Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8133/2022 19.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Nemət oğlunun Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Nemət oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək təyin olunmuş yaşa görə əmək pensiyasının, əmək kitabçasında qeyd olunmuş iş stajı illərinin sosial sığorta stajına daxil edilməklə yenidən hesablanması və ödənilməmiş pensiyaların birdəfəlik ödənilməsinin təmin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat Mərkəzi üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1948-ci il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası təyin edilib. O, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə yazılı ərizəylə müraciət edərək ona təyin olunmuş pensiyanın yenidən hesablanmasını xahiş edib. Ərizəni onunla əsaslandırmışdır ki, staj ili düzgün hesablanmayıb və əmək kitabçasında yazılmış staj illəri xx.xx.1993-xx.xx.1994-cü illər və xx.xx.1994-xx.xx.1995-ci illəri əhatə edən dövrlər nəzərə alınmayıb. Müraciətilə əlaqədar cavabdeh tərəfindən verilmiş 14 aprel 2022-ci il tarixli cavab məktubunda qeyd olunan illərə dair arxiv sənədlərinin saxlandığı ünvanın məlum olmadığı üçün həmin illərin sosial sığorta stajına daxil edilməsinin qanunvericilik tələbləri baxımından mümkün olmadığı bildirilib. Hesab edir ki, tələbindən imtina, cavabdeh tərəfindən pensiyaya müdaxilə, qanunvericiliklərin tələblərinə düzgün yanaşmama, tələbilə əlaqədar hərəkət və hərəkətsizlik göstərmə kimi qiymətləndirilməlidir. Belə ki, “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin, (Əmək stajını təsdiq edən sənədlərə dair ll-bölümü) 3-cü bəndinə görə: İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda, əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən sənədlər olmadıqda əmək stajını sübutedici kimi həmkarlar ittifaqı üzvlük bileti və hesablaşma kitabçası qəbul edilə bilər. Bu halda hesablaşma kitabçası əmək haqqı verilməsi qeydi aparılan dövrü, həmkarlar ittifaqı bileti ilə orada əmək haqqından və ya təqaüddən üzvlük haqqı verilməsi barədə qeydlər olan müddəti təsdiq edə bilər. Həmkarlar ittifaqı bileti olmadıqda staj həmkarlar ittifaqı üzvünün uçot kartı üzrə orada üzvlük haqqı verilməsi qeyd olunan müddət üzrə qəbul edilə bilər. Əsasnamənin tələbindən də göründüyü kimi, İş stajını təsdiq edən sənəd olaraq əmək kitabçasıə götürülür və mən də cavabdehə məhz əmək kitabçasını təqdim etmişəm.Orada da mübahisələndirdiyim dövrlər aydın yazılıb. Yuxarıda göstərdiklərimə əsaslanaraq cavabdehin tələbimdən imtinasını əsas hesab etdiyimdən hazırki idda ilə məhkəməyə müraciət etmək qərarına gəlib.
3. Yaşa görə pensiyanın yenidən hesablanması ilə əlaqədar iddiaçının müraciətinə cavabdeh tərəfindən ünvanlanmış məktubda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2011-ci il tarixində qüvvədə olan tələblərinə əsasən ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim etdiyi sənədlərin surətlərinə əsasən xx.xx.2006-cı il tarixinədək 28 il sığorta stajına və xx.xx.2006-cı il tarixindən xx.xx.2010-cu il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 400,80 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində (269,77 manat) dəyişiklik olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.1963-cü il tarixində adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək və xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli monitorinqinin nəticəsinə əsasən əmək kitabçasının surətində qeyd olunmuş "xxxx" kiçik müəssisəsinin xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək və "xxxx" kiçik müəssisəsinin xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək olan faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin illərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. xx.xx.2022-ci il tarixli müraciətinizə cavab olaraq bildirilir ki, ona təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur.
4. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir.
5. İddiaya cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı yaşa görə pensiyanın yenidən hesablanması tələbi ilə xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. Vətəndaşın müraciətinə cavabdeh orqan tərəfindən baxılmış və xx.xx.2022-ci il tarixdə cavablandırılmışdır. Cavabdeh orqanın **********2 nömrəli imtina məktubuna əsasən İddiaçı xx.xx.1993-cı il tarixdən - xx.xx.1994-cü il tarixədək ‘‘Nicat’’ sərbəst kiçik müəssisəsində, xx.xx.1994-cü il tarixdən - xx.xx.1995-ci il tarixədək “Dİzayn-91" müstəqil kiçik müəssisəsində işləməsinə dair sosial sığorta stajının yoxlanılması mümkün olmadığından həmin dövrlər pensiyanın yenidən hesablanması zamanı nəzərə alınması qanuna ziddir. Belə ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2- ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alman iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əməkpensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan"nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1.1-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı Qanunun qüvvəyə mindiyi 01.01,2006-cı İl tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı hesab olunur. “Əmək pensiyaları haqqında" qanunun 27.1-ci maddəsinə əsasən Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Vətəndaşın 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı İlin 1 yanvar tarixinə qeydə alınır. “Əmək pensiyaları haqqında" qanunun 29.1-ci maddəsinə əsasən Əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. İddiaçı xx.xx.2010-cu il tarixdə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçıya müraciətinə əsasən xx.xx.1963-cü il tarixdən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixinədək işlədiyi dövr nəzərə alınmaqla 28 il 27 gün sosial sığorta stajına əsasən əmək pensiyası təyin edilmişdir. Vətəndaşa 28 il 27 gün sığorta stajı və 400,80 manat pensiya kapitalı əsasında 269,77 manat məbləğində pensiya müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, iddiaçının işlədiyini iddia etdiyi xx.xx.1993-cı il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" sərbəst kiçik müəssisəsinin, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci İl tarixədək “Dizayn-91" X2 faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlər əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməmişdir. Qeyd etmək lazımdır ki, iddiaçının işlədiyini iddia etdiyi illərə və müəssisənin mövcudluğuna dair məlumatları dəqiqləşdirmək üçün cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə xx.xx.2022-ci il tarixdə **********2, **********9 və **********6 nömrəli sorğular göndərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür, Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr mövcuddur: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 4/1438 nömrəli məktubunda "Nicat” sərbəst kiçik müəssisəsinin və "xxxx" X2 arxiv sənədlərinin Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli **********826200 nömrəli məktubunda "xxxx" X2 xx.xx.1993-cü il tarixdə 266 nömrə iə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Reyestrdə "Nicat” sərbəst kiçik müəssisəsinin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud olmadığı qeyd edilmişdir.. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli **********21 nömrəli məktubunda "Nicat” sərbəst kiçik müəssisəsi və "Dizayn-91” müstəqil kiçik müəssisəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat olmadığı qeyd edilmişdir. Yuxarıda qeyd olunan dövrlər iddiaçının sosial sığorta stajına daxil edildiyi halda yaşa görə əmək pensiyasının məbləği 31 il 4 ay 14 gün sosial sığorta stajına və 400,80 manat pensiya kapitalına uyğun olaraq 280 manat məbləğində müəyyən ediləcəkdir. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddia tələbinin təmin edilməsini mümkünsüz edən həm də, bu növ münasibətləri tənzimləyən maddi huquq normalarıdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.”
6. Məhkəmənin "xxxx" və "xxxx" kiçik müəssisələrinin qeydiyyatı barədə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bildirilmişdir ki, dövlət reyestrində "xxxx" X2 xx.xx.1993-cü il tarixdə 266 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Həmçinin, reyestrdə "xxxx" Kiçik Müəssisəsi adlı bir neçə hüquqi şəxs olduğu üçün müraciətin cavablandırılması məqsədilə hüquqi şəxsin qeydiyyat nömrəsi, ünvanı və ya onu identikləşdirməyə imkan verə biləcək digər məlumatların göstərilməsi xahiş edilir.
7. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, sözügedən şəxsin sığorta stajı xx.xx.1963-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək işlədiyi dövr daxil ediməklə 28 il 27 gün təşkil edir. Vətəndaşın yaşa görə əmək pensiyasının məbləği 28 il 27 gün sığorta stajı və 400.8 manat pensiya kapitalı əsasında 269.77 manat müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, onun 01,08.1993-cü il tarixindən 31,10.1994-cü il tarixinədək "xxxx" sərbəst KM-nin və xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək “Dizayn- 91” KM-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Həmin dövrlər daxil edildiyi halda yaşa görə əmək pensiyasının məbləği 31 il 4 ay 14 gün sığorta stajı və 400,8 manat pensiya kapitalı əsasında 280 manat müəyyən ediləcəkdir.
8. İddiaçının ərizəsi əsasında iddia tələbi xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" kiçik müəssisəsi, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" kiçik müəssisəsindəki əmək fəaliyyətini sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi kimi dəyişdirilmişdir.
9. Cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
10. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
11. Mübahisələndirilən əmək fəaliyyəti dövrü iddiaçının sığorta stajı kimi nəzərə alındığı təqdirdə iddiaçının pensiyasında artım baş verəcəkdi.
12. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
14. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
15. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
16. İddia mümkündür. III. Məhkəmənin mövqeyi
17. İddiaçı xx.xx.1948-ci ildə anadan olub.
18. İddiaçıya xx.xx.2011-ci il tarixdə yaşa görə əmək pensiyası təyin olunub. İddiaçının müraciətinə əsasən əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul olunub, lakin yenidən hesablama zamanı pensiyanın məbləği dəyişməmişdir.
19. Mübahisəli sosial sığorta stajı xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" kiçik müəssisəsi, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" kiçik müəssisəsindəki əmək fəaliyyəti dövrüdür.
20. Dövlət Vergi Xidməti tərəfindən bildirilmişdir ki, dövlət reyestrində "xxxx" X2 xx.xx.1993-cü il tarixdə 266 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Halhazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Həmçinin, reyestrdə "xxxx" Kiçik Müəssisəsi adlı bir neçə hüquqi şəxs mövcuddur.
21. Odur ki, məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
22. Məhkəmə tərəfindən "xxxx" kiçik müəssisəsi və "xxxx" kiçik müəssisəsinin iddiaçı ilə əmək münasibətlərinə daxil olmamışdan əvvəl hüquqi şəxs kimi qeydə alındığı müəyyən edilmiş, iddiaçının əmək kitabçasında xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" kiçik müəssisəsi, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" kiçik müəssisəsində işlədiyinə dair qeydlər mövcuddur. Odur ki, həmin illər ərzində faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmaması iddiaçı ilə həmin müəssisələr arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz.
23. Odur ki, məhkəmə qeyd edir ki, inzibati orqan İPM-in 14.3-cü maddəsinə (“qanunun analogiyası” tətbiq edilməklə) əsasən pensiyanın yenidən hesablanmasından imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.
24. Nəticə etibarilə iddiaçının yaşa görə pensiyanın yenidən hesablanması hüququ və bununla bağlı “qanuni gözləntisi” var. Belə ki, X3 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
25. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
26. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
27. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir.
28. İPM-in 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər.
29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" kiçik müəssisəsi, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" kiçik müəssisəsindəki əmək fəaliyyətinin sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva