Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-813/2025 14.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X7 kаtibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi X14 və üçüncü şəxs X3 və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “Suraxanı rayon İcra Hakimiyyətinin 593 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamının ləğv edilməsi” barədə tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “Suraxanı rayon İcra Hakimiyyətinin 593 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli Qərardadı ilə X4 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, 1987-ci ildə Bakı şəhəri Nəsimi rayon X9 verdiyi 255271 nömrəli orderə əsasən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “AB” y/m, ev 137, mənzil 38 iddiaçının mərhum anası X1 ayrılmışdır və orderdə mənzildən istifadə hüququ olan ailə üzvləri kimi mərhum anası, iddiaçı və bacısı X4 göstərilmişlər. Anası vəfat etdikdən sonra onun razılığı və məlumatı olmadan bacısı X2 müraciəti əsasında Suraxanı rayon İcra Hakimiyyətinin 593 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamı ilə iddiaçının da istifadə hüququ olan mənzilə dair kirayə müqaviləsi bacısı X2 adına dəyişdirilmişdir. Qeyd edilən sərəncam həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 84 və 85-ci maddələrinin tələbləri pozulmaqla verildiyi üçün qanunsuzdur. Belə ki, qeyd edilən normalara əsasən mənzilə dair kirayə müqaviləsi yalnız onun razılığı ilə dəyişdirilə bilərdi ki, iddiaçı da buna razılıq verməmişdir. Sərəncamda göstərilmişdir ki, iddiaçı sərəncam verilən zaman guya məcburi hərbi xidmətdə olmuş, halbuki o ümumiyyətlə sağlamlıq imkanlarına görə hərbi xidmətə yararsız hesab edilmiş və ümumiyyətlə hərbi xidmətdə olmamışdır. İddiaçının həmin sərəncamın ləğv edilməsini tələb etmək subyektiv hüququ vardır, belə ki, mənzilə dair orderdə onun da adı qeyd edilmişdir və iddiaçı mənzildən istifadə hüququ olan şəxsdir. Üçüncü şəxs iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, Suraxanı Rayon Hakimiyyətinin 593 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamı tam qanuni və əsaslıdır. Təxminən 1987 yaxud 1988-ci illərində, Şəbinə Baxşəliyevanın mərhum anası, bir ailə məclisində bildirmişdir ki, Nizami metrosunun yanında, Yasamal rayonu, Cabbar Qaryağdı oğlu küçəsindəki 39 nömrəli ev İddiaçı verilir, Günəşlidəki ev də Şəbinə xanıma verilir. Yəni valideynlər sağlıqlarında bu mənzilləri övladlar arasında bölmüşdülər. Hər iki övlad da, həm Şəbinə xanım, həm də İddiaçı buna razı olmuşlar və bunun nəticəsində də, onların anaları rəhmətə gedəndən sonra Şəbinə xanım Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edərək, Suraxanı rayonunun ərazisindəki evə dair sərəncam verilməsini xahiş etmişdir. Daha sonra isə Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, 39 saylı fərdi yaşayış evi iddiaçı və cavabdehin ataları mərhum X10 tərəfindən 5 saylı DNKnın 4Ə-7/986 saylı, xx.xx.2004-cü il tarixli bağışlama müqaviləsinə əsasən, cavabdeh İddiaçı bağışlanmışdır. X15 ilə Səbinə xanımın münasibəti təxminən 2-3 il əvvəl pozulub. Ondan əvvəl münasibətləri pis olmayıb. Münasibətin pozulmasının səbəbi mərhum bibilərindən onlara miras qalmış evin bölünməsi olmuşdur. Ağa, vərəsələrin, o cümlədən Səbinə xanımın da payını özünə götürmək istəmiş, Səbinə xanım isə buna icazə verməmiş, bu səbəbdən də münasibətlər pozulmuşdur. Məlum olduğu kimi, 18 yaşına çatmış hər şəxs müstəqil olaraq əqdlər bağlaya bilər, öhdəliklərə sahib ola bilər, vəzifələri və hüquqlarını icra edə bilər. Mübahisələndirilən sərəncamın verildiyi tarixdə X15 18 yaşı tamam olan şəxs kimi, müstəqil surətdə hərəkət etmək imkanına malik olmuşdur. Bu səbəbdən də, müstəqil şəxs olan X2 öz barəsində sərəncam verilməsi üçün Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etməsi və həmin inzibati orqanın sərəncam verməsi özlüyündə iddiaçının hər hansı hüququnu pozmur. İddiaçının həmin mübahisələndirilən sərəncamın ləğv edilməsini tələb etmək xüsusunda subyektiv hüququ da yoxdur. Belə ki, iddiaçı, ünvan 1 ünvanında yerləşən mənzildə heç vaxt yaşamamış, onun daimi yaşayış yeri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, 39 saylı fərdi yaşayış evi olmuşdur. Şəbinə Baxşəliyeva cavabdeh İddiaçı (Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı "mənzilə istifadə hüququna itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir, iddia ərizəsi həmin məhkəmənin icraatındadır, mülki işin nömrəsi 2(010)-1076/2024-dir. İddiaçı, inzibati məhkəməyə iddia ərizəsi verməklə, mülki işin baxılmasını, ədalət mühakiməsinin həyata keçirilməsini uzatmaq məqsədi daşıyır. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən: Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə 3 iyul 2024-cü il tarixli, 3-48-2F/-21366/2024 saylı cavab məktubu əsasında Suraxanı rayon İH-nin arxiv fondu üzrə xx.xx.1996-cı il tarixli, 593 saylı sərəncamının və həmin sərəncama əlavə edilmiş sənədlərin təsdiq edilmiş ksero surətləri təqdim edilmişdir: - Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının “Yaşayış sahəsi kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” 593 nömrəli, 07 iyun 1996-cı il tarixli Sərəncamına əsasən, 1. 68 nömrəli MİS-ə Günəşli qəsəbəsi, “AB” y/sahəsi, 137 nömrəli evin, 2 otaqlı, y/sahəsi 29.01 kv.m olan 38 nömrəli mənzilinin kirayə müqaviləsinin vətəndaş S.İddiaçıanın adına dəyişdirilməsi tapşırılması; 2. Maliyyə-hesabat vərəqəsinə aşagıdakı ailə üzvləri: X5, X8 daxil edilməsi;3. X5 ilə kirayə müqaviləsinin bağlanması və s. qərara alınmışdır. - Suraxanı rayonu MTK-nın rəisinə vətəndaş İddiaçı tərəfindən ünvanlanmış ərizədə Günəşli qəsəbəsi, “AB” y/sahəsi, 137 nömrəli evin, 2 otaqlı, y/sahəsi 29.01 kv.m olan 38 nömrəli mənzilinin bacısı S.İddiaçıanın adına keçirməyinə etiraz etməməsi barədə bildirilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə uyğun olaraq, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt); 32.3. İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: -1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur - 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar; 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9-cu bəndinə görə, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. İddia tələbindən görünür ki, iddiaçı Suraxanı rayon İcra Hakimiyyətinin 593 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamının ləğv edilməsini tələb edir. İddiaçı mübahisəli inzibati aktın qanunsuz olmasını onunla əsaslandırmışdır ki, barəsində qəbul edilmiş əmlaka dair onun subyektiv hüquqları mövcud olmuş, razılığı alınmalı olduğu halda, iddiaçının aktın qəbul edilməsi üçün razılığı olmamışdır. İddiaçı anasının vəfatından sonra mübahisəli mənzilə dair kirayə müqaviləsinin bacısı X5 ilə bağlanmasına razılığı vermədiyi, arxiv sənədlərdə saxlanılan razılıq ərizəsinin isə onun tərəfindən imzalanmadığı, sərəncamın mövcud olması barədə yalnız bacısı mübahisəli mənzilə dair onun istifadə hüququnun itirilməsi barədə Suraxanı rayon məhkəməsində iddia qaldırdıqdan sonra bildiyi barədə dəlilləri sərəncamın ləğv edilməsi üçün əsaslar qismində göstərmişdir. İddiaçı tərəfindən həmin razılıq ərizəsinin saxta olduğu bildirilmiş, məhkəmə mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində xüsusi biliyə malik olan şəxsin (ekspertin) rəyinin təqdim edilməsinin zəruri olması qənaətinə gəlmiş və məhkəmənin 23 avqust 2024-cü il tarixli Qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Aygün İsazadə Bakı İnzibati Məhkəməsinin 2-1(112) 6404/2024 nömrəli iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının aparılması üçün İddiaçı 1990-2000-ci illərə dair 3-5 sənəddə sərbəst xətt və imza nümunələrinin təqdim edilməsini xahiş ediltmiş və məhkəmə tərəfindən iddiaçıya məktub ünvanlanaraq tələb edilmiş sübutların məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Lakin iddiaçı tərəfindən tələb edilən sənədlər deyil, 2017-ci ilə aid olan sübutlar məhkəməyə təqdim edilmişdir. Odur ki, ekspertizanın keçirilməsi baş tutmamışdır. İddiaçı tərəfindən iddiaçının razılıq ərizəsinin saxta olması sübuta yetirilməmiş, məhkəmə araşdırılmasında isə iddiaçıdan tələb edilmiş sənədlər məhkəməyə təqdim edilməmişdir. Bu hal isə məhkəmə tərəfindən iddiaçının yayınması kimi qəbul edilir. Məhkəmə araşdırılması zamanı iddiaçının mübahisəli daşınmaz əmlaka dair hüququnun olması qənaətinə gəlinsə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması aşkar edilmişdir. Belə ki, mübahisələndirilən inzibati akt qəbul edilərkən iddiaçının razılıq ərizəsi mövcud olmuş, sərəncamın qanunsuz hesab edilməsi üçün əsaslar - aktın iddiaçı barəsində əlverişsiz inzibati akt olması sübuta yetirilməmişdir, çünki iddiaçının ləğv edilməsini tələb etdiyi sərəncam ilə mübahisəli mənzilə dair onun istifadə hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması məhkəmə araşdırılması zamanı aşkar edilməmişdir. Hal-hazırda iddiaçının qanunvericiliyik ilə təsbit edilmiş hüquqlarının qorunma sferasına cavabdeh tərəfindən aşkar şəkildə müdaxilə baş verməmişdir və bu birmənalı nəzərə çarpmır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.1.-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır; 5.2.ci bəndinə əsasən,bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması əsaslandırılmamışdır. Bundan əlavə məhkəmə hazırki iddia ilə bağlı aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçının ləğv edilməsini istədiyi sərəncamın qəbul edilməsi dövrlərdə isə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları 1964- cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan SSR-nın MPM-nin müddəaları əsasında həll olunurdu. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Mülki Prosessual Məcəlləsinin 24- 1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. İddiaçı həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, yeni qanuna istinadla həmin inzibati aktlar mübahisələndirilə bilməz. İş materiallarından iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 410/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarının 30-cu bəndində qeyd edilmişdir ki, “məhkəməyə müraciət edən şəxs qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddia qaldıra bilməz; belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.” Hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Mübahisəli mənzilin kirayə müqaviləsinin bacısı ilə bağlanması barədə məlumatsız olması, bunu yalnız Suraxanı rayon məhkəməsində ona qarşı iddia qaldırıldıqdan sonra bildiyi barədə dəlili inandırıcı deyildir. Belə ki, ən azı heç olmasa bu illər ərzində bir dəfə mənzillə bağlı kommunal xərclər iddiaçı tərəfindən ödənilmişdirsə, o, bunu müvafiq kommunal xidmətləri göstərən müəssisələrin göndərdikləri bildirişlərdən görə bilərdi Qeyd edilən müddətdə mənzilə dair mövcud olan inzibati aktın müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Odur ki, qərarın mübahisələndirilməsi ilə bağlı yol verilən müddət ötürülmüşdür, qeyd edilən dəlil prosessual müddətin buraxılmış hesab edilməməsi üçün əsas hesab oluna bilməz, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir. Göstərilənlərə əsasən, İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “Suraxanı rayon İcra Hakimiyyətinin 593 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamının ləğv edilməsi” barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-813/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-813/2025
14.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver