Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8132/2021 01.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 Xüsusi Şərtlərlə X1rşı güzəştli şərtlələrlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 Xüsusi Şərtlərlə Təyinat X12 (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 mart 2021-cı ildən, yəni 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Filiala müraciət edərək 01 mart 2021-ci ildən, yəni 60 yaşından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasnın təyin edilməsini xahiş etmişdir. Cavabdeh 08 iyun 2021-ci il tarixli məktubla müraciətindən imtina edərək, əsas kimi Mərkəzi Filiala təqdim etdiyi 20 oktyabr 1984-cü il tarixli əmək kitabçasında və “X7” LTD-nin ona dair 17 mart 2021-ci il tarixli 107 nömrəli arayışında 08 yanvar 2008-ci il tarixindən bugünədək sözügedən müəssisənin elektrik avadanlıqları sexində işlədiyinin qeyd edilməsini, işlədiyi sahənin siyahı üzrə neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı sahəsinə uyğun olmaması, bu üzdən onun güzəştli ış stajının olmaması göstərilmişdir. Belə hesab etmişdir ki, cavabdeh öz imtinasında haqlı olmamışdır. Qanunvericiliyin tələblərini nəzərə almadan müraciətindən imtina etmişdir. Bununla əlaqədar məhkəmənin nəzərinə çatdırmışdır ki, o, xx xxxx 1961-ci ildə anadan olmuşdur, 25 aprel 1979-cu ildən 12 iyun İ981-ci ilədək hərbi xidmətdə olmuş, 01 oktyabr 1984-cü ildən əmək fəaliyyətinə başlamış, fasiləsiz olaraq müxtəlif sahələrdə çalışmış, 08 yanvar 2008-ci ildən “X7 LTD" Şirkətinin Azərbaycandakı filialına şəbəkə rayonuna elektromantyor peşəsinə işə qəbul edilmiş, hal-hazıradək həmin peşədə çalışmış, yəni 01 mart 2021-ci ilədək onun 38 il 5 ay ümumi əmək stajı (hərbi xidmət də daxil olmaqla) olmuşdur. Bunun isə 13 il 2 ayı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə, neft emalı sahəsində işləyən elektroavadanlığın təmiri və xidməti üzrə elektromontyor peşəsi olmuşdur. Qeyd edilən siyahı üzrə məhz neft emalı sahəsində işləyən elektroavadanlığın təmiri və xidməti üzrə elektromontyorların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olması göstərilmiş və o, məhz elektromantyor kimi neft emalı sahəsində çalışmışdır. Yəni “X8 LTD" Şirkəti birbaşa neftin qazılması və hasilatı ilə məşğul olan şirkətdir. Hətta “X7 LTD)" Şirkəti onun işlədiyi sahənin güzəştli iş olması və onun güzəştli iş stajının 13 il 2 ay 10 gün olması barədə də öz arayışında göstərmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. İddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəfilərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’nda neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsi (10) nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 20 oktyabr 1984-cü il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında və “X5" LTD-nin ona dair 17 mart 2021 -ci il tarixli 107 nömrəli arayışında 08.01.2008-ci il tarixindən bugünədək sözügedən müəssisənin elektrik avadanlıqları sexində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi sahə yuxarda qeyd olunan Siyahı üzrə neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı sahəsinə uyğun deyil. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul etilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə Zərdab rayonunda doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 25.04.1979-cu ildən 12.06.1981-ci ilə qədər (02 il 01 ay 18 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçı məxsus əmək kitabçasının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 01.10.1984-cü ildən 30.11.1987-ci ilə qədər “Yuqneftavtomatika”-da qaynaqçı, elektrik mühəndisi (03 il 02 ay 0 gün), 01.12.1987-ci ildən 09.01.2008-ci ilə qədər Bakı MNU-da (sonuncu adı “X3” ASC) mühəndis (20 il 01 ay 09 gün), 08.01.2008-ci ildən “X7 Ltd” Şirkətinin Azərbaycandakı Filialında elektromontyor vəzifəsində işləyir. - “X7” LTD-nin Azərbaycan Respublikasındakı Filialının 17.03.2021-ci il tarixli, 107 №-li arayışından görünür ki, xx.xx.1961-ci il tarixində anadan olmuş İddiaçı Əbdülkərim oğlu həqiqətən 08.01.2008-ci il tarixində “X5 LTD” şirkətinin Azərbaycan Respublikasındakı Filialında Elektrik avadanlıqları sexinə (şəbəkə rayonu) elektromontyor vəzifəsinə işə qəbul edilmişdir və bu vəzifədə hal hazırda işləyir. İddiaçı tam iş günü ərzində bu peşədə işlədiyindən Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarın 10.5.1-ci bəndinə əsasən onun güzəştli iş staji 17.03.2021-ci il tarixə kimi 13 il 2 ay 10 gün təşkil edir. - Filial tərəfindən məhkəməyə ünvanlanmış 13.08.2021-ci il tarixli, **********3 №-li məktubdan görünür ki, İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 17814,88 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 47486,43 manat olmaqla cəmi pensiya kapitalı 65301,31 manat təşkil edir. Adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu 01.03.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39800,00 manat məbləğində hesablanmışdır. - “X7” LTD-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 21 oktyabr 2021-ci il tarixli, 0358 №-li məktubdan görünür ki, “X6 Limited” şirkəti Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin (“Saziş”) 8-ci maddəsinə əsasən əməliyyat şirkəti qismində faəliyyət göstərir və Kontrakt sahəsində neft hasilatı ilə məşğul olmaqdadır. Kərimov X2 şirkətinə 08.01.2008-ci il tarixdən elektromontyor peşəsinə qəbul edilmişdir. Peşə təlimatına əsasən vəzifəsi - elektromontyor; şöbə (briqada) - Elektrik avadanlığı sexi, əsas vəzifələri - təhkim olunmuş sahədə 6kV KSO, 6\0,4 kV KTPN, 6 kV HX, KX və 0,4 kV, istehlakçıların elektrik qurğularına operativ və texniki xidmət göstərilməsi üzrə bütün tip işlərin yerinə yetirilməsi. Yuxarıda qeyd olunanları nəzəqə alaraq, İddiaçı Əbdülkərim oğlunun Əməliyyat şirkətində çalışdığı elektromontyor vəzifəsinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş siyahıdakı aşağıda qeyd olunmuş vəzifəyə uyğun hesab edir: “10.2. Neft, qaz və qaz kondensatının hasilatı a) fəhlələr: neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər”. - Filial tərəfindən iddiaçıya ünvanlanmış 08 iyun 2021-ci il tarixli, **********5 №-li məktubdan görünür ki, 18.03.2021-ci il tarixdə daxil olmuş müraciətinə və olan əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnda neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsi (10) nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi 20 oktyabr 1984-cü il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında və “X5” LTD-nin ona dair 17 mart 2021-ci il tarixli 107 nömrəli arayışında 08.01.2008-ci il tarixindən bugünədək sözügedən müəssisənin elektrik avadanlıqları sexində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi sahə yuxarda qeyd olunan siyahı üzrə neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı sahəsinə uyğun deyil. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır:
1. İddiaçının 60 yaşının tamam olması;
2. İddiaçının 25 il ümumi iş stajının mövcud olması;
3. İddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması;
4. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, İddiaçı 01 mart 2021-ci il tarixdə 60 yaşı tamam olmuşdur, sonuncunun 60 yaşı tamam olduğu tarixə ümumi iş stajı 25 ildən artıq, yəni 38 il 06 ay 20 gündür, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 65301,31 manat olmaqla ona münasibətdə tələb olunan 39800,00 manat məbləğində artıqdır. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan dörd elementdən üçü mövcuddur. İşin mübahsiəli halı iddiaçının güzəştli iş stajı ilə bağlıdır və cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında və işəgötürən tərəfindən verilmiş arayışda qeyd olunan elektromontyor peşəsinin qeyd olunan siyahı üzrə neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı sahəsinə aid olmamasını əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə müəyyən edilmişdir. Həmin Siyahının 2.4-cü bəndində Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İş materiallarından görünür ki, İddiaçı işlədiyi müəssisə, yəni “X7” LTD-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayış təqdim edilmişdir. Həmin arayışdan, həmçinin məhkəmənin müvafiq sorğusuna əsasən təqdim edilmiş iddiaçının peşə təlimatına və işlədiyi müsəssisəsinin fəaliyyətinə dair məlumatdan göründüyü kimi İddiaçı işlədiyi “elektromontyor” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’’nın “Neft, qaz və qaz kondensatının hasilatı” adlanan 10-ci bölməsinin a) yarımbəndində nəzərdə tutulmuş “fəhlələr, neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər” peşəsinə uyğun olmaqla güzətli iş stajı 13 il 01 ay 24 gün təşkil edir. Belə olan halda İddiaçı 60 yaşının tamam olduğu günə güzəştli iş stajı 12 il 6 aydan artıq, yəni 13 il 01 ay 24 gün təşkil edir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı əmək fəaliyyətinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan hər dörd halın mövcud olması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya 60 yaşı tamam olduğu tarixdən, yəni 01.03.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. - 23.1-ci maddəsinə əsasən inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. - 24.1-ci maddəsinə görə İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı 01.03.2021-ci ildən, yəni 60 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı 01.03.2021-ci ildən, yəni 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 Xüsusi Şərtlərlə Təyinat X11 üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.
Hakim Şəlalə Həsənova