Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8130/2022 03.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 (qanuni nümayəndəsi Qanuni nümayəndə) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ayrıca çıxarışların verilməsi və texniki pasportların tərtib edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçılar İddiaçı2 və İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 (qanuni nümayəndəsi Qanuni nümayəndə) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə paylarına mütənasib tərtib edilmiş bölgü sxeminə uyğun olaraq mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ayrıca çıxarışların verilməsi və texniki pasportların tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçılar İddiaçı2 və İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (011)- 1104/2021 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi ev 9, 47 saylı mənzilin İddiaçı1 və İddiaçı2 paylarına mütənasib olaraq naturada ayrılmış sahənin bölgü sxeminin hazırlanması və ona uyğun olaraq texniki pasportun və mülkiyyət hüququna dair çıxarışın tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi ev 9, 47 saylı mənzilin İddiaçı1 və İddiaçı2 paylarına mütənasib tərtib edilmiş bölgü sxeminə uyğun olaraq mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ayrıca çıxarışın verilməsi və texniki pasportların tərtib edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarə¬sinin üzərinə xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-1104/2021 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi ev 9, 47 saylı mənzil İddiaçı1 və İddiaçı2 paylarına mütənasib olaraq naturada ayrılmışdır. Xətai rayon icra şöbəsi məhkəmə qətnaməsini icra olunması üçün cavabdehə göndərsə də, cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, məhkəmə təşkilatın üzərində hər hansı öhdəlik qoymadığına görə qətnamənin icrası mümkün deyildir. Bundan sonra iddiaçılar cavabdehə müraciət edərək məhkəmə qərarının icra edilməsini tələb etsələr də, cavabdehin onlara ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, mənzillə bağlı İdarənin xx.xx.2020-ci il tarixində göstərilən iradları aradan qaldırılmamışdır. Belə ki, cavabdehin iradlarına görə mənzilin texniki pasportunda bir giriş-çıxış qapısı olduğundan bölgü sxeminin tərtib edilməsi mümkün deyildir. Halbuki məhkəmə gedişində tikinti-texniki ekspertizası təyin edilərək mənzilin 1-ci mərtəbədə yerləşməsi, 5 otaqdan ibarət olması və faktiki olaraq iki giriş çıxış qapısının (biri blokdan, digəri isə həyətdən) olması səbəbindən hakim mənzilin naturada ayrılması ilə bağlı qərar vermişdir. Odur ki hesab edirlər ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi təklif edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında İddiaçı2 və İddiaçı1 qanuni nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli **********78 saylı etirazda göstərilmişdir ki, iddiaçılar müvafiq iddia tələbi ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, sözügedən mənzilin texniki pasportunda bir girişçıxış qapısı olduğundan bölgü sxemi tərtib etmək mümkün olmamışdır. Həmçinin, ərizəyə əlavə olunan Xətai Rayon Məhkəməsinin 2(011)-1104/2021 saylı, xx.xx.2021- ci il tarixli qətnaməsi ilə İdarənin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçılara **********11 nömrəli xx.xx.2022-ci il tarixli imtina məktubu verilmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, İddiaçı1 mənzilə giriş hissəsi pilləkən qəfəsindən (ümumi sahəsi 56,21 kv.m), digər İddiaçı2 mənzilə giriş qapısı 7 saylı eyvan sahəsindəndir (sonradan açılmış qapı, ümumi sahəsi 48.18 kv.m). Əlavə olaraq Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi ev 9, 47 saylı mənzil 1/2 hissədə İddiaçı1, 1/2 hissədə İddiaçı2 paylı mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmçinin, iddiaçı tərəfindən müvafiq mənzildə yenidən planlaşdırma işlərinin aparılmasına dair 1 saylı Bakı Ərazi İdarəsinə Azərbaycan Respublikası qanunvericiliyinin normalarına uyğun olaraq hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
Cavabdehin **********67 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanlarına texniki pasportun və çıxarışın verilməsi barədə ********** nömrəli xx.xx.2022-ci il tarixli ərizəyə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 9, mənzil 47 ünvanında yerləşən mənzillə bağlı xx.xx.2020-ci il tarixli, **********68 nömrəli məktubla cavab verilmiş və həmin cavab məktubunda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (011)-1104/2021 nömrəli qətnaməsi ilə qət edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 9, 47 saylı mənzil İddiaçı1 və İddiaçı2 paylarına mütənasib olmaqla naturada ayrılsın. Cavabdehin **********68 saylı xx.xx.2020-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, ünvan 3 ünvanında yerləşən mənzilə aid bölgü sxeminin tərtib edilməsi ilə bağlı ********** nömrəli xx.xx.2020-ci il tarixli ərizəyə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, sözügedən mənzilin texniki pasportunda bir giriş-çıxış qapısı olduğundan bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1104/2021 saylı 23 may 2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, məhkəmənin icraatında olmuş 2(011)-1104/2021 saylı mülki iş üzrə 19 oktyabr 2021-ci il tarixdə qəbul edilmiş qətnamə əsasında İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdeh İddiaçı2 qarşı “ümumi mülkiyyətdə olan əmlakın naturada ayrılması” barədə iddia tələbi təmin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(011 )-1104/2021 saylı qətnaməsi 27 noyabr 2021-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********62-05101-093015 reyestr nömrəli xx.xx.2020-cü il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil üzərində iddiaçıların paylı mülkiyyət hüququ ½ nisbətində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın bağışlanması barədə 78443 saylı 24 mart 2020-ci il tarixli müqavilədən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilin ½ hissəsini İddiaçı2 İddiaçı1 bağışlamışdır. Cavabdeh tərəfindən tərtib edilmiş ünvan 3 ünvanında yerləşən mənzilin bölgü sxemindən görünür ki, çıxarışa əsasən 5 y/o, yaşayış sahəsi 76,18 m2, ümumi sahəsi 104,78 m2 olmaqla qeydiyyatdan keçmişdir. Müayinə zamanı məlum olmuşdur ki, mənzilin daxilində aparılmış yenidənqurma nəticəsində 4 y/o, yaşayış sahəsi 62,7m2, ümumi sahə isə 103,4m2 təşkil edir. Əlavə olaraq çölə bir ədəd qapı açılmış və iki ayrı mənzil kimi istifadə olunur.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İşin faktiki hallarına görə ünvan 3 ünvanında yerləşən mənzil üzərində iddiaçıların ½ nisbətində paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (011)- 1104/2021 nömrəli qətnaməsi ilə mənzil onların paylarına mütənasib olmaqla naturada ayrılmış və qətnamə qanuni qüvvəsini alsa da, cavabdeh orqan tərəfindən icra edilməmişdir. Bundan sonra iddiaçılar paylarına mütənasib olaraq naturada ayrılmış sahənin bölgü sxeminin hazırlanması və ona uyğun olaraq texniki pasportun və mülkiyyət hüququna dair çıxarışların tərtib edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciəti təmin etməkdən imtina etdiyindən hazırkı iddianı irəli sürmüşlər. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən: 220.1.-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2.-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Məhkəmə qeyd edir ki, cavabdeh tərəf öz mövqeyini sözügedən mənzilin texniki pasportunda bir giriş-çıxış qapısı olması və Xətai Rayon Məhkəməsinin 2(011)-1104/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə üzərinə heç bir öhdəlik qoyulmaması ilə əsaslandırmışdır. Məhkəmə cavabdeh orqanın imtinasının dəlillərini iddianın təmin edilməməsinin əsası kimi qəbul etmir. Belə ki, ünvan 3 ünvanında yerləşən mənzil üzərində iddiaçıların paylı mülkiyyət hüququ ½ nisbətində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qüvvədə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)- 1104/2021 nömrəli qətnaməsi ilə mənzilin iddiaçıların paylarına mütənasib olmaqla naturada ayrılması qət edildiyindən bu işin mübahisə edilməyən halıdır. Həmin məhkəmədə mötəbər sübut kimi qiymət verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Məkəzi tərəfindən verilmiş 15 sentyabr 2021-ci il tarixli rəydən göründüyü kimi mübahisəli mənzil faktiki olaraq paylara uyğun təcrid mənzillər şəklində 2 hissəyə bölünmüş vəziyyətdədir və bu bölgü variantı İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarının tələblərinə uyğundur. Hazırki məhkəmə baxışı zamanı da əlavə olaraq cavabdehdən mütəxəssis rəyinin verilməsi tələb edilərək təyin edilmiş müayinə zamanı cavabdeh orqan mənzillərin bölgü sxemini tərtib edərək mənzilin daxilində aparılmış yenidənqurma nəticəsində mənzilin 4 y/o, yaşayış sahəsinin 62,7 m2, ümumi sahənin isə 103,4 m2 təşkil etdiyini, əlavə olaraq çölə bir ədəd qapının açıldıgı və iki ayrı mənzil kimi istifadə olundugu müəyyən edilmişdir. Belə olan halda, cavabdehin imtinasında göstərdiyi əsaslar öz təsdiqini tapmamışdır. Göründüyü kimi mənzilə olan paylarının ayrılaraq üzərində mülkiyyət hüququnun qeydiyyata alınması iddiaçıların mübahisələndirilməyən hüquqlarındandır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçılar öz iddiasında haqlıdır və cavabdeh tərəfindən heç bir qanuni əsasları olmayan bəhanələrə istinad edərək, onların hüquqlarının təmin edilməsindən imtina etməsi yolverilməzidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindədir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Avropa Məhkəməsi bir çox qərarlarında təkrar edir ki, “yaxşı idarəçilik” prinsipinin xüsusi vacibliyi ondan ibarətdir ki, ictimai maraqlara, xüsusən mülkiyyət hüququ da daxil olmaqla fundamental hüquqlara təsir göstərə biləcək hallarda, hökümət orqanları dərhal, müvafiq və ardıcıl şəkildə hərəkət etməlidirlər. Vistins və Peryepyolkin Latviyaya qarşı (GC), (no. 71243/01, § 120, 25 Oktyabr 2012) işdə Məhkəmə qeyd etdi ki, ərizəçinin torpaq sahəsinin vicdanlı alıcısı olması yerli səviyyədə heç zaman mübahisə edilməmişdir. Ərizəçi adi vətəndaş olmuş və torpaq sahəsinin alqı-satqısı həmin statuslu bütün şəxslərə tətbiq edilən qanunlar əsasında həyata keçirilmişdir, bu səbəbdən onun hər hansı imtiyazdan istifadə etməklə və ya qanuna zidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən zəmin yoxdur (bax Albegras və Arlauskas Litvaya qarşı, § 68). Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə isə Məhkəmə bildirdi ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıların xahişinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur. Halbuki, «İnzibati icraat haqqında» Qanunun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Bundan başqa, «İnzibati icraat haqqında» Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, mübahisələndirilən daşınmaz əmlak üzərində iddiaçıların mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla, dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçıların müvafiq daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırıl-malıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi ev 9, mənzil 47 saylı mənzilin iddiaçılar İddiaçı1 və İddiaçı2 paylarına mütənasib tərtib edilmiş bölgü sxeminə uyğun olaraq mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ayrıca çıxarışın verilməsi və texniki pasportların tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
NƏTİCƏVİ HİSSƏ:
İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi ev 9, mənzil 47 saylı mənzilin İddiaçı1 və İddiaçı2 paylarına mütənasib tərtib edilmiş bölgü sxeminə uyğun olaraq mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ayrıca çıxarışın verilməsi və texniki pasportların tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 6
Hakim Mehriban Qarayeva