Məhkəmə qərarları › İş №2-1(112)-8135/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8135/2025

17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8135/2025 17.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçünün verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsinin 7-ci cənub küçəsində 229 və 231 saylı bağ sahələrinin yəni hər biri ayrıayrılıqda 0.06 ha olmaqla istifadəmdə olan torpaq sahəsinin mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və planölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publ s hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 nömrəli qərarına əsasən Dübəndi bağ sahələrinin ayrılmasına dair “Azərdövlətsutəslayihə” İnstitutu nəzdində “Meliorator” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında iddiaçının adına 229 və 231 saylı bağ sahələri göstərilmiş və həmin siyahıya əsasən iddiaçıya 7-ci cənub küçəsində 229 və və 231 saylı bağ sahələri ayrılmışdır. Həmm bağ sahəsi qanuni əsaslarla iddiaçının sahibliyində və istifadəsində olmaqla, iddiaçı faktiki mülkiyyətçi kim davranır, istifadə müddətində müvafiq əmlakla bağlı tələb olunan bütün dövlət rüsumlarını və komunal xərcləri ödəmişdir. Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 nömrəli qərarına əsasən Dübəndi bağ sahələrinin ayrılmasına dair “Azərdövlətsutəslayihə” İnstitutu nəzdində “Meliorator bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında, Bakı şəhəri Pirallahı rayonu, Dübəndi bağ sahəsinin 7-ci cənub küçəsində iddiaçıya məxsus 229 və 231 saylı bağların yəni hər biri ayrı-ayrılıqda 0.06 ha olmaqla istifadəsində olan torpaq sahəsinin iddiaçının adına mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və plan-ölçünün verilməsinə köməklik göstərilməsini xahiş etsə də, cavabdeh heç bir səbəb gətirmədən imtina verərək, qeydiyyata almamışdır. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin hərəkətləri qanunsuzdur və göstərdiyi hərəkətsizliyi iddiaçının qanuni hüquqlarını məhdudlaşdırır.

3. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, təqdim edilən sənədlər surətdir. Bundan başqa, müvafiq torpaq sahəsi istifadədə olmadığından idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilməsi və çöl-ölçmə işlərinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16- cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı “Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsinin 7-ci cənub küçəsində 229 və 231 saylı bağ sahələrinin hər biri ayrı-ayrılıqda 0.06 ha olmaqla istifadədə olan torpaq sahəsinin mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınması və çıxarış və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********55 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, müvafiq torpaq sahəsi istifadədə olmadığından idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilməsi və çöl-ölçmə işlərinin aparılması mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

5. Bakı şəhər X13 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 nömrəli Qərarına əsasən Dübəndi ərazisində bağ sahələrinin ayrılmasına dair “Azərdövlətsutəslayihə” İnstitutu nəzdində “Meliorator” bağçılıq-yoldaşlığı üzvlərinə torpaq sahəsi ayrılmışdır.

6. Azərbaycan Dövlət su Təsərrüfatı obyektlərinin Layihə-X12 Komitəsi ilə “Meliorator” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin 21 aprel 1999-cu il tarixli birgə iclasının 2 saylı Protokolundan Çıxarışa əsasən Bakı şəhər Yaşıllaşdırma İdarəsinə təqdim etmək üçün “Meliator” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin və onlara təhkim edilmiş torpaq sahələrinin yekun siyahısı təqdim edilmişdir. Sıra Soyadı, adı Sahənin ünvanı Sahənin №-si Qeyd 1 İddiaçı 7-ci Cənub 229 və 231 1200 kv.m

7. X11 əsasən X6 cəmiyyətinin 21 aprel 1999-cu il tarixli, 2 nömrəli protokoluna əsasən Bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Bağçılıq cəmiyyəti Əzizbəyov rayonu, Dübəndi qəsəbəsi, 7-ci Cənub küçəsində yerləşən bağından sahəsi 1200 kv.m olan 229 və 231 nömrəli bağ sahəsi xx.xx.1999-cu il tarixində qeydə alınmış qərara əsasən X10 daimi istifadəsinə verilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1623/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarında qeyd olunmuşdur: ...Belə ki, iddiaçının Bakı şəhər X13 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 nömrəli qərarı, Azərbaycan Dövlət Su Təsərrüfatı Obyektlərinin Layihə-X12 Komitəsi ilə "Meliorator" bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin birgə iclasının 2 saylı 21 aprel 1999-cu il tarixli protokolu, X11 əsasən Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivinin 7-ci cənub küçəsində yerləşən 229 və 231 saylı bağ sahələri üzərində gözlənilən mülkiyyət hüququ yaranmışdır. Məhkəmədə iş materiallarında olan və tərəflər arasında olan digər mülki məhkəmə mübahisələri zamanı əldə edilmiş mütəxəssis və ekspert rəylərini tədqiq edilərək müəyyən edilmişdir ki, üçüncü şəxsin adına tərtib edilmiş texniki pasportda iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları göstərilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqeyinə görə “hazırkı iş üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli Qərarında məhkəmə aktlarının preyudisiallığı ilə bağlı mövcud prosessual qanunvericiliyə və əvvəlki qərarlarda formalaşdırılmış hüquqi mövqeyə istinad edilərək vurğulanmışdır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Qərarda qeyd edilmişdir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma - forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir. Belə ki, mülki iş üzrə alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 iyun 2019-cu il tarixli, 60 nömrəli mütəxəssis rəyindən göründüyü kimi, X3 233 saylı bağ sahəsinin 0.06 hektar torpaq sahəsi artıq istifadə etdiyi və heç bir əsas olmadan DƏDRX tərəfindən onun texniki pasportuna işlənmiş torpaq sahəsinin 0.12 hektarı bağçılıq təsərrüfatının baş planına əsasən X10 iddia etdiyi 229 və 231 saylı bağların torpaq sahəsidir. Araşdırmanın nəticəsi olaraq, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivində yerləşən “Meliorator” bağçılıq təsərrüfatının 1:2000 miqyasında olan baş planına əsasən 7-ci cənub küçəsində yerləşən X4 məxsus 233 saylı bağın qanuni istifadəsində 600 kv.metr torpaq sahəsi vardır. Həmin torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan artıq torpaq sahəsi 0,17 ha təşkil edir. X3 rəsmi sənədlərə əsasən mülkiyyətində olan torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür, belə ki onun faktiki istifadəsində olan torpaq sahəsi sənəd üzrə olan torpaq sahəsindən çoxdur. X3 qanuni istifadəsində olan torpaq sahəsi də daxil olmaqla faktiki istifadə etdiyi ümumi torpaq sahəsi, X10 iddia etdiyi torpaq sahəsi ilə cənub-şərq hissədə üst-üstə düşür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş **********79 nömrəli, 31 iyul 2019-cu İİ tarixli rəyindən göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ sahəsində X3 qanuni istifadəsində olan torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan torpaq sahəsi 2055,9 m2, sənəd üzrə 1200,0 m2, əlavə istifadədə 855, 9 m2 torpaq sahəsi mövcuddur. X3 rəsmi sənədlərə əsasən mülkiyyətində olan torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi qismən üst-üstə düşür. X3 qanuni istifadəsində olan torpaq sahəsi də daxil olmaqla faktiki istifadə etdiyi ümumi torpaq sahəsi, İddiaçı iddia edtiyi torpaq sahəsi ilə üst-üstə düşür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2019-cu il tarixli, 12373 nömrəli rəyindən göründüyü kimi, "xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 19 iyun 2019-cu il tarixli 60 saylı məktubla göndərilmiş, "xxxx" MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivində yerləşən “Meliorator” bağçılıq təsərrüfatının 1:2000 miqyasında olan baş planına əsasən 7-ci cənub küçəsində yerləşən X4 məxsus 233 saylı bağın qanuni istifadəsində 600 kv.metr torpaq sahəsi vardır. Həmin torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan artıq torpaq sahəsi 0.17 ha təşkil edir. "xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 19 iyun 2019-cu il tarixli 80 saylı məktubla göndərilmiş, "xxxx" MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, X1 əsasən mülkiyyətində olan torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür, belə ki onun faktiki istifadəsində olan torpaq sahəsi sənəd üzrə olan torpaq sahəsindən çoxdur. "xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 19 iyun 2019-cu il tarixli 60 saylı məktubla göndərilmiş, "xxxx" MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, X5 istifadəsində olan torpaq sahəsi də daxil olmaqla faktiki istifadə etdiyi ümumi torpaq sahəsi, X10 iddia etdiyi torpaq sahəsi ilə cənub-şərq hissədə üst-üstə düşür. Hazırkı məhkəmə araşdırması zamanı ekspert və mütəxəssis rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə rəyləri mötəbər sübut kimi qəbul edir. Beləliklə, iş materiallarında olan ekspert və mütəxəssis rəylərindən göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ sahəsində X3 qanuni istifadəsində olan torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan torpaq sahəsi 2055,9 kv.m, sənəd üzrə 1200,0 kv.m, əlavə istifadədə 855,9 kv.m torpaq sahəsi mövcuddur. Həmçinin, X3 233 saylı bağ sahəsinin 0.06 hektar torpaq sahəsi artıq istifadə etdiyi və heç bir əsas olmadan DƏDRX tərəfindən onun texniki pasportuna işlənmiş torpaq sahəsinin 0.12 hektarı bağçılıq təsərrüfatının baş planına əsasən X10 iddia etdiyi 229 və 231 saylı bağların torpaq sahəsidir. İşin bu halları Bakı Apellyasiya Məhkəməsinin 12 may 2022-ci il tarixli 2(103)-73/2022 saylı qətnaməsi ilə müəyyən edilərək iddiaçıya Bakı şəhəri Pirallahı rayonu, Dübəndi bağ sahəsinə X3 adına 1200 kv.m. torpaq sahəsinə texniki pasport verilməsi ilə bağlı hərəkətlərinin-qeydlərin inzibati icraat qaydasında mübahisələndirilməsi izah edilmişdir. Məhkəmə hesab edir ki, X3 233 saylı bağ sahəsinin 0.06 hektar torpaq sahəsi artıq istifadə etdiyi və heç bir əsas olmadan DƏDRX tərəfindən onun texniki pasportuna işlənmiş torpaq sahəsinin 0.12 hektarı bağçılıq təsərrüfatının baş planına əsasən X10 iddia etdiyi 229 və 231 saylı bağların torpaq sahəsi olması müəyyən edildiyindən, yəni iddiaçının cavabdeh tərəfindən zəbt etdiyini iddia etdiyi torpaq sahəsi texniki pasport əsasında cavabdeh X3 istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyindən, texniki pasportun verilməsi ilə bağlı inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməklə qeydləri mübahiləndirməkdə iddiaçının tələbi əsaslıdır. ... Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1623/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarı ilə iddia təmin edilmişdir. ünvan 1 ünvanında yerləşən bağ evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X3 adına tərtib edilmiş **********15-11301 reyestr nömrəli texniki pasport ləğv edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)- 2830/2023 nömrəli Qərarı ilə üçüncü şəxs X3 apellyasiya şikayəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2-1(112)-1623/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(094)-375/2024 nömrəli Qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh X7 Bakı şəhəri, Dübəndi bağ massivi, 7-ci cənub küçəsində iddiaçıya məxsus 229 və 231 saylı bağ sahəsi ilə ayrılmış ünvanda cavabdeh tərəfindən zəbt edilmiş 0,12 ha hissəsindən çıxarılmışdır. Cavabdeh X7 tərəfindən mübahisəli 0,12 ha torpaq sahəsində tikilmiş tikililər onun hesabına sökülmüşdür. İddiaçı X15 tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində döviət rüsumu cavabdeh X2 iddiaçının xeyrinə tutulmuşdur.

11. Bakı şəhəri Pirallahı rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli “İcraata xitam verilməsi haqqında” Qərarına əsasən icra sənədi üzrə cavabdeh X7 Bakı şəhəri, Dübəndi bağ massivi, 7-ci cənub küçəsində iddiaçıya məxsus 229 və 231 saylı bağ sahəsi ilə ayrılmış ünvanda cavabdeh tərəfindən zəbt edilmiş 0,12 ha hissəsindən çıxarılmalı, mübahisəli 0,12 ha torpaq sahəsində tikilmiş tikililər onun hesabına sökülməli və X15 tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu X2 iddiaçının xeyrinə tutulmalıdır. İcra sənədində qeyd olunan tələb xx.xx.2025-ci il tarixi akta və qəbzə əsasən tam şəkildə təmin olunmuşdur. Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 375/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə xitam verilmişdir.

12. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, X7 ilə aralarında uzun müddət məhkəmə mübahisəsi olmuşdur. Qəbul edilmiş yekun məhkəmə aktları əsasında X4 məxsus texniki pasport ləğv edilmiş, eləcə də X7 İddiaçı məxsus bağ sahəsindən çıxarılmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilərkən məhkəmə mübahisəsi davam edirdi və X7 İddiaçı əraziyə daxil olmağa maneə yaradırdı. X7 həmin torpaq sahəsindən mütəxəssislər tərəfindən əraziyə baxış keçirildikdən sonrakı dövrdə məhkəmə qərarı ilə çıxarılmışdır.

II. İddianın növü və mümkünlüyü

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

14. İddia tələbi plan və ölçü sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.

16. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

18. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

19. İddia mümkündür. III. Məhkəmənin mövqeyi

20. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

21. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

22. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

23. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

25. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

26. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

27. X18 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

28. X18 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

29. İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsinin 7-ci cənub küçəsində ona ayrılmış 229 və 231 saylı bağ sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsini tələb etmişdir.

30. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Bakı şəhər X13 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 nömrəli Qərarına əsasən Dübəndi ərazisində bağ sahələrinin ayrılmasına dair “Azərdövlətsutəslayihə” İnstitutu nəzdində “Meliorator” bağçılıq-yoldaşlığı üzvlərinə torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Dövlət su Təsərrüfatı obyektlərinin Layihə-X12 Komitəsi ilə “Meliorator” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin 21 aprel 1999-cu il tarixli birgə iclasının 2 saylı Protokolundan Çıxarışa əsasən Bakı şəhər Yaşıllaşdırma İdarəsinə təqdim etmək üçün “Meliator” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin və onlara təhkim edilmiş torpaq sahələrinin yekun siyahısı təqdim edilmişdir. Sıra Soyadı, adı Sahənin ünvanı Sahənin №-si Qeyd 1 İddiaçı 7-ci Cənub 229 və 231 1200m - X11 əsasən X6 cəmiyyətinin 21 aprel 1999-cu il tarixli, 2 nömrəli protokoluna əsasən Bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Bağçılıq cəmiyyəti Əzizbəyov rayonu, Dübəndi qəsəbəsi, 7-ci Cənub küçəsində yerləşən bağından sahəsi 1200 kv.m olan 229 və 231 nömrəli bağ sahəsi xx.xx.1999-cu il tarixində qeydə alınmış qərara əsasən X10 daimi istifadəsinə verilmişdir.

31. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Dövlət su Təsərrüfatı obyektlərinin Layihə- X12 Komitəsi ilə “Meliorator” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin 21 aprel 1999-cu il tarixli birgə iclasının 2 saylı X14 Kitabçası ilə iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir.

32. Cavabdeh imtinanın dəlili olaraq bildirmişdir ki, müvafiq torpaq sahəsi istifadədə olmadığından idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilməsi və çöl-ölçmə işlərinin aparılması mümkün olmamışdır.

33. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, X7 ilə aralarında uzun müddət məhkəmə mübahisəsi olmuşdur. Qəbul edilmiş yekun məhkəmə aktları əsasında X4 məxsus texniki pasport ləğv edilmiş, eləcə də X7 İddiaçı məxsus bağ sahəsindən çıxarılmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilərkən məhkəmə mübahisəsi davam edirdi və X7 İddiaçı əraziyə daxil olmağa maneə yaradırdı. X7 həmin torpaq sahəsindən mütəxəssislər tərəfindən əraziyə baxış keçirildikdən sonrakı dövrdə məhkəmə qərarı ilə çıxarılmışdır.

34. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1623/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarı ilə iddia təmin edilmişdir. ünvan 1 ünvanında yerləşən bağ evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X3 adına tərtib edilmiş **********15-11301 reyestr nömrəli texniki pasport ləğv edilmişdir.

35. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)- 2830/2023 nömrəli Qərarı ilə üçüncü şəxs X3 apellyasiya şikayəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2-1(112)-1623/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

36. Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(094)-375/2024 nömrəli Qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh X7 Bakı şəhəri, Dübəndi bağ massivi, 7-ci cənub küçəsində iddiaçıya məxsus 229 və 231 saylı bağ sahəsi ilə ayrılmış ünvanda cavabdeh tərəfindən zəbt edilmiş 0,12 ha hissəsindən çıxarılmışdır. Cavabdeh X7 tərəfindən mübahisəli 0,12 ha torpaq sahəsində tikilmiş tikililər onun hesabına sökülmüşdür. İddiaçı X15 tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh X2 iddiaçının xeyrinə tutulmuşdur.

37. Bakı şəhəri Pirallahı rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli “İcraata xitam verilməsi haqqında” Qərarına əsasən icra sənədi üzrə cavabdeh X7 Bakı şəhəri, Dübəndi bağ massivi, 7-ci cənub küçəsində iddiaçıya məxsus 229 və 231 saylı bağ sahəsi ilə ayrılmış ünvanda cavabdeh tərəfindən zəbt edilmiş 0,12 ha hissəsindən çıxarılmalı, mübahisəli 0,12 ha torpaq sahəsində tikilmiş tikililər onun hesabına sökülməli və X15 tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu X2 iddiaçının xeyrinə tutulmalıdır. İcra sənədində qeyd olunan tələb xx.xx.2025-ci il tarixi akta və qəbzə əsasən tam şəkildə təmin olunmuşdur. Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 375/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə xitam verilmişdir.

38. Məhkəmə işin faktiki hallarını araşdıraraq müəyyən edir ki, cavabdeh orqan tərəfindən əraziyə baxış keçirilərkən torpaq sahəsinin iddiaçının istifadəsində olmamasının səbəbi həmin dövrdə İddiaçı və X7 arasında məhkəmə mübahisəsinin olması ilə bağlı olmuşdur. Belə ki, İddiaçı məxsus torpaq sahəsi X7 tərəfindən zəbt edilmiş və iddiaçının torpaq sahəsinə daxil olmasına maneələr yaradılmışdır. Buna baxmayaraq yekun məhkəmə aktları əsasında X7 Bakı şəhəri, Dübəndi bağ massivi, 7-ci cənub küçəsində iddiaçıya məxsus 229 və 231 saylı bağ sahəsindən çıxarılmış və X3 adına tərtib edilmiş xx.xx.2016cı il tarixli **********15-11301 reyestr nömrəli texniki pasport ləğv edilmişdir.

39. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək müəyyən edir ki, Bakı şəhəri, Dübəndi bağ massivi, 7-ci cənub küçəsində yerləşən 229 və 231 saylı bağ sahələrinin İddiaçı qanuni istifadəsində və sahibliyində olması məhkəmə hər hansı şübhə yaratmır.

40. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

41. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

42. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

43. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

44. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

45. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsinin 7-ci cənub küçəsində yerləşən 229 və 213 saylı torpaq sahələri üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına çıxarışın və plan ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar