Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8133/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-N- 54001/2024 saylı cavab məktubunun əsassız hesab edilməsi və yaranmış fərq məbləğinin geri qaytarılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-N-54001/2024 saylı cavab məktubunun əsassız hesab edilməsi və onun üzərinə iddiaçının əmək pensiyamın səhv hesablandığı xx.xx.2008-ci il tarixdən yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1945-ci il tarixində Lənkəran şəhərində anadan olmuşdur. Ona Dövlət Sosial X5 rayon şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixində “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununın 13-cü maddəsi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2008-ci il tarixindən pensiya hesablanarkən əmək haqqına qoyulmuş hədd götürüldüyü üçün pensiyanın yenidən düzgün hesablanması ilə bağlı DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Cavabdeh İnzibati Orqan pensiyanı yenidən hesablayaraq “Əmək pensiyaları haqqında” Qanununun 32.1-1-ci və 37..7-Cİ maddələrinə istinad edərək keçmiş müddət üçün səhv hesablandığına görə alınmamış pensiyanın məbləğini müraciət edilən tarixdən əvvəlki üç ilini hesablayaraq ödədilər. Ona görədə təkrar olaraq Mərkəzi Filiala ərizə ilə müraciət edərək səhv hesablanmış əmək pensiyanı səhv hesablanan tarixdən yəni xx.xx.2008-ci il tarixindən ödənilməsini xahiş etmişdir. Ərizəsini onunla əsasslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanununun 32.1-1-ci və 37.7 -ci maddələri ona şamil edilə bilməz. Belə ki, yeni pensiya təyin edilməsi üçün müraciət etməmişdir. İnzibati Orqan tərəfindən səhv hesablanmış pensiyamın düzgün hesablanaraq səhv hesablandığı xx.xx.2008-ci il tarixindən hesablanaraq yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsini xahiş etmişdir. Mərkəzi Filial 05.03. 2024-cü il tarixli 3-17-1/2-N-54001/2024 saylı cavab məktubu ilə (məktubu rəsmi olaraq xx.xx.2024-də almış) ona bildirilmişdir ki, Mərkəzi Filialda mövcud olan ona dair sənədlərinizdə qeyd olunan məlumatlara əsasən, xx.xx.2006-cı il tarixinədək ümumi iş stajının 39 il təşkil etdiyi müəyyən edilmişdir. Əmək pensiyanın əmək haqqına əsasən hesablanarkən tələb olunana 25 ilə görə 65%, 25 ildən artıq 14 il iş stajına görə hər il üçün 2 % olmaqla (28%) orta aylıq əmək haqqının 90 faizi miqdarında müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən əmək pensiyasının sığorta hissəsi xx.xx.2008-ci il tarixinə 2000- 2002-ci illər üzrə 268,11 manat orta aylıq əmək haqqınız minimum əmək haqqının üç misli 51 manat məbləğində azaldılmaqla müəyyən edilmiş 217,11 manatın 90 faizi miqdarında 195,40 manat hesablanaraq, üzərinə xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3803,04 pensiya kapitalına uyğun 26,41 manat və 75 manat baza hissəsi əlavə edilərək xx.xx.2008-ci il tarixinə 296,81 manat (indeksləşdirilərək xx.xx.2009-cu il tarixinədək 342,93 manat) məbləğində hesablanmalı olduğu halda, həmin tarixə səhvən 189,54 manat (indeksləşdirilərək xx.xx.2009-cu il tarixinə 231,48 manat) məbləğində hesablanaraq ona əksik əmək pensiyası ödənilmişdir. Eyni zamanda məktubda bildirilmişdir ki, Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən coxu üç il üçün hesablanmaqla ödənilir. Məktubda daha sonra bildirilir ki, qeyd olunanları nəzərə alaraq, əmək pensiyanız üzrə keçmiş üç il müddət üçün sizə ödənilməli olan 11378,77 manat fərq məbləği hesablanıb. Həmin 11378, manat fərq məbləği 2023-cü ilin dekabr ayında pensiyanızın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. Belə ki, analoji işlərlə bağlı Məhkəmə Qərarları olmasına və həmin X3 əməkdaşları tərəfindən icra edilməsinə baxmayaraq “Əmək pensiyaları haqqında” Qanunun 32.1.-1 və 37.7-ci maddəsinin iddiaçının işinə aidiyyəti olmadığı halda onu əsas gətirərək son üç ildən əvvəlki dövrün fərq məbləğini ona ödəməkdən imtina edirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Qanunun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli Qərarında qeyd edilir ki, vətəndaş Rövşən Hacıyev DSMF-nun yanında Xüsusi Şərttlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona ödənilməli olan 11 il 3 aylıq əmək pensiyasının yenidən hesablanması və birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, R.Hacıyevin pensiyasının yenidən hesablanaraq ona 11 il 3 aylıq əmək pensiyasının birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2020-ci il tarixli qərarı ilə birinci instansiya Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il tarixli qərarı ilə Apellyasiya instansiyası Məhkəməsinin qərarı ləğv olunmuş, yeni qərar qəbul edilərək iddia rədd edilmişdir. Həmçinin digər ərizəçi Ramil Axundov DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı keçmiş dövr üçün pensiyanın hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək keçmiş dövr üçün əmək pensiyasının hesablanması və yaranmış fərqin R.Axundova ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2020-ci il tarixli qərarı ilə birinci instansiya Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərarı ilə Apellyasiya instansiyası Məhkəməsinin qərarı ləğv olunmuş, yeni qərar qəbul edilərək iddia rədd edilmişdir. R.Hacıyev və R.Axundov ayrıayrılıqda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli və 20 noyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişlər. Konstitusiya Məhkəməsinin Pleniumu 23 sentyabr 2021-ci il tarixli Qərarında onu da göstərməyi vacib hesab edir ki, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli və 20 noyabr 2020-ci il tarixli qərarları qüvvədən düşmüş hesab edilmişdir. Konstitusiya Məhkəməsinin həmin Qərarına əsasən hesab edir ki, Mərkəzi Filialın pensiyamın səhv hesablandığı xx.xx.2008-ci il tarixindən deyil son üç ilin fərqinin ödənilməsi barədə 05.03. 2024-cü il tarixli 3-17-1/2- N-54001/2024 saylı cavab məktubunun əsassız hesab edilməsi və onun üzərinə iddiaçının əmək pensiyasının səhv hesablandığı xx.xx.2008-ci il tarixdən yenidən hesablanası və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməlidir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-N-54001/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında məktubda qeyd edilmişdir ki, ona Fondun Qaradağ rayon şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən həmin Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 №- li Siyahı üzrə ağır və zərərli işlərdə çalışan şəxslərə pensiya orta aylıq əmək haqqından hesablanarkən 25 il ümumi iş stajına görə orta aylıq əmək haqqının 65%-i tələb olunan ümumi iş stajından artıq hər il üçün 2% olmaqla, lakin 90%-dən çox olmamaqla hesablanırdı. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinin ikinci abzasına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanırdı. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) Qanunun xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş redaksiyasının 26.1-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən həmin Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Həmçinin Qanunun 26.2-ci maddəsinə əsasən qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının üçqat məbləğində 255000,00 AZM-manata çevrilməklə 51,00 manat) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Sözügedən maddəyə əlavə edilmiş qeydə əsasən 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 78-ci maddəsinə əsasən pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta aylıq əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınır. Belə ki, Mərkəzi Filialda mövcud olan ona dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 39 il təşkil etdiyi müəyyən edilmişdir. Əmək pensiyası əmək haqqına əsasən hesablanarkən tələb olunan 25 ilə görə 65 faiz, 25 ildən artıq 14 il iş stajına görə hər il üçün 2 faiz olmaqla (28 %) orta aylıq əmək haqqının 90 faizi (65%+28%) miqdarında (90%-dən çox olmamaqla) müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən, əmək pensiyasının sığorta hissəsi 1 yanvar 2008-ci il tarixinə 2000-2002-ci illər üzrə 268,11 manat (6434,58:24) orta aylıq əmək haqqının minimum əmək haqqının üç misli- 51,00 manat məbləğində azaldılmaqla müəyyən edilmiş 217,11 manatın (268,11-51,00) 90 faizi miqdarında 195,40 manat (217,11x90%) hesablanaraq, üzərinə xx.xx.2006xx.xx.2008-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3803,04 manat pensiya sığorta kapitalına uyğun 26,41 manat (3803,04:144) və 75,00 manat baza hissə əlavə edilərək, xx.xx.2008-ci il tarixinə 296,81 manat (195,40+26,41+75,00) (indeksləşdirilərək xx.xx.2009-cu il tarixinədək 342,93 manat) məbləğində hesablanmalı olduğu halda, həmin tarixə səhvən 189,54 manat (indeksləşdirilərək xx.xx.2009-cu il tarixinə 231,48 manat) hesablanaraq sizə əksik əmək pensiyası ödənilmişdir. Eyni zamanda bildirilmişdir ki, Qanunun 37.3.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış baza və sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Araşdırma zamanı, xx.xx.2009-cu il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7678,80 manat sığorta kapitalına uyğun əmək pensiyanın həmin tarixdən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 7678,80 manat sığorta kapitalının Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (144 ay-72 ay) aya bölünməklə (7678,80 : 72=106,65 manat) qanuni əmək pensiyasının (342,93 manat) üzərinə əlavə edilərək (342,93 + 106,65=449,58 manat) ödənilməli olduğu halda (sonrakı hesablanmalar nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 1330,73 manat), düzgün müəyyən edilməmiş 5666,40 manat sığorta kapitalı 72 aya bölünərək (5666,64:72=78,70 manat) düzgün olmayan əmək pensiyasının (231,48 manat) üzərinə əlavə edilməklə (231,48+78,70=310,18 manat) əksik əmək pensiyası ödənilib (sonrakı hesablanmalar nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 999,14 manat). Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üzrə alınmamış əmək pensiyasının məbləğinin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilməsi nəzərdə tutulub. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş üç il müddət üçün ona ödənilməli olan 11378,77 manat fərq məbləği hesablanıb. Həmin 11378,77 manat fərq məbləği 2023cü ilin dekabr ayında pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. Əlavə olaraq bildirilmişdir ki, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar əmək pensiyası xx.xx.2024-cü il tarixindən 1479,77 manat təşkil edir.
4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi ilə bağlı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmiş, Mərkəzi Filial tərəfindən iddiaçının əmək pensiyası yenidən hesablanmış, əmək pensiyası üzrə keçmiş üç il müddət üçün ona ödənilməli olan 11378,77 manat fərq məbləği hesablanaraq 2023-cü ilin dekabr ayında onun pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. Yalnız son üç il üzrə müəyyən edilmiş əksik ödəmənin ona verilməsi ilə razılaşmayan iddiaçı məhkəməyə müraciət edərək xx.xx.2008ci il tarixdən əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cabadehin üzərinə qoyulmasını xahiş etmişdir. Hesab edilmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-11İQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən həmin Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 №li Siyahı üzrə ağır və zərərli işlərdə çalışan şəxslərə pensiya orta aylıq əmək haqqından hesablanarkən 25 il ümumi iş stajına görə orta aylıq əmək haqqının 65%-i tələb olunan ümumi iş stajından artıq hər il üçün 2% olmaqla, lakin 90%-dən çox olmamaqla hesablanırdı. “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 71-ci maddəsinin ikinci abzasına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanırdı. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş redaksiyasının 26.1-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən həmin Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Həmçinin Qanunun 26.2-ci maddəsinə əsasən qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqıma məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının üçqat məbləğində 255000,00 AZM - manata çevrilməklə 51,00 manat) tətbiq edilməklə hesablanmış əmək pensiyası həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Sözügedən maddəyə əlavə edilmiş qeydə əsasən 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 78-ci maddəsinə əsasən pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta aylıq əmək haqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınır. Mərkəzi Filialda mövcud olan iddiaçıya dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajı 39 il təşkil etdiyi müəyyən edilmişdir. Əmək pensiyası əmək haqqına əsasən hesablanarkən tələb olunan 25 ilə görə 65%, 25 ildən artıq 14 il iş stajına görə hər il üçün 2 faiz olmaqla (28%) orta aylıq əmək haqqının 90%-i (65%+28%) miqdarına (90%-dən çox olmamaqla) müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən, əmək pensiyasının sığorta hissəsi 1 yanvar 2008-ci il tarixə 2000- 2002-ci illər üzrə 268,11 manat ( 6434,58:24) orta aylıq əmək haqqı minimum əmək haqqının üç misli - 51,00 manat məbləğində azaldılmaqla müəyyən edilmiş 217,11 manatın (268,11-51,00) 90%- miqdarında 195,40 manat (217,11x90%) hesablanaraq üzərinə xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasında işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3803,04 manat pensiya sığorta kapitalına uyğun 26,41 manat (3803,04:144) və 75,00 manat baza hissə əlavə edilərək xx.xx.2008-ci il tarixə 296,81 manat (195,40+26,41+75,00) (indeksləşdirərək xx.xx.2009-cu il tarixədək 342,93 manat) məbləğində hesablanmalı olduğu halda, həmin tarixə səhvən 189,54 manat (indeksləşdirilərək 21,05.2009-cu il tarixə 231,48 manat) hesablanaraq iddiaçıya əskik əmək pensiyası ödənilmişdir. Eyni zamanda bildirilmişdir ki, Qanunun 37.3.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış baza və sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının planlanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Araşdırma zamanı iddiaçının xx.xx.2009-cu il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7678,80 manat sığorta kapitalına uyğun əmək pensiyası həmin tarixdən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 7678,80 manat sığorta kapitalı Qanunun 37.3.1- ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına - 72 aya bölünməklə (7678,80:72=106,65) qanuni əmək pensiyasının (342,93 manat) üzərinə əlavə edilərək (342,93+106,65=449,58 manat) ona ödənilməli olduğu halda (sonrakı hesablamalar nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixə 1330,73 manat), düzgün müəyyən edilməmiş, 5666,40 manat sığorta kapitalı 72 aya bölünərək (5666,40:72=78,70 manat) düzgün olmayan əmək pensiyanızın (231,48 manat) üzərinə əlavə edilməklə (231,48+78,70+310,18 manat) ona əskik əmək pensiyası ödənilmişdir (sonrakı hesablamalar nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixə 999,14 manat). Qanunun 32.1.1 və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üzrə alınmamış əməkpensiyasının məbləğinin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilməsi nəzərdə tutulmuşdur. Ali Məhkəmənin İnzibati Kollegiyası 8 oktyabr 2020-ci il tarixli qərardadı ilə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq edilməsi qərara alınmışdır. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması, fərq məbləğinin birdəfəlik ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması, fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair 2-1(112)- 8133/2024 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli İddiaçı dair müvafiq məlumatların göndərilməsi haqqında məktubda qeyd edilmişdir ki, Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığ gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üzrə alınmamış əmək pensiyasının məbləğinin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilməsi nəzərdə tutulub. Qeyd olunanları nəzərə alaraq, İddiaçı əmək pensiyası üzrə keçmiş üç il müddət üçün ona ödənilməli olan 11378,77 manat fərq məbləği hesablanıb. Həmin fərq məbləği 2023-cü ilin dekabr ayında adıçəkilən şəxsin pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir.
6. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Qaradağ şöbəsinin 121379 nömrəli pensiya uçot vərəqinə əsasən İddiaçı xx.xx.2002-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17- 1/3-3-61609/2023 nömrəli qərara əsasən İddiaçı əmək pensiyası (hazırki məbləğ: 999,14 manat) yenidən hesablanaraq (yenidən hesablanmanın səbəbi: inventar, 0-dan hesablanma, əskikvermə) 1330,73 manat olmuşdur.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
10. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
11. İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
12. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
13. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
14. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
III. X7 Məhkəməsinin presedent hüququndan:
- 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin edilən müdafiə müəyyən hallarda əmlakın əldə ediləcəyi ilə bağlı qanuni gözləntiyə də şamil olunur. Bunun üçün qanuni gözlənti sadəcə ümiddən ibarət olmayaraq konkret xarakter daşımalı və qanunvericilik normasına və ya hüquqi akta, məsələn, məhkəmə qərarına əsaslanmalıdır. Eyni zamanda, daxili qanunvericiliyə əsasən tanınan mülkiyyət marağı (baxmayaraq ki, müəyyən hallarda hüquqi qüvvəsini itirə bilər) əmlak təşkil edə bilər. Sosial təminat qanunvericiliyində dəyişikliklər cəmiyyətdə baş verən dəyişikliklərə və sosial yardıma ehtiyacı olan insanların müvafiq kateqoriyaları ilə bağlı baxışların təkamülünə reaksiya olaraq qəbul edilə bilər. Hər hansı konkret formada müavinət və ya pensiya təyin edilməsinin ölkədaxili hüquqi şərtləri dəyişdikdə və həmin şərtlərin dəyişməsi səbəbindən maraqlı şəxs müvafiq meyarlara daha cavab vermədikdə, milli qanunvericilikdə kifayət qədər dəqiq müəyyən edilmiş substantiv mülkiyyət marağının konkret halda mövcud olubolmadığını yoxlamaq üçün işin fərdi hallarının (xüsusən tələblərin dəyişməsinin xarakterinin) diqqətlə araşdırılması tələb oluna bilər. - Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir, bununla belə, pensiyanın bütünlüklə məhrum edilməsi 1 saylı Protokolun 1-ci maddəsinin müddəalarını poza bilər və əksinə, pensiyaya və ya müvafiq müavinətlərə ağlabatan azalmaların bunu etməməsi ehtimalı var. Bununla belə, ədalətli tarazlıq testi mücərrəd olaraq yalnız məruz qalan azalmanın məbləğinə və ya faizinə əsaslana bilməz. Bir sıra işlərdə Məhkəmə bütün müvafiq elementləri konkret hallara uyğun qiymətləndirməyə cəhd göstərmişdir (bax: Stefanetti və başqaları § 59; Domalewski Polşaya qarşı (kk.), №. 34610/97, AİHM 1999V). Bununla da, Məhkəmə hüququn itirilməsinin ayrı-seçkilik xarakteri kimi amillərinə əhəmiyyət vermişdir (Kjartan Asmundsson, § 43); keçid tədbirlərinin olmaması (bax: Moskal işi § 74, burada ərizəçi praktiki olaraq bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən erkən pensiya pensiyasının tamamilə itirilməsi ilə üzləşdi və dəyişikliyə uyğunlaşmağın perspektivləri zəif idi); şərtin özbaşınalığı (Klein, § 46), eləcə də ərizəçinin vicdanlılığı (bax: Moskal, § 44) (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); - Hər hansı xüsusi formada müavinətlərin və ya pensiyaların verilməsi üçün daxili hüquqi şərtlər dəyişdikdə və bu şərtlərin dəyişməsi səbəbindən müvafiq şəxs artıq onları tam təmin etmədikdə, milli qanunvericiliyə əsasən kifayət qədər müəyyən edilmiş, maddi marağın mövcudluğunu yoxlamaq üçün işin fərdi halları, xüsusən də dəyişikliyinin xarakteri ciddi nəzərdən keçirilməlidir. Konvensiyanı özündə birləşdirən əsas dəyərlərə aid hüquqi müəyyənlik və qanunun aliliyi tələbləri bunlardır (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 89); - Məhkəmə əvvəllər qərara almışdır ki, əlavə pensiya müavinətlərinin dəyişdirilməsi və ya dayandırılması “nə özgəninkiləşdirmə, nə də əmlakın istifadəsinə nəzarət tədbiri” təşkil etmir (bax: Aizpurua Ortiz və başqaları İspaniyaya qarşı, № 42430/05, § 48, 2 fevral 2010) və pensiyanın müsadirə yolu ilə azaldılması “nə istifadəyə nəzarət, nə də əmlakdan məhrumetmə”dir (bax: X1rşı (dek.), № 6223/04, AİHM 2005-Xİ ). Məhkəmə hesab edir ki, bu işdə ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə yuxarıda qeyd olunan birinci qaydaya, yəni mülkiyyətdən dinc istifadənin ümumi prinsipinə əsasən nəzərdən keçirilməlidir (Lakiçeviç və digərləri v. Monteneqro və Serbiya, № 27458/06 § 64, 13 dekabr 2011-ci il və Panfile işi § 19) (Fabian Macarıstana qarşı №. 53080/13, 2016 § 64); - Moskal Polşaya qarşı məhkəmə işindən (Ərizə № 10373/05; xx.xx.2009-cu il tarixli qərar): Ərizəçi vicdanla və qüvvədə olan qanuna uyğun olaraq erkən pensiya təyin edilməsi üçün müraciət etmişdir. Səlahiyyətli orqanlar onun müavinət almaq hüququnu təsdiq edən kimi, o, bu qərarı düzgün hesab etməkdə və həyatını buna uyğun təşkil etməkdə haqlı idi. O, pensiya hüququnun səhvən verildiyini dərk edə bilməzdi. Onu pensiya almaq hüququndan məhrum edən qərar onun mülkiyyətinə müdaxilə idi. Müdaxilə qanuni idi və hakimiyyətin səhvini düzəltmək və sosial təminat sisteminin layiq olmayan benefisiarlarına dövlət vəsaitinin vaxtında məhdudiyyət olmadan subsidiya verməyə çağırılmamasını təmin etmək üçün qanuni məqsəd güdürdü. Proporsionallığa gəldikdə, pensiya təyini qərarı müəyyən müddətdə qüvvədə qalmışdı və şübhəsiz ki, ərizəçiyə və onun ailəsinə təsir göstərmişdir. Bununla belə, səhv aşkar edildikdə, müavinətin ödənilməsinin dayandırılması barədə qərar nisbətən tez və dərhal qüvvəyə minir. Ərizəçidən səhvən ödənilmiş pensiyanın qaytarılması tələb olunmaması bu qərarın nəticələrini kifayət qədər yumşaltmadı. Onun pensiya hüququ məhkəmələr tərəfindən cəmi iki ildən sonra müəyyən edilib və bu müddət ərzində o, heç bir pensiya almayıb. Mülkiyyət hüquqları kontekstində yaxşı idarəetmə prinsipinə xüsusi əhəmiyyət verilməli idi. Dövlət orqanlarının, xüsusən də rifah müavinətləri kimi fərdlər üçün həyati əhəmiyyət kəsb edən məsələlərə baxarkən son dərəcə diqqətli davranması arzu edilirdi. Öz səhvlərini aşkar edərək, səlahiyyətli orqanlar öz vəzifələrini vaxtında, lazımi və ardıcıl şəkildə yerinə yetirməmişlər. Ümumi prinsip olaraq, dövlət orqanlarının öz səhvlərini, hətta öz səhlənkarlıqlarından irəli gələn səhvləri düzəltməyə mane olmamalıdır. Başqa cür yanaşma əsassız varlanma doktrinasına zidd olardı. Sosial müdafiə fonduna töhfə verən digər şəxslərə, xüsusən də qanunla müəyyən edilmiş tələbləri yerinə yetirmədiklərinə görə müavinətdən məhrum edilmiş şəxslərə qarşı da ədalətsizlik olardı. Nəhayət, bu, özlüyündə ictimai maraqlara zidd olan qıt dövlət resurslarının yersiz bölüşdürülməsinə sanksiya tətbiq etmək deməkdir. Lakin üçüncü şəxsin təqsiri olmadan, səlahiyyətli orqanların özləri tərəfindən səhvə yol verilmişsə, müavinət alanın üzərinə düşən yükün həddən artıq olub-olmadığını müəyyən etmək üçün fərqli proporsional yanaşma tətbiq edilməli idi. Etiraz edilən tədbir nəticəsində ərizəçi praktiki olaraq bir gündən digər günə onun yeganə gəlir mənbəyi olan erkən pensiya pensiyasının tam itirilməsi ilə üzləşmişdi. Üstəlik, onun yeni iş tapmaqda xeyli çətinlik çəkməsi riski var idi. Yalnız üç ildən sonra o, yeni müavinət əldə edə bildi (əvvəlki tarifdən 50% az). Buna görə də, cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmişdir və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuşdur.
IV. Məhkəmənin mövqeyi
15. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Maddə 17. Yaşa görə pensiyaların məbləği Yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Qaçqın və məcburi köçkünlərin yaşa görə pensiyaları onların orta aylıq əmək haqqı barədə sənədləri təqdim etmək mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər ilin əvvəlində onların işlədikləri sahələr üzrə təsdiq olunan orta aylıq əmək haqqına görə hesablanır. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Maddə 78. Pensiya hesablanarkən orta aylıq əmək haqqının məhdudlaşdırılması Pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınır.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 26-cı maddə yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: Maddə 26. Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması 26.1. Bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. 26.2. Bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir.
32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun 2022-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 583) ilə 37.3.1-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir;
17. İddiaçı xx.xx.1945-ci il tarixində Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Qaradağ şöbəsinin 121379 nömrəli pensiya uçot vərəqinə əsasən İddiaçı xx.xx.2002-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2009-cu il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmişdir.
18. Cavabdeh orqan əmək pensiyasının hesablanması haqqında məktubda, həm də etirazda qeyd etmişdir ki, 1 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajı 39 il təşkil etdiyi müəyyən edilmişdir. Əmək pensiyası əmək haqqına əsasən hesablanarkən tələb olunan 25 ilə görə 65%, 25 ildən artıq 14 il iş stajına görə hər il üçün 2 faiz olmaqla (28%) orta aylıq əmək haqqının 90%-i (65%+28%) miqdarına (90%-dən çox olmamaqla) müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən, əmək pensiyasının sığorta hissəsi 1 yanvar 2008-ci il tarixə 2000- 2002-ci illər üzrə 268,11 manat ( 6434,58:24) orta aylıq əmək haqqı minimum əmək haqqının üç misli - 51,00 manat məbləğində azaldılmaqla müəyyən edilmiş 217,11 manatın (268,11-51,00) 90%- miqdarında 195,40 manat (217,11x90%) hesablanaraq üzərinə xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasında işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3803,04 manat pensiya sığorta kapitalına uyğun 26,41 manat (3803,04:144) və 75,00 manat baza hissə əlavə edilərək xx.xx.2008-ci il tarixə 296,81 manat (195,40+26,41+75,00) (indeksləşdirərək xx.xx.2009-cu il tarixədək 342,93 manat) məbləğində hesablanmalı olduğu halda, həmin tarixə səhvən 189,54 manat (indeksləşdirilərək 21,05.2009-cu il tarixə 231,48 manat) hesablanaraq iddiaçıya əskik əmək pensiyası ödənilmişdir. Araşdırma zamanı iddiaçının xx.xx.2009-cu il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7678,80 manat sığorta kapitalına uyğun əmək pensiyası həmin tarixdən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 7678,80 manat sığorta kapitalı Qanunun 37.3.1- ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına - 72 aya bölünməklə (7678,80:72=106,65) qanuni əmək pensiyasının (342,93 manat) üzərinə əlavə edilərək (342,93+106,65=449,58 manat) ona ödənilməli olduğu halda (sonrakı hesablamalar nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixə 1330,73 manat), düzgün müəyyən edilməmiş, 5666,40 manat sığorta kapitalı 72 aya bölünərək (5666,40:72=78,70 manat) düzgün olmayan əmək pensiyanın (231,48 manat) üzərinə əlavə edilməklə (231,48+78,70+310,18 manat) ona əskik əmək pensiyası ödənilmişdir (sonrakı hesablamalar nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixə 999,14 manat). Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üzrə alınmamış əmək pensiyasının məbləğinin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilməsi nəzərdə tutulub. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş üç il müddət üçün ona ödənilməli olan 11378,77 manat fərq məbləği hesablanıb. Həmin 11378,77 manat fərq məbləği 2023cü ilin dekabr ayında pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. Əlavə olaraq bildirilmişdir ki, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar əmək pensiyası xx.xx.2024-cü il tarixindən 1479,77 manat təşkil edir.
19. Məhkəmə qeyd edilən mövqeni əsaslı hesab etmir, əksi qanunverici tərəfindən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən “qazanılmış hüquq” konsepsiyasına, ədalət və hüquqi müəyyənlik prinsiplərinə zidd olardı.
20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17- 1/3-3-61609/2023 nömrəli qərara əsasən İddiaçı əmək pensiyası (hazırki məbləğ: 999,14 manat) yenidən hesablanaraq (yenidən hesablanmanın səbəbi: inventar, 0-dan hesablanma, əskikvermə) 1330,73 manat olmuşdur.
21. Mübahisə hüququn hansı qaydada tətbiqi ilə bağlıdır.
22. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı: “... 21. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 98-100-cü maddələrinin müddəalarına görə pensiyalar şəxsin müraciət etdiyi gündən təyin edilirdi. Bununla belə, qanunda pensiyanın şəxsin müraciət etdiyi gündən əvvəlki dövrdən təyin edilməsinə imkan verən istisna hallar da nəzərdə tutulmuşdu. Həmin hallar isə aşağıdakılardan ibarət olmuşdur: - yaşa və əlilliyə görə pensiyalar, pensiya yaşının çatdığı və ya əlilliyin müəyyən olunduğu gündən ən geci 3 ay müddətində pensiya üçün müraciət edildikdə pensiya yaşının çatdığı gündən və ya müvafiq surətdə həkim-əmək ekspert komissiyası tərəfindən əlilliyin müəyyən olunduğu gündən; - müddətli xidmət hərbi qulluqçularına əlilliyə görə pensiyalar onların qospitaldan çıxdıqları gündən, lakin hərbi xidmətdən buraxıldıqları gündən tez olmayaraq bu şərtlə təyin edilir ki, qospitaldan çıxdıqları gündən ən geci 3 ay keçənədək həkim-əmək ekspert komissiyası tərəfindən onların əlilliyi müəyyən edilsin və onlar pensiya almaq üçün müraciət etsinlər; - ailə başçısı itirildikdə pensiyalar pensiya almaq hüququnun yarandığı gündən tez olmamaq şərti ilə pensiya üçün müraciətdən əvvəlki 12 aydan çox olmayan müddət üçün təyin edilir.
22. Təyin olunmuş pensiyaların yenidən hesablanması müddətləri ilə bağlı məsələlər isə belə tənzimlənmişdir: - pensiyanın artırılması hüququ yarandıqda, ərizə bütün lazımi sənədlərlə birlikdə ayın 15-dək verilmişdirsə - müraciət edilən ayın 1-dən, ayın 15-dən gec təqdim edilmişdirsə növbəti ayın 1-dən; - pensiyanın azaldılmasına səbəb olduqda - bu səbəbin baş verdiyi aydan sonrakı ayın 1-dən; - bir pensiyadan başqa pensiyaya keçirilmə lazımi əlavə sənədlər təqdim edilməklə müvafiq ərizənin verildiyi gündən.
23. Sözügedən Qanunda keçmiş müddət üçün pensiyaların ödənilməsi məsələsi ayrıca normada təsbit edilmişdi. Belə ki, Qanunun 106-cı maddəsindəki tənzimləməyə əsasən hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləği bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilirdi. Pensiyanı təyin edən və ya ödəyən orqanın təqsiri üzündən vaxtında alınmamış pensiyanın məbləği heç bir müddət məhdudiyyəti qoyulmadan bütün dövr üçün ödənilirdi.
24. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 may 2001-ci il tarixli qərarı ilə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin birinci hissəsi Azərbaycan Respublikası Konstitusiyasının 25 və 38-ci maddələrinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilmiş, həmçinin bu qərarın qüvvəyə mindiyi gündən sonra yaranan hüquq münasibətlərinə şamil olunacağı qərara alınmışdır.
25. Konstutisiya Məhkəməsi həmin qərarda özünün hüquqi mövqeyini belə ifadə etmişdir: “...Hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləğinin bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilməsini nəzərdə tutan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 106-cı maddəsinin birinci hissəsi Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində təsbit olunan vətəndaşların sosial təminat hüququnu məhdudlaşdırır. ...Hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləği bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilməsinin nəzərdə tutulması pensiyaçının himayəsində olan şəxslərin də hüquqlarını məhdudlaşdırmaqla, onları yaşamaq üçün vacib olan pensiya təminatından məhrum edir, bütün digər kateqoriyalı pensiyaçıların himayəsində olan şəxslərlə qeyri-bərabər vəziyyətə salır. Bu da Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit edilmiş bərabərlik hüququnun pozulmasına səbəb olur.”
26. Beləliklə, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda təsbit edilmiş hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləğinin bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilməsini nəzərdə tutan müddəa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 may 2001-ci il tarixli qərarından sonra hüquqi qüvvəsini itirmişdir. ... ... 86. Qazanılmış hüquqlara münasibətdə yanaşmanı formalaşdıran əsasən belə bir ideyadır ki, əvvəlki qanunvericiliklə müəyyən edilmiş qaydada qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə tamamilə ortadan qaldırıla və ya hüququn mahiyyətini əhəmiyyətsiz edəcək həddə qədər məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin ümumi mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
87. Qazanılmış hüquqların müdafiəsi hüquqi dövlətin ən vacib ünsürlərindən biri olmaqla hüquqi təhlükəsizliyi və ədaləti təmin edən prinsipdir. Hüquqi təhlükəsizlik prinsipi qanunvericilikdə tez-tez dəyişiklik etməklə hüquqi müəyyənliyi pozmağın qarşısını almağa yönəlir. Buna görə, hüquq normalarının qüvvəsinin geriyə şamil edilməsi qazanılmış hüquqlara toxunmamanı tələb edir, beləliklə də, şəxslərin əsas hüquq və azadlıqlarının təminat altına alınmasına nail olunur. ...”
23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarından: ...Konstitusiya Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab edir ki, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Lakin hazırkı işlər üzrə kassasiya instansiyası məhkəməsi işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarını, ərizəçilərin müvafiq tarixlərdə pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün aidiyyəti inzibati orqanlara müraciət etməmələrinin səbəblərini nəzərə almadan, yalnız həmin məhkəmənin yuxarıda qeyd edilmiş qərardadına əsaslanmaqla iddiaları rədd etmişdir...
24. Məhkəmə qeyd edir ki, əmək pensiyasının müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənişi şərti, vətəndaşların ilkin pensiya təyinatı və bununla əlaqədar aparılmış yenidən hesablama ilə əlaqələndirilməli və adıçəkilən qanunun maddəsinin təfsiri zamanı təhrifə yol verilməməlidir. Belə ki, İddiaçı pensiya hüququ xx.xx.2002-ci il tarixində yaranmış və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Mübahisə faktiki olaraq əmək pensiyasının hansısa dövr nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ya xidmət illərinin nəzərə alınmaması və ya düzgün nəzərə alınmaması ilə bağlı deyil. Mübahisə pensiyanın cavabdeh tərəfindən riyazi hesablama nəticəsində əksik verilməsi ilə bağlıdır, bu isə hüquqi anlamda pensiyanın yenidən hesablanması hesab edilə bilməz. Belə ki, əmək pensiyasının yenidən hesablanması “Əmək pensiyaları haqqında” qanunun 26-cı maddəsi və 37.3.1-ci maddələri ilə əhatə olunur. İnzibati orqan əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-61609/2023 nömrəli qərarına əsasən əmək pensiyası yenidən hesablanmış, iddiaçıya xx.xx.2008-ci ildən etibarən ödənilmiş əmək pensiyasında əksiklik olduğunu təsdiq etmiş, lakin yalnız son 3 ilə münasibətdə ödənilməmiş əmək pensiyasında yaranmış fərqi İddiaçı ödəmişdir. Məhkəmə qeyd edir ki, işin konkret hallarına əsasən bu əksik hesablama hər hansı şəkildə vətəndaşın təqsirli hərəkəti ilə əlaqəli olmamaqla inzibati orqan tərəfindən yol verilmiş riyazi hesablama ilə əlaqədar olmuşdur və iddiaçı faktiki olaraq “Əmək pensiyaları haqqında” qanunun 26-cı maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanmasını tələb etmir. Odur ki, məhkəmə hesab edir ki, qeyd edilən hal “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadına qeyd edilən “yenidən hesablama” ilə əhatə olunmuş hesab edilməməlidir.
25. Məhkəmə hesab edir ki, inzibati orqan qanunvericilikdə nəzərdə tutulan normanın “qazanılmış hüquq” konsepsiyası baxımınan hərtərəfli və ümumi kontekstdə qiymətləndirmə aparılmalıdır. Bu səbəbdən, inzibati orqan xx.xx.2008-ci il tarixdən etibarən əmək pensiyasında cavabdeh tərəfin pensiyanın düzgün hesablanmamasından yaranmış fərqin iddiaçıya tam şəkildə ödənilməsi həyata keçirilməlidir.
26. Pensiya təminatı sahəsində ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun ağlabatan və qanuni əsaslar olmadan fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli qaydada tətbiq edilməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Fərqləndirmə yalnız o zaman yolverilən hesab edilə bilər ki, onlar obyektiv hallara əsaslansın, legitim məqsədlərə xidmət etsin və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olsun («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı).
27. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının əvvəlki dövr üzrə ödənilməsindən imtina edilməsinə dair xx.xx.2024-cü il tarixli 3-17-1/2-N-54001/2024 nömrəli məktubu qanunsuz hesab edilsin. İddiaçı xx.xx.2008-ci il tarixdən etibarən ödənilməmiş əmək pensiyası fərqinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva