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2023-cü il tarixli, **********196800 nömrəli məktubunda bildirilir ki, xx.xx.2003-cw il tarixdə 0103-P10-37526 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) xx.xx.2001-ci il tarixdə D-3278 nömrə ilə dövlət qeydiyyatına alınmış eyni adlı Cəmiyyətin bazasında yaradılmış və hüquqi varisidir. Həmçinin bildiririk ki, "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 5ə məlumat müəyyən edilməmişdir. Əlavə olaraq bildiririk ki, hüquqi şəxsin fəaliyyəti barədə məlumat "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarına aid deyildir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 01 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən ASC-də 03 iyul 1997-ci il tarixindən 30 iyun 1998-ci ilə qədər 6-cı dərəcəli maşinist vəzifəsində qülləli kranda işləyib. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 05 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1997-ci İldən xx.xx.1998-ci ilə qədər 6 dərəcəli maşinist vəzifəsində qülləli kranda işləmişdir. Sizin sorğunuza cavab olaraq bildiririk ki, həmin peşənin zərərli vəzifə yəni 21 iyun 1993-cü il tarixli 320 saylı Qərara əsasən zərərli peşə olması barədə uyğunuq tapa bilmədik. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlandığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-İ-9953/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ıl iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən sizin güzəştli iş stajınız 12 il 6 aydan az (9 il 3 ay 16 gün (xx.xx.2004-xx.xx.2013-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi 29 iyun 2022-ci il tarixindən qüvvədə olan Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş 60 yaşın tamam olması (Qanunun 7-ci maddəsi ilə nəzərdə tutulmuş 1 iyul 2020-ci il tarixdən kişilər üçün 65 yaş həddi 5 il azaldılmaqla), 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli iş stajı toplaması tələb olunur. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin tələb olunan azı 60 yaş həddinə çatmalıdır. İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla xx.xx.2022-ci il tarixdə 60 yaşını tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin v bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, yuxarıda qeyd olunan hərbi bilet, diplom və əmək kitabçasına, xx.xx.2006-cı il tarixdən sonra məcburi sosial sığorta haqlarının ödənildiyi dövr nəzərə alınmaqla xx.xx.1981-xx.xx.1983-cü il hərbi xidmət dövrü, xx.xx.1980-xx.xx.1981, xx.xx.1984-xx.xx.1985,xx.xx.1985-xx.xx.1987, xx.xx.1987-xx.xx.1997, xx.xx.1997xx.xx.1998, xx.xx.2003-xx.xx.2004, xx.xx.2004-xx.xx.2009, xx.xx.2009-xx.xx.2013, xx.xx.2015-xx.xx.2016, xx.xx.2017-xx.xx.2017, xx.xx.2018-xx.xx.2019, xx.xx.2019xx.xx.2020, xx.xx.2020- xx.xx.2021-ci ilədək iddiaçının ümumilikdə tələb olunan 25 ildən çox ümumi stajı vardır. Cavabdeh iddiaçının ümumi iş stajını mübahisələndirmir. İddiaçının güzəştli pensiya təyinatı üçün tələb olunan güzəştli iş stajına gəlincə məhkəmə aşağıdakıları qeyd edir. İddiaçının işlədiyi müəssisələrdən "xxxx" ASC-nin verdiyi güzəştli arayışa əsasən xx.xx.2017-xx.xx.2017-ci il tarixədək metal tökmə sahəsinə körpülü kran maşinisti vəifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əsasən “Metallurgiya istehsalatının isti işlərində məşğul olan kran maşinistləri ******* a- 13792” şifrəsinə uyğun hesab edilmişdir. Həmçinin, "X6" MMC-nin təqdim etdiyi güzəştli arayışa əsaəsn iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2013-cü il tarixədək "X6" MMC-nin (hazırkı QSC-də) Təkrarqarametal tədarükü sahəsində kran maşinisti peşəsində işlədiyi dövr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı"nın 11-ci Metal emalı bölməsinin

5. Metal emalı üzrə sair peşələr bəndinin (a) Fəhlələr yarımbəndində (1110400a —13790) "isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları)" və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 11-ci Metal emalı bölməsinin 11.5. Metal emalı üzrə sair peşələr bəndinin (a) Fəhlələr yarımbəndində "isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları)" peşəsinə uyğunlaşdırılmışdır. Adları çəkilən hər iki müəssisədə zərərli iş dövrü xx.xx.2017-xx.xx.2017-ci il tarixədək 06 ay 01 gün, xx.xx.2004-cü il tarixdən xx.xx.2013-cü il tarixədək 09 il 03 ay 18 gün olmaqla cəmi 09 il 09 ay 19 gün təşkil edir ki, qeyd edilən dövr qanunla tələb olunan 12 il 06 güzəştli iş stajından azdır. İddiaçı iddiasında xx.xx.1985-xx.xx.1987-ci il tarixdə Bakıbaştikinti İdarəsinin 7 saylı Tikinti Montaj Trestində qülləli kran maşinisti, xx.xx.1987-xx.xx.1997 Bakı Baştikintinin 8 saylı Tikinti Quraşdırma İdarəsində qülləli kran maşinisti və xx.xx.1997-xx.xx.1998-ci illərdə "Azərneftkimya” Təmir Trestinin 3 nömrəli Tikinti Quraşdırma İdarəsində qülləli kran maşinisti peşəsi üzə işlədiyi dövrün güzəştli olduğunu iddia etmişdir. Qeyd edilməlidir ki, adı çəkilən dövrlər üzrə iddiaçı zərərli işlə bağlı güzəştli arayış təqdim etməmişdir. Məhkəmə sorğusuna cavab olaraq "Azneftkimyazavodtəmir" trestinin 3 N№-li Tikinti-Quraşdırma İdarəsinin hüquqi varisi olan "Tikinti- Quraşdırma ANZK-3" Səhmdar Cəmiyyəti iddiaçının işləmiş olduğu qülləli kran maşinisti peşəsinin zərərli olmasını təqdim etməmiş, müvafiq siyahılardakı konkret sahə və vəzifə kodu ilə bağlı uyğunlaşdırma apara bilməmişdir. Məhkəmə onu da qeyd edir ki, yuxarıda qeyd edilən xx.xx.1997-xx.xx.1998-ci il tarixədək dövr qəbul edilsə belə iddiaçının güzəştli iş stajı yetərli hesab olunmur. Belə ki, iddiaçının işləmiş olduğu Bakıbaştikinti İdarəsinin Tikinti Montaj Trestləri hazırda mövcud olmasa da lakin həmin müəssisələrin fəaliyyət göstərdiyi sahə adlarından da bəlli olduğu kimi tikinti sahələridir. İddiaçının işlədiyi qülləli kran maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 nömrəli siyahılarında nəzərdə tutulmamışdır. Siyahılarda “dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər” bölməsində kran maşinistləri (krançılar) və ya metal emalı, sement istehsalı bölmələrində isti işlərdə məşğul olan kran maşinistləri (krançılar) peşələrinin adları çəkilir. İddiaçının işlədiyi sahə tikinti quraşdırma sahəsi olmaqla işlədiyi qülləli kran maşinisti vəzifələri bilavasitə qeyd edilən zərərli sahələr və vəzifələrlə əlaqədar olmamışdır. Beləliklə, iddiaçı qanunla tələb olunan güzəştli iş stajını toplamadığından cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuş və iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə¬sinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Dövlət Sosial X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar